Ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərinə uyğun olaraq aparılan islahatlar nəticəsində



Yüklə 493,64 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix18.06.2018
ölçüsü493,64 Kb.
#49741
1   2   3   4   5   6   7   8

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


www.seanews.az

9 avqust 2017-ci il   № 53-56 (9147)

3

Sentyabrın 20-də Caspian 

European Club və Caspian Ameri-

can Club Azərbaycan Respublikası 

Nəqliyyat, Rabitə və Yüksək Tex-

nologiyalar Nazirliyinin dəstəyi ilə 

Caspian Energy Transport Forum 

və Caspian Energy İCT Forum 

keçirəcək.

Caspian European Club-dan  bil-

dirilib  ki,  bu  barədə  Caspian  Euro-

pean  Club  və  Caspian  American 

Club-un sədrinin birinci müavini və 

baş  icraçı  direktoru  Telman  Əliyev 

məlumat verib.

Forumun  birinci  hissəsi  nəqliy-

yat sektoruna, ikinci hissəsi isə İKT 

sahəsinə həsr olunacaq.

Forum  Caspian  European  Club 

və Caspian American Club-un üzvlə-

rinin  çoxsaylı  müraciətləri  əsasında 

baş tutacaq. Bundan əlavə, tədbirdə 

iştirak  etməyi  planlaşdıran  xarici 

şirkət nümayəndələri də foruma bö-

yük maraq göstəriblər.

Telman  Əliyev  forumun  təşkili-

nin əlamətdar hadisə sayılan “Əsrin 

müqaviləsi”nin  imzalandığı  tarixə 

- sentyabrın 20-nə planlaşdırıldığını 

və neft sektorunun inkişafından qey-

ri-neft  sektorunun,  xüsusi  nəqliyyat 

və İKT sahələrinin inkişafına keçidlə 

assosiasiya olunduğunu vurğulayıb.

Caspian  Energy  Transport  Fo-

rum-un  əsas  mövzusu  regionun 

nəqliyyat infrastrukturunun inkişafı, 

“Şimal-Cənub”  nəqliyyat  dəhlizinin 

perspektivləri  və  Azərbaycanın  bu 

dəhlizdəki  rolu,  Ələt  qəsəbəsində 

azad  ticarət  zonasının  yaradılması, 

Azərbaycanla digər dövlətlər arasın-

da  aviamarşrutların  açılması,  dəmir 

yol  stansiyalarının  tikintisi,  Xəzər 

Dəniz Gəmiçiliyinin inkişafı olacaq. 

Forumda AZAL, Azərbaycan Dəmir 

Yolları,  “Azərbaycan  Xəzər  Dəniz 

Gəmiçiliyi”  QSC,  Bakı  Beynəlxalq 

Dəniz  Ticarət  Limanı  və  ölkənin 

digər  nəhəng  nəqliyyat  şirkətlərinin 

nümayəndələrinin iştirakı gözlənilir.

Caspian Energy ICT Forum çər-

çivəsində müxtəlif layihələrin həyata 

keçirilməsinin,  həmçinin  Azərbay-

can  şirkətləri  tərəfindən  ölkəmizin 

hüdudlarından kənarda uğurla istifa-

də olunan proqram təminatının isteh-

salı məsələsinin müzakirəsi planlaş-

dırılır.


Forumda  iştirak  etmək  üçün 

http://www.caspianenergy.org/index.

php/registration/item/123-caspi-

an-energy-ict-forum-caspian-ener-

gy-transport-forum-20-09-2017  lin-

ki  vasitəsilə  qeydiyyatdan  keçmək 

mümkündür.

CASPiAn enerGY TrAnSPorT və CASPiAn enerGY 

ICT forUMlArI TəŞkil olUnACAq

“Azərbaycan Xəzər Dəniz 

Gəmiçiliyi” QSC-yə məxsus 

“Professor Gül” gəmi-bərəsi təmir 

olunub.

Əsaslı  təmir  yekunlaşdıqdan 

sonra  bərə  dəniz  sınağından  keçi-

rilib.


“Azərbaycan Xəzər Dəniz Gə-

miçiliyi” QSC-nin “Zığ” Gəmi Tə-

miri Zavodunda başlayan əsaslı tə-

mir işləri planlaşdırılmış şəkildə və 

yüksək keyfiyyətlə aparılıb.

Belə  ki,  gəmi-bərənin    sükan 

və köməkçi qurğusu, hərəkət mexa-

nizmləri, müxtəlif təyinatlı su, yağ 

və  yanacaq  nasosları,  köməkçi 

və  baş  mühərriklər,  mexanizmlər, 

yanğından  mühafizə  avadanlıqları 

əsaslı  təmir  olunub.  Bəzi  detallar 

yeniləri ilə əvəzlənib. Eyni zaman-

da bərənin sualtı və suüstü hissəsi, 

vaqon göyərtəsi təmizlənərək rəng-

lənib.


Gəminin  avtomatika,  naviqasiya 

avadanlıqları  və  elektrik  hissələrində 

də bütün zəruri yoxlama və təmir işləri 

görülüb.


Dəniz-sınaq  yoxlamasından  uğur-

la çıxan gəmi-bərə yenidən Transxəzər 

Beynəlxalq  Nəqliyyat  Marşrutunda 

istismar  ediləcək.  Bakı-Türkmənba-

şı-Bakı  və  Bakı-Aktau-Bakı  xətlərində 

müntəzəm  çıxacağı  səfərlərdə  dəmir 

yolu  vaqonları  və  yük  avtomobilləri  

daşıyacaq.

Hazırda  gəminin  maşın  şöbəsin-

də  rənglənmə  işləri  aparılır.  Gəminin 

istismara  verilməsi  isə  yaxın  günlərdə 

nəzərdə tutulub.

Məlumat  üçün  bildirək  ki,  uzunlu-

ğu  154.50,  eni  isə  18.3  metr  olan  gə-

minin maksimal sürəti 15 uzeldir. Bərə 

göyərtəsinə 28 vaqon və 32 TIR götür-

mək qabiliyyətindədir.

Qeyd  edək  ki,  “Azərbaycan  Xəzər 

Dəniz  Gəmiçiliyi”  QSC  Xəzərdə  ye-

ganə bərə operatorudur. Hazırda Gəmi-

çiliyin donanmasında 13 gəmi-bərə var.  

Onlardan ikisi Ro-Ro tipli gəmidir.



“ProfeSSor Gül” GəMi-BərəSi DəniZ 

SInAğInDAn UğUrlA keçiB

Ötən il dünyada ən çox neft 

Hörmüz boğazı ilə daşınıb.

Bu barədə ABŞ-ın Enerji İnfor-

masiya  Administrasiyasının  (EIA) 

məlumatında  deyilir.  Bildirilir  ki, 

Fars  və  Oman  körfəzləri  arasında 

yerləşən və qlobal neft ticarəti üçün 

həlledici əhəmiyyətə malik Hörmüz 

boğazı  2016-cı  ildə  də  beynəlxalq 

dəniz yollarında ən çox neft nəqliy-

yatının  aparıldığı  keçid  məntəqəsi 

olub. Hörmüz boğazı qlobal neft ti-

carətində  strateji  əhəmiyyətə  malik 

digər dəniz keçid məntəqələrini geri-

də qoyaraq 6 il ard-arda ilk sırada yer 

alıb.  Keçən  il  Hörmüz  boğazından 

gündəlik  orta  hesabla  18,5  milyon 

barrel neft ötürülüb.

EIA-nın  məlumatına  görə,  Səu-

diyyə  Ərəbistanı,  İraq,  Küveyt  və 

Birləşmiş Ərəb Əmirlikləri kimi zən-

gin  neft  ehtiyatlarına  malik  ölkələr 

tərəfindən  hasil  edilən  neftin  təx-

minən 80 faizi Hörmüz boğazından 

keçərək  Asiya  bazarına  göndərilib. 

Bu  ölkələrdə  hasil  edilən  neft  Çin, 

Yaponiya,  Koreya  Respublikası, 

Hindistan  və  Sinqapur  kimi  enerji 

tələbatı  yüksək  olan  ölkələrə  çatdı-

rılıb.

Malayziya  yaxınlığındakı  Ma-



lakka boğazı isə 2016-cı ildə qlobal 

neft daşınmasında ən çox neftin ötü-

rüldüyü ikinci marşrut olub. Hind və 

Sakit okeanları arasında yerləşən və 

strateji  əhəmiyyətə  malik  Malakka 

boğazında  ötən  il  gündəlik  orta  he-

sabla 16 milyon barrel neft ixracı hə-

yata keçirilib.

Aralıq  dənizini  Qırmızı  dənizə 

bağlayan  və  gündəlik  orta  hesab-

la  5,5  milyon  barrel  neftin  nəqlinin 

həyata  keçirildiyi  Süveyş  kanalı  da 

qlobal neft ticarətində ən çox istifadə 

edilən üçüncü məntəqə olub.

Neft  nəqliyyatının  digər  mü-

hüm keçid nöqtəsi isə Qırmızı dənizi 

Ədən  körfəzinə  bağlayan  və  Afri-

ka  qitəsi  ilə  Ərəbistan  yarımadasını 

bir-birindən  ayıran  Mendep  boğazı 

olub.  Ötən  il  gündəlik  orta  hesab-

la  4,8  milyon  barrel  neft  nəqliyyatı 

edilən  boğaz,  dünya  miqyasında  ən 

çox  neft  daşınan  dördüncü  marşrut 

olub.  Şimali Avropada  Baltik  dəni-

zini  Şimal  dənizinə  bağlayan  Da-

nimarka boğazı isə ötən il gündəlik 

orta hesabla 3,2 milyon barrel neft ti-

carətinin  aparıldığı  beşinci  məntəqə 

olub. Türkiyənin Bosfor və Dardanel 

boğazlarından keçən il gündəlik orta 

hesabla 2,4 milyon barrel neft ötürü-

lüb. Beləliklə də, bu boğazlar 2016-

cı ildə qlobal neft nəqliyyatı aparıldı-

ğı altıncı keçid məntəqəsi olub.

Bosfor  və  Dardanel  boğazların-

da 2011-ci ildə gündəlik orta hesabla 

2,9 milyon barrel neft nəql edilib, bu 

göstərici ötən il 17 faiz azalıb.



Nihad Budaqov

hörMüZ BoğAZI ilə DAhA çox nefT DAŞInIB

Azərbaycan əhalisi-

nin sayı ilin əvvəlindən 

(9810000) 0,3 faiz artaraq 

9843030-u ötüb. Onlardan 

49,9 faizini kişilər, 50,1 

faizini qadınlar təşkil edir. 

Lakin əhali artımında ölkə-

mizdə son 5 ildə azalma 

müşahidə olunur. Belə ki, 

əgər 2011-ci ildə əhalinin 

illik artımı 1,4 faizə bəra-

bər idisə, 2016-cı ildə bu 

rəqəm 1,1 faizə enib.

  Dövlət  Statistika  Ko-

mitəsinin  “Azərbaycanın  demoqra-

fik göstəriciləri” rəsmi nəşrində bil-

dirilir ki, əhalinin məskunlaşmasına 

görə, Bakı şəhəri 2245,8 min nəfərlə 

(1  kvadratkilometrə  1049  nəfər  dü-

şür) birinci yerdədir. Ən seyrək məs-

kunlaşma isə Kəlbəcər-Laçın iqtisadi 

rayonunda qeydə alınıb. İşğal altında 

olan həmin ərazilərin 251,4 min sa-

kini var (1kvadratkilometrə 39 nəfər 

düşür).

Əhali  arasında  yaş  qrupu 



baxımından  cari  ildə  25-29 

yaşlı  gənclər  üstünlük  təşkil 

edir (9,6 faiz). Yaş qrupu üzrə 

ən aşağı çəki 2,5 faizlə 65-69 

yaşlı sakinlərə aiddir. Ötən ilin 

statistikasına  əsasən,  25-29 

yaşlı  gənclərin  sayı  nisbətən 

azalıb,  65-69  yaşlı  sakinlərin 

sayı isə artıb.

Ötən  ilin  statistikasına 

görə,  ölkə  əhalisinin  orta  sa-

vadlılıq  dərəcəsi  99,8  faizdir. 

Həmin  göstərici  kişilər  ara-

sında  99,9  faiz,  qadınlar  arasında 

isə 99,7 faiz olmaqla son səkkiz ildə 

dəyişməz  qalıb. Yaşı  15-dən  yuxarı 

ali və orta təhsili olan şəxslər isə hər 

1000 nəfərdən 972-ni təşkil edir.



AZərBAYCAn əhAliSi ArASInDA 25-29 YAŞlI 

GənClər üSTünlük TəŞkil eDir

Avropa Yenidənqurma və İnkişaf 

Bankı (EBRD) Trans-Anadolu qaz 

boru kəməri (TANAP) layihəsi üçün 

Azərbaycana 500 milyon dollar kredit 

ayıracaq.

 “Cənub Qaz Dəhlizi”nin ən böyük 

hissəsini  təşkil  edən  TANAP  layihə-

sində  istifadə  edilməsi  üçün  “Cənub 

Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiy-

yətinə  (CQD)  ayrılması  planlaşdırılan 

500 milyon dollar məbləğində maliyyə 

paketinin  oktyabrın  18-də  keçiriləcək 

idarə  heyətinin  toplantısında  təsdiq 

olunması gözlənilir.

EBRD  edilən  yazılı  açıqlamada, 

ümumi  dəyəri  8,6  milyard  dollar  olan 

TANAP layihəsi üçün daha əvvəl Dün-

ya Bankının 800 milyon dollar və Asiya 

İnkişaf Bankının isə 600 milyon dollar 

maliyyə vəsaiti ayırdığı xatırladılıb.

Avropa  İnvestisiya  Bankının  da 

TANAP-a  kredit  ayırmağı  düşündüyü 

bildirilən  açıqlamada,  layihənin  Tür-

kiyə  və  Avropanın  enerji  təhlükəsiz-

liyini  və  mənbələr  şaxələndirilməsini 

təmin  etməsi  baxımından  əhəmiyyətli 

olduğu  vurğulanıb.  “Cənub  Qaz  Dəh-

lizi”nin böyük bir hissəsini təşkil edən 

TANAP-ın  tikinti  müddətində  9  min-

dən çox, daimi olaraq isə təxminən 300 

nəfərin məşğulluğu təmin ediləcək.

TANAP-da  58  faiz  iştirak  payına 

malik  olan  və  səhmlərinin  əksəriyyəti 

Azərbaycan  hökumətinə  məxsus  “Cə-

nub Qaz Dəhlizi” QSC-nin EBRD-dan 

alacağı  500  milyon  dollarla  birgə  la-

yihəyə cəlb etdiyi ümumi investisiyanın 

5 milyard dollara çatacağı qeyd olunub.

Xatırladaq  ki,  “Cənub  Qaz  Dəh-

lizi”  QSC  Azərbaycan  Prezidentinin 

“Şahdəniz  qaz-kondensat  yatağının  is-

tismarının  ikinci  mərhələsi  və  “Cənub 

Qaz  Dəhlizi”nin  yaradılmasına  dair 

digər  layihələrlə  bağlı  bəzi  tədbirlər 

haqqında”  2014-cü  il  tarixli  25  fev-

ral  Sərəncamı  əsasında  yaradılmış  və 

səhmlərinin 51 faizi dövlət mülkiyyəti 

olmaqla İqtisadiyyat Nazirliyinə, 49 faizi isə  

SOCAR-a məxsus olan qapalı səhmdar 

cəmiyyətidir.

Avropa İttifaqı üçün prioritet ener-

ji  layihələrindən  biri  olan  “Cənub 

Qaz  Dəhlizi”nin  seqmentlərini  “Şah-

dəniz  Mərhələ  2”,  “Cənubi  Qafqaz 

Boru  Kəmərinin  Genişləndirilməsi”,  

TANAP və “Trans-Adriatik” (TAP) la-

yihələri təşkil edir. Bu boru xətti Xəzər 

dənizinin  Azərbaycan  sektorundakı 

“Şahdəniz-2”  yatağından  hasil  oluna-

caq  qazı  Türkiyəyə  və  bu  ölkədən  də 

Avropaya çatdıracaq. Uzunluğu 3 min 

500 kilometr olan “Cənub Qaz Dəhlizi” 

vasitəsilə  ilkin  mərhələdə  Türkiyəyə 

6  milyard  kubmetr, Avropaya  10  mil-

yard kubmetr qaz nəqli nəzərdə tutulur. 

Azərbaycan  təbii  qazının  2018-ci  ilin 

ortalarında  Türkiyəyə,  2020-ci  ilədək 

isə Avropaya çatdırılması planlaşdırılır.

Qeyd edək ki, TANAP ilə Azərbay-

can təbii qazının Türkiyəyə çatdırılması 

üçün işlərin təxminən 80 faizi görülüb. 

Boru  kəməri  iki  fazada  inşa  olunur. 

Faza-0, yəni 2018-ci ilin iyununda Tür-

kiyəyə  ilk  təbii  qazın  verilməsi  üçün 

görüləcək  işlər  çərçivəsində  56  düym 

diametrində və təxminən 1334 kilometr 

uzunluğundakı boru kəməri ilə yanaşı, 

2  ədəd  ölçmə  stansiyası,  1  ədəd  ana 

xətt  və  1  ədəd  kompressor  stansiyası-

nın, eləcə də çoxlu sayda blok klapan 

və  digər  stansiyaların  tikintisi  həyata 

keçirilir. Faza-0 üzrə tikinti işləri Tür-

kiyə-Gürcüstan sərhədindən başlayaraq 

Əskişəhərə  qədər  uzanan  marşrut  bo-

yunca  həyata  keçirilir.  2018-ci  il  iyun 

ayının  sonuna  qədər  Faza-0  çərçivə-

sində  işlərin  tamamlanması,  “Botaş” 

şirkəti vasitəsilə Türkiyəyə Azərbaycan 

təbii qazın verilməsi planlaşdırılır. İlkin 

mərhələdə TANAP-la Türkiyəyə ildə 2 

milyard  kubmetr  qaz  veriləcək.  Daha 

sonrakı 3 il ərzində isə bu həcm 6 mil-

yard kubmetrə çatdırılacaq.

Faza-1, yəni 2019-cu ilin sonunda 

Türkiyədən  keçməklə  Avropaya  təbii 

qazın  verilməsi  üçün  tamamlanma-

sı  nəzərdə  tutulan  işlər  isə  48  düym 

diametrində  yerüstü  boru  kəməri,  iki 

ədəd ölçmə stansiyası və 36 düym di-

ametrindəki qoşa boru xəttindən ibarət 

olan Dardanel boğazından keçən sual-

tı hissədir. Faza-1 üzrə işlərin 44 faizi 

tamamlanıb.  Bununla  da,  TANAP  la-

yihəsi  çərçivəsində  Faza-0  və  Faza-1 

üzrə bütün işlərin təxminən 70 faizi icra 

edilib.


TANAP-ın  inşasına  hazırda  10 

minədək işçi cəlb olunub. Boru kəmə-

rinin quru hissəsinin inşası çərçivəsin-

də 4 lot üzrə indiyədək 1684 kilometr 

uzunluğunda  xəndək  qazılıb.  Bu  vax-

tadək TANAP-ın  tikintisi  çərçivəsində 

4 lot üzrə 1540 kilometr boru marşrut 

xətti  boyunca  düzülüb.  Əsas  xətt  üzrə 

1463  kilometr  uzunluğunda  borunun 

qaynağı  tamamlanıb.  TANAP-ın  Dar-

danel  boğazından  keçəcək  17,6  kilo-

metrlik  dəniz  hissəsinin  tikintisinə  isə 

may ayının sonlarında başlanılacaq.

Xəzərin  Azərbaycan  sektorunda-

kı  “Şahdəniz-2”  yatağından  çıxarılan 

qazı Türkiyəyə və bu ölkədən Avropa-

ya  nəql  edəcək  TANAP  “Cənub  Qaz 

Dəhlizi”nin  tərkib  hissəsi  olan  layihə-

dir.  TANAP  Türkiyə-Gürcüstan  sərhə-

dində  Cənubi  Qafqaz  Boru  Kəmərinə, 

Türkiyə-Yunanıstan sərhədində isə TAP 

qaz boru kəmərinə birləşəcək. Uzunlu-

ğu 1810 kilometr olan TANAP-ın Əs-

kişəhərə  qədər  olan  hissəsinin  2018-

ci  ilin  ortalarında  istismara  verilməsi 

nəzərdə  tutulur.  Boru  kəmərinə  tələb 

olunan kapital xərcləri 8,5 milyard ABŞ 

dollarıdır.  Layihə  üzrə  Azərbaycan 

şirkətlərinin xərclərinin 2020-ci ilədək 

ümumilikdə 6,2 milyard dollar olacağı 

nəzərdə tutulur.

Boru kəmərinin Gürcüstan-Türkiyə 

sərhədi-Əskişəhər  56  düym  diametr-

li  hissəsinin  uzunluğu  1334  kilometr, 

Əskişəhər-Türkiyə-Yunanıstan  sərhədi 

boyunca 48 düym diametrli hissəsinin 

uzunluğu  isə  450  kilometrdir.  Bundan 

başqa, TANAP 2x36 düym diametrli 18 

kilometr  uzunluğunda  sualtı  hissədən 

də ibarətdir. TANAP-ın tikintisi üzrə ilk 

mərhələ sona çatdırılıb və hazırda ikinci 

mərhələ üzrə işlər davam etdirilir. Boru 

kəmərinin  ilkin  ötürücülük  qabiliyyəti 

16 milyard kubmetrdir və sonradan bu 

həcmin 31 milyard kubmetrədək artırıl-

ması imkanı var.

TANAP-ın  səhmdarlarının  layihə-

dəki payı belədir: “Cənub Qaz Dəhlizi” 

QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP 

şirkəti - 12 faiz.



AvroPA YeniDənqUrMA və inkiŞAf BAnkI TAnAP üZrə 

AZərBAYCAnA 500 MilYon DollAr kreDiT AYIrACAq

Rusiya Federal 

Turizm Agentliyi (Rostu-

rizm) Xəzəryanı ölkələri 

– Azərbaycan, İran, Qa-

zaxıstan və Türkmənis-

tanı cəlb etməklə, Xəzər 

dənizində kruiz turizmini 

inkişaf etdirməyi plan-

laşdırır.  TASS agentliyi 

xəbər verir ki, bunu 

Rosturizmin başçısı Oleq 

Safonov bəyan edib.

O.Safonov 

deyib: 

"Biz Xəzərdə kruiz turiz-



mini inkişaf etdirmək məsələsi üzə-

rində işləyirik. Üstəlik, hesab edirik 

ki, belə turizm ən mühüm istiqamət-

lərdən biridir və çox perspektivlidir. 

Özü də bu layihələr Rusiya Federasi-

yasını, Azərbaycanı, İran İslam Res-

publikasını, Qazaxıstanı və Türkmə-

nistanı  birləşdirə  bilər.  Bununla  da 

hazırda  mövcud  olmayan  prinsipcə 

yeni,  yüksək  səviyyəli  turizm  məh-

sulu təklif olunacaq".

Onun  sözlərinə  görə,  kru-

iz  turizminin  inkişafında  baş-

lıca  problem  infrastrukturun 

-  gəmilərin  yan  alması  üçün 

körpülərin,  sərnişin  vağzalla-

rının, buraxılış məntəqələrinin 

yaradılması və s. Bu obyektlər 

gələn il üçün hazır olmalıdır.

Rosturizmin başçısı deyib: 

"Həmkarlarımız və dostlarımız 

bu işə çox böyük maraq göstə-

rirlər.  Mən  İran  və  Azərbay-

canı  da  nəzərdə  tuturam.  Bu 

işdə  hamı  maraqlıdır.  Biz  bu 

marşrutların  yaradılması  istiqamə-

tində fəal irəliləyirik. Dünən Dağıs-

tanın başçısı ilə görüşdə bu mövzunu 

da müzakirə etdik. Bu ideyanı o da 

dəstəkləyir".



xəZərDə krUiZ TUriZMi inkiŞAf eTDiriləCək


Yüklə 493,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə