Ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərinə uyğun olaraq aparılan islahatlar nəticəsində



Yüklə 493,64 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix18.06.2018
ölçüsü493,64 Kb.
#49741
1   2   3   4   5   6   7   8

Avqustun 1-də Dənizkəna-

rı Milli Parkda “Beynəlxalq 

Ordu Oyunları–2017” çərçi-

vəsində Bakıda təşkil edilən 

“Dəniz Kuboku-2017” bey-

nəlxalq yarışlarının təntənəli 

açılış mərasimi keçirilib.

Açılış  mərasimində  şəhər  sa-

kinləri, hərbçilər və xarici ölkələrin 

Azərbaycanda  akkreditə  olunmuş 

nümayəndələri iştirak ediblər.

Əvvəlcə  Azərbaycan  haqqında 

videoçarx  nümayiş  etdirilib,  yarış-

ların  simvolu  olan  qayıq  mərkəzə 

gətirilib.

Sonra  bayraqdarlar  meydana 

daxil  olub.  “Azərbaycan  fanfarası” 

ilə tədbirin başlandığı elan edilib.

Yarışların hakimlər briqadası və 

komandalar mərasimə dəvət olunub.

Azərbaycan 

Respublikasının 

dövlət himni ifa edilib, dövlət bay-

rağımız qaldırılıb.

Sonra Beynəlxalq Ordu Oyunla-

rının və “Dəniz Kuboku–2017” ya-

rışlarının bayraqları qaldırılıb.

Mərasimdə  çıxış  edən  “Dəniz 

Kuboku–2017” beynəlxalq yarışları 

təşkilat komitəsinin sədri, Azərbay-

can Respublikası Silahlı Qüvvələri-

nin  Baş  Qərargah  rəisinin  müavini 

–  Döyüş  Hazırlığı  və  Hərbi  Təhsil 

Baş  İdarəsinin  rəisi,  general-leyte-

nant  Nizam  Osmanov  bildirib  ki, 

bu gün Bakıda III Beynəlxalq Ordu 

Oyunları  çərçivəsində  “Dəniz  Ku-

boku-2017”  beynəlxalq  yarışlarına 

start  verilir.  Artıq  bir  neçə  gündür 

ki, Rusiya Hərbi Dəniz Donanması-

nın Xəzər Flotiliyasının, İran İslam 

Respublikasının və Qazaxıstan Res-

publikasının gəmiləri Azərbaycanın 

Xəzər  dənizindəki  ərazi  sularında 

keçiriləcək  “Dəniz  Kuboku-2017” 

beynəlxalq  yarışlarında  iştirak  et-

mək üçün ölkəmizə gəlib.

Qeyd  edilib  ki,  Beynəlxalq 

Ordu  Oyunları  Rusiya  Federasiya-

sının  Müdafiə  Nazirliyinin  təşəb-

büsü  ilə  təşkil  olunub.  Beynəlxalq 

Ordu  Oyunlarının  tərkib  hissəsi 

olan  “Xəzər-2015”  müsabiqəsinin 

nəticələrinə  görə  Azərbaycan  Hər-

bi  Dəniz  Qüvvələrinin  komandası 

3-cü,  “Xəzər-2016”  müsabiqəsində 

isə 2-ci yerə layiq görülüb və “Ad-

miral-480”  motorlu  qayığı  ilə  mü-

kafatlandırılıb. İki gün öncə isə III 

Beynəlxalq  Ordu  Oyunlarına  Mos-

kvanın  Alabino  poliqonunda  start 

verilib.  Azərbaycan  Silahlı  Qüv-

vələrinin  nümayəndələri  yarışların 

beş növündə güclərini sınayacaqlar. 

III  Beynəlxalq  Ordu  Oyunları  çər-

çivəsində  Azərbaycanda  keçirilən 

“Dəniz  Kuboku-2017”  beynəlxalq 

yarışlarının şəffaf və yüksək səviy-

yədə təşkili üçün hər cür şərait ya-

radılıb.  Azərbaycanın  Xəzər  dəni-

zindəki  ərazi  sularında  iştirakçılar 

üç mərhələ və altı epizodda yarışa-

caqlar.

Diqqətə çatdırılıb ki, Beynəlxalq 



Ordu  Oyunlarının  digər  yarışları 

kimi  “Dəniz  Kuboku-2017”  də  iş-

tirakçı  ölkələrin  Silahlı  Qüvvələri 

arasında qarşılıqlı etimad mühitinin 

inkişafına,  qarşılıqlı  əməkdaşlığın 

möhkəmləndirilməsinə,  dostluq  və 

rəqabət gücünün artırılmasına, şəxsi 

heyətin  döyüş  və  mənəvi-psixoloji 

hazırlıqlarının  daha  da  yüksəlmə-

sinə xidmət edəcək.

Müdafiə naziri, general-polkov-

nik Zakir Həsənov mərasimdə Azər-

baycan  Respublikasının  Prezidenti, 

Silahlı Qüvvələrin Ali Baş Koman-

danı İlham Əliyevin “Dəniz Kubo-

ku-2017” yarışlarının iştirakçılarına 

təbrik məktubunu oxuyub.

Təbrik məktubunda bildirilir ki, 

bu gün Azərbaycan yeni bir yarışa - 

möhtəşəm  idman  birinciliklərindən 

seçilməyən Beynəlxalq Ordu Oyun-

larının  tərkib  hissəsi  olan  “Dəniz 

Kuboku-2017”  beynəlxalq  yarışla-

rına ev sahibliyi edir. Bu yarışların 

Azərbaycanın  Xəzər  dənizindəki 

ərazi  sularında  keçirilməsi  heç  də 

təsadüfi  deyil.  Azərbaycan 

artıq  dünyada  idman  dövləti 

kimi  tanınır.  Birinci  Avropa 

Oyunları,  IV  İslam  Həmrəy-

liyi Oyunları, Formula-1 kimi 

möhtəşəm  yarışların,  dün-

ya  hərbçilərinin  güləş,  boks, 

futbol  üzrə  çempionatlarının 

ölkəmizdə  keçirilməsi  bunu 

bir daha təsdiqləyir və bu mis-

siya bu gün də uğurla davam 

etdirilir.  Bütün  bunlar  Azər-

baycanın  dünyada  getdikcə 

artan  nüfuzunun,  siyasi,  iq-

tisadi,  mədəni,  idman,  eləcə 

də ordu quruculuğu sahəsində 

qazandığı  müvəffəqiyyətlərin  nəti-

cəsində mümkün olub.

Vurğulanır ki, Beynəlxalq Ordu 

Oyunları  hərbi  əməkdaşlığın  daha 

da möhkəmlənməsi, hərbi xidmətin 

nüfuzunun  artırılması,  döyüş  im-

kanlarının  nümayişi,  şəxsi  heyətin 

döyüş  qabiliyyətinin  daha  da  yük-

səldilməsi  məqsədinə  xidmət  edir. 

“Dəniz Kuboku-2017” hərbi qulluq-

çularda  həmrəylik  hissi  oyatmaqla 

bərabər, həm də bütün iştirakçıların 

yaddaşında  xoş  xatirə  olaraq  qala-

caq.


Qeyd  edilir  ki,  Xəzər  dənizi 

tarixən  sahillərində  yaşayan  xalq-

ların  ümumi  sərvəti  olub.  “Dəniz 

Kuboku-2017” beynəlxalq yarışları 

da  ölkələrimiz  arasında  qarşılıq-

lı  əlaqələrin,  dəniz  təhlükəsizliyi 

sahəsində  əməkdaşlığın  daha  da 

güclənməsinə, Xəzər dənizinin sülh, 

dostluq,  əməkdaşlıq  və  mehriban 

qonşuluq  zonası  olaraq  qalmasına 

öz töhfəsini verəcək.

Sonra  nazir  “Dəniz  Kubo-

ku-2017”  beynəlxalq  yarışlarını 

açıq elan edib.

Mərasimdə  incəsənət  ustaları-

nın,  Azərbaycan  Silahlı  Qüvvələri 

və  Rusiya  Cənub  Hərbi  Dairəsinin 

mahnı  və  rəqs  ansambllarının  işti-

rakı ilə teatrlaşdırılmış kütləvi bədii 

proqram təqdim olunub.

Mərasim atəşfəşanlıqla başa ça-

tıb.


Qeyd  edək  ki,  yarışlarda Azər-

baycan,  Rusiya,  İran  və  Qazaxıs-

tan Hərbi Dəniz Qüvvələrinin gəmi 

heyətləri,  eləcə  də  müşahidəçi  qis-

mində Türkiyə, Səudiyyə Ərəbista-

nı və Bəhreyn Silahlı Qüvvələrinin 

nümayəndələri iştirak edirlər.

Avqustun  4-də  “Dəniz  kubo-

ku-2017”  müsabiqəsi  çərçivəsin-

də  “Hava  hədəfinə  artilleriya  atışı” 

üzrə 2-ci epizod icra edilib.

Yarışlarda  iştirak  edən  Rusiya-

nın “Qrad Sviyajsk” kiçik raket gə-

misi və İranın “Cövşən” raket kateri 

hava hədəflərini məhv edərək tapşı-

rığı yerinə yetiriblər.

Avqustun  5-də  “Dəniz  Kubo-

ku–2017”  müsabiqəsi  çərçivəsində 

“Üzən minaya artilleriya atışı” üzrə 

3-cü epizod icra edilib.

Beynəlxalq  hakimlər  briqada-

sının  qərarına  görə,  bu  epizodun 

yerinə  yetirilməsinin  nəticələrinə 

əsasən  birinci  yerə  50  xalla  Rusi-

yanın  “Qrad  Sviyajsk”  kiçik  raket 

gəmisinin  ekipajı,  ikinci  yerə  48 

xalla Azərbaycanın “G-124” gözət-

çi gəmisinin ekipajı, üçüncü yerə 46 

xalla Qazaxıstanın “Sarıarka” raket 

artilleriya gəmisinin ekipajı və dör-

düncü  yerə  44  xalla  İranın  “Cöv-

şən”  raket  katerinin  ekipajı  layiq 

görülüb.

Avqustun  6-da  “Dəniz  kubo-

ku-2017”  müsabiqəsində  iştirak 

edən  Azərbaycan,  Rusiya,  İran  və 

Qazaxıstan hərbi gəmilərinin heyət-

ləri dəniz hədəflərinə artilleriya atış-

ları yerinə yetiriblər.

Müsabiqənin şərtlərinə görə dö-

yüş atışları 3,5 kilometr məsafədən 

icra  olunub  və  tapşırıqların  yerinə 

yetirilməsi faktı beynəlxalq hakim-

lər briqadası tərəfindən təsdiq edilib.

 “Dəniz kuboku - 2017” müsa-

biqəsinin  iştirakçıları  arasında  vo-

leybol yarışı təşkil olunub.

 “Dəniz kuboku - 2017” müsa-

biqəsində  iştirak  edən  Azərbaycan 

Hərbi Dəniz Qüvvələrinin “G-124” 

gözətçi gəmisi, Rusiya Hərbi Dəniz 

Qüvvələrinin  “Qrad  Sviyajsk”  ki-

çik  raket  gəmisi,  İran  Hərbi  Dəniz  

Qüvvələrinin  “Cövşən”  raket  kate-

ri və Qazaxıstan Hərbi Dəniz Qüv-

vələrinin “Sarıarka” raket-artilleriya 

gəmisinin heyətləri arasında avqus-

tun 6-da voleybol üzrə yoldaşlıq gö-

rüşləri keçirilib.

Heydər  Əliyev  adına  Azərbay-

can  Ali  Hərbi  Məktəbinin  idman 

meydançasında  keçirilən  oyunlar 

olimpiya sistemi üzrə təşkil olunub.

Rusiya və İran komandaları ara-

sındakı ilk görüşdə İran dənizçiləri 

uğur qazanıb.

Azərbaycan  və  Qazaxıstan  ko-

mandaları  arasında  keçirilən 

görüşdə isə meydan sahibləri 

qalib gəliblər.

Gərgin  final  oyununda 

Azərbaycan  dənizçiləri  İran 

komandasına  qalib  gələrək 

fəxri kürsünün ən yüksək pil-

ləsinə yüksəliblər.

Üçüncü  yer  uğrunda  gö-

rüşdə  isə  Rusiya  dənizçiləri 

Qazaxıstan  komandasından 

üstün olublar.

Sonda  komandalara  me-

dallar,  fəxri  fərmanlar,  hə-

diyyələr  və  kuboklar  təqdim 

edilib.

Avqustun  7-də  “Dəniz  kubo-



ku-2017”  müsabiqəsinin  “Gəmi-

nin  dayanıqlığı  uğrunda  mübarizə 

və  xilasetmə  hazırlığı”  üzrə  ikinci 

mərhələsində Təlim-məşq komplek-

sində “Gəmiyə suyun daxil olması-

na qarşı mübarizə yarışı” üzrə 4-cü 

epizod icra edilib.

Epizodun icrası ilə bağlı yekun 

nəticələrə  dair  beynəlxalq  hakim-

lər  kollegiyasının  qərarına  əsasən, 

Azərbaycan  Hərbi  Dəniz  Qüvvələ-

rinin  “G-124”  gözətçi  gəmisinin 

ekipajı ən yüksək nəticə göstərərək 

birinci  yerə  layiq  görülüb.  Rusiya 

Hərbi  Dəniz  Donanmasının  “Qrad 

Sviyajsk” kiçik raket gəmisinin eki-

pajı  ikinci,  İran  Hərbi  Dəniz  Qüv-

vələrinin  “Cövşən”  raket  katerinin 

ekipajı  üçüncü,  Qazaxıstan  Hərbi 

Dəniz  Qüvvələrinin  “Sarıarka”  ra-

ket  artilleriya  gəmisinin  ekipajı  isə 

dördüncü yerdə qərarlaşıblar. 

“Dəniz  kuboku-2017”  bey-

nəlxalq yarışları davam edir.



BAkIDA “DəniZ kUBokU-2017” 

BeYnəlxAlq YArIŞlArI keçirilir

A Z


R B A Y C A N

X Z R D N Z G M

L Y

И

ИЧИ И И



9 avqust 2017-ci il   № 53-56 (9147)

5

www.seanews.az


Yüklə 493,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə