Ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərinə uyğun olaraq aparılan islahatlar nəticəsində



Yüklə 493,64 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix18.06.2018
ölçüsü493,64 Kb.
#49741
1   2   3   4   5   6   7   8

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


9 avqust 2017-ci il   № 53-56 (9147)

4

www.seanews.az

Beynəlxalq Əmək Təşkilatının məlu-

matına görə, hər il dünyada istehsalat xə-

sarəti və peşə xəstəliyindən 2 milyon insan 

həlak olur. Bu bədbəxt hadisələr ölkələrin 

iqtisadi inkişafına ziyan vurmaqla yanaşı, 

dünya üzrə ümumi daxili məhsulun 4 

faizinin itirilməsinə də səbəb olur.

Bəli, hər bir iş yerində risk və təh-

lükə var. Bu elə bir məsələdir ki, ondan 

tamamilə qaçmaq mümkün deyil. Buna 

baxmayaraq, riskləri minimuma endir-

mək olar.

Əməyin mühafizəsi sahəsində təd-

birlərin  gücləndirilməsi  və  dəyərlən-

dirilməsi  “Azərbaycan  Xəzər  Dəniz 

Gəmiçiliyi” QSC-nin də xüsusi diqqət 

ayırdığı  məsələlərdəndir.  Cəmiyyətin 

yaradılması ilə, yeni rəhbərliyin atdığı 

zəruri  və  təxirəsalınmaz  addımlardan 

biri  Keyfiyyət,  Sağlamlıq,  Əməyin 

Təhlükəsizliyi və Ətraf Mühitin Müha-

fizəsi  (KSƏTƏMM)  departamentinin 

yaradılması oldu. KSƏTƏMM departa-

menti işini beş əsas istiqamətdə qurub: 

Əməyin  mühafizəsi,  sağlamlıq,  eko-

logiya, yanğından mühafizə və idarəet-

mə keyfiyyətinə nəzarət.

Xidmətin  əsas  məqsədi  təhlükəsiz 

iş mühitinin təmin olunması üçün me-

todik dəstəklə Cəmiyyətin istehsalatına 

köməklik etmək, dənizdə və limanlarda 

baş verə biləcək çirklənmələrin qarşısı-

nı almaq, bütün müəyyən edilmiş risk-

lərə qarşı ehtiyat və qabaqlayıcı tədbir-

lər həyata keçirməkdir.

əməyin mühafizəsi yalnız 

sosial deyil, iqtisadi baxımdan da 

önəmlidir

Departamentin rəisi Ələkbər Əzizli: 

“Əmək şəraitinin yaxşı olduğu, müva-

fiq  norma  və  standartlara  uyğun  təşkil 

edildiyi müəssisələrdə  səmərəlik, məh-

suldarlıq  hər  zaman  yüksək  olur.  Bu 

səbəbdən  iş  yerlərində  sağlam  və  təh-

lükəsiz  şəraitin    yaradılması    olduqca  

vacibdir.  KSƏTƏMM  departameninin 

önəm  verdiyi  sahələrin  hər  birinə  ay-

rı-ayrılıqda  xüsusi  mütəxəssislər  ca-

vabdehdir. Demək olar ki, fəaliyyətimiz 

tam  beynəlxalq  prinsip  və  standartlara 

əsaslanır.“



“işlər təhlükəsiz aparılmalı, hamı 

sağlam qalmalı”

Departamentin  əsas  şüarı  belədir: 

“İşlər  təhlükəsiz  aparılmalı,  hamı  sağ-

lam  qalmalı”…  Bunun  üçün  vaxtaşırı 

Cəmiyyətin  gəmilərinə,  sahil  obyekt-

lərinə, ümumilikdə mövcud infrastruk-

tura nəzarət həyata keçirilir, aşkarlanan 

uyğunsuzluqlar aradan qaldırılma üçün 

dərhal  aidiyyəti  xidmət  və  rəhbərlərə 

raportlanır, icra  nəzarətə  götürülür.

Departamentdə  hər  kəs  sağlamlığa 

gedən  yolun  təhlükəsizlikdən  başladı-

ğına əmindir. Amma təkcə əməyin təh-

lükəsizliyi  qaydalarına  əməl  etməklə 

hər  şey  bitmir.  Təhlükəsizlik  dedikdə 

ətraf  mühitin  qorunması  məsələsi  də 

unudulmamalıdır.  KSƏTƏMM  depar-

tamenti bu sahəyə də xüsusi həssaslıqla 

yanaşır.

Ələkbər Əzizli: “Bu yaxınlarda Cə-

miyyət  olaraq  enerjiyə  qənaətlə  bağlı 

mühüm addım atdıq, İSO 50001 stan-

dartını tətbiq etdik. Bu da o deməkdir 

ki,  biz  enerjiyə  qənaət  edirik.  Bütün 

ofislərdə,  gəmilərdə,  zavodlarda  ener-

jinin qənaətliyini prioritet məsələ kimi 

qarşımıza  qoymuşuq.  Enerjiyə  qənaət 

isə sonda ətraf mühitin mühafizəsi anla-

mına gəlir. Bu həm də maddi baxımdan 

sərfəlidir.”

Ümumilikdə  tətbiq  olunan  stan-

dartların birləşməsi  isə keyfiyyət əmələ 

gətirir.  Keyfiyyət  sistemi  –  İSO  9001 

beynəlxalq idarəetmə standartına əsas-

lanır.  Bu  standartın  əsas  tələbi  “Dai-

mi  inkişaf”dır.  Başqa  sözlə,  mövcud 

sənədləri və iş prosedurlarını mütəmadi 

yeniləmək, onları təkmilləşdirmək. Bu 

məsələdə də Cəmiyyət beynəlxalq təş-

kilatlarla, ayrı-ayrı dənizçilik assosiasi-

yaları ilə əməkdaşlıq edir. Buna misal 

olaraq İNTERCARGO, İMCA, İNTE-

RANKO, MSF  kimi  təşkilatların  üzv-

lük  şəhadətnamələri  göstərilə  bilər.

Ələkbər  Əzizli:  “Bu  assosiasi-

yalardan  mütəmadi  olaraq  yeniliklər 

göndərilir.   Biz onları təhlil edirik, iş 

prinsipimizə  maraqlı  olanları  gəmilərə 

göndəririk.  Bunlar  hamısı  gələcəkdə 

prosedurların  təkmilləşməsinə  gətirib 

çıxarır.      İşimizin  keyfiyyətli  təşkili 

üçün tez-tez təlimlər keçirilir. Ən əsası 

isə ildə bir dəfə İSO beynəlxalq idarəet-

mə sistemlərinin tələblərinə uyğun ola-

raq  Cəmiyyətdə  daxili  audit  aparırıq. 

Bundan  başqa,  dünyanın  nüfuzlu  ser-

tifikasiya  təşkilatlarından  biri  sayılan 

“Amerika  Gəmiçilik  Bürosu”  (ABS) 

şirkəti tərəfindən xarici audit yoxlama-

ları aparılır. Bu yoxlamalar Gəmiçiliyin 

inkişafına xeyli təsir göstərir. Hər dəfə 

hansısa  uyğunsuzluq  ortaya  çıxanda 

yeni həll yolu tapırıq. Nəticə çıxarmaq 

baxımından bu çox yaxşıdır.”

Ümumiyyətlə,  keyfiyyət  sistemi-

nin tələbləri çoxdur. Məsələn, iclas və 

tədbirlərin keçirilməsi xüsusi diqqət və 

həssaslıq tələb edir: ”Hadisə baş verən-

də necə davranmaq lazımdır?”, “Hansı 

əyani  vasitələrdən,  hansı  kəlmələrdən 

istifadə edilməlidir?” və s. Əsas tələb-

lərdən biri də statistikanın düzgün apa-

rılması, təhlillərin faktlara və rəqəmlərə 

əsaslanmasıdır. Çünki, atılacaq addım-

lar bu təhlillərin nəticələrindən asılıdır.

Keyfiyyətin yüksəldilməsi departa-

mentin qarşısına qoyulan əsas tələbdir.   

Dörd illik fəaliyyətin nəticələrinə əsas-

lanıb deyə bilərik ki, bu istiqamətdə az 

uğur əldə olunmayıb.

“Təkcə  onu  deyə  bilərəm  ki,  indi 

bizim  şirkətdə  sənədləşmələr  elekt-

ronlaşdırılıb.  Bu  operativlik  anlamına 

gəlir,  işin  səmərəliyinə  birbaşa  təsir 

edən  amildir.  Digər  tərəfdən  kağızlara 

qəanətdir. Nəticə etibarı ilə isə ekologi-

yaya  verdiyimiz  bir  töhfədir”.

Departament rəhbəri Ələkbər Əziz-

li əməkdaşlarla münasibətlərdən də da-

nışdı. Dedi  ki, komanda  şəklində  ça-

lışmağımız  üstünlüyümüzdür.

“Hər zaman işçiləri təmkinli olma-

ğa  çağırıram.  Tələsməyə  ehtiyac  yox-

dur. Hər kəs, o cümlədən mən də səhv 

edə bilərəm. Əsas  bu səhvdən  düzgün 

nəticə çıxarmaqdır. Ona görə də, hasısa 

bir işi görəndə komandanın fikrini öyrə-

nirəm. Məqsədimiz birdir – Gəmiçilik 

inkişaf etsin.”

Ələkbər  Əzizli  ilə  etdiyimiz  uzun 

söhbətdən  sonra  üz  tuturuq  departa-

mentin  ətraf  mühitin  mühafizəsi  üzrə 

mühəndisi, biologiya üzrə fəlsəfə dok-

toru Sabir Kərimzadəyə.



– Sabir müəllim, Gəmiçilikdə ət-

raf  mühitin  mühafizəsi  ilə  bağlı  və-

ziyyət necədir?

–  Ətraf  mühitin  qorunması  Gə-

miçilik üçün əsas davamlı inkişaf me-

yarlarından biridir. Gəmilərin istismarı 

zamanı  yaranan  müxtəlif  çeşidli  bərk 

və maye tullantıların, habelə qaz  atqı-

larının  su  mənbələrinə,  qrunta  və  at-

mosferə ekoloji təsirlərinin minimuma 

endirilməsi  Cəmiyyət  tərəfindən  çox 

ciddi  diqqət  mərkəzində  saxlanılır. 

Əməliyyatlar zamanı ətraf mühitə zərə-

rin vurulmaması üçün zəruri qabaqlayı-

cı tədbirlər görülür.

– Bəs, nəticələr sizi qane edirmi?

– Cəmiyyətdə ətraf mühitin müha-

fizəsi  yönümündə  müəyyən  işlər  gö-

rülür. Məsələn, müxtəlif maye və bərk 

tullantıların  idarə  olunması  ilə  bağlı 

qeyd  edə  bilərəm  ki,  təkcə  bu  ilin  ilk 

yarısında Gəmiçiliyin gəmiləri və sahil 

obyektlərində formalaşan 68144,77 ton 

çirkab  məişət-təsərrüfat  suyu,  2734,0 

ton neftli döşəməaltı su, 78,0 ton işlən-

miş texniki yağ, 225,8 ton neftli şlam, 

86,07 ton neftsiz şlam, 10,44 ton yan-

mış  qılib  qumu,  864,89  ton  abraziv, 

44,31  ton  yağlı  əski,  28,4  ton  sintetik 

propilen buraz qalığı, 0,92 ton istifadə 

müddəti  bitmiş  kimyəvi  məmulat,  39 

ədəd  yararsız  akkumulyator,  419  ədəd 

nasaz  avtomobil  şini,  30,24  ton  rezin 

tullantısı,  76  ədəd  yanacaq,  283  ədəd 

yağ və 142 ədəd hava süzgəcləri, 1,08 

ton toner-katric, 2,33 ton təşkilati elekt-

ron avadanlığı, 218,8 ton keramik qırın-

tı, 7,5 ton asbest qalığı, 34,16 ton işlən-

miş boya qabı, 288,09 ton taxta tullantı, 

30,0  ton  tibbi  tullantı,  89,35  ton  şüşə 

qırığı,  143,06  ton  sellüloz  tullantısı, 

128,36  ton  tekstil  parça  qalığı,  156,14 

ton  polimer  əsaslı  tullantı,  404,27  ton 

qida qalığı, 1,53 ton işlənmiş qida yağı 

səriştəli  mütəxəssislərə  və  texniki  re-

surslara  malik  sertifikasiyalı  qurum-

larla  bağlanmış  müqavilələr  əsasında 

ərazilərimizdən kənarlaşdırılaraq təhvil 

verilib.  Bu  dövrdə  Dənizkənarı  Milli 

Park və Cəmiyyətin sahil fəaliyyət ak-

vatoriyaları  səthindən  0,19  ton  neft-su 

qarışığı,  habelə  14,28  ton  müxtəlif  öl-

çülü əşyalar  yığılaraq  təhvil  verilib.



– Düşünürəm ki, bu nəticə bir 

nəfərin işi deyil və gərgin əməyin 

bəhrəsidir.

–  Əlbəttə,  bu  işlərin  hamısını  tək 

mən görə bilmərəm. Cəmiyyətin  dəniz 

xidmətləri  və  istehsalatla  bağlı  hər  bir 

struktur  vahidində  mühəndis-ekoloqlar 

fəaliyyət  göstərirlər.  Onlar  hər  gün  ət-

raf  mühitin  mühafizəsi  ilə  bağlı  dəniz 

və  sahil  obyektlərinə  baxış  və  moni-

torinqlər  keçirirlər,  nəticələri  əsasında 

“Ekoloji  gündəlik  müşahidə  vərəqi” 

formaları tərtib olunur. Həmin vərəqlə-

rin elektron versiyaları KSƏTƏMM de-

partamentinə daxil olur, təhlil edilir, uy-

ğunsuzluq  və  nöqsanlar  “KSƏTƏMM 

departamenti  tərəfindən  aparılmış  mo-

nitorinqlərdə  aşkar  olunmuş  çatışmaz-

lıqların    aradan  qaldırılması  tədbirləri 

üzrə dövri Nəzarət Vərəqi”ndə göstəri-

lir, icrası nəzarətdə saxlanılır. Son ola-

raq isə, sizə  təqdim  etdiyim  rəqəmlər  

ortaya  çıxır.

Cəmiyyətin ekoloji yönümdə prio-

ritet saydığı istiqamətlərdən biri də gə-

milərdəki maye çirkləndiricilərin idarə 

olunması əməliyyatlarını müasir reallıq 

və imkanlar nəzərə alınaraq təkmilləş-

dirməklə dənizin gəmilərdən maye tul-

lantılarla çirklənməsi ehtimalının minu-

muma endirilməsinə nail olmaqdır. Bu 

məqsədlə Cəmiyyətin “Təhlükəsizliyin 

Keyfiyyətli İdarəetmə Sistemi”nin  tər-

kib  hissəsi  olan  “Sağlamlıq,  əməyin 

təhlükəsizliyi, ətraf mühitin    mühafizə-

si.  Təhlükəsiz  iş  təcrübələri”  toplusu 

çərçivəsində KSƏTƏMM departamenti 

tərəfindən “Maye çirkləndiricilərin gə-

milərdən  dənizə  axıdılmasına  yol  ver-

məmək üçün müvafiq atqı nöqtələrində 

plomblanma,  plombqırma  və  nəzarət 

qaydaları” tərtib olunaraq təsdiqələnib. 

Hazırda  gəmilərdə    yeni    qaydaların  

tətbiqinə  hazırlıq  işləri  gedir.



 “Məqsədimiz tam təhlükəsiz bir iş 

şəraiti qurmaqdır”

Departamentin  təcrübəli  əməkda-

şı, əməyin mühafizəsi və təhlükəsizlik 

texnikası üzrə mühəndis Vaqif Bağıro-

vun sözlərinə görə, hər bir işin yerinə 

yetirilməsi zamanı müəyyən ardıcıllıq 

olmalıdır. Təhlükəsizliyin təmin olun-

ması  sahəsində  də  belədir.  Departa-

mentin beynəlxalq  tələblərə uyğun ha-

zırladığı  “Təhlükəsizliyin  Keyfiyyətli 

İdarəetmə  Sistemi”  də    buna    xidmət  

edir.


Vaqif Bağırov deyir ki,  beynəlxalq 

standartlar  və  milli  qanunvericiliyə 

əsaslanan fəaliyyətlərinin kökündə iş-

çilərin,  gələn  qonaqların,  müştərilərin     

və  eyni  zamanda  təcrübəçilərin  təh-

lükəsizliyini  təmin  etmək  durur.

“Hamının  təhlükəsizliyində  bir 

məsuliyyətimiz  var.  Əsas  vəzifələri-

mizdən  biri  də  hadisələrin  qarşısının 

alınması  üçün  əvvəlcədən  müəyyən 

qabaqlayıcı  tədbirlər  hazırlamaq  və 

onların  yerinə  yetirilməsinə  nəzarəti 

həyata keçirməkdir. Bu baxımdan vax-

taşırı  monitorinqlər  keçiririk.  Norma 

və standartların tələblərinin pozulması 

hallarına rast gəldikdə müvafiq qayda-

da  aidiyyəti  üzrə  rəhbərliyə  məlumat 

verilir,  eyni  zamanda  həmin  pozuntu-

ların aradan qaldırılması üçün metodi-

ki köməklik göstəririk.

Təhlükəsizlik  qaydalarına  əməl 

etməyin vacibliyinə diqqət çəkən mü-

həndis bildirir ki, bu elə də çətin deyil. 

Hər kəs öz məsuliyyətini dərk etsə, or-

taya ciddi problemlər çıxmaz.

“Təhlükəsizlik  üçün  hər  kəs  əlin-

dən gələni etməlidir. Daha diqqətli ol-

maq isə təhlükəsizliyin  əsasıdır. Təəs-

süf  ki,  bəzən  bunun  əksini  edənlərə 

də  rast  gəlinir.  Kimi  səhlənkarlıqdan 

norma və standartların tələbini pozur, 

kimi isə bunun vacibliyini anlamır. Bu 

kimi işçilərlə izahedici söhbətlər apa-

rilir, təlimlər keçiririk, Təhlükəsizliyin 

Keyfiyyətli  İdarəetmə  Sisteminin  tək-

milləşdirilməsi    istiqamətində    işləri  

davam etdiririk.”

Rövşən Abdurəhmanlı

Avropa Dəniz Təhlükəsizliyi Agent-

liyinin “Qara dəniz və Xəzər dənizi 

regionunda dəniz üzgüçülüyünün 

təhlükəsizliyi, əmniyyətli idarəetmə və 

dəniz mühitinin mühafizəsi” layihəsi 

çərçivəsində agentliyin nümayəndələri 

və Azərbaycan Dövlət Dəniz Administ-

rasiyasının (ADDA) əməkdaşlarının 

iştirakı ilə görüş keçirilib.

Azərbaycan Dövlət Dəniz Administ-

rasiyasının mətbuat xidmətindən verilən 

məlumata görə, ADDA-nın “Qara dəniz 

və  Xəzər  dənizi  regionunda  dəniz  üz-

güçülüyünün  təhlükəsizliyi,  əmniyyətli 

idarəetmə və dəniz mühitinin mühafizə-

si” layihəsi çərçivəsində müəyyən edilən 

sahələr  üzrə  Azərbaycan  Respublika-

sının  dəniz  üzgüçülüyünün  inkişafının 

təmin  edilməsi  və  mövcud  boşluqların 

aradan  qaldırılması  ilə  əlaqədar  qarşı-

lıqlı  şəkildə  razılaşdırılmış  fəaliyyət  is-

tiqamətlərini müəyyən etmək məqsədilə 

Avropa Dəniz Təhlükəsizliyi Agentliyi-

nin nümayəndələri ilə keçirilən görüşdə 

bildirilib  ki,  bu  layihə  Xəzər  dənizi  və 

Qara  dəniz  sahilyanı  ölkələrinə  layihə 

çərçivəsində  texniki  yardım  və  dəstək 

göstərərək  milli, Avropa  və  beynəlxalq 

tərəfdaşların iştirakı ilə dəniz üzgüçülü-

yünün təhlükəsizliyi, əmniyyətli idarəet-

mə və dəniz mühitinin mühafizəsi stan-

dartlarını yüksəltmək məqsədi güdür.

Azərbaycan  Respublikasının  iqti-

sadiyyatının  bütün  sahələri  kimi  dəniz 

nəqliyyatı  sahəsinin  də  inkişaf  etdiril-

məsinin Prezident İlham Əliyevin diqqət 

mərkəzində  olduğunu  vurğulayan  Döv-

lət Dəniz Administrasiyasının nümayən-

dələri  dövlət  başçısının  xüsusi  diqqət 

və  qayğısı  sayəsində  dəniz  nəqliyyatı 

sahəsinin  dinamik  inkişafı  üçün  böyük 

imkanlar yaradıldığını qonaqların diqqə-

tinə çatdırıblar.

Görüş  zamanı  Dövlət  Dəniz Admi-

nistrasiyasının fəaliyyəti, vəzifə və səla-

hiyyətləri, eyni zamanda aidiyyəti dövlət 

orqanları  ilə  qarşılıqlı  fəaliyyəti  barədə 

təqdimat  keçirilib.  Təqdimat  zamanı 

agentlik  nümayəndələrinin  beynəlxalq 

konvensiyaların  tətbiqi  və  beynəlxalq 

hüquqi  normaların  milli  qanunverici-

likdə  mövqeyi  barəsində  verilən  sual-

ları  ətraflı  cavablandırılıb.  Azərbaycan 

Respublikasının  dəniz  üzgüçülüyünün 

təhlükəsizliyi və ətraf mühitin mühafizə-

si  sahəsində  formalaşdırılmış  normativ 

hüquqi bazasının Beynəlxalq Dəniz Təş-

kilatının konversiyalarının tələblərinə və 

Avropa standartlarına uyğunluğu barədə 

qonaqlara məlumat verilib.

Beynəlxalq  Dəniz  Təşkilatının  Au-

dit Ekspert Qrupu tərəfindən mayın 28-i 

iyunun  6-da  Dövlət  Dəniz  Administ-

rasiyasında  həyata  keçirilən  audit  yox-

lamasının  tam  obyektivliyə  əsaslanan 

nəticələrinə əsasən respublikamızın 172 

dünya dəniz dövləti sırasında ən qabaq-

cıllar olan Avropa və Skandinaviya döv-

lətlərini geridə qoyaraq statistika üzrə ön 

sırada yer tutması münasibətilə təbriklə-

rini  çatdıran Avropa  Dəniz  Təhlükəsiz-

liyi Agentliyinin  nümayəndələri  Dövlət 

Dəniz  Administrasiyasının  beynəlxalq 

standartlarına uyğun fəaliyyətini müsbət 

dəyərləndirib.  Azərbaycan  Respublika-

sının dəniz nəqliyyatı sahəsində mövcud 

təcrübəsi  və  Dövlət  Dəniz Administra-

siyasının  məlum  uğurlarını  xüsusi  vur-

ğulayan  Avropa  Dəniz  Təhlükəsizliyi 

Agentliyinin  nümayəndələri  bu  fəaliy-

yətin Dəniz Administrasiyalarını forma-

laşdırmaqda olan ölkələr üçün örnək ola 

biləcəyini qeyd ediblər.

Azərbaycan  Respublikasının  Prezi-

denti  İlham  Əliyevin  rəhbərliyi  altında 

iqtisadiyyatımızın strateji cəhətdən mü-

hüm sahələrindən biri olan dəniz nəqliy-

yatında formalaşdırılmış siyasətə uyğun 

olaraq həyata keçirilən davamlı islahat-

lar və bu məqsədlə təsdiq olunmuş möv-

cud normativ hüquqi aktlar, habelə dəniz 

üzgüçülüyünün  təhlükəsizliyi,  dənizdə 

insan həyatının və dəniz mühitinin mü-

hafizəsi sahəsində məqsədyönlü və cid-

di tədbirlərin həyata keçirilməsi Avropa 

Dəniz  Təhlükəsizliyi  Agentliyinin  nü-

mayəndələri  tərəfindən  xüsusi  rəğbətlə 

qarşılanıb.

Görüşün  sonunda  administrasiya-

nın  fəaliyyətinin  daha  da  effektiv  for-

mada  həyata  keçirilməsi  üçün  müvafiq 

sahələrdə agentlik tərəfindən treninq və 

seminarların  həyata  keçirilməsi  barədə 

razılıq əldə edilib.



Ümum-

dünya Ekoloji 

Borc Günü - 

insanların təbii 

ehtiyatlara illik 

tələbatının bütöv 

bir il ərzində 

Yer kürəsinin 

hasilə gətirdiyini 

üstələdiyi gün-

dür.

Global  Footp-

rint  Network  elmi 

mərkəzinin araşdır-

masına görə, keçən 

çərşənbə günü, avqustun 2-də bəşə-

riyyət  Yerin  bərpa  olunan  ehtiyat-

larının  bir  illik  həcmini  tükədərək 

"borca yaşamağa" başlayıb.

Ekoloqlar  bildirirlər  ki,  həmin 

günədək  dünya  payına  düşən  ehti-

yatı tam istifadə edib və insanlar bu 

il avqustun 2-dən sonra nə istehlak 

edirlərsə, gələcək nəsillərdən oğur-

lanmış olacaq. Elmi ictimaiyyət isə 

belə hesab edir ki, siyasətçilərin və-

zifəsi buna yol verməməkdir.

Mütəxəssislərin  rəyinə  əsasən, 

təbii  ehtiyatların  israf  edilməsi 

meşələrin  məhv  olmasına,  bioloji 

müxtəlifliyin  itirilməsinə,  quraqlı-

ğa, içməli su çatışmazlığına, torpa-

ğın  şoranlaşmasına  və  atmosferdə 

karbon  qazının  artmasına  gətirib 

çıxaracaq. Alimlər qeyd edirlər ki, 

insanlar  öz  ehtiyatlarını  əvvəlkin-

dən daha tez xərcləyirlər. Statistika 

göstərir ki, 2016-cı ildə bəşəriyyət 

"borca  yaşamağa"  avqustun  3-də, 

2015-ci  ildə  avqustun  4-də  baş-

layıb,  on  il  əvvəl  isə  həmin  tarix 

avqustun 15-nə təsadüf edirdi.

Ekoloji borc ilk dəfə 1979-cu il 

dekabrın 29-da qeydə alınıb. O vaxt 

ehtiyatlar  ilin  başa  çatmasına  iki 

gün qalmış tükənmişdi. Sonrakı il-

lərdə "borc günü" irəliləyərək daha 

qabağa gəlib - 2000-ci ildə oktyab-

rın əvvəlinə, 2013-cü ildə avqustun 

20-nə,  2016-cı  ildə  avqustun  3-nə 

təsadüf  edib.  Bu  cür  israfçılıq  da-

vam etsə onda 2030-cu ildə həmin 

gün iyunun sonuna düşəcək.

Dünyada  BƏƏ  və  Yaponiya 

təbiətdən  istifadə  sahəsində  daha 

məsuliyyətsiz ölkələr kimi fərqlən-

dirilir.  Məsələ  burasındadır  ki,  hər 

il BƏƏ ekoloji "norma"nı 12,3, Ya-

poniya isə 7 dəfə keçir. Ekoloqların 

fikrincə,  İtaliya,  İsveçrə,  Böyük 

Britaniya, Yunanıstan, Misir, Alma-

niya və Rusiya (2,5 dəfə), həmçinin 

ABŞ  (1,9  dəfə)  orta  dünya  göstə-

ricisindən  daha  yüksək  "borcla" 

yaşayırlar.  İl  ərzində  bərpa  olunan 

ehtiyatlarla  pis-yaxşı  uyğunlaşan 

azsaylı dövlətlər sırasına Braziliya, 

İndoneziya və İsveç daxildir.

Çıxış  yolu  varmı?  Nəzəri 

cəhətdən bəli. Bunun üçün daha az 

yemək,  təyyarə  ilə  mümkün  qədər 

daha az uçmaq, ağac əkmək və tə-

biəti qorumaq lazımdır. Bəşəriyyə-

tin  yaşaması  üçün  ekoloji  pəhrizə 

əməl olunması vacibdir.

üMUMDünYA 

ekoloji BorC Günü

“AZərBAYCAn xəZər DəniZ GəMiçiliYi” qSC-Də TəhlükəSiZ iŞ ŞərAiTi PrioriTeT MəSələDir

AvroPA DəniZ TəhlükəSiZliYi AGenTliYi: “AZərBAYCAnIn TəCrüBəSi  DəniZ 

ADMiniSTrASiYAlArInI forMAlAŞDIrAn  ölkələr üçün örnək olA Bilər.”



Yüklə 493,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə