Ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərinə uyğun olaraq aparılan islahatlar nəticəsində



Yüklə 493,64 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix18.06.2018
ölçüsü493,64 Kb.
#49741
1   2   3   4   5   6   7   8

Yaponiyanın Toxoku 

Universitetinin alimləri 8 metr 

uzunluğu olan, qısa tüklərlə 

örtülmüş ilanabənzər robot 

hazırlayıblar.

Divarlara  dırmaşa  bilən  ro-

bot zəlzələ və sunami zamanı xi-

lasedicilərin çətinliklə gedə bilə-

cəyi  yerlərdə  insanlara  kömək 

etmək üçün nəzərdə tutulub. Bu, 

dünyada  ilan  formasında  olan 

ilk robotdur.

Alimlərin sözlərinə görə, üç 

kiloqram  çəkisi  olan  robot  bir 

çox  məsələlərdə  xilasedicilərin 

imkanlarını üstələyir. Qurğu heç 

bir  çətinlik  çəkmədən  dağıdıl-

mış binalara daxil olaraq insan-

ları həm axtara, həm də məkanın 

təhlükəsizliyini  müəyyən  edə 

biləcək.

 indicator.ru saytı xəbər ve-

rir  ki,  robotun  əvvəlki  modeli 

2011-ci  ildə  sunami  və  zəlzələ 

nəticəsində  zərər  dəymiş  Fuku-

sima Atom  Elektrik  Stansiyası-

nın təftiş edilməsi üçün istifadə 

olunub. O zaman robot bəzi ma-

neələrin öhdəsindən gələ bilmə-

diyi  üçün  alimlər  yenidən  qur-

ğunu təkmilləşdiriblər.

Fici arxipelaqının adalarının birində həftə-

si 15 min dollara başa gələn otel nömrəsi var.

 “novate.ru” saytı bildirir ki, “Poseydon” ad-

lanan  və  73  nömrədən  ibarət  otel  suyun  altında 

tikilib.  Oteldə  quraşdırılan  xüsusi  sistem  suyun 

təzyiqini normallaşdırmaqla, sakinlərin baş ağrı-

larını aradan qaldırır.

Buradan həmçinin dəniz heyvanlarının həya-

tını da izləmək mümkündür. Qonaqların xidmə-

tində trenajor, bir neçə restoran, hətta ekzotik bir 

məkanda nigaha girmək istəyənlər üçün otaq da 

fəaliyyət göstərir.

ilAnABənZər roBoT ZəlZələ və SUnAMi 

ZAMAnI xilASeDiCilərə köMək eDəCək

SU AlTInDA DinCəlMək  iSTəYirSiniZSə...

Fövqəladə Hallar 

Nazirliyinin (FHN) Ki-

çikhəcmli Gəmilərə Nəzarət 

və Sularda Xilasetmə Döv-

lət Xidməti Xəzər dənizinin 

sahilboyu ərazilərində su 

nəqliyyatı vasitələrinin təh-

lükəsiz istismarına nəzarət 

qaydalarına əməl olunma-

sını təmin etmək məqsədilə 

mütəmadi əməliyyat tədbir-

ləri həyata keçirir.

FHN-dən  bildiriblər ki, ke-

çirilən növbəti əməliyyat tədbir-

ləri nəticəsində ümumilikdə beş 

ədəd  su  nəqliyyatı  vasitəsinin 

-  Sabunçu  rayonunun  Nardaran 

qəsəbəsində yerləşən çimərlikdə 

bir  qayıq,  Şüvəlan,  Mərdə-

kan, Novxanı qəsəbələrində 

və Sumqayıt şəhərinin Corat 

qəsəbəsində yerləşən çimər-

liklərdə  isə  4  hidrosiklin 

müvafiq  nəzarət  qaydaları-

na əməl olunmadan istifadə 

edildiyi müəyyən edilib.

Həmin  nəqliyyat  va-

sitələrinin sahibləri barəsin-

də Azərbaycan Respublikası 

İnzibati Xətalar Məcəlləsinə 

uyğun  olaraq  müvafiq  tədbirlər 

görülüb.

xəZərin SAhilBoYU ərAZilərinDə SU nəqliYYATI vASiTələrinin 

TəhlükəSiZ iSTiSMArInA nəZArəT TəDBirləri DAvAM eDir

A Z


R B A Y C A N

X Z R D N Z G M

L Y

И

ИЧИ И И



9 avqust 2017-ci il   № 53-56 (9147)

6

www.seanews.az

2008-ci ildə Rusiya kinoteatrla-

rının ekranlarında uğurla nümayiş 

etdirilmiş və kaset variantında yayıl-

mış “Admiral” bədii filmi bolşevizmə 

qarşı qətiyyətli mübariz, okeanoqraf 

alim, admiral Aleksandr Kolçaka 

həsr edilmişdir.

Uzun  müddət  bu  ad  Rusiyada 

ağqvardiyaçılarla  assosiasiya  edilirdi. 

İndi, biz çox şeyi yenidən dərk etməyə, 

çox məsələlərin mahiyyətinə varmağa 

çalışdığımız  vaxtda  əvvəllər  sadəcə 

olaraq haqqında az bildiyimiz insanla-

ra münasibətimiz də dəyişir.

Belə  insanlardan  biri  də  1916-cı 

ildə Qara Dəniz donanmasının koman-

danı olmuş, iki ildən sonra isə Rusiya-

nın  Ali  hökmdarı  seçilmiş,  qərargahı 

Omskda  yerləşən  admiral  Aleksandr 

Vasilyeviç  Kolçak  idi.  Kolçakın  şəx-

siyyəti  ilə  maraqlanmağımız  heç  də 

təsadüfi deyildir. Moskva jurnallarının 

birində onun böyük məhəbbəti barədə 

romantik bir yazı dərc edilmişdi. Hə-

min  mətnin  müəllifi  Yelena  Prokof-

yeva öz qəhrəmanını təqdim edərkən, 

soyadı ruslar arasında o qədər də çox 

yayılmamış  bu  rus  admiralının  mən-

şəyi  məsələsinə  də  toxunmuşdur.  Sən 

demə...


Rusiya  mənbələrində  Kolçak  so-

yadı  ilk  dəfə  1739-cu  ildə  xatırlanır. 

Türkiyənin  məşhur  dəniz  komandanı, 

Rusiya-Türkiyə  müharibəsi  dövrün-

də  əsir  düşmüş  İlyas  paşa  Kolçak  və 

onun böyük oğlu Mehmet bəy həmin 

ildə Peterburqa gətirilmişdi. Bu əsirlə-

rin  necə  şücaətlə  döyüşdüyündən  xə-

bər tutan imperatriça Anna İoannovna 

onlara  lütfkarlıq  göstərmiş  və  sonra 

azadlığa  buraxılmasını  əmr  etmişdi. 

Ata və oğul Kolçaklar öz vətənlərinə, 

Türkiyəyə  yola  düşürlər.  Lakin  onlar 

hələ  yolda  ikən  dostlarından  aldığı 

bir məktubda bildirilirdi ki, dəniz ko-

mandanı və onun oğlu ruslarla döyüş-

də  məğlubiyyətə  görə  ölüm  cəzasına 

məhkum olunmuşlar. Bu xəbəri eşidən 

İlyas paşa qəflətən vəfat etmişdi. Oğlu 

Mehmet bəy isə vətəndə onu nələr göz-

lədiyini  bildiyindən,  seçim  qarşısında 

qalmışdı: ya vətəndə ölüm, ya da qür-

bətdə yaşamaq. O, ikinci yolu seçir, bir 

müddətdən sonra pravoslav məzhəbini 

qəbul edir və rus qızı ilə evlənir. Meh-

met  bəy  oğlu  dünyaya  gələndə  adını 

Vasili qoyur. Gələcək məşhur admiral 

Aleksandr  Vasilyeviç  Kolçak  həmin 

Vasilinin oğlu idi. Yeri gəlmişkən, im-

peratriça Yelizaveta Petrovnanın haki-

miyyəti  dövründə  keçmiş  türk  dəniz 

komandanının  varislərinə  zadəgan  ti-

tulu verilmişdi.

Zənnimcə,  türk  soylu  bu  insan 

haqqında  daha  çox  məlumat  əldə  et-

mək,  xüsusən  azərbaycanlı  oxucular 

üçün maraqsız olmaz.

Aleksandrın  atası  Vasili  Kolçak 

donanmada  topçu  olmuş,  Krım  mü-

haribəsində iştirak etmiş, Georgi Xaçı 

ordeninə  layiq  görülmüşdü.  İstefaya 

çıxandan  sonra  poladtökmə  zavodun-

da  mühəndis  işləyirdi.  Maddi  imkanı 

aşağı  olduğuna  görə  gec  evlənmişdi. 

Aleksandr ailənin ilki və yeganə oğul 

idi. Sonra iki bacısı dünyaya gəlmişdi 

və  ailə  bütün  ümidlərini  Aleksandra 

bağlamışdı.

Gələcək  admiral  hələ  uşaq  yaşla-

rından  dənizin  vurğunu  idi.  Gimnazi-

yada oxuduğu dövrdə bu sahədə araş-

dırmalar aparırdı. 1888-ci ildə 14 yaşlı 

Aleksandr  gimnaziyadan 

Dəniz  kadet  korpusuna 

keçdi  və  burada  ən  yaxşı 

oxuyanlardan  biri  oldu. 

Onda ədalətlilik hissi xü-

susilə güclü idi. Moskva-

da  “Görkəmli  adamların 

həyatı” seriyasından Kol-

çak haqqında nəşr edilmiş 

kitabda  belə  bir  epizod 

var:  Kadet  korpusunu  bi-

tirəndə  birinci  mükafata 

layiq görülmüş Aleksandr 

başqa  bir  kursantı  həmin 

mükafata  daha  çox  layiq 

hesab  etdiyindən,  onun 

xeyrinə mükafatdan imti-

na etmişdi.

Dənizdə  xidmət  edən 

Aleksandr 

Vasilyeviç 

elmlə  də  məşğul  olur, 

hətta  hidrologiyaya  dair 

əsərlərini Akademiyanın  almanaxında 

dərc etdirirdi. O, rusların birinci qütb 

ekspedisiyasının üzvü kimi, Kara dəni-

zinin Taymır körfəzində yerləşən ada-

ların kəşf olunmasında iştirak etmişdi. 

Ekspedisiyanın  rəhbəri,  məşhur  qütb 

tədqiqatçısı baron Eduard Tollun təkli-

fi ilə bu adalardan birinə Kolçakın adı 

verilmişdi.  Bennet  adasındakı  buruna 

isə,  artıq  Kolçakın  özünün  xahişi  ilə, 

nişanlısı Sofiyanın adı verilmişdi.

Baron Toll əfsanəvi Sannikov Tor-

pağını  axtarmağa  gedib  oradan  qayıt-

madı.  Alimi  xilas  etmək  məqsədi  ilə 

təşkil  edilmiş,  həyat  üçün  çox  böyük 

risklə bağlı olan, lakin təəssüf ki, uğur-

suz  nəticələnmiş  ekspedisiyaya  məhz 

Aleksandr Vasilyeviç rəhbərlik etmiş-

di. Bu ekspedisiyanın Kolçaka yeganə 

"xeyri" oynaqlarının iltihabı və ömrü-

nün  sonuna  qədər  ona  əziyyət  verən 

güclü  revmatik  ağrılar  oldu.  Bununla 

belə, Eduard Tollun başçılıq etdiyi bir 

qrup  alimin  apardığı  tədqiqatlar  çox 

səmərəli olmuş və 1904-cü ildə Alek-

sandr  Kolçak  İrkutsk  Coğrafiya  Cə-

miyyətində həmin araşdırmalar barədə 

sanballı məruzə ilə çıxış etmişdi.

Elə  həmin  il  Kolçak  evlənmiş, 

toydan cəmi 3 gün sonra isə Port-Ar-

turu  müdafiə  etməyə  göndərilmiş  və 

orada  əsir  düşmüşdür. Yaponlar  onun 

şücaətinə  hörmət  əlaməti  olaraq,  şəx-

si  silahını  yanında  saxlamasına  icazə 

vermişdilər. Bir ildən sonra kontuziya-

lı, əsirlikdə dişlərinin yarısı tökülmüş, 

revmatizm xəstəliyi daha da kəskinləş-

miş  vəziyyətdə  vətənə  qayıtdı. Ailəsi 

Peterburqda  məskunlaşdı.  Aleksandr 

Vasilyeviç  Baş  Dəniz  Qərargahında 

xidmət edir, Nikolayev Dəniz Akade-

miyasında dərs deyir, Dövlət Duması-

nın  işində  iştirak  edir,  hidroqrafiyaya 

aid kitablar yazır, Hind okeanına eks-

pedisiyalara  komandirlik  edir,  sualtı 

donanma  yaratmaq  kimi  fantastik  bir 

ideya ilə maraqlanırdı.

Birinci Dünya müharibəsi dövrün-

də  Baltik  dənizində  döyüşən  Kolçak 

orada  iştirak  etdiyi  döyüşlərə  görə, 

əvvəlcə kontr-admiral, daha sonra vit-

se-admiral  rütbəsinə  layiq  görülmüş, 

Qara  dəniz  donanmasının  komandanı 

vəzifəsinə  təyin  edilmişdi.  1917-ci  il 

Fevral  inqilabı  baş  verəndə  admiral 

bu  hadisəni  alqışlamış,  onu  mühari-

bəni  qələbə  ilə  başa  vurmaq  imkanı 

kimi qiymətləndirmişdi. O inanırdı ki, 

əgər  hər  kəs  öz  vəzifəsini  şərəflə  ye-

rinə yetirsə, ölkədə asayiş yaranacaq-

dır. Lakin ümidləri puç oldu – ordu və 

donanma  göz  qabağında  dağılırdı.  İş 

o  dərəcəyə  çatmışdı  ki,  Sevastopolda 

qiyam qaldırmış matroslar öz koman-

dirlərini  az  qala  tikə-tikə  edəcəkdilər. 

Qeyd  etməliyik  ki,  bu  hadisələr  Kol-

çakın arvadının gözləri qarşısında baş 

vermişdi, buna görə də o, oğlunu Av-

ropaya,  təhlükəsiz  bir  yerə  aparmağı 

təkid edirdi. Admiral hətta onları yola 

salmağa da imkan tapa bilmədi – hə-

min  günlərdə  Petroqradda  olan  Kol-

çak  Aleksandr  Kerenskinin  başçılıq 

etdiyi Müvəqqəti Hökumətin iclasında 

çıxış edərək, ordunun və donanmanın 

dağılmasında  hökuməti  təqsirləndir-

mişdi.  Bu  çıxışından  sonra  inadkar 

admiraldan yaxa qurtarmaq üçün onu 

yeni  vəzifəyə  təyin  etmək  bəhanəsi 

ilə  ABŞ-a  göndərdilər,  yəni  əslində, 

sürgün etdilər. Lakin az sonra Kolçak 

geri qayıtdı və hələ yolda ikən Yapo-

niyada xəbər tutdu ki, Rusiyada Sovet 

hakimiyyəti  qurulmuşdur.  Bolşeviklə-

rin Almaniya ilə alçaldıcı şərtlərlə sülh 

bağlamaq niyyəti Kolçakı sarsıtdı. Bu 

hərəkəti  satqınlıq  hesab  edən  admiral 

müharibəni  artıq  yeni  hakimiyyətlə 

davam  etdirməyi  qərara  aldı.  O,  hələ 

bolşeviklərə sədaqət andı içməmiş rus 

qoşunlarını  Xarbində  toplayaraq,  Si-

birə hücum etdi. Qorxaq hesab etdiyi 

keçmiş  Müvəqqəti  hökumətin  üzvləri 

ilə "hesabı çürüdəndən" sonra yeni Na-

zirlər Kabineti təşkil etdi və bu kabinet 

onu Rusiyanın Ali hökmdarı elan etdi.

Əlbəttə,  Kolçakın  bütün  hərəkət-

lərini  və  təbliğ  etdiyi  bütün  fikirləri 

düzgün hesab etmək olmaz. Məsələn, 

o,  monarxiyanın  tərəfdarı  olmadığı-

na  baxmayaraq,  demokratiyaya  nifrət 

edirdi. Deyirdi ki, hakimiyyət onu ələ 

keçirmək  hərisliyinə  tutulmuş  küt-

lələrə  mənsub  olmamalıdır.  Həmin 

dövrdə o, mahiyyət etibarilə, diktatora 

çevrilmişdi,  keçmiş  xalq  ordusunun 

vaxtaşırı üsyan edən əsgərlərinə aman-

sızcasına divan tuturdu. “Vahid və bö-

lünməz  Rusiya”  ideyalarının  tərəfdarı 

kimi çıxış edən Kolçak ürəkdən inanır-

dı  ki,  hakimiyyətin  yeganə  ağlabatan 

forması hərbi rejimdir...

Ağqvardiyaçılar hərəkatının pərəs-

tişkarlarının  heç  də  hamısı  Kolçakın 

siyasi  platforması  ilə  razılaşmır,  onu 

dəstəkləmirdi. Onlar Kolçaka ilk növ-

bədə onun cəsarətinə görə, yüksək in-

sani keyfiyyətlərinə görə hörmət edir-

dilər. Aleksandr  Vasilyeviçi  yaxından 

tanıyanlar  isə  bu  insana  həm  də  ona 

görə hörmət edirdilər ki, o, bütün cid-

diliyinə  baxmayaraq,  böyük  romantik 

idi: admiralın həqiqi qarşılıqlı məhəb-

bətlə  sevdiyi  yeganə  qadınla  münasi-

bətləri onun qısa həyatını nurlandırırdı. 

Lakin çox abırlı bir insan olan Kolçak 

hətta bu qədər güclü hisslərə rəğmən, 

öz ailəsindən ayrılmadı.

Bununla  belə,  admiralın  həyatı-

nın  son  günlərində  məhz  sevdiyi  və 

onu sevən qadın yanında idi. 1919-cu 

ilin ortalarında, Vətəndaş müharibəsi-

nin ən şiddətli vaxtında, müharibədən 

yorulub  təngə  gəlmiş  sibirlilər  onu 

dəstəkləməkdən imtina etdilər. Bu or-

duda xidmət edən çexlər Kolçakı həbs 

edib  qırmızılara  təhvil  verəndə  Kol-

çakı  sevən  qadın  təkidlə  tələb  etmiş-

di  ki,  onu  da  həbs  etsinlər.  Kolçakın 

bolşeviklərə qızıl pul ödəyərək canını 

qurtarmaq və sevdiyi qadınla birlikdə 

qaçmaq imkanı vardı, amma o, bundan 

imtina etdi və 1920-ci il fevralın 7-də 

onu güllələdilər.

Məlum  olduğu  kimi,  Kolçak  rus 

xalqının  türk  mənşəli  yeganə  nü-

mayəndəsi  deyil.  Bunu  yəqin  etmək 

üçün  görkəmli  türkoloq  N.Baskako-

vun 1992-ci ildə Azərbaycanın “Yazı-

çı”  nəşriyyatında  təkrar  çap  olunmuş 

“Türk  mənşəli  rus  soyadları”  adlı  ki-

tabını  vərəqləmək  kifayətdir.  Müəllif 

türk  xalqlarının  dillərindən  alınmış 

300  soyadı  tədqiq  edərək  bu  qənaətə 

gəlir ki, rusların bir çox tanınmış nü-

mayəndələrinin uzaq və hətta yaxın əc-

dadlarının  mənşəyi  bu  xalqlarla  bağlı 

olmuşdur. Məsələn, Baskakov, Karam-

zin,  Bulqakov,  Aksakov,  Çaadayev, 

Kutuzov,  Suvorov  və  s.  Maraqlıdır 

ki, bir sıra hallarda tanınmış nəsillərin 

soykökünü əks etdirən gerb də həmin 

nəslin türk mənşəli, Şərqlə əlaqəli ol-

masına dəlalət edir.

Hətta  bu  qısa  siyahıda  sadalanan 

soyadlara fikir verəndə Müqəddəs Qu-

rani-Kərimin  bir  nəşrinə  girişdə  filo-

sof  Bertran  Rasseldən  sitat  gətirilmiş 

sözləri xatırladım. O deyirdi ki, Şərqin 

üstünlüyü təkcə hərbi sahədə üstünlük-

lərdən  ibarət  olmamışdır.  Məhəmməd 

ümmətinin  dünyasında  elm,  fəlsəfə, 

poeziya  və  incəsənətin  bütün  növləri 

tərəqqi etmişdir...

Etiraf  etməliyəm  ki,  türkoloq  ali-

min tədqiq etdiyi türk mənşəli soyad-

ların demək olar ki, hamısının daşıyıcı-

ları təkcə Rusiya tarixində deyil, dünya 

tarixində ciddi iz qoymuşlar. İstedadlı 

okeanoqraf,  rus  admiralı  Aleksandr 

Kolçak da onlardan biridir.



Elmira Əliyeva

Türk MənŞəli rUS ADMirAlI

2017/2018-ci tədris ili 

üçün ali təhsil müəssisələ-

rinin və Azərbaycan Milli 

Elmlər Akademiyasının 

(AMEA) magistraturala-

rının boş qalan yerlərinə 

qəbul aprelin 9-u və iyunun 

4-də keçirilmiş ikimərhələli 

qəbul imtahanında toplanıl-

mış ballar əsasında müsa-

biqə yolu ilə aparılır.

Dövlət  İmtahan  Mərkə-

zindən  (DİM)    bildirilib  ki, 

cari ildə ali təhsil müəssisələ-

rinin  magistraturalarına  qə-

bul olub qeydiyyatdan keçən 

bakalavrların  boş  qalan  yerlərə  keçirilən 

müsabiqədə  iştirak  etmək  hüququ  yoxdur. 

Bakalavrlar boş qalan yerlərə keçirilən mü-

sabiqədə iştirak etmək üçün avqustun 8-də 

saat 10:00-dan avqustun 14-də saat 23:59-

dək  DİM-in  internet  saytının  müvafiq  sə-

hifəsinə  (eservices.dim.gov.az/erizemag/

ixtisas2)  daxil  olub,  seçdikləri  ixtisasların 

kodlarını “Bakalavrın elektron ixtisaslaşma 

seçimi ərizəsi”ndə qeyd edib təsdiqləməli-

dirlər.

Boş qalan yerləri olan ixtisasların siya-



hısı “Magistr” jurnalının 6-cı sayında dərc 

olunub.  Hər  bir  bakalavr  imtahan  verdiyi 

proqrama aid və bitirdiyi bakalavr ixtisası-

na müvafiq olan 20-dək ixtisas kodunu seçə 

bilər.

Bakalavr  ixtisaslaşma  kodları-



nın  sayını  və  ardıcıllığını  istədiyi 

kimi seçib ərizəsini təsdiq edir. Se-

çilmiş ixtisasların ərizə formasında 

göstərilən  ardıcıllığı  müsabiqə  za-

manı hüquqi əsas kimi qəbul olunur 

və  bakalavr  topladığı  bala  əsasən 

müsabiqədən  keçdiyi  ixtisasların 

birincisinə yerləşdirilir.

Dövlət hesabına magistraturada 

təhsil almış magistrlər dövlət sifa-

rişi  ilə  qəbul  aparılan  yerləri  seçə 

bilməzlər.  Əcnəbilər  və  vətəndaş-

lığı olmayan şəxslər qüvvədə olan 

qanunvericilikdə  və  dövlətlərarası 

razılaşmalarda digər hallar nəzərdə 

tutulmayıbsa, dövlət sifarişi ilə qəbul aparı-

lan yerləri seçə bilməzlər.

Bakalavrlar  DİM-in  nəşrlərinin  elekt-

ron versiyalarının online satışı sistemindən 

istifadə edərək kredit kartı vasitəsilə ödəniş 

etməklə  “Magistr”  jurnalının  6-cı  sayının 

elektron  versiyasını  (http://eservices.dim.

gov.az/ejurnal/) da əldə edə bilərlər.

ASEAN üzvü olan ölkələrin 

xarici işlər nazirlərinin dərc 

etdiyi birgə bəyanatda Cənubi 

Çin dənizində hərəkət barədə 

qəbul edilən kodeksin hüquqi 

qüvvəyə malik olmasından 

danışılmır. Bu barədə NHK 

telekanalı məlumat yayıb.

ASEAN ölkələrinin və Çinin xa-

rici  işlər  nazirləri  avqustun  6-da  Fi-

lippinin  paytaxtı  Manilada  Cənubi 

Çin dənizində hərəkətlə bağlı kodek-

sin layihəsini bəyəniblər. Əldə edilən 

razılaşmaya əsasən, dənizdə baş verə 

biləcək münaqişələrin qarşısını almaq 

üçün həmin kodeksin müzakirələrinə 

başlanacaq.

Görüşün  növbəti  günü  ASEAN 

ölkələrinin  nazirləri  bu  sənədlə  əlaqədar 

Vyetnam  ilə  Kamboca  arasında  yaranmış 

fikir ayrılığını aradan qaldırmağa çalışıblar.

Vyetnam  birgə  bəyanatda  kodeksin 

məcburi hüquqi statusu məsələsinin əksini 

tapmasını istəyir.

Vyetnamın  bu  mövqeyinə  qarşı  çıxış 

edən  Kamboca  isə  Çin  ilə  münasibətlərə 

daha çox üstünlük verir.

Avqustun  6-da  axşam  dərc  edilən  bə-

yanatda “hüquqi qüvvəyə malikdir” ifadəsi 

əvəzinə sadəcə “qüvvəyə malikdir” ifadəsi 

işlənib.


Vüqar Ağayev

BəYAnATDA CənUBi çin DəniZi BArəDə koDekSin 

hüqUqi qüvvəYə MAlik olMASInDAn DAnIŞIlMIr

BoŞ qAlAn Yerlərə ixTiSAS SeçiMi BAŞlAYIB


Yüklə 493,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə