Ölkələrin tranzit potensialının geosiyasi və geoiqtisadi aspektləri



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə9/29
tarix01.09.2018
ölçüsü2,02 Mb.
#66200
1   ...   5   6   7   8   9   10   11   12   ...   29

25 

 

yönəldilmişdir.  Göstərilən  istiqamətdə keçid  dövrü  ərzində  respublikaya  100  mln. 



avro məbləğindən çox vəsait ayrılmışdır. 

Azərbaycanın    TASİS    proqramı    vasitəsilə    həyata  keçirdiyi  ən  mühüm  və 

əhəmiyyətli  layihə  yuxarıda  qeyd  etdiyimiz  kimi  TRASEKA  (Böyük  İpək     Yolu   

bərpası)     lahihəsidir.     Hazırda     bərpa  edilməkdə     olan     Böyük     İpək     Yolu   

Londondan başlamı,   Paris,   Roma,   İstanbul,   Tbilisi,   Bakı, Aşqabad, Daşkənd, 

Alma-Ata,  Pekindən  keçib  Tokioda  başa  çatmalıdır.  34-dən  çox  dövlətin 

ərazisindən keçməklə Avropa və Asiyanı birləşdirənBöyük İpək Yolu-nın  iqtisadi,  

siyasi   və   sosial   baxımdan  əhəmiyyətlidir.  Qafqazın  həm  Asiya,  həm  də  Avropa 

ölkələri ilə iqtisadi və mədəni əməkdaşlı- ğının artmasında TRASEKA proqramının 

əhəmiy- yəti böyükdür. Dənizə çıxışı olmayan ölkələrə doğru və bu ölkələrdən yeni 

nəqliyyat marşrutları, xüsusən neft və qaz üçün, habelə digər növ xammal və hazır 

məhsullar  üçün  marşrutlar  nəqliyyat  və  ticarətin  mövcud  olan  kanallarına  çox 

dəyərli alternativ olacaqdır. Bundan başqa bu layihə nəqliyyat sistemləri ilə yanaşı 

nəqliyyata  xidmət  edən  infrastruktur  sahələrinin  də  inkişaf  etdirilməsi  nəzərdə 

tutur.

10

 



TRASEKA proqramının inkişafında 1998-ci il sentyabrın   7-8-də   Bakıda   tarixi   

İpək     Yolunun  bərpası  üzrə  keçirilən  beynəlxalq  konfransın  böyük  rolu  olmuşdur. 

Konfransda  32  dövlət  və  15  beynəlxalq  təşkilatın  nümayəndəliyi  iştirak  etmişdir. 

Konfransda  ―Avropa-Qafqaz-Asiya  dəhlizinin  inkişaf  etdirilməsi  üzrə  beynəlxalq 

nəqliyyat  haqqında  çotərəfli  əsas  saziş‖,  beynəlxalq  avtomobil  nəqliyyatı, 

beynəlxalq dəmir yolu nəqliyyatı, beynəlxalq ticarət gəmiçiliyi, gömük proseduru və 

sənədlərin  işlənməsi  üzrə  sazişə  texniki  əlavələr  və  ―Bakı  bəyannaməsi‖  qəbul 

edilmişdir.  Azərbaycan,  Gürcüstan,  Ermənistan,  Qazaxıstan,  Qırğızıstan, 

Özbəkistan,  Tacikistan,  Ukrayna,  Moldova,  Bolqarıstan,  Rumıniya  və  Türkiyə) 

tərəfindən  imzalanmış  ―Əsas  Sazişin‖  məqsədi  aşağıdakılardır:  Avropa,  Qafqaz, 

Asiya, Qara dəniz və Xəzər bölgələrində iqtisadi iqtisadi münasibətlərin,  ticarət və 

nəqliyyatın  inkişaf  etdirilməsi;  beynəlxalq  avtomobil,  hava,  su  və  dəmir  yol 

                                                           

10

 



www.azerbaijan.az/_Economy.

 



26 

 

nəqliyyatına  çıxışa  kömək  edliməsi;  yük  və  sərnişin  daşımalarına,  karbohidrogen 



məhsullarının  nəqlinə  yardım  edilməsi;  hərəkətin  təhlükəsizliyinin,  yüklərin 

bütövlüyünün  və  ətaf  mühitin  mühafizəsinin  təmin  edilməsi;  nəqliyyat 

qanunvericiliklərinin  uyğunlaşdırılması;  nəqliyyat  növləri  arasında  rəqabət  üçün 

şərait yaradılması və s. 

Bu  proqrama  iştirakçı  dövlətlərin  marağının  artmasına  təsir  edən  səbəblər  kimi 

aşağıdakılar göstərilə bilər: 

Birincisi,  dünya  ölkələrində  istehsalınhəcmi  ildən-ilə  artır,  təbii  sərvətlərin 

dövriyyəyə  cəlb  edilməsi  getdikcə  sürətlənir  və  nəticədə  yükda-  şımalara  və 

nəqliyyat vasitələrinə tələbat güclənir. Bu da hər bir dövlət üçün daha yaxın və ucuz 

başa gələn yol tələbedir. 

Daha  bir  səbəb  odur  ki,  BİY-nun  bərpası  1000  km  məsafəyə,  böyük  vaxta,  böyük 

həcmdə daşın- ma xərclərinə qənaət edəcəkdir. Bu yolun bərpası Çindən Avropaya 

yüklərin daşınmasında 8000  km, Yaponiyada 10000 km-ə qədər yolu qısalt- maşa 

imkan verir. 

Nəhayət,  TRASEKA  proqramının  iştirakçısı  olan  bütün  dövlətlərin  infrastrukturu 

inkişaf  edəcək,  dünya  standartlarına  uyğunlaşdırılacaq,  əhalinin  madii  həyat 

səviyyəsi  yüksələcək,  qarçılıqlı  ticarət-iqtisadi  əlaqələr  möhkəmləncək,  işçi  qüv- 

vəsinin beynəlxalq miqrasiyası artacaq və elmi- mədəni əlaqələri yaxşılaşacaqdır. 

Layihənin  iqtisadi  səmərəliliyi  şübhəsizdir,  necə  ki,  onu  1000  km.  qısaltmağa 

imkan  verir,  uyğun  olaraq  təchizat  müddəti  də  qısalır,  dövriyyə  vəsaitlərinin  

dövriyyəsi    yüksəlir.    Aİ    mütəxəssislərinin  fikrincə  Böyük  İpək  Yolunun  yenidən 

bərpası yüklərin 2 dəfə tez və 30% ucuz daşınmasına imkan verəcək.  



TRASEKA proqramının başlıca stateji məqsədləri aşağıdakılardır:  

1.Asiya-Avropa  arasında  alternativ  nəqliyyat  dəhlizləri  vasitəsilə  Orta  Asiya  və 

Cənubi  Qafqaz  dövlətlərinin  Qərb  bazarlarına  çıxışını  təmin  etmək  və  bu  yolla 

onlarən iqtisadi, siyasi, mədəni inkişafəna dəstək vermək;  

2.Müstəqil  Cənubi  Qafqaz  və  Orta  Asiya  dövlətləri  arasında  regional  əməkdaşlığa 



27 

 

təkan vermək;  



3.Beynəlxalq maliyyə qurumlarını həmin müstəqil dövlətlərə maliyyə yardımına cəlb 

etmək; Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizini Transavropa nəqliyyat şəbəkəsi ilə 

birləşdirmək və s. 

Azərbaycan  coğrafi  mövqeyi  onun  tarixən  Avropa  və  Asiya  ölkələri  arasında 

nəqliyyat  dəhlizi  olmasına  şərait  yaratmışdır  və  bu  baxımdan  Azərbaycanı 

TRASEKA layihəsindən çox böyük mənfəətlər gözləyir ki, onları da aşağıdakı kimi 

qruplaşdırmaq olar: 

İqtisadi    mənfəətlər–İpək    Yolunun    keçdiyi  ölkələr  üzrə  mal  və  xidmətlər 

dövriyyəsinin artımı nəticəsində ümumi yükdaşımaların həcminin artması, nəqliyyat 

və  kommunikasiya  şəbəkəsinin  əlaqəli  şəkildə  güclü  inkişafı,infrastrukturun 

yaxşılaşdırılması və s.; 

Sosial  mənfəətlər  –  işsizlik  probleminin  qismən  də  olsa  həlli,  informasiya 

mübadiləsinin güclənməsi, əhalinin pul gəlirlərinin artması və s.; 

Siyasi  mənfəətlər  –  Azərbaycanın  dünyanın  iri  ölkələrinin  geosiyasi  və 

geoiqtisadi  cəhətdən  diqqət  mərkəzində  olması,  Azərbaycan  gerçəkliyinin  dünya 

ictimaiyyətinə  çatdırılmasında  birbaşa  fəaliyyət,  layihənin  çoxlu  sayda  ölkələrin 

əməkdaşlığa  cəlb  etməsi  nəticəsində  sağlam  beynəlxalq  iqlimin  bərqərar  olması, 

lahihə iştirakçıları arasında mənafe birliyinə nail olunması, təhlükəsizliyin və siyasi 

sabitliyin təmin olunması və s.

11

 



TRASEKA-nın  iqtisadi  səmərəliliyinin  yüksəldilməsində  şübhəsiz  ki,  bu  layihə 

çərçivəsində yükdaşımaların həcminin artırılması ciddi əhəmiyyət kəsb edir. Belə ki, 

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi üzrə yükdaşımaların həcmi 1996- cı ildə 650 

min tondan, 1999-cu illərdə müvafiq olaraq 24 mln tona, 2001-ci ildə 32 mln tona, 

2003-cü ildə isə 40 mln tona, 2005-ci ildə 46 mln tona qədər artmışdır. 1999-cu ildə 

yükdaşıma- lardan əldə olunan gəlir 87,7 mln man, 2002-ci ildə149 mln man, 2005-

ci  ildə  191  mln  man  olmuşdur.  Eyni  zamanda  bu  dövrdə  Bolqarıstan,  Rumıniya, 

                                                           

11

 Qloballaşma prosesində



 Qafqaz v

ə

 M



ə

rk

ə



zi Asiya,iqtisadi v

ə

 beyn



əlxalq münasibə

tl

ə



r ,II 

Beyn


əlxalq Konqres materialları,Qafqaz Universiteti,Baki.2007

 



Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə