Ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərinə uyğun olaraq aparılan islahatlar nəticəsində



Yüklə 493,64 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix18.06.2018
ölçüsü493,64 Kb.
#49741
1   2   3   4   5   6   7   8

Alimlər Qrenlan-

diya buzlağındakı 

buzların əriməsinin 

sürətlənəcəyindən və 

dəniz səviyyəsinin göz-

ləniləndən daha çox 

yüksələcəyindən nara-

hatlıq keçirirlər. Onlar 

isti iqlimin yosunların 

böyüməsinə və buz 

səthinin tündləşməsinə 

səbəb olacağını bildi-

rirlər. Tünd rəngli səth 

isə günəş radiasiyasını 

daha tez absorbsiya 

edir. Nəticədə buz tə-

bəqəsi isinir və sürətlə 

əriməyə başlayır.

 “bbc.com” saytı xəbər verir ki, 

hazırda  Qrenlandiya  adasının  buz 

örtüyü hər il okeanların səviyyəsi-

nin  1  millimetr  yüksəlməsinə  sə-

bəb olur. Son 20 ildə Qrenlandiya-

da  buzların  ərimə  sürətinin  artdığı 

müşahidə  olunur.  Bununla  yanaşı, 

yayda  Qrenlandiya  adası  üzərin-

dəki  bulud  təbəqəsində  də  15  faiz 

azalma var.

Şimal yarımkürəsindəki ən bö-

yük buz təbəqəsinin sahəsi Birləş-

miş  Krallığın  ərazisindən  7  dəfə 

böyükdür. Bu buzlağın qalınlığı üç 

kilometrdir. Əgər o, tamamilə ərisə, 

dəniz səviyyəsi yeddi metr yüksələ 

bilər. Elm adamları buzlağın az bir 

qisminin əriməsinin belə Yer kürəsi 

üçün təhlükəli ola biləcəyini bildi-

riblər.

A Z


R B A Y C A N

X Z R D N Z G M



L Y

И

ИЧИ И И



9 avqust 2017-ci il   № 53-56 (9147)

7

YArIZArAfAT,

YArIGerçək

Yaxşı pula yaxşı dost almaq olmaz. Yaxşı 

dostu yaxşı pula satmaq olur.

Ağız deyəni qulaq eşitməyən yerdə ancaq 

qulaqlar dincəlir.

xərclədikləri ərinin qazancını üstələyən 

qadın ya xasiyyətini dəyişməlidir, ya da əri 

iş yerini.

Süd bahalaşıb ki? niyə ən çox adamın 

anadan əmdiyi südü burnundan tökmək 

istəyirlər?

Bəziləri qızıl satır, bəziləri də qızıl kimi 

adamları.

heç nə udmayanda hirsimi udduğumu 

nəzərə alsaq, həyatda həmişə udmuşam.

nə gözdən, nə də pərdədən başı çıxma-

yanlar adətən gözdən yaxşı pərdə asırlar.

kişilər nə dediklərini özləri başa düş-

məyəndə də, qadınlar kişiləri yaxşı başa 

düşürlər.

Bu gün görülən işlər sabahın üzağlığıdır. 

üzünüz həmişə ağ olsun!

xərcləyəndə əli əsənə pul nəyə lazım?

Abır-həya olan yerdə pərdəyə daha çox 

ehtiyac var.

fillərin qulaqlarını kəssələr, bəziləri 

görəsən harada yatarlar?

Bəzi adamların igidliyini yoxlamaq üçün 

mütləq gərək onları atdan salsınlar?

Susmaq qızıl olsaydı, bəzilərindən sözü 

kəlbətinlə də almaq olmazdı.

qadın böyük qüvvə olduğu üçün bütün 

ev işlərini onların çiyninə yükləyirlər?

hər yalanın öz dairəsi var, hər dairənin 

öz yalanı.

ət tökən çox olan yerdə kökəlmək qorxu-

su olmaz.

Dedim keçmişini unutma. Demədim ki, 

keçmişinlə yaşa.

ikinci burun eybəcər görünərdi. ikinci 

ağız da həmçinin?! elə isə ikinci üz nəyə 

lazım?

Axmaqlar alaq otları kimi özləri çoxalır.

Axmaq köməkçilər adamı həmişə axmaq 

vəziyyətdə qoyarlar.

Bir dəfə yalan deyən dil bir də deyər.

qələbə qazanmağın ilkin şərti düşməni 

yaxşı tanımaqdır.

Dəmir pullar yığandan deyə bilərəm ki, 

artıq mənim də pulumu balta kəsməz.

Mən şeytanı görməmişəm. Amma, əməl-

lərindən daha çox insana bənzəyir.

Təpədən dırnağacan bədbəxt olmaq 

mümkündür, xoşbəxt olmaq isə yox.

Yaramadığı üçün dəblər tez-tez dəyişir?

Məhəbbət xəyanətdən başqa, bütün gü-

nahları bağışlayır.

Məni Allahdan başqa, heç kəs yaxşı tanı-

mır. hətta mənim özüm də.

Bizim məğlub olmaq imkanımız yoxdur. 

Biz uzağı idmanda uduzmağı özümüzə rəva 

görə bilərik.

iş yoldaşlarımı mən seçmədiyim üçün 

onlar mənim yalnız iş yoldaşlarımdır. 

öyrənməkdən heç vaxt yorulmadım. 

indi də nəvələrimdən öyrənirəm.

Mən ən ağır günlərimdə - əllərim hər 

yerdən üzüləndə də həyatdan əlimi üzmə-

dim.

Mən adamları çox asan oxuyuram. 

oxuduqca da, adamlardan uzaqlaşmaq 

istəyirəm. 

insan insanlıqdan çıxmağa niyə bu qədər 

meyllidir?

Biz niyə çox şeyi bacarmırıq? Biz hətta 

bir-birimizi bağışlamağı da bacarmırıq.

nadan nadana da, ağıllıya da nifrətlə 

baxar.

hər kəs özündən bir az yaxşı olmağı 

bacarsaydı...

Bəziləri yaxşı adamları satmağa həmişə 

vaxt tapırlar.

Mənə işimə görə sədəqə lazım deyil. Sə-

dəqəni mən işləmədən də yığa bilərəm.

Mən dostlarımı heç vaxt satmadım. Bu 

işdə onlar həmişə qabağa düşdülər.

Yalnız çaşanda düz danışa bilən dil mənə 

lazım deyil. Sənə lazımdır?

Pulu olmayanlara bütün dövrlərdə sala-

mı birtəhər veriblər?

insanın canı ağrıyanda candan əziz şeyi 

olmur.

hamı özünü mələk kimi göstərir. həyat 

əsl tamaşadır.

Gözümə pul dəyməyən yerlərdə də pulun 

kölələrini görürəm.

ən böyük mükafat ürək rahatlığıdır. 

onu da insan yalnız özü-özünə verə bilər.

Bizi aldadanlar azmış kimi, biz də bəzən 

özümüz özümüzü aldadırıq.

qadınlar sevdikləri üçün bağışlayırlar. 

kişilər bağışlandıqları üçün xəyanət edirlər.

heç kəs adamı dilindən çox sata bilməz.

itirməyənə kimi heç nəyin əsl dəyərini 

bilmirik.

Rasif  TAHİROV

www.seanews.az

qAYIq qəZASI 

nəTiCəSinDə 5 TUriST 

həYATInI iTiriB

Tailandın  cənubunda  yerləşən  Çumpxon 

əyalətində gəzinti qayığının batması nəticəsində 

5 yerli turist həlak olub.

İnsident  iyulun  26-da  axşam  saatlarında  baş 

verib.

Yüksək dalğalara və sinoptiklərin xəbərdarlı-



ğına  baxmayaraq  dənizə  çıxan  qayıqda,  ümumi-

likdə, 13 turist və 3 heyət üzvü olub. Qayıq çev-

rilərək batan zaman 5 turist və heyət üzvləri xilas 

ola  bilib.  Ölənlərin  cəsədləri  qayığın  içərisində 

aşkarlanıb.

ilk DəniZ SəYAhəT 

GəMiSinin SUYA enDirilMə 

TArixi MəlUM olUB

Rusiya  tarixində  ilk  dəniz  səyahət  gəmisinin  ti-

kintisinə başlanılıb.

  “eadaily.com”  saytı  xəbər  verir  ki,  gəmi  Həş-

tərxanda “Lotos” gəmiqayırma zavodunda inşa edilir. 

Göyərtəsi  4  mərtəbə  olacaq  gəmi  300  sərnişin  qəbul 

edə biləcək və 5 ulduzlu otel standartlarına cavab verə-

cək. Burada restoranlar, idman zalı, spa salon və sauna 

da yerləşəcək.

Layihənin  inşası  üçün  nəzərdə  tutulmuş  məbləğ 

2,5 milyard rubl (50 milyon dollara yaxın) təşkil edir.

Unikal gəmi 2018-ci ilin aprelində suya endirilə-

cək.

İndoneziyanın Borneo 

adası sahilləri yaxınlarında 

sürət qayığı qəzaya uğrayıb. 

Nəticədə azı 8 nəfər həlak 

olub, 22 nəfər isə xilas edilib.

France-Presse  informa-

siya agentliyi xəbər verir ki, 

insident  sahilə  yaxın  ərazi-

də  baş  verib.  Tarakan  şəhə-

rindən  yola  çıxan  qayıq  10 

dəqiqə  sonra  dalğanın  təsiri 

nəticəsində  çevrilib.  Yerli 

axtarış-xilasetmə  xidmətinin 

nümayəndəsinin 

sözlərinə 

görə,  aparılan  axtarış-xila-

setmə  əməliyyatının  gedi-

şində  8  nəfərin,  o  cümlədən 

iki  uşağın  cəsədi  aşkarlanıb, 

aralarında  almaniyalı  iki  tu-

ristin də olduğu 22 nəfər xilas 

edilərək  xəstəxanaya  çatdırı-

lıb.

Qəza  zamanı  qayığın 



göyərtəsində ümumilikdə 51 

nəfərin  olduğu  bildirilir.  Xi-

lasedicilər  bəzi  sərnişinlərin 

batan qayığın içərisində qala 

biləcəyini  istisna  etmirlər. 

İtkin  düşənlərin  axtarışına, 

həmçinin  Hərbi  Dəniz  Qüv-

vələrinin  nümayəndələri  də 

cəlb olunub.

22 nəfər 

xilAS eDilSə Də...

İyulun 25-də ABŞ Hərbi Dəniz 

Qüvvələrinin gəmisi İrana məxsus 

katerin yaxınlaşmasına cavab ola-

raq bir neçə xəbərdarlıq atəşi açıb. 

Bu barədə CNN telekompaniyası 

məlumat yayıb.

TASS  informasiya  agentliyi  xə-

bər verir ki, insident Fars körfəzinin 

şimalında,  beynəlxalq  sularda  baş 

verib.  Radio  siqnallarına  reaksiya 

verməyən kater ABŞ-ın hərbi gəmi-

sinə 150 metrə qədər yaxınlaşdıqda 

ona tərəf suya bir neçə xəbərdaredici 

atəş açılıb.

Oxşar  hadisə  yanvarın  8-də  də 

baş  vermişdi.  Həmin  vaxt  ABŞ-ın 

“Mahan”  raket  esminesi  Ərəbistan 

dənizinin şimal-qərbində Fars körfə-

zini  Oman  körfəzi  ilə  birləşdirən 

Hörmüz  boğazında  ona  yaxınlaşan 

İranın dörd kateri istiqamətində atəş 

açmışdı.

hərBi GəMi  kATerə xəBərDArlIq ATəŞi AçIB

Rusiya Federasiyası Müdafiə 

Nazirliyinin və Rusiya Coğrafiya 

Cəmiyyətinin əməkdaşlarından 

ibarət ikinci ekspedisiya tərəfindən 

Matua adasında bir sıra tarixi fakt-

lar aşkarlanıb.

runews24.ru  saytı  xəbər  verir 

ki,  ekspedisiya  zamanı  Kuril  ada-

ları  qrupuna  daxil  olan  bu  adada 

Yaponiya  qarnizon  rəisinə  məxsus 

iqamətgahın qalıqları tapılıb. Aşkar-

lanan obyekt müxtəlif sursatlarla və 

yeraltı keçidlərlə təchiz edilib. Bun-

dan başqa, adada 110 metr dərinlik-

də  sualtı  qayığa  oxşayan  obyekt  də 

aşkarlanıb.

Hazırda  Matua  adasında  arxe-

oloqlar,  torpaqşünaslar,  sualtı  işləri 

mütəxəssisləri,  hidrogeoloqlar  və 

vulkanoloqlar  çalışırlar.  Moskva, 

Vladivostok,  Kamçatka  və  Saxalin-

dən adaya gələn mütəxəssislər bura-

da dəniz sakinlərinin atlası üçün ma-

teriallar toplamaq niyyətindədirlər.

Ekspedisiya  sentyabr  ayına  qə-

dər davam edəcək.

110 MeTr DərinlikDə SUAlTI qAYIğA 

oxŞAYAn oBYekT AŞkArlAnIB

Norveçin “Yara” kimya 

konserni və “Kongsberg 

Group” şirkəti “ağıllı” yük 

gəmiləri yaratmaq məqsə-

dilə birgə layihə həyata 

keçirməyə başlayıb.

 “Belta” resursu xəbər ve-

rir ki, 2018-ci ilin sonunadək 

gübrələrlə  yüklənən  elektrik 

hərəkət  qüvvəsinə  malik  ilk 

“ağıllı” gəmilərin Poşqryunn 

və  Brevik  cənub  limanları 

arasında hərəkət etməyə baş-

layacaqları planlaşdırılır.

Məlumata  görə,  hazırda 

onlar  10  dəniz  milində  mə-

safəni  qət  etməklə  məşğul-

durlar.  Lakin  məhz  bu  kiçik 

ərazidə  mayak,  naviqator, 

radar,  kamera  və  sensorlarla 

təchiz  edilən  gəmilərin  sı-

naqları keçiriləcək. Avtonom 

gəmilərin  istifadəyə  veril-

məsi adi gəmilərdən üç dəfə 

baha başa gəlsə də, istismarı 

10 dəfə ucuz olacaq.

Həmçinin  bildirilir  ki, 

bir elektrik “Yara Birkeland” 

gəmisi dizellə işləyən 40 min 

yük  gəmi  reysini  əvəz  edə-

cək.  2020-ci  ilədək  elektrik 

gəmilərindən  bütün  Avropa-

da istifadə ediləcəyi gözləni-

lir.

“AğIllI” Yük GəMiləri YArATMAq 

MəqSəDilə BirGə lAYihə 

həYATA keçirirlər

Birləşmiş Ərəb Əmir-

liklərində əlvan daşlarla 

bəzədilmiş super-yaxta suya 

buraxılıb.

 "vistanews.ru" xəbər ve-

rir ki, Birləşmiş Ərəb Əmir-

liklərində  növbəti  dəfə  pla-

netin  ən  varlı  adamlarının 

bəzilərinin bu ölkədə yaşadı-

ğı sübut olunub. Uzunluğu 47 

metr  olan  yaxtanın  hazırlan-

masında  yəşəm,  lazurit,  xri-

zopraz  (yarımqiymətli  daş) 

və  ametist  daşlarından  isti-

fadə olunub. Sifarişlə tikilən 

yaxta "lyuks" sinfinə aid olan 

"Gulf  Craft"  tərsanəsinin 

üzərində quraşdırılıb.

Səkkiz kayutu olan yaxta 

göyərtəsində  18-dək  qonaq 

qəbul  edə  bilir.  Bu  möcüzə-

nin  qiyməti  kimi,  sahibinin 

də adı açıqlanmır. Lakin o da 

məlumdur  ki,  həmin  adam 

artıq 4-cü dəfədir sözügedən 

tərsanədə yaxta sifariş edir.

əlvAn DAŞlArlA BəZəDilMiŞ 

SUPer-YAxTA SUYA BUrAxIlIB

BUZlAqlAr SürəTlə əriMəYə BAŞlAYIB



Yüklə 493,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə