Ölkələrin tranzit potensialının geosiyasi və geoiqtisadi aspektləri



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə14/29
tarix01.09.2018
ölçüsü2,02 Mb.
#66200
1   ...   10   11   12   13   14   15   16   17   ...   29

40 

 

Bern Konvensiyası və KOTİF-in üzvü deyildi və avropa və asiyanın sosialist ölkələri 



ilə  ―Beynəlxalq  yük  daşımaları  haqda  Saziş‖  və  ―  Beynəlxalq  sərnişin  daşımaları 

haqda  Saziş‖  imzalamışdı.Bu  sazişlər  iştirakçı  ölkələrin  dəmir  yolları  arasındakı 

qarşılıqləı münasibətləri tənzimləyirdi. 

SSRİ  dağıldıqdan  sonra  isə  bu  ölkələr  arasında  yük  və  sərnişinlərin  dəmir  yolla 

daşınması  haqda  müxtəlif  sazişlər  imzalandı.1993-cü  ildə  Azərbaycan,  Gürcüstan, 

Latviya,  Litva  v.  Estoniya  arasında  ―SSRİ  yollar  nazirliyinin  yük  vaqonları  və 

konteyner inventar parkının bölüşdürülməsi və onların sonrakı birgə istifadəsi haqda 

Saziş‖ və ― Yük vaqonları və konteynerlərdən birgə istefadə haqda Saziş‖ imzalandı. 

1992-ci  ildə  MDB-  yə    üzv ölkələr  ―Birlik  üzvü  olan ölkələrin  dəmir  yol  nəqliyyatı 

üzrə  Şurası‖  yaradıldı.Şuranın  əsas  vəzifəsi  dövlətlər  arası    səviyyədə  və  üçüncü 

ölkələrlə  dəmir  yol  sahəsində  fəaliyyətin  koordinasiyası,  MDB  ölkələri  arasında 

vahid  iqtisadi  məkan  çərçivəsində  dəmir  yol  nəqliyyatının  razılaşdırılmış  iş 

rpinsipləri və şəraitinin işlənməsidir.Bu məqsədlə aşağıdakı normativ sənədlər qəbul 

olunub: 


-  ―  MDB-yə  üzv  ölkələrdə  dəmir  yol  nəqliyyatında  vahid  razılaşdırılmış  tarif 

siyasətinin  müəyyən  olunması  konsepsiyası  haqda‖-  MDB  hökumət  başçıları 

Şurasının qərarı , (8 oktyabr 1996 il). 

-  ―Dəmir  yolla  daşınan  malların  gömrük  rəsmiləşdirilməsi  və  nəzarəti  zamanı 

MDB üzv dövlətlərin dəmir yol idarələri və gömrük orqanlarının vahid qarşılıqlı təsir 

texnologiyasının  təsdiqi  haqda‖  MDB  üzv  ölkələrin  gömrük  xidməti  rəhbərləri 

Şurasının 1/20 saylı qərarı. 

Razılaşdırılmış tarif siyasətinin təmin edilməsi üçün 1993-cü ildə Baltikyanı ölkələr 

və MDB ölkələrinin dəmir yol idarələri arasında daimi fəaliyyət göstərən orqan kimi 

Tarif Konfransı yaradıldı.Tarif Konfransının qərarı ilə dəmir yol idarələri tərəfindən 

yük sahibləri ilə münasibətləri tənzimləyən tarif razılaşması imzalanıb.  

    Yüklərin beynəlxalq avtomobil daşıması 



41 

 

Beynəlxalq  avtomobil  daşımaları  –  yük  və  ya  sərnişinlərin  ikidən  artıq  ölkə 



ərazisindən  daşınmasıdır.  Avtomobil  nəqliyyatı  dəniz  və  daxili  su  daşımalarından 

yüksək  effektivliyi  ilə  fərqlənir.Bu  nəqliyyat  növü  yüklərin  ―qapıdan-  qapıya‖ 

daşınmasına imkan verir.Son illərdə dünyada avtomobil daşımalarının həcmi sürətlə 

artır.Yüksək inkişaf etmiş ölkələrdə avtomobil nəqliyyatında inkişaf əsasən nəqliyyat 

vasitələrinin  keyfiyyətcə  təkmilləşməsində,yüksək  ekoloji  effektiv  həll  üsullarının 

tapılmasında, modellərin tez tez dəyişməsində özünü göstərir. 

Perspektivdə  ekoloji  təmiz  yanacaq  növlərinin  və  hətta  günəş  enerjisi  ilə 

işləyən batareyaların tətbiqi gözlənilir.Avtoobil nəqliyyatının təkmilləşməsinin digər 

istiqamətləri  yolların  keyfiyyətinin  yüksəldilməsi,buraxılış  qabiliyyətinin  artırılması, 

təhlükəsizliyin yüksəldilməsidir. 

Beynəlxalq səviyyədə yol hərəkət qaydaları ― Yol hərəkəti haqda Konvensiya” 

və ― Yol işarələri və siqnallar haqda Protokol‖la müəyyən olunmuşdur.( 1949-cu il) 

Beynəlxalq  avtomobil  daşımalarının  tənzimlənməsində    həmçinin  aşağıdakı 

təşkilatlar mühüm rol oynayırlar:   

      -  Yol  Hadisələrinin  Qarşısının  Alınması  Üzrə  Beynəlxalq  Təşkilat  -  MOP  DP 

(YHQBT, 1901- 

Cİ il); 

       -Beynəlxalq Avtoyol Federasiyası - FİA (BAF, 1904-cü il); 

       -Yol Konqreslərinin Daimi Beynəlxalq Assosiasiyası- PMADK (YKDBA, 1909-

cu il); 


        -Beynəlxalq Avtonəqliyyat Federasiyası - MAF (BNF, 1948-cİ il); 

       -Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı - IRU (BANİ, 1948-cİ il); 

       -Tez  Korlanan  Məhsullarının  Nəzarət  Edilən  Temperatur  Şəraitində  Daşınması 

Üzrə 


Beynəlxalq Təşkilat- TRANSFİQORUT Avropa (TMDBT, 1955-cİ il); 

        -Uzaq Reys Yük Avtomobilləri Sürücülərinin Beynəlxalq İttifaqı (USBİ, 1957-

cİ il); 



42 

 

        -BMT Avropa İqtisadi Komissiyasının Daxili Nəqliyyat Üzrə Komitəsi (DNK); 



        -Avropa İqtisadi Birliyinin Nəqliyyat Üzrə Komissiyası (ANK); 

        -Beynəlxalq  Ekspeditor  Assosiasiyaları  Federasiyası  -  FİATA  (BEAF,  1926-cı 

il). BEAF-də bütün texniki işləri üç institut yerinə yetirir: 

         -Avtodaşımalar İnstitutu - AFİ (ADİ), 

         -  Yerüstü  Nəqliyyat  İnstitutu  -  STİ  (YNİ),  Multimodal  Daşımalar  İnstitutu  - 

MTİ (MDİ); 

          -Azərbaycan  Beynəlxalq  Avtomobil  Daşıyıcıları  Assosiasiyası  -  (ABADA, 

1993-cü il) və s. 

Beynəlxalq  avtomobil  daşımalarını  tənzimləyən  beynəlxalq  normativ  sənədlər 

içərisində : 

―Yüklərin beynəlxalq daşınması haqda gömrük Konvensiyası (1959 cu il, 1978 

il redaksiyasında) və 



“Yüklərin  beynəlxalq  yol  daşımaları  müqaviləsi  haqda  Konvensiya”  (  BYD 

Konvensiyası) – mühüm əhəmiyyətə malikdir. 

BYD Konvensiyası BMT Avropa İqtisadi Komissiyasının daxili nəqliyyat üzrə 

komissiyası çərçivəsində işlənib və 1961-ci ildə Cenevrədə imzalanıb. 

Konvensiya  beynəlxalq  nəqliyyat  əlaqələri  sferasında  tətbiq  olunan  və  daha 

rasional və effektiv beynəlxalq avtomobil daşımalarının həyata keçirilməsinə yardım 

göstərən hüquqi mexanizmləri müəyyən edir. 

BYD  Konvensiyası  yüklərin  avtomobil  daşımalarının  tənzimlənməsi  zamanı 

yüksək  hüquqi  qüvvəyə  malik  olan  beynəlxalq  sazişdir.Konvensiyanın  fəaliyyət 

dairəsinə aşağıdakılar daxildir: 

 

daşıyıcının məsuliyyəti, 



 

daşıma müqaviləsinin bağlanması və icrası, 



 

müqavilə bağlamış daşıyıcı və yük göndərənin qarşılıqlı münasibətləri, 



 

bir neçə daşıyıcı ilə daşımaların təşkili, 




Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə