OĞUZLAR (TÜRKMƏNLƏR)
71
üçün girişdiyi fəaliyyətlər əsasında bir ara oğuz yabğusunun yanına gedərək
onunla ittifaq bağlamış, qudalıq qurmuş və nəticədə yabğu müsəlman ol-
muşdu
1
(391 - 1001-ci ildən sonra, hər halda 392-1002-ci ildə). Bu qeyddən
də göründüyü kimi islam dini oğuzlar arasında ancaq XI əsrdə hakim din
mövqeyi qazana bilmişdir.
Müsəlmanlığı qəbul etmiş oğuz zümrələrini qeyri-müsəlman qardaşla-
rından fərqləndirmək üçün Mavəraünnəhr müsəlmanları onlara türkmən adı
verirdi. Daha əvvəl də dediyimiz kimi, Orta Asiyada müsəlmanlığı birinci
qəbul edən türk qövmü Balasağun ilə Mirki arasında yaşayan türkmənlər ol-
duğundan «türkmən» adı Mavəraünnəhr müsəlmanları içində «müsəlman
türk» şəklində xüsusi bir məna da qazanmışdı. Oğuzların da islamı qəbul et-
miş zümrələrinə müsəlman olduqlarını xatırlatmaq və onları qeyri-müsəl-
man qardaşlarından ayırd etmək üçün «türkmən» deyildi. Türkmən adının
yalnız oğuz müsəlmanlarına verilməsi xüsusu Biruninin də sözlərindən gö-
ründüyü kimi, hər cür şübhədən uzaqdır
2
.
Gərdizi və Beyhaki kimi Qəznə salnaməçiləri oğuzlardan müsəlman türk
mənasında türkmən adı ilə bəhs etmişlər. Bunun əvəzində Yaxın Şərq müəl-
lifləri onları əl-ğuzz, yəni oğuz adlandırmışlar. Çünki oğuzlar özlərinə türk-
mən demirdilər. Onlar müsəlmanlar tərəfindən hər yerdə özlərinə verilən bu
adı uzun zaman mənimsəmədilər və oğuz sözünü atalarının adı kimi olsa da
uzun müddət unutmadılar. XIII əsrin sonlarından etibarən artıq hər yerdə
«türkmən» sözü «oğuz» sözünü əvəz etmişdir.
«Türkmən» adının mənşəyi müasir müəlliflər kimi qədim müəllifləri də
xeyli məşğul etmişdir. Onlardan birinin fikrincə, «türkmən» «türk» sözü ilə
farsca «man» (manənd) şəkilçisindən meydana gəlib «türkəbənzər» demək-
dir. Bundan əvvəlki haşiyədə böyük alim Biruninin bu fikirdə olduğunu gör-
dük. Kaşğari də öz növbəsində «türkmən» adının eyni şəkildə izahı ilə əla-
qədar bir rəvayət
3
nəql etmişdir. Bu misallar XI əsrdə türkmən adının türk+-
man (manənd)dən meydana gəldiyinin olduqca yayğın bir fikir olduğunu
göstərir. XIV əsrdə İranda da «türkmən» sözünün eyni cür izah edildiyi mə-
lumdur
4
. İkinci fikrə görə, «türkmən» «türki-iman» sözündən yaranmışdır.
Bunu isə ibn Kəsir
5
və bizim salnaməçi Məhməd Nəşri
6
və ya onun istinad
etdiyi qaynağın müəllifi irəli sürmüşdür. Müasir dövrdə isə «türkmən» sö-
zünün sonundakı «mən»in türkcə mübaliğə şəkilçisi olduğu söylənərək (qo-
caman, azman, dəyirman və i. a.) bu adın öz türk (əsil türk, böyük türk) mə-
1
Gərdizi. Tehran, 1327, s. 60.
2
Kitab ül-cümahir, s. 205.
3
Kilisli III, s 304-307; Atalay, III, s. 412-416; [Ramiz Əskər, III, s. 359-362].
4
Rəşidəddin. Cami ət-təvarix. Berezin nəşri, s. 26.
5
əl-Biladiyə vən-Nihayə. Qahirə, 1348, XP, s. 48.
6
Məhməd Nəşri. Cahannüma. F.R.Unat-M.A.Köymən nəşri. I, Ankara, 1949, s. 16-17.
FARUQ SÜMƏR
72
nasına gəldiyi bildirilir
1
. Oğuzların və ümumiyyətlə türklərin islam dinini
qəbul etmələrində onlarla müsəlmanlar arasındakı ticarət münasibətlərinin
yüksək səviyyəyə çatması ən mühüm amil olmuşdur. Yuxarıda da deyildiyi
kimi, X əsrin əvvəllərində oğuzların əlindəki Yeni-Kənd, Xuvarə, Cənd və b.
şəhərlərdə müsəlmanlar da yaşayırdı, karluqların hakim olduğu bəzi şəhər-
lərdə isə müsəlman icmaları vardı. Bu icmalar olduqları yerlərdə türklərdən
ancaq dostluq münasibətləri görürdülər. Oğuzlar mədəni səviyyəsi yüksək
olan bu müsəlmanlardan islam dininin əsaslarını öyrənirdilər. Digər tərəfdən,
həm Mavəraünnəhrdən, həm də Xarəzmdən hərəsində minlərcə adam olan
karvanlar ən uzaq türk ölkələrinə gedib-gəlirdi. Hər bir müsəlman tacirin
türk ölkəsində səyahət edə bilməsi üçün bir türk ilə dostluq və ya şəriklik
qurması lazım idi. Müsəlman dərviş və şeyxlərinin də türklər arasında apar-
dıqları dini təbliğatı bunlara əlavə edə bilərik.
7. OĞUZ YABĞU DÖVLƏTİ
Oğuzların yabğular tərəfindən başçılıq edilən dövlətləri vardı. Ancaq ta-
rixə bu yabğuların heç birinin adı dəqiq məlum deyil. Oğuzların «Cami ət-
təvarix»də verilmiş əfsanəvi tarixlərində bu yabğulardan bir çoxlarının adı
çəkilmişdir. Yabğular qışda Sır-Dəryanın mənbəyi yaxınlığında yerləşən
Yeni-Kənddə yaşayırdılar. Yabğuların bizə məlum olan aşağıdakı məmur-
ları vardı: sübaşı
2
, yəni ordu komandanı. Sübaşının bir nəfər, yoxsa bir neçə
nəfər olduğu bilinmir. Səlcuqlular bu vəzifəni və bu sözü Anadoluya da gə-
tirdilər. Səlcuqlu dövründə sübaşı ünvanı bölgələrin hərbi valilərinə verilirdi.
Osmanlı dövründə isə sübaşı şəhərlərdəki polis rəisləri mənası qazandı.
Yabğuların digər yüksək məmuru kül-ərkin idi
3
. Külərkin yabğunun naibi
və ya vəkili deməkdir
4
. Bu terminin Türkiyəyə gəldiyinə dair heç bir dəlil
yoxdur. Ancaq vəzifənin gəlmiş olması ehtimalı var. Türkiyə səlcuqluların-
da bir səltənət naibliyi vəzifəsi mövcud idi
5
. Bundan əlavə, türkmən hökm-
darlarının, bəylərinin də naibləri olduğunu bilirik.
1
Jan Deni. Türk dilinin qrammatikası. Paris, 1921, s. 236; Minorski. Hüdud ül-aləm ha-
şiyələri, s. 311.
2
İbn Fədlan. Z.V.Toğan nəşri, s. 10, 16; S. əd-Dehxan nəşri, s. 91, 103. XVIII və XIX əsr-
lərdə sözün tərkibindəki sü kəlməsinin su olduğu sanılmış, hətta onun sərçeşmə şəkilində
farsca qəribə bir tərcüməsi də verilmişdi.
3
İbn Fədlan. Z.V.Toğan nəşri, s. 13, 15; S. əd-Dehxan nəşri, s. 97, 101. Mətndə: kuzərkin.
Türklərdə bu şəkildə ünvana rast gəlinmir, əvəzində kül-ərkin ünvanı vardır. Rəşiddədində
kul-ərki şəkli olduğu üçün ibn Fədlandakı kuzərkinin kul-ərkin olduğunu qənaətinə varıl-
mışdır.
4
Göstərilən yer.
5
İ.H.Uzunçarşılı. Osmanlı dövlət təşkilatının əsaslarına giriş, s.97, 101-102.