Ölkəmizin turizm imkanları


Turizm tarixinə qısa ekskursiya



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə5/37
tarix31.12.2021
ölçüsü0,94 Mb.
#81719
1   2   3   4   5   6   7   8   9   ...   37
 

 

 



Turizm tarixinə qısa ekskursiya 

 

Turizm  sosial-iqtisadi  sahə  kimi  əsasən  XIX  əsrin 

ortalarından  inkişaf  etməyə  başlayıb.  Bu  dövrə  qədər  isə  turizm 

fərdi  gəzinti  və  səyahət  xarakteri  daşıyıb.  Dünyada  kütləvi 

turizmin ilk təşkilatçısı ingilis Tomas Kuk hesab olunur. 

 

 O, 1841-ci ildə Lankasterdən Dolnqboruqa qədər dəmir yolu 

ilə  570 nəfərin kütləvi  gəzintisini  təşkil etməklə müasir turizmin 

əsasını  qoyub.  1869-cu  ildə  Avropada  Beynəlxalq  Mehmanxana 

İşçiləri  Assosiasiyası  yaradılıb.  Bu  assosiasiya  1921-ci  ildə 

Beynəlxalq  Mehmanxana  İttifaqı  ilə  birləşib.  Təbii  ki,  bu  ənənə 

sürətlə  inkişaf  edərək  bütün  dünyaya  yayılıb.  1954-cü  ildə  isə 

BMT-də  “turizm”  termini  müzakirə  olunub,  onun  beynəlxalq 

mahiyyəti,  kulturoloji  və  sosial-iqtisadi  əhəmiyyəti  müəy-

yənləşdirilib.



 

 Azərbaycanda  turizmin  maraqlı  tarixi  var.  İstər  qədim, 

istərsə də orta əsrlərdə Asiyanın mərkəzi ərazilərindən, uzaq Çin 

və  Hindistandan  Qara  və  Aralıq  dənizlərinin  sahillərinədək 

uzanan  karvan  yolları  Azərbaycan  ərazisindən  keçib  gedirdi. 



11 

 

Tarixi  nöqteyi-nəzərdən  Azərbaycanda  turizmin  inkişafını  bir 



neçə mərhələyə bölmək olar. 

 

Birinci mərhələ qədim dövrlərdən başlamış orta əsrləri əhatə 

etməklə  XIX  əsrin  əvvəllərinədək  davam  edib.  Bu  mərhələnin 

spesifik xüsusiyyətləri turizmin “səyahət”, “səyyahçılıq” anlayışı 

ilə  əlaqəlidir.  Qədim  və  orta  əsrlərin  məşhur  səyyahları  müxtəlif 

məqsədlər  üçün  Azərbaycana  səyahəti  başa  vurub  vətənlərinə 

qayıtdıqdan  sonra  ölkəmizin  gəzməli,  görməli  yerləri,  təbiəti 

haqqında məlumat veriblər. 



 

 İkinci mərhələ XIX əsrin əvvəllərindən XX əsrin əvvəllərinə 

-  Xalq  Cümhuriyyəti  dövrünə  qədərki  tarixi  əhatə  edir.  Bu 

mərhələ 


Azərbaycanda 

turizmin,  daha  çox  ekskursiya 

səviyyəsində  təşkili  üçün  ilk  özəl  birliklərin,  cəmiyyətlərin 

yaradılması  ilə  səciyyəvi  olub.  1908-ci  ildən  etibarən 

Azərbaycanda  müasir  turizmin  ənənələri  özünü  göstərməyə 

başlayıb. 



 

 Üçüncü  mərhələ  sovet  dövrünü  -  1920-1991-ci  illəri  əhatə 

edir.  Bu  mərhələdə  Azərbaycanda  turizm  mütəşəkkil  fəaliyyət 

sahəsinə  çevrilib.  Həmin  dövrdə  Azərbaycan  keçmiş  SSRİ 

məkanında  qabaqcıl  turizm  marşrutlarından  biri  kimi  tanınırdı. 

1922-ci ildə Bakıda ilk ekskursiya dərnəkləri fəaliyyətə başlayıb. 

1950-ci  ildə  Bakı  Turist  Bazası  yaradılıb,  bir  müddət  sonra  isə 

həmin  qurum  Azərbaycan  Turizm  və  Ekskursiyalar  İdarəsinə 

çevrilib.  60-70-ci  illərdə  respublikada  turist  bazaları,  yeni 

istirahət mərkəzləri yaradılıb.



 

 Dördüncü  mərhələ  (1991-ci  ildən  sonra)  ölkəmizin 

müstəqillik  dövrünü  təşkil  edir.  Yeni  tarixi  şərait  Azərbaycanda 

turizmin  beynəlxalq  standartlar  əsasında  qurulmasına  geniş 

imkanlar açıb. Turizm ölkə həyatının mühüm sahələrindən birinə 

çevrilib,  bu  sahənin  inkişafı  məqsədi  ilə  əsas  prioritetlər 

müəyyənləşdirilib.

 

 

 



 

 



12 

 


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə