Ölkələrin tranzit potensialının geosiyasi və geoiqtisadi aspektləri



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə5/29
tarix01.09.2018
ölçüsü2,02 Mb.
#66200
1   2   3   4   5   6   7   8   9   ...   29

13 

 

anlayışdır. Geosiyasət iki və ya çoxlu sayda dövlət arasında daxili məzmun etibarilə, 



həmçinin  forma  baxımından  idarəçiliyi  meydana  gətirir.  İdarəçilik  də  geosiyasəti 

yaradır.  İdarəçilik  sahəsində  dövlətin  canlı  qurum  kimi  bütün  orqanları  hərəkətdə 

olur.  (Burada  idarəçilik  dedikdə,  tərəflər  arasında  qarşılıqlı  təsir  və  təzyiqlərdən 

ortaya çıxan üst və alt vəziyyətlər, həmçinin bir çox məsələlərdə böyük dövlətlərdən 

asılı qalmaq halları kimi də başa düşülməlidir. Digər tərəfdən də dövlətlər beynəlxalq 

əlaqələri formalaşdırmaq və razılıqları həyata keçirmək üçün qaydalar yaradırlar və 

qaydalara  əməl  etməklə  özləri-özlərini  idarə  edirlər).  İdarəçilik  sistemli  qaydada 

tənzimləyici  proses  olaraq  özü  ilə  geosiyasi  maraqları  formalaşdıran  elementləri 

daşıyır. Məsələn, xarici sərmayələr təsir vasitələri baxımından tərəflər arasında elə bir 

dövlətin digər dövlət üzərində müəyyən qədər idarəçiliyini yaradır. Bununla yanaşı, 

nəzrə  almaq  lazımdır  ki,  iqtisadi,  siyasi  maraqları  qorumaq  üçün  bir  dövlətin  digər 

dövlətdəki  hərbi  bazaları  da  idarəçilik  və  geosiyasət  elementləridir.  Burada  həm 

geosiyasət,  həm  də  idarəetmə  daxili  bütövlük,  vahidlik  yaradaraq  dünya  düzənini 

meydana  gətirir.  Dünya  düzəni  dünyanın  ayrı-ayrı  regionları  üzrə  (burada  məkan, 

geosiyasət) vahid kompleksi təşkil edən bir bütövə və onun tərkibi olan yarımbütövə 

çevrilir.  Bütöv  və  yarımbütövlər  də  sistemlər  olaraq  idarəçiliklə  formalaşır.  Dünya 

düzəni  və  geosiyasət  formalaşır:  maraq  təminatı  üçün  xarici  siyasət  fəaliyyətindən-

beynəlxalq münasibətlərdəncoğrafi regionlar üzrə beynəlxalq münasibətlər yaratmaq 

üçün  müəyyən  hərəkətlərdən.  Xarici  siyasət  həm  dövləti  digər  dövlətdən  qorumaq 

üçün  həyata  keçirilir,  həm  də  dövlətin  daxili  ehtiyaclarını  ödəmək  məqsədilə 

reallaşdırılır. Bu iki səbəb və istiqamət də əslində bir-birindən doğur və biri digərini 

şərtləndirir.

5

 

Postsovet  məkanının,  Xəzər-Qara  dəniz  hövzəsi  və  Cənubi  Qafqazın  müasir 



geosiyasi  xarakteristikasını,  region  ölkələrinin  inkişaf  tendensiyalarını  və 

perspektivlərini qiymətləndirən əksər ekspertlər: 



əlverişli coğrafi, geosiyasi, geoiqtisadi, hərbi-geostra- teji mövqelərini; 

                                                           

5

 



E.M.Nəsibov. Gələcək dünya düzəni və geosiyasi mənzərə. Siyasi proqnozların 

əsasları. Ümumi hissə. I kitab. Bakı, “Elm və təhsil ” nəşriyyatı, 2013, 544 səh. 




14 

 

yürütdüyü müstəqil daxili və xarici siyasətini; 

zəngin təbii ehtiyatlarını, maddi, mənəvi, əmək və insan resurslarını, 



Şərq-Qərb  alternativ  nəqliyyat-kommunikasiya,  tranzit  və  enerji 

dəhlizlərinin yaradılması sahəsində yürütdüyü transmilli siyasəti və tutduğu 

düzgün mövqeyini; 



daxili ictimai-siyasi sabitliyi təmin etməsini, demok- ratik dövlət, vətəndaş 

cəmiyyəti, bazar iqtisadiyyatı quruculuğu prinsiplərini rəhbər tutmasını; 

son on ildə nail olduğu dinamik sosial-iqtisadi inkişafı  

Gələcək  inkişaf  potensialını  nəzərə  alaraq  Azərbaycan    Respublikasını    bölgənin  

geosiyasi    cəhətdən    ən  ə

həmiyyətli  və  perspektivli  ölkəsi  hesab  edirlər.  Mütə- 

xəssislərin  fikrinə  görə,  geosiyasi  xarakteristikanın  əsas  dəyər  ölçüləri  kimi  çıxış 

edən həmin amillər öl- kənin həm beynəlxalq aləm üçün tərəfdaşlıq dəyərini, həm 

də bugünkü dinamik inkişafını şərtləndirmişdir. 

Digər geosiyasi xarakteristikasına - ərazisinin ölçülərinə, sərhədlərinin vəziyyəti və 

qonşularla münasibətlərinə, maddi və mənəvi resurslarından yararlanma əmsalı və 

s. görə də Azərbaycan Cənubi Qafqazın ən böyük və ən perspektivli döv- ləti hesab 

olunur. Ərazisinin təbii və coğrafi resurslarına onun: 



86,6 min kvadrat km. quru və 80 min kvadrat km. Xəzər dənizindəki milli 

sektoru; 

Avropa  və  Asiyanı  birləşdirən  əlverişli  coğrafi,  geo-  siyasi  və  geoiqtisadi 

vəziyyəti; 

avtomobil,  dəmir  yolu  və  su  nəqliyyatı  vasitəsilə  Rusiya,  Türkiyə,  İran, 

Gürcüstan,  Ermənistan,  Orta  Asiya  və  Qara  dəniz  bölgəsi  ölkələri  ilə 

nəqliyyat- kommunikasyia xətləri və s. daxildir. 

Ölkənin  geosiyasi  dəyərinin  artmasına  və  xarici  ölkələrlə  münasibətlərinin 

qurulmasına müsbət təsir göstərən əsas amillərdən biri onun əhəmiyyətli geosiyasi 

və  coğrafi  məkanda  yerləşməsi  hesab  olunur.  Ölkə  dünyanın  ən  əhəmiyyətli 

regionlarından  hesab  olunan  Avrasiyanın  ortasında  yerləşir,  Xəzər-Qara  dəniz 

hövzəsi  və  Cənubi  Qafqazda  gedən  əsas  proseslərin  və  transmilli  maraqların 



15 

 

mərkəzində dayanır. 



Azərbaycan Gürcüstanla birlikdə, Xəzər-Qara dəniz- ləri arasındakı mühüm 

əhəmiyyətli 

Kontinental geosiyasi məkanının; 



Türkmənistan və Qazaxıstanla birlikdə Avropa- Cənub-Şərqi Asiyanın; 



Rusiya və İranla birlikdə Şimal-Cənub dəhlizinin; 



Şərqlə-Qərb  arasındakı  əksər  transmilli  nəqliyyat-  kommunikasiya 

layihələrinin; 

 

-  NATO  və  KTMT  kimi  hərbi-strateji  bloklaşmaların  təmas  xəttində  yerləşir, 

həm Avropanın, həm Asiya- nın, həm də bəhs olunan sahələr üzrə Xəzər-

Qara  dəniz  hövzəsi  və  Cənubi  Qafqazın  regional  maraqlar  mübarizəsində 

önəmli vəsilə kimi çıxış edir. 

Mütəxəssislərin  fikrinə  görə,  Xəzərətrafı  ölkələr  içərisində  ən  əhəmiyyətli 

geosiyasi,  geoiqtisadi  və  hərbi-geostrateji  mövqe  məhz  Azərbaycana  məxsusdur. 

Milli və regional təhlükəsizlik, regional  və beynəlxalq inteqrasiya və s. geosiyasi, 

geoiqtisadi  və  geo-  strateji  məsələlərdə  Azərbaycanın  həm  bölgə,  həm  də  dünya 

ölkələri  ilə  üst-üstə  düşən  və  düşməyən  maraqları,  fərqli  fəaliyyət  istiqamətləri 

mövcuddur  ki,  bu  da  rəsmi  Bakının  gələcək  geosiyasi  qərarlarına  təsirsiz 

ötüşməyəcəkdir.  Lakin  nəzərə  almaq  lazımdır  ki,  qloballaşma  dövrünün  müasir 

çağırışları fonunda bütün ölkələr, o cümlədən dünyanın aparıcı dövlətləri qlobal və 

regional  çərçivədə,  müəyyən  proseslərin  və  hadisələ  rin  təsiri  altında,  habelə 

qarşılıqlı maraqlar kontekstində tez-tez öz siyasətlərinə müəyyən düzəlişlər edirlər. 

Təbii  olaraq,  Azərbaycan  da  öz  milli  maraqlarının  təmin  edilməsinə  istiqamət- 

lənmiş  siyasi  kursuna,  əlverişli  coğrafi  mövqeyinə  və  kəsb  etdiyi  transmilli 

geosiyasi əhəmiyyətinə uyğun olaraq bu və ya digər gedişlər edir və bundan sonra 

da edəcəkdir. 

Geoiqtisadi dəyərinə görə Prezident Heydər Əliyevin 1994-cü ildə əsasını qoyduğu 

yeni  neft  strategiyası  və  digər  transmilli  enerji-nəqliyyat-kommunikasiya 




Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə