Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə68/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   64   65   66   67   68   69   70   71   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

139 


 

üçün  «qarışqa  sürüsü»  və  «çəyirtkə  buludu»  sözləri  işlədilirdi

1

.  Bu  dövrdə 



Arandakı türkmənlərin mühüm bir qisminin başçısı əmir Hüsaməddin Qılınc 

Arslan idi

2

. Lakin bir qədər sonra gələn monqollar Muğan və Arandakı türk-



mənləri  buradan  çıxardılar

3

.  Türkmənlər  Anadoluya  getdilər.  Monqolların 



gəlişindən  cəlayirilər  dövrünədək  olan  müddətdə  Azərbaycan  və  Aranda 

türkmənlərin yaşadığına dair heç bir məlumatın qeydə alınmaması buralar-

dakı türkmənlərin əksəriyyətinin Türkiyəyə köçmüş olduğunu göstərir.  

  

9. İRAQ VƏ CƏZİRƏ 



  

Bu ölkədə türkmənlər əsasən Mosul bölgəsində yaşayırdılar. Sultan Mə-

həmməd Tapar və onun oğlu Sultan Mahmud dövründə Bəsrədə böyük əmir 

Ak-Sunqur əl-Buxarinin köməkçisi olan Sunqur əl-Bayati adlı bir əmir vardı. 

Yüksək mənsəbli adamlardan fərqli olaraq bu əmirin etnik mənsubiyyəti na-

məlum olduğu  üçün  əl-Bayati  nisbəsinin  bizim  bayat  boyu  ilə  bağlılığı  xü-

susunda şübhəmiz var. Ancaq bu kəlmənin başqa bir şəkildə izahı da müm-

kün deyil.  

Bağdadın cənub-şərqində Badaraya vilayətinə daxil olan Bayat qəsəbəsi-

nin adı ancaq XIII əsrdən etibarən çəkilir. Əmir Sunqur əl-Bayati zamanında 

Bəsrədə ismailiyyə türkləri və bulduqiyyə türkləri kimi əsgəri zümrələr var 

idi. İsmailiyyə türklərinin başçısı Qızoğlu, bulduqiyyə türklərinin başçısı isə 

Sunqur-Alp adlı bir əmir idi. Bu dövrə aid mənbələrdə Qızoğlu adına tez-tez 

təsadüf  olunur.  Məsələn,  Məhəmməd  Taparın  böyük  əmirlərindən  birinin 

adı Qızoğlu idi. O həm də Taparın oğlu Mahmudun atabəyi idi. Buraya Sul-

tan Məsud dövrünün əmirlərindən başqa bir Qızoğlunu da əlavə edə bilərik. 

Bu kəlmənin  Ğuzz oğlu,  yəni  Oğuz oğlu  kimi  izah  edilməsi  bir  qədər  şüb-

həli görünür. Həmin dövrdə Bağdadda bəkçiyyə əmirləri vardı. Böyük ehti-

mala görə bunlar şəhərdəki sultanlara və böyük əmirlərə aid sarayların, qəsr-

lərin, kazarmaların mühafizəsinə təyin edilən əsgərlərin (bəkçilərin – keşik-

çilərin) əmirləridir.  

Mosul  bölgəsində  iqtası  olan  Kür-Yavı  adlı  türkmən  bəylərindən  biri 

haqda məlumatımız var. Onun Xorasan adlı bir əmirin oğlu olduğunu da bi-

lirik. Sultan Məhəmməd Tapar və onun oğlu Sultan Mahmud dövründə Kür-

Yavı aşağı Zab sahilindəki Bəvazic qalasının və qalanın ətrafının sahibi idi. 

Sultan  Məsudun  hakimiyyəti  dövründə  həmin  yer  Kür-Yavının  oğlunun 

əlində idi, ancaq oğlunun adı bilinmir.  

Zəngilər  dövlətinin  türkmən  əmirlərindən  biri  də  Zeynəddin  Əli  Küçük 

(Kiçik-tərcüməçi) idi. Zeynəddin Əli uzun illər Mosul atabəyləri dövlətinin 

                                                           

1

 Nəsəvi, s. 374. 



2

 Göstərilən əsər, s. 375, 383. 

3

 Zəkəriyyə Qəzvini. Asar ül-bilad. Beyrut, 1380, s. 564. 




FARUQ SÜMƏR 

140 


 

işlərini  enerji  ilə  idarə  etdikdən  sonra  1167/1168-si  ildə  Ərbilə  çəkilmişdi. 

Onun atası Bəg-Təgin

1

, babası isə Məhəmməd adlı bir adam idi. Zeynəddin 



Əlinin böyük oğlu və ikinci xələfi məşhur Müzəffərəddin Gök-Börü (Boz-

qurd)  idi.  Səlahəddin  Əyyubinin  kürəkəni  olan  Gök-Börü  o  dövrdəki  səlib 

vuruşmalarının  ən  igid  əmirlərindən  biri  idi.  Tikdirdiyi  ictimai  əsərlərlə  və 

xalqa göstərdiyi 

 Ş

əfqət və yardımlarla onun adı-sanı hər tərəfə yayılmışdı



2

.  


Nəvakiyyə türkmənləri 463-cü ildə (1070-1071) Suriyaya gəldilər. Bun-

ların Ər-Barsğan ilə Anadoluya gedən nəvakiyyələr olduğu məlumdur. On-

ların  başbuğu  Qızlı  (?)  idi.  Qızlıdan  sonra  Uvak  oğlu  Atsız  və  Şöklü  adlı 

bəyləri  gəlirdi.  Qızlı  fatimilərin  Əkka  valisi  Bədrəddin  Camalın  xahişi  ilə 

Suriyada  yağmaçılıq  edən  ərəbləri  qovdu.  Bu  nəvakiyyələr  öz  davranışları 

ilə Səncəri məğlub edib əsir alan oğuzlardan olduqca fərqli görünürlər. On-

lar yerli əhalidən əkinçilər tutaraq ərəblərin günahı üzündən xarab olan Ru-

melidəki torpaqları becərtdirmişlər. Satılan zeytun məhsulundan 300 min di-

nar əldə edən əkinçilər miri haqqı olaraq nəvakiyyələrə 30 min dinar verdi-

lər.  Digər  tərəfdən  nəvakiyyələr  şəhərləri  yağma  etməkdən  daha  çox  haki-

miyyətləri  altına  almaq  üçün  tuturdular.  Beləliklə,  Qızlıdan  sonra  nəvakiy-

yələrin hakimi olan Atsız Qüdsü, Dəməşqi (Şamı) və digər yerləri fəth etdi. 

XII əsrin əvvəllərindən etibarən nəvakiyyələrdən daha bəhs edilmir.   

 

10. SURİYA 



  

Səlcuqlu  hökmdarı  Məlikşah  470-ci  ildə  (1077)  qardaşı  Tutuşu  Suriya 

məlikliyinə təyin edərkən onun məiyyətinə Bəkçi oğlu Afşin, Sandaq, Dim-

laç oğlu Məhəmməd, Tutu oğlu və Bərik oğlu kimi qüvvətli bəyləri daxil et-

mişdi. Bunlar eyni zamanda Anadolunun fəthində mühüm rol oynamış bəy-

lər idi. Böyük əmir Afşinin aqibəti haqda heç bir qeydə təsadüf edilmir.  

XII  əsrdə  İmadəddin  Zəngi  Hələb  əmiri  olduqdan  sonra  Şəhrizor-Ərbil 

bölgəsindəki yıvaların mühüm bir qismini Hələb bölgəsinə gətirmiş və on-

lara  səlibçilərə  yaxın  yerdə  iqta  vermişdi.  Bu  Suriya  yıvaları  öz  başçıları 

Yaruğa görə yaruqiyyə (yaruqlu) adını almışlar. Əmir Bahəddin Yaruq 564-

cü ildə (1168) ölmüş, oğlu Bədrəddin Doldurum onun xələfi olmuşdur. Tell-

Başir  və  Tell-Xalid  əmiri  olan  Bədrəddin  Doldurum  Nurəddin  Mahmudun 

və  Səlahəddinin  dövründəki  ən  qüvvətli  əmirlərdən  biri  idi.  O,  611-ci  ildə 

(1218) ölmüş, Hələbdə ona yas mərasimi düzəldilmişdi. Ondan sonra isə oğ-

lu  Fəthüddin  Tell-Başir  əmiri  olmuşdur.  615-ci  ildə  (1218)  Tell-Başir  səl-

cuqlu sultanı İzzəddin Keykavusun ordusu tərəfindən zəbt edilmişdir. Ancaq 

avanqard  hissəsinin  məğlub  olması  səbəbilə  səlcuqlu  ordusu  geri  dönərkən 

                                                           

1

 İbn  Xəlliqan  (Vəfayat  ül-əyan.  Qahirə,  1948,  III,  s.  277)  bu  adın  Bük-Tigin  kimi  oxun-



masının doğru olduğunu söyləyir. 

2

 Gök-Börü haqqında bax: İ. Kafesoğlu, Gök-Böri. İ.A., VI, s. 885-892. 




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə