Ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərinə uyğun olaraq aparılan islahatlar nəticəsində



Yüklə 493,64 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix18.06.2018
ölçüsü493,64 Kb.
#49741
1   2   3   4   5   6   7   8

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


9 avqust 2017-ci il   № 53-56 (9147)

www.seanews.az

2

(Əvvəli 1-ci səhifədə)

Azərbaycan həmçinin, alter-

nativ  dəhlizlərdən  üstünlüyü  ilə 

seçilən Şimal-Cənub beynəlxalq 

nəqliyyat  dəhlizinin  inkişafı  ilə 

bağlı  işləri  fəal  şəkildə  davam 

etdirir. 

Bu  nəqliyyat  dəhlizinin 

önəmli  halqalarından  olan  As-

tara  çayı  üzərində  dəmir  yolu 

körpüsünün  tikintisi,  eləcə  də 

Azərbaycan  və  İran  sərhədin-

də  dəmir  yolu  məntəqələrinin 

birləşməsi  üzrə  nəzərdə  tutulan 

inşaat  işləri  ölkəmiz  tərəfindən 

sürətlə  icra  edilmişdir.  Hazırda 

İran  ərazisində  Rəşt-Astara  də-

mir yolu xəttinin tikintisinə dair 

tədbirlər  görülür.  Bununla  ya-

naşı,  İran  ərazisində  1,4  km-lik 

dəmir  yolu  xəttinin  tikintisi  da-

vam etdirilir. Bu ilin iyun ayında 

Astarada (İran) 35 hektar ərazidə 

yükdoldurma  və  yükboşaltma 

terminalının tikintisi və istismarı 

üzrə  Azərbaycan  və  İran  dəmir 

yolları  arasında  müqavilə  imza-

lanmışdır.  Nəqliyyat  dəhlizinin 

tərkib  hissəsi  olan  Qəzvin-Rəşt 

dəmir  yolu  xətti  üzrə  isə  işlərin 

90%-dən  çoxu  tamamlanmışdır. 

Bu  layihənin  icrasından  sonra 

Fars  körfəzindən  Rusiyaya,  elə-

cə  də  Şərqi  və  Şimali  Avropa 

ölkələrinə  yüklərin  daşınması 

daha səmərəli olacaq, Şimal-Cə-

nub  dəhlizinin  Azərbaycandan 

keçməklə  infrastukturu  tam  tə-

min olunacaq. Şimal-Cənub bey-

nəlxalq  nəqliyyat  dəhlizi  böyük 

siyasi  və  iqtisadi  əhəmiyyətə 

malik  olmaqla,  yük  və  sərnişin 

daşımalarının həcminin dəfələrlə 

artmasına imkan yaradacaqdır.

Cənub-Qərb  nəqliyyat  mar-

şrutu  Azərbaycanın  tranzit  ölkə 

kimi  əhəmiyyətinin  daha  da  ar-

tırılmasında  önəmli  rol  oynayır. 

Bu  nəqliyyat  dəhlizi  Hindis-

tan-Fars  körfəzi-İran-Azərbay-

can-Gürcüstan-Ukrayna-Avropa 

istiqaməti  üzrə  daşımaların  op-

timallaşdırılmasına imkan verir. 

Ələt  qəsəbəsində  Bakı  Bey-

nəlxalq Dəniz Ticarət Limanının 

tikintisi  də  tranzit  dəhlizlərinin 

rəqabət  qabiliyyətinin  artırılma-

sına  əhəmiyyətli  töhfə  verəcək-

dir.  Bakı  Beynəlxalq  Dəniz  Ti-

carət  Limanında  bərə  terminalı 

tikilərək  istifadəyə  verilmişdir. 

Ticarət  limanında  bərə-gəmiləri 

gözləyən  yük  maşınlarının  sü-

rücüləri  üçün  müvafiq  məişət 

şəraiti yaradılmış, dükan və kafe 

fəaliyyətə  başlamışdır.  Limana 

girişdən  öncə  kassa  yerləşdiril-

miş  və  daşıma  qiymətlərini  və 

şərtlərini özündə əks etdirən löv-

hə quraşdırılmışdır.



-  layihənin  ikinci  hissəsi 

üzrə  hansı  işlərin  görülməsi 

nəzərdə tutulur?

-  Azərbaycan  Respublikası 

Prezidentinin 2017-ci il 13 aprel 

tarixli sərəncamına əsasən, Yeni 

Bakı  Beynəlxalq  Dəniz  Ticarət 

Limanı  kompleksinin  tikintisi 

üzrə layihənin davam etdirilməsi 

və başa çatdırılması üçün görülə-

cək işlərin sifarişçisi İqtisadiyyat 

Nazirliyi təyin edilmişdir. Cənab 

Prezidentin qarşıya qoyduğu və-

zifələrin  vaxtında  və  keyfiyyətli 

icrası  üçün  işlərin  başlanma  və 

tamamlama  tarixləri  göstəril-

məklə  tədbirlər  planı  hazırlan-

mış  və  artıq  yerinə  yetirilmə-

sinə  başlanmışdır.  Belə  ki,  yeni 

liman  kompleksinin  akvatoriya 

hissəsinə  aid  olan  qurğuların  ti-

kintisinin 2017-ci ilin sonunadək 

başa çatdırılması nəzərdə tutulur. 

Bura  7  ümumi  yük  körpüsü,  2 

Ro-Ro  körpüsü,  xidməti  donan-

ma  gəmiləri  üçün  körpünün  in-

şası  daxildir.  Layihəyə  əsasən, 

2018-ci  ilin  birinci  rübünun  so-

nunadək  olan  dövrdə  anbarlar, 

yardımçı binalar, digər əlaqəli in-

frastruktur obyektləri inşa oluna-

caq,  onların  mühəndis-kommu-

nikasiya  xətləri  (elektrik,  rabitə 

və s. daxil olmaqla) çəkiləcəkdir. 

Bu  dövrdə  həmçinin  yardımçı 

sistemlərin  (drenaj,  siqnalizasi-

ya,  yanğınsöndürmə  və  yanğın 

xəbərdarlığı, İT, videomüşahidə, 

İSPS və s. daxil olmaqla) quraş-

dırılması, əməliyyat binasının in-

şası başa çatdırılacaqdır.

Bütün bunlar isə limanın bi-

rinci fazası üzrə yükaşırma qabi-

liyyətinin  əvvəl  nəzərdə  tutulan 

10  milyon  tondan  15  milyon 

tonadək artırılmasını təmin edə-

cəkdir.

Limanda azad ticarət zonası 



tipli  xüsusi  iqtisadi  zona  fəaliy-

yət  göstərəcək  və  bunun  üçün 

müvafiq hüquqi rejim yaradılır.

Ələt Azad Ticarət Zonasının 

yaradılması  qeyri-neft  iqtisadiy-

yatının inkişafına, iqtisadiyyatın 

şaxələndirilməsinə  təkan  verə-

cək,  liman  vasitəsi  ilə  yüklərin 

aşırılması həcmi artacaqdır.

-  Bir  mühüm  amili  də 

nəzərə alaq ki, tranzit dəhlizlə-

rinin səmərəliliyi həm də daşı-

malara çəkilən xərclərlə müəy-

yən edilir...

- Tamamilə doğrudur. Əlve-

rişli  geostrateji  mövqeyə  malik 

olan  Azərbaycanın  tranzit  daşı-

maları  sahəsində  potensialından 

daha  geniş  və  səmərəli  istifadə 

edilməsi məqsədi ilə Azərbaycan 

Respublikası  Prezidentinin  21 

oktyabr 2015-ci il tarixli fərma-

nı ilə Tranzit Yükdaşımalar üzrə 

Koordinasiya Şurası yaradılmış-

dır.  Şura  tərəfindən  ölkəmizin 

ərazisindən  keçən  tranzit  dəh-

lizlərin rəqabət qabiliyyətinin və 

səmərəliliyinin  artırılması,  yük-

daşımaların  keyfiyyətinin  yük-

səldilməsi istiqamətində tədbirlər 

həyata keçirilir. Belə ki, Tranzit 

Yükdaşımalar üzrə Koordinasiya 

Şurası tərəfindən iri tonnajlı yük 

avtomobillərinin keçid prosedur-

ları  sadələşdirilmiş,  gediş-gəliş 

xərcləri təqribən 40 faizədək aşa-

ğı  salınmışdır.  Bunun  nəticəsin-

də  2017-ci  ilin  yanvar-iyun  ay-

larında ölkəmizin ərazisindən 16 

minə yaxın yük avtomobili keç-

mişdir ki, bu da ötən ilin analoji 

dövrü  ilə  müqayisədə  1,5  dəfə 

çoxdur. Ümumiyyətlə, bu sahədə 

görülmüş işlər nəticəsində 2017-

ci ilin yanvar-iyun aylarında ölkə 

ərazisindən 5,5 milyon ton tran-

zit yük daşınmışdır. Yüklərin 4,4 

milyonu (80%) neft və neft məh-

sullarının, 1,1 milyonu isə (20%) 

qeyri-neft  məhsullarının  payına 

düşür. Ötən ilin analoji dövrü ilə 

müqayisədə neft və neft məhsul-

larının  daşınmasında  23%,  qey-

ri-neft  məhsullarında  isə  36% 

artıma nail olunmuşdur.



- Azərbaycanın tranzit im-

kanlarının  təşviqi  də  xüsusi 

əhəmiyyət kəsb edən məsələdir. 

Bu istiqamətdə hansı tədbirlər 

həyata keçirilir?

-  Qeyd  edim  ki,  ölkəmizdə, 

eləcə  də  xarici  ölkələrdə  keçi-

rilmiş  tədbirlərdə  Azərbaycanın 

tranzit imkanları iştirakçı ölkələr 

tərəfindən yüksək qiymətləndiri-

lir. Buna misal olaraq, Avstriya-

da,  ABŞ-da,  Çində  bu  dəhlizin 

əhəmiyyətinə həsr olunmuş təd-

birləri göstərmək olar.

Çin  Xalq  Respublikasının 

lideri  Si  Tsinpinin  2013-cü  ildə 

elan etdiyi “Bir kəmər - Bir yol” 

layihəsi qədim İpək yolu üzərin-

də  yerləşən  dövlətlər  arasında 

qarşılıqlı əlaqələrin qurulmasını, 

həmçinin  ticari-iqtisadi  əmək-

daşlığın inkişafı ilə bağlı müva-

fiq  infrastrukturun  yaradılması-

nı  ehtiva  edən  bir  təşəbbüsdür. 

2017-ci  ilin  mayında  Pekində 

keçirilmiş “Bir kəmər - Bir yol” 

iqtisadi inkişaf strategiyası çərçi-

vəsində  Yüksək  Səviyyəli  Bey-

nəlxalq  Forumda  Azərbaycan 

nümayəndə  heyəti  iştirak  etmiş, 

Çinin  bu  təşəbbüsünün  reallaş-

masında ölkəmizin dəstəyi ifadə 

edilmişdir.

2017-ci  ilin  iyununda  Ba-

kıda  Azərbaycan,  İran,  Gürcüs-

tan,  Polşa  və  Ukrayna  dəmir 

yolları  strukturlarının  iştirakı 

ilə  beştərəfli  görüş  keçirilmiş-

dir.  Görüşdə  “Cənub-Qərb” 

nəqliyyat  marşrutunun  üstün-

lükləri  vurğulanmış,  inkişaf 

perspektivləri  müzakirə  olun-

muş,  Hindistan-Fars  körfəzi- 

İran-Azərbaycan-Gürcüstan-Uk-

rayna-Avropa  istiqaməti  üzrə 

daşımaların  optimallaşdırılması, 

tərəflərin  tranzit  potensialının 

artırılması  üçün  əməkdaşlığın 

genişləndirilməsi  və  marşrut 

üzrə  daşınacaq  yüklərə  iştirakçı 

ölkələrin  dəmir  yolları  tərəfin-

dən birgə güzəştli tariflərin tətbiq 

edilməsi  ətrafında  fikir  müba-

diləsi aparılmışdır.

Bu  ilin  fevralında  Çin  Xalq 

Respublikasının  paytaxtı  Pekin 

şəhərində Azərbaycan Respubli-

kası  Koordinasiya  Şurasının  və 

Azərbaycanın bu ölkədəki səfir-

liyinin  təşkilatçılığı  ilə  “Trans-

Xəzər  Şərq-Qərb  Ticarət  və 

Tranzit Dəhlizi” forumu keçiril-

mişdir. Tədbirdə Çinin Kommer-

siya və Nəqliyyat nazirliklərinin, 

Dəmir Yolu Administrasiyasının 

və  digər  aidiyyəti  dövlət  qu-

rumlarının,  beynəlxalq  yükdaşı-

malarla  məşğul  olan  şirkətlərin 

100-ə yaxın nümayəndəsi iştirak 

etmişdir. Çinin İpək yolu üzərin-

də yerləşən ölkələr, o cümlədən 

Azərbaycanla əməkdaşlığa xüsu-

si önəm verildiyi diqqətə çatdırıl-

mış,  nəqliyyat-logistika  əlaqələ-

rinin genişləndirilməsi müzakirə 

edilmişdir.  “Azərbaycan  Dəmir 

Yolları”  QSC,  Dövlət  Gömrük 

Komitəsi,  SOCAR,  “Sumqayıt 

Kimya  Sənaye  Parkı”  MMC, 

“Azərbaycan Xəzər Dəniz Gəmi-

çiliyi”  QSC,  “Bakı  Beynəlxalq 

Dəniz  Ticarət  Limanı”  QSC-

nin  nümayəndələri  Azərbayca-

nın  tranzit,  nəqliyyat-logistika 

və  investisiya  imkanlarına  dair 

müxtəlif  mövzularda  təqdimat-

larla çıxış etmişdir.

2017-ci  il  26-27  iyun  ta-

rixlərində  Vaşinqtonda  yerləşən 

“Corc  Vaşinqton”  Universite-

tində ABŞ  dövlət  qurumlarının, 

akademik təşkilatların, biznes və 

siyasi dairələrin, diplomatik kor-

pusun  200-dək  nümayəndəsinin 

iştirakı ilə Azərbaycandan keçən 

Trans-Xəzər  Şərq-Qərb  Ticarət 

və  Tranzit  Dəhliznin  əhəmiyyə-

tinə  həsr  olunmuş  geniş  tərkibli 

forum  keçirilmişdir.  ABŞ  kom-

mersiya  katibinin  köməkçisinin 

Avropa üzrə müavini Deyl Taşar-

ski  tədbirdəki  çıxışında  müasir 

İpək yolunun vacib komponenti 

olan Trans-Xəzər dəhlizinə ölkə-

sinin dəstəyini ifadə etmişdir. O, 

bu  dəhlizin  Şərq-Qərb  yükdaşı-

malarının  həyata  keçirilməsində 

mühüm  rolunu  vurğulamış  və 

ABŞ-ın  tərəfdaş  olmaqda  ma-

rağını  çatdırmışdır.  Amerika 

şirkətlərinin  İpək  yolunda  çalış-

dığını  qeyd  edən  ABŞ  rəsmisi 

onların bu sahəyə daha çox cəlb 

edilməsi üçün böyük potensialın 

olduğunu vurğulamışdır.

Belə 


tədbirlərin 

digər 


ölkələrdə  də  təşkil  edilməsi 

nəzərdə tutulur.

Qeyd  etdiyim  kimi,  Azər-

baycanın  tranzit  və  yükdaşıma 

potensialı  genişdir.  Əlverişli 

coğrafi mövqe, nəqliyyat infrast-

rukturunun  daha  da  təkmilləş-

dirilməsi  üçün  həyata  keçirilən 

irimiqyaslı  layihələr Azərbayca-

nın tranzit və yükdaşıma poten-

sialından  daha  səmərəli  istifadə 

etməklə  bu  sahədən  daxil  olan 

gəlirlərin  həcminin  artmasına 

geniş imkan yaradır.

Tam əminliklə demək olar ki, 

Prezident  İlham  Əliyevin  Azər-

baycanın  nəqliyyat  infrastruk-

turunun  müasir  dünya  standart-

larına  uyğunlaşdırılması,  tranzit 

potensialının daha da artırılması 

ilə bağlı həyata keçirdiyi dövlət 

siyasəti və qlobal miqyaslı təşəb-

büsləri  ölkəmizin  sosial-iqtisa-

di  inkişafına  əsaslı  töhfə  verir. 

Həmçinin  Azərbaycanı  mühüm 

nəqliyyat  qovşağına  və  dəhliz-

lərin  keçdiyi  məkana  çevirmiş, 

ölkəmizin  dünyada  və  regionda 

mövqeyini  daha  da  gücləndir-

mış, siyasi və strateji əhəmiyyə-

tini daha da artırmışdır.

Müsahibəni apardı:

İxtiyar HÜSEYNLİ,

“Azərbaycan”

İyulun 31-də dünyanın 

nüfuzlu gəmiçilik şirkətlə-

rindən olan GAC-ın  rəsmi 

nümayəndələri “Azərbaycan 

Xəzər Dəniz Gəmiçiliyi” 

QSC-də olublar.

"AXDG"  QSC-nin  sədri 

Rauf  Vəliyev  GAC-ın    vit-

se-prezidenti Erland Ebbersten 

və  regional    meneceri  Stüart 

Makdonalda Gəmiçiliyin  gör-

düyü  işlər,  beynəlxalq  şirkət-

lərlə  birgə  həyata  keçirdiyi 

layihələr haqqında ətraflı məlu-

mat verib.

Öz  növbəsində  qonaqlar 

təmsil etdikləri şirkətin fəaliy-

yətindən  danışıblar.  Bildiriblər 

ki, GAC-ın   dünyanın 50-dən 

çox  ölkəsində  300-ə  yaxın 

ofisi  fəaliyyət  göstərir.  Xəzər 

dənizinin  Türkmənistana  aid 

olan  sularında  reallaşdırdıqla-

rı  layihələr  haqqında  məlumat 

verən  şirkət  rəsmiləri  AXDG 

ilə  də    əməkdaşlığa    hazır  ol-

duqlarını deyiblər.

İkitərəfli 

əməkdaşlıq 

məsələlərinin  diqqət  mərkə-

zində  olduğu  görüşdə  mövcud 

və gələcək imkanlar nəzərə alı-

naraq birgə layihələr haqqında  

fikir mübadiləsi aparılıb.

nüfUZlU GAC GəMiçilik ŞirkəTinin  

nüMAYənDələri AxDG-Də olUBlAr

İyulun 25-də “Azərbaycan Xəzər 

Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf 

Vəliyev qurumun Təlim-Tədris Mərkə-

zində olub.

Təmirdən sonra yaradılan şəraitlə ta-

nış  olan  Gəmiçiliyin  sədrinə  yeniliklər 

barədə məlumat verilib. Bildirilib ki, artıq 

dənizçilər  peşəkar  bacarıqlarını  artırmaq 

üçün Təlim-Tədris Mərkəzində yaradılan 

elektron  kitabxanadan  yararlana  biləcək-

lər.  Təlim  Mərkəzinin  mühazirə  audito-

riyaları və əməkdaşların iş otaqları da da 

təmir olunub. Bununla yanaşı, binada din-

ləyicilərin rahatlığı üçün kafeteriya təşkil 

edilib.


“AXDG”  QSC-nin  sədri  Rauf  Vəli-

yev  təlim  keçən  dinləyicilərin  imtahan 

prosesini  də  yaxından  izləyib.  Bildirilib 

ki,  Təlim-Tədris  Mərkəzində  imtahanlar 

elektron  formatda,  beynəlxalq  konven-

siyaların  tələblərinə  uyğun  təşkil  olunur. 

Təlimlərin sonunda imtahanı uğurla başa 

vuran iştirakçılara sertifikat verilir.

Daha  sonra  “AXDG”  QSC-nin  sədri 

Rauf  Vəliyev  Təlim-Tədris  Mərkəzində 

üzən  heyət  üçün  keçirilən  təlimə  qatılıb 

və  dənizçiləri  maraqlandıran  sualları  ca-

vablandırıb. Sədr Rauf Vəliyev təlim işti-

rakçılarının diqqətinə çatdırıb ki, bu gün 

hər bir dənizçinin gəmilərdə tətbiq olunan 

yeni texnologiyalardan istifadə etmə baca-

rığı, dənizdə yarana biləcək istənilən çətin 

vəziyyətə hazırlığı vacib şərtlərdəndir. Bu 

baxımdan  peşə  vərdişlərinin  təkmilləşdi-

rilməsi üçün təşkil olunan kurslar mühüm 

rol oynayır.

Rauf Vəliyev bu günlərdə Böyük Bri-

taniyanın nüfuzlu “The Nautical İnstitute” 

təşkilatı  tərəfindən  sertifikata  layiq  gö-

rülən  Təlim-Tədris  Mərkəzinin  Dinamik 

Mövqe Saxlama Simulyatoruna da baxış 

keçirib.  Gəmiçiliyin  rəhbərinə  məlumat 

verilib ki, bu sertifikat “DP İnduction” və 

“DP Simulator” təlimlərinin keçirilməsinə 

şərait  yaradır.  Qeyd  olunub  ki,  hazırda 

Təlim-Tədris Mərkəzi dünyada “DP İndu-

ction” və “DP Simulator” təlimlərinin ke-

çirilməsinə səlahiyyəti olan 95 mərkəzdən 

biri, Azərbaycanda isə yeganə təşkilatdır.

Məlumat  üçün  bildirək  ki,  Dina-

mik  Mövqe  Saxlama  Simulyatoru  gəmi 

mövqeyini  və  gəminin  istiqamətini  sax-

lamaq üçün kompyuter nəzarət sistemidir.

Xatırladaq ki, Azərbaycan Xəzər Də-

niz  Gəmiçiliyinin  Təlim-Tədris  Mərkəzi 

2014-cü  ildən  fəaliyyət  göstərir.  Burda 

Gəmiçiliyin əməkdaşları ilə yanaşı, digər 

şirkətlərin nümayəndələri üçün də dəniz-

çiliklə bağlı müxtəlif təyinatlı təlimlər təş-

kil olunur.

GəMiçiliYin TəliM-TəDriS MərkəZi YeniləniB

AZərBAYCAn qloBAl nəqliYYAT qovŞAğInIn 

SəMərəli və eTiBArlI körPüSüDür

AlTI AYDA DəniZ nəqliYYATI 

ilə DAŞInAn Yüklərin həCMi 

49,9 fAiZ ArTIB

Dəniz nəqliy-

yatı ilə 2017-ci ilin 

yanvar-iyun ayında 

daşınmış yüklərin 

həcmi 3937,1 min 

ton təşkil edib və 

əvvəlki ilin müvafiq 

dövrünə nisbətən 

49,9 faiz artıb. Yük-

lərin 47,6 faizini 

neft yükləri təşkil 

edib.

Dövlət Statistika 

Komitəsinin  mət-

buat 


xidmətindən  

bildirilib  ki,  dəniz 

limanlarında  5260,3 

min  ton  həcmində 

yükləmə-boşaltma 

işləri  həyata  keçiri-

lib. Yüklərin 5047,5 min tonunu və ya 96 faizini tranzit yük-

lər təşkil edib. 2017-ci il iyul ayının 1-i vəziyyətinə limanlar-

da göndərilmək üçün 134,1 min ton idxal yükləri olub.

Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin 

sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 21,3 faiz artaraq 

9,7 min nəfər olub.




Yüklə 493,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə