“Oğuznamə” yazılı abidəsinin leksik-qrammatik xüsusiyyətləri Tamara Məmmədova



Yüklə 288,46 Kb.
Pdf görüntüsü
tarix31.10.2018
ölçüsü288,46 Kb.
#77194
növüYazı


“Oğuznamə” yazılı abidəsinin leksik-qrammatik xüsusiyyətləri 

 

Tamara Məmmədova, 

291 nömrəli Ekologiya liseyinin 

Azərbaycan dili və ədəbiyyat müəllim 

 

Müəllimim, görkəmli dilçi alim Samət Əlizadənin əziz xatirəsinə ithaf edirəm. 



Yazılı abidələr xalqın keçmişini, adət – ənənələrini, tarixini əks etdirir. Xalqı öz tarixi ilə dərindən 

tanış edir. Keçmişimizi bu günümüzə calayır, tariximiz, dilimiz haqqında düzgün təsəvvür yaratmağımıza 

kömək  edir.  Ilk  dəfə 1987  –  ci ildə ayrıca  kitab şəklində  buraxılan  “Oğuznamə”  indiyədək  türkologiya 

elminə məlum olmayan, XV – XVI əsrlərdə üzü köçürülən əlyazmasıdır. Həmin topluda təxminən iki min 

atalar  sözü  və  məsəl  toplanmışdır.  Əlyazma  Sankt-Peterburq  Dövlət  Universitetinin  Şərq  fakültəsinin 

kitabxanasında (əlyazmalar şöbəsi: inv. 121/58 /) mühafizə olunur. 

XIX  əsrin  sonlarında rus türkoloqu V.D.Smirnov  məcmuəni  görmüş  və  “Oçerk  istorii tureçiskoy 

literaturı” adlı məqaləsində “Oğuznamə” nin adını çəkərək, onun birinci səhifəsindəki ilk atalar sözünü 

nümunə  göstərmişdir.  /bax:Vseobhaə  istoriə  literaturı,  143,  25-ci  vərəq,  SPb,  1992,  səh.443./V.A. 

Qordlevski  də  “İz  istorii  Osmanskoy  posleviüı  i  poqovorki”  əsərində  V.D.Smirnova  istinadən 

“Oğuznamə” nin adını çəkmiş və həmin nümunəni təkrarlamışdır. 

“Oğuznamə” yə 1964 – cü ildə görkəmli dilçi alimimiz mərhum Samət Əlizadə rast gəlmiş, onunla 

dərindən maraqlanmışdır. Məcmuənin Azərbaycan xalqının qiymətli söz xəzinəsi kimi özünə qaytarılması 

Samət Əlizadənin dərin araşdırmalarının və gərgin əməyinin nəticəsidir. 

“Oğuzanmə”  yazısı  bir  abidə  kimi  ulu  babalarımızın  dil  və  təfəkkür  incilərini  bizə  çatdırmaqla 

yanaşı, Azərbaycan və türk dilləri tarixini müxtəlif cəhətdən öyrənmək işinə böyük köməklik göstərir. 

Əlyazmasının  spesifik  polioqrafiyası  və  imzası  vardır.  Bu  abidə  başqa  abidələrdən  bir  sıra  üstün 

xüsüsiyyətlərinə görə fərqlənir. Samət Əlizadənin fikrincə, .”Oğuznamə” dəki atalar sözü və məsəllərdə 

ərəb  –  fars  sözləri  azlıq  təşkil  etdiyi  üçün  katibin  işlətdiyi  hərəkətlər  əsasən  milli  sözlərin  oxunuşunu 

asanlaşdırmaq  və  dəqiqləşdirmək  üçündür.  “Oğuznamə”  də  toplanmış  atalar  sözü  və  məsəllərin  xeyli 

hissəsi  hələ  də  unudulmayıb.  Min  illər  keçsə  də,  Azərbaycan  və  türk  xalqlarının  şüurunda,  hafizəsində 

yaşamaqdadır.  Buna  baxmayaraq,  bir  sıra  vahidlərdə  leksik  –  semantik  və  qrammatik  dəyişikliklər  baş 

vermiş, söz artımı və yaxud ixtisarlar olmuş əsas məzmun sabit qalmışdır. 

“Oğuznamə” türk və Azərbaycan atalar sözü və zərbi – məsəllərin təməli sayıla bilər. 

“Oğuznamə” dəki bəzi nümunələrə ilk dəfə ya eynilə, ya da cüzi fərqlərlə “Kitabi Dədə Qorqud” 

da, XV əsr türk tarixçisi Yazıçıoğlu Əlinin “Səlcuqnamə” əsərində və başqa mənbələrdə rast gəlirik. Bu 

qaynaqlarda müşahidə olunan paremilərin hamısı görkəmli dədəqorqudşünas alim Orxan Şaiq Gökyayın 

“Dədəm Qorqudun kitabı”(I basılış, İstanbul, 1973) adlı böyük həcmli əsərində verilmişdir. 

O.Ş.Gökyay  Dədə  Qorqudun  şəxsiyyətindən  bəhs  edərkən  XV  –  XVI  əsrlərə  aid  “hazihi  –  r  – 

risaləti – min – kəlimati – Oğuznamə – əl – məşhur – bi – atalar sözü” adlı məcmuəni xatırladır və qeyd 

edir  ki,  topluda  Dədə  Qorqud  adına  çıxarılan  nümunələr  vardır.  O  göstərir  ki,  alman  şərqşünası  Ditsin 

1989  –  cu  ildə  nəşr  etdirdiyi  yüz  atalar  sözündən  75  –  i  Dədə  Qorquda  aiddir.(  Səh.  CXXıX.)  Həmin 

nümunələrin bir neçəsi “Oğuznamə”də də əks olunmuşdur.Türkiyənin kitabxana və muzeylərində XVII – 

XVIII  əsrlərdən  etibarən  müxtəlif  səviyyədə  tərtib  olunmuş  atalar  sözü  və  məsəllər  məcmuələrinin 

əlyazma nüsxələrinin saxlandığı məlumdur. Həmin məcmuələr bizim günlərdə kifayət qədər öyrənilmiş, 

türk atalar sözü və zərbi – məsəllərin mükəmməl nəşr variantları meydana çıxmışdır. Həmin əlyazmaları 

onların katibləri, tərtibçiləri arasında “Oğuznamə” və Məhəmmədəli adı yoxdur. 

“Oğuznamə” Azərbaycan tarixi filologiyası üçün ciddi əhəmiyyətə malik əlyazmasıdır. 

“Oğuznamə”də  araşdırılmalı  mətləblər  ,  izaha,  tədqiqata  ehtiyacı  olan  problemlər  çoxdur.  Yazılı 

abidədəki arxaik şəkilçilərlə bağlı bir sıra fikirlərimi sizinlə bölüşəcəyəm. 

Azərbaycan dilinin çoxəsrlik tarixinin öyrənmək baxımından ayrı – ayrı yazılı abidələrin tədqiqinin 

böyük  əhəmiyyəti  vardır.  Dil  tarixi  qarşısında  duran  əsas  məsələlərdən  biri  də  həmin  abidələrin  dil  və 

üslub, leksik, morfoloji və sintaktik xüsusiyyətlərini araşdırmaqdır. Bu cəhətdən “Oğuznamə” nin dilində 

morfoloji  xüsusiyyətlərin  araşdırılması  ən  aktual  və  vacib  problemlərdən  biridir.  Bu  əlyazması  ədəbi  – 

bədii dilimizin tarixi inkişafını izləmək üçün də zəngin material verir. 

Dilimizdə sözlərin müxtəlif şəkillərə düşməsində, yeni sözlərin yaranmasında əsas rolu Azərbaycan 

dilinin  şəkilçiləri  oynayır.  Yazılı  abidələrin  dilindən  məlum  olur  ki,  şəkilçilərimiz  hər  zaman  bir 

vəziyyətdə, bir səviyyədə olmamışdır, çünki bütün dövrlər üçün məhsuldar olan şəkilçilərlə bərabər, az 

məhsuldar,  passiv  olanlar  da  olmuşdur.  Bu  passiv  şəkilçilərdən  bəziləri  qismən  dəyişmiş  və 

məhsuldarlığını artırmışdır. 




Əsas qrammatik  kateqoriyalardan birini təşkil edən ismin halları Azərbaycan dilində daha qədim 

dövrlərdə  formalaşmış,  semantik  cəhətdən  qismən  sabitlik  kəsb  etmişdir.  Müasir  Azərbaycan  ədəbi 

dilində ismin hallarını ifadə etmək üçün işlənən formalar dilimizin yazılı abidələrində də demək olar ki, 

eyni  mənada  geniş  işlənmişdir.  Lakin  ayrı  –  ayrı  abidələri  nəzərdən  keçirdikdə  aydın  olur  ki,  hal 

kateqoriyasının,  ümumiyyətlə,  türk  dilləri  üçün  qədim  xüsusiyyəti  –  hal  formalarının  biri  –  birini  əvəz 

etməsi hadisəsi dilimizin əvvəlki dövrlərində özünü müəyyən dərəcədə saxlamışdır. 

“Oğuznamə”  üzərində  aparılan  müşahidələr  göstərir  ki,  həmin  əsərdə  halların  bir  sıra  maraqlı 

xüsusiyyətləri  olmuşdur.  Hal  kateqoriyasının  inkişafını  bu  əlyazmada  öyrənmək  dilimizin  tarixini 

öyrənmək  üçün  də  xüsusi  əhəmiyyət  kəsb  edir.  Abidədə  hal  kateqoriyasının  mahiyyəti  qrammatik 

cəhətdən  müasir  ədəbi  dilimizdən  əsasən  fərqlənmir.  Lakin  şəkilçilərin  müasir  dilimizdə  olmayan 

variantları, bir sıra əvəzlənmələr abidədə müəyyən yer tutur. 

“Oğuznamə”  nin  dilində  ismin  adlıq  halı  müasir  Azərbaycan  dilində  olduğu  kimidir,  formal 

əlamətsiz işlənir. 

Yiyəlik  hal.  Yiyəlik  halın ifadəsi  əlyazmada  müasir ədəbi  dilimizdən  əsasən  fərqlənmir.  Belə  ki, 

burada da həmin hal – ın4 şəkilçilərinin vasitəsi ilə düzəlir. 

“Oğuznamə” nin dilində yiyəlik halın dilimizdən fərqli bəzi xüsusiyyətləri vardır. 

Abidədə qeyri – müəyyən, şəkilçisiz yiyəlik hala təsadüf olunur. Məs: Ər başından bun gedər, tağ 

başından tuman  gedər.(  O,  səh.50).  Şəkər  dadın  yeyən  bilir.(  O,  səh.120).  Bəslə  it  ənigin,  axır  baldırın 

yırtar.( O,səh. 70). 

Bundan başqa mənsubiyyət şəkilçili isimlərdə də yiyəlik halın şəklçisinin düşməsi özünü göstərir. 

Məs.  Oğrı  kəndü  rizqin  yeyər,  bazırgan  el  rizqin  yeyər.(  O,  səh.49).  Bəglər  xəşmi  tanrı  xəşmindən 

artıqdır.(  O,  səh.  82.)Belə  xüsusiyyətə  qədim  yazılı  abidələrimizin  dilində  rast  gəlinir.  Lakin  şeirlərin 

dilinə nisbətən, nəsr materiallarının dilində daha çox təsadüf etmək mümkündür. Məs: 1… Otuz doqquz 

igidim əmanəti, mrə kafir… Ağanız başı və gözü sədəqəsi üçün köhnə qaftanınız varsa geyəyin. .(.Kitabi 

Dədə Qorqud.) 

2.  Azərbaycan  sərhədlərinə  yetişdikdə  tamami  sərhədlər  əhlini  qılınc  zərbilə  müsəlman  eliyüb. 

(Dərbəndnamə). 

3. Bildi kim atası və əmisi yanını gedüpdür. 

…Düşdə görər ki, on qurt Yusifi atası qucağından qapdılar (Şühadanamə). 

Misalllardan  göründüyü  kimi,  atası  və  əmisi  yanını  və  s.  birləşmələrində  atası  və  əmisi  sözünün 

yiyəlik halda işlənməsi tələb olunur. XVI – XVIII əsrlərdə yiyəlik halın şəkilçisiz işlənməsi halları yazıda 

tez – tez təkrar edildiyindən bu halı öz dövrü üçün qanuni hesab etmək olar. 

Yönlük  hal.  Bu  hal  tərəf,  səmt,  cəhət  məzmunu  bildirir;  samitlə  bitən  isimlərdə  –  a,  –  ə,  saitlə 

bitənlərdə – ya, – yə şəkilçisini qəbul edir. Bu cəhətdən – a, – ə, – ya, – yə şəkilçilərinin müasir forması 

ilə qədim forması arasında əsaslı bir fərq nəzərə çarpmır. Qədim yazı abidələrimizin dilində də yönlük hal 

əsasən bu gün müasir dilimizdə işləndiyi kimidir. Lakin yönlük hal şəkilçi – a, – ə, – ya, – yə ilə yanaşı, 

bəzən – ğa, – gə şəkilçisi də işlənmişdir. Təbii ki, bu forma Azərbaycan dili üçün sabit, həm də ümumi bir 

forma  olmamışdır,  çünki  ümumxalq  dilində  bu  şəkilçinin  geniş  yayıldığını  göstərən  materialllar  yox 

dərəcəsindədir.  –  ğa,  –  gə  şəkilçisinə  ancaq  müəyyən  qrup  yazıçıların  dilində  təsadüf  edilir. 

Kişvərinin,Əmaninin,  Saib  Təbrizinin,  Yuzbaşovun  və  başqalarının  şeirlərinin  dilində  rast  gəlinir. 

“Oğuznamə” nin dilində – ğa, – gə şəkilçisinə rast gəlinmir. 

“Oğuznamə”  nin  dilində  müasir  dilimizdəki  xüsusiyyətlərdən  başqa  bəzi  fərqli  cəhətlərə  də  rast 

gəlinir. 

“Oğuznamə” nin dilində yönlük hal əsas mənası ilə yanaşı bəzən başqa halların əvəzində də çıxış 

edir. Əsasən, burada yönlük hal yerlik hal yerində, çıxışlıq hal yerində işlənmişdir. 

Yönlük hal yerlik hal yerində: 

Müxənnət kərpüsündən keçməkdən suya boğulmaq yegdir. (O, 176); Xoyın – hünərin bilmədigin 

tavarın ardına dolanma (O, 95); Sən el ögünə yat, el sənin boyuna qaftan biçə bilür (O, 117); Ögəy ana, 

ocağa yana? (O, 40). 

Yönlük hal çıxışlıq hal yerində: 

Tovarın yobuqlandığı vaxt bölüşdügün kişiyə sor. (O, 130 ). 

Təsirlik hal. Bu hal görülən hər hansı bir işin təsiri hədəfini və ya obyektini bildirmək üçün ismin 

sonuna – ı, – i, – u, – ü şəkilçilərini artırmaqla düzəlir. Saitlə bitən isimlərdə isə hal şəkilçisindən əvvəl 

xüsusi bir səs bitişdirici n samiti artırılır. Məsələn, ananı, səmanı. 

Təsirlik  hal  şəkilçilərinin  düzəlməsi  üç  əvvəlki  hala  nisbətən  başqadır.  Təsirlik  hal  şəkilçiləri 

müasir şəklindən fərqlənir. 




XVIII  əsrə  qədər  mövcud  olan  yazılı  materialların  dilində  saitlə  bitən  isimlər  təsirlik  hal 

şəkilçisindən  əvvəl  bitişdirici  n  səsi  ilə  yanaşı,  y  səsi  də  qəbul  etmişdir.  XVIII  əsrdən  sonra  y  ilə  n 

ünsürlərinin  tənasübü  tamamilə  dəyişmişdir.  Ədəbi  –  yazı  dilində  n  ünsürü  y  –  ya  nisbətən  üstünlük 

qazanmışdır. Başqa sözlə desək, getdikcə ədəbi dilimizdə n qrammatik bir ünsür kimi sabitləşmişdir. Yazı 

dilində y ünsürünün işlənməsinə bir çox misallar göstərmək olar. Məs: 

Bilməz çu cəfayı kəm cəfalar. (Xətai); 

Bıraqdı xakə hüsnün aftabi – alət arayi, 

Əsayi möcüzə gör kim iki bölmüş bu dəryayi. (Füzuli). 

Azərbaycan dilinin ilk abidələrindən biri olan “Kitabi Dədə Qorqud” dastanlarında da ismin təsirlik 

halında bəzən bitişdirici y ünsürü işlənmişdir. Məs: Dərbənddəki dəmirqapıyı təpibalaq, …. Dədə qapıyı 

açdı, 


Dəli 

Qacar 


çıxdı. 

Kişvəri “Divan” ının dilində də təsirlik hal saitdən sonra – y ünsürünü artırmaqla düzəlmişdir. Məs: Çox 

qıldın Kişvərinin könliyi tiği – hicr ilə ( K,9); Sağ əhliyi sayru etkən nərgisi bimarınız. ( K., 21). 

“Oğuznamə”  nin  dilində  də  təsirlik  hal  saitlə  bitən  isimlərə  n  səsi  ilə  yanaşı,  y  səsinin  də 

bitişdirilməsi  ilə  düzəlmişdir.  Məs:  Ac  tovuq  kəndüyü  taxıl  bazarında  görər.(O,56.),  Hər  kişiyi  hal  ilə 

tanrısı bilür.(O, 184); Duaçıdan duayı armağan um. (O, 107); Qonşıyı qonşıdan sorarlar (O, 155). Belə 

nümunələr  “Oğuznamə”  də  onlarcadır.  Bundan  başqa,  tanayı,  kimsəyi,  dəlüyi,  uluyı,  tanrıyı,  qapuyı, 

buğdayı sözləri də abidədə bu yolla düzəlmişdir. 

“Oğuznamə” də isimlər təsirlik hal məzmununu formal əlamətsiz, yəni şəkilçisiz də tapmışlar. Bu 

yolla düzələn təsirlik hal əlyazmada üstünlük təşkil edir. Məs: Öksüz oğlan göbəgin göndü kəsər. (O, 34); 

Atın küçügin al, böyügi su keçməgə gərək olur (O, 39); İş qolayın issi bilür, anınçun assı bulur. (O, 40); 

Anasın gör, qızın al, qayısın gör, bezin al. (O, 33); Od görsən, varma, köpək ünin eşitsən, var. (O, 52). 

Bu  misallardakı  göbəgin,  küçügin,  qolayın,  anasın,  qızın,  qayısın,  ünin  sözlərinin  göbəgini, 

küçügini,  qolayını,  anasını,  qızını,  ünini  mənalarında  işləndiyi  məzmundan  bilinir.  Eləcə  də  abidədəki 

rizqin,  ulusın,  ərligin,  müsəlmanların,  işin,  yoxsulluğın,  quyruğın,  etdügin,  aqçacığın,  aqcan,  ağzın, 

qulağın ipin, nəfsin, əlin, issin və s. sözlər ismin təsirlik halında işlənmişdir. 

Yerlik hal. “Oğuznamə” nin dilində yerlik hal öz ifadəsini, müasir dilimizdə olduğu kimi, əsasən – 

da, – də şəkilçisində tapır. 

Əlyazmada yerlik hal bəzən başqa halların funksiyasını daşıyır: 

Yerlik hal yönlük hal mənasında: 

Eyiblü tavar issində yaraşır. (O, 138);Köpək dərədügi evdə fəriştə girməz (O, 180); Bulanıq suda 

boy vermə, boyun irməz. (O, 73). 

Bu misallardakı issində, evdə, suda sözləri məzmundan aydın olur ki, issinə, evə, suya mənasında 

işlənmişdir. 

Yerlik hal çıxışlıq hal mənasında: 

Bay qaftan geysə, qutlu olsun deyərlər, yoxsul qaftan geysə, “Qanda buldun”? deyərlər. (O, 72). bu 

misaldakı qanda sözü qandan mənasında işlənmişdir. 

“Kitabi – Dədə Qorqud” dastanlarında da bu vəziyyətə rast gəlinir. Məs: Çobanın … alnında bir 

öpdü. (R ., 29). Yazıda yabanda geyigi qovar, sənin önünə götürər (R. 13). Buradakı alnında, yabanda, 

yazıda sözləri çıxışlıq hal mənasında işlənmişdir. Kişvərinin əsərlərində yerlik halın yönlük hal və çıxışlıq 

hal mənalarında işlənməsi müşahidə edilir. Məs: Qaşundə bylmişəm qurban, daği nişə yaraydurmən /(K, 

75); Gözlərin sevdasidə gəldi mana bimarlığ (K., 27). 

Bu misallarda qaşundə sözü qaşunə, sevdasidə sözü isə sevdasidən mənalarında işlənmişdir. 

Çıxışlıq hal: İsmin çıxışlıq halı “Oğuznamə” dəki isimlərdə əsasən müasir dilimizdə olduğu kimi – 

dan , – dən şəkilçisi ilə ifadə olunmuşdur. Lakin bir atalar sözünün tərkibində çıxışlıq hal – din şəkilçisi 

vasitəsilə düzəlmişdir. Məs: “Dərvişligə varanla dur, demişlərdir, gələnlər bizdən öndin ki, qulaq aşiq olur 

gözdən öndin” deyən eşidir. (O, 103). Burada öndin sözü öndən mənasını verir. H. Mirzəzadə bu şəkilçi 

haqqında yazır: 

“Müxtəlif dövrlərin yazısında işlənmiş – dın, – din şəkilçisini Azərbaycan dili üçün normal hesab 

etmək olmaz, çünki buna çox az, həm də müəyyən yazıçıların (Kişvəri, Əmani, Məsihi) dilində təsadüf 

edilir. 

Aydındır ki,- dın, – din şəkilçisi Azərbaycan dilinə nisbətən türk sistemli dillərindən bəziləri üçün 

daha xarakterikdir. 

Xəbərlik  kateqoriyası:  Əlyazmada  isimlərin  xəbər  vəzifəsi  və  yaxud  cümlədəki  hökmün  şəxslərə 

mənsubiyyəti – am, – əm, – yəm, – san, – sən, – dır, – dir, – durur, – dürür, – iz, – üz formaları ilə ifadə 

olunur.  Bu  formalardan  ikisi  (durur,  –  dürür;  iz.  –  üz)  müasir  dilimizdə  işlənmir,  arxaik  şəkilçiyə 

çevrilmişdir.  “Oğuznamə”  nin  dilində  ismin  xəbərlik  kateqoriyası  əsasən  müasir  dilimizdə  olduğu 



kimidir. Lakin burada bəzi fərqli xüsusiyyətlər də özünü göstərir. Abidədə şəxsin cəmini bildirmək üçün 

müasir dilimizdəkindən fərqli olaraq – k, – q. əvəzinə – uz ünsürü işlənmişdir. Məs: Uran ilə …. qulıyuz 

(O, 67). Ümumiyyətlə, XVIII əsrə qədər z ünsürü çox geniş yayılmışdır. Məs: 

1. Mişkin saçın eşqi zəncirə çəkdi bağladı, 

Yəni ki, biz məcnunlarız, şol həlqədir zəncirimiz (Nəsimi) 

2. Hər necə ki, xud şərmisarız 

Bu cürm ilə həm ümidvaız(Füzuli) 

3. Hic şəm ilə ram olmaz pərvanələriz bizlər 

Zəncirə baş endirməz divanələriiz bizlər. (Qövsi Təbrizi) 

Bu gün bu forma Azərbaycan dilində öz sabitliyini itirmişdir. 

Qeyd etdiyimiz kimi, cümlələrdə ismi xəbərlər bir çox hallarda – dır, – dir, – dur, – dür şəkilçisi ilə 

bitir. Lakin bu əlyazmada bəzi hallarda – dır, – dir, – dur, – dür şəkiçisi atılır, xəbərlər şəkilçisiz işlənir. 

Məs: İpin yemiş ölmüş hammal yoq. O, 27); 

Aclıqdan  ölmüş  kimsə  yoq  (O,  28)  Əlyazmada  arxaik  şəkilçilər  isim  və  onun  hal  ,  mənsubiyyət 

kateqoriyaları üzrə araşdırıldı. 

Növbəti məqalədə sifət,say və zərfə qoşulan arxaik şəkilçilərdən söhbət açacağıq. 



 

Yüklə 288,46 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə