Ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərinə uyğun olaraq aparılan islahatlar nəticəsində


Avstraliyanın “Contained” şirkəti



Yüklə 493,64 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix18.06.2018
ölçüsü493,64 Kb.
#49741
1   2   3   4   5   6   7   8

Avstraliyanın “Contained” şirkəti 

istifadə olunmuş dəniz konteynerindən 

mini otellərin tikintisi üzrə ixtisaslaşıb.

  “novate.ru”  saytı  bildirir  ki,  belə 

otellərin özəlliklərindən biri də onu dün-

yanın  istənilən  yerində  quraşdırmağın 

mümkünlüyüdür.

Otelin  həcmi  33  kubmetr  olmaqla, 

burada 2 çarpayı, kiçik bir qonaq otağı, 

mətbəx  və  vanna  otağı  yerləşir.  Böyük 

şüşə qapılar isə buraya hər zaman günəş 

şüasının düşməsinə şərait yaradır.



DəniZin orTASInDA 

134 MeTrlik 

qüllə TikiləCək

2017-ci ilin sentyabr ayında 

Dubayda nəhəng dəniz layihəsinin 

tikintisinə başlanılacaq. Söhbət 

“Dubay Limanı”ndan gedir.

 “denizhaber.com.tr” saytı xəbər 

verir ki, inşaat işlərinin 2019-cu ilin 

mayında  başa  çatdırılması  planlaş-

dırılır.

Ən  müasir  texnologiyalara 

əsaslanaraq  tikiləcək  layihə  1  mil-

yon 821 min kvadratmetrlik ərazini 

əhatə edəcək. Burda sərnişin termi-

nalı  və  324  min  kvadratmetrlik  ti-

carət mərkəzi də yer alacaq.

Bundan  başqa,  layihə  çərçivə-

sində dənizin ortasında “Dubay Də-

niz  Fənəri”  adlı  134  metr  yüksək-

liyində  bir  qüllə  də  inşa  olunacaq. 

Həmin  qüllə  üzərində  işıq  şouları 

göstəriləcək.

A Z


R B A Y C A N

X Z R D N Z G M

L Y

И

ИЧИ И И



9 avqust 2017-ci il   № 53-56 (9147)

BAŞ reDAkTor

rasif iman oğlu

TAhirov

ünvanımız:

AZ1005, Bakı şəhəri,

M. ə. rəsulzadə küçəsi, 5

TelefonlArIMIZ:

Baş redaktor

(050) 670-33-76; 

30-67 (daxili)

qəzetin təsisçisi:

“Azərbaycan xəzər Dəniz

Gəmiçiliyi”

qapalı Səhmdar 

Cəmiyyəti

qəzet “Dəniz” qəzetinin 

kompyuter mərkəzində 

yığılmış, səhifələnmiş və 

“Azərbaycan” nəşriyyatında 

çap olunmuşdur

Şəhadətnamə: 275

Tiraj: 2000

Sifariş: 2271

8

UEFA futbol üzrə 2016-

2017 mövsümündə Çempionlar 

Liqasında çıxış etmiş ən yaxşı 

qapıçı, müdafiəçi, yarımmüda-

fiəçi və hücumçu nominasiya-

ları üzrə namizədlərin adları 

məlum olub. Namizədlər jurna-

listlərin və ötən mövsüm Çempi-

onlar Liqasının qrup mərhələ-

sində oynamış 32 komandanın 

baş məşqçilərinin səs verməsi 

əsasında müəyyənləşdirilib.

UEFA-nın  rəsmi  saytının 

verdiyi  xəbərə  görə,  bu  qurum 

hər mövqeyə üç namizədin adını 

daxil edib.

Ümumilikdə  12  namizəd 

futbolçudan  altısı  Çempionlar 

Liqasının  son  qalibi  İspaniyanın 

“Real  Madrid”  komandasının 

oyunçularıdır.  Turnirin  finalçısı 

İtaliyanın “Yuventus” klubundan 

üç  futbolçu  yer  alsa  da,  “Bava-

riya”  (Almaniya),  “Barselona” 

(İspaniya)  və  “Atletiko  Madrid” 

(İspaniya) kollektivləri hərəyə bir 

futbolçu ilə təmsil olunub.

Beləliklə,  ən  yaxşı  qapıçı 

adına  Canluici  Buffon  (“Yuven-

tus”),  Manuel  Noyer  (“Bavari-

ya”), Yan Oblak (“Atletiko”), ən 

yaxşı  müdafiəçi  adına  Leonardo 

Bonuççi  (“Yuventus”),  Marselo, 

Serxio  Ramos  (hər  ikisi  “Real 

Madrid”) iddia edirlər. Kasemiro, 

Toni Kroos, Luka Modriç (hamısı 

“Real  Madrid”)  ən  yaxşı  yarım-

müdafiəçi,  Paulo  Dibala  (“Yu-

ventus”),  Lionel  Messi  (“Barse-

lona”), Kriştiano Ronaldo (“Real 

Madrid”) ən yaxşı hücumçu adı-

na namizəddirlər.

Qeyd edək ki, nominasiyalar 

üzrə  qaliblərin  adları  avqustun 

24-də  Monakoda  təşkil  ediləcək 

Çempionlar  Liqasının  qrup  mər-

hələsinin püşkatma mərasimində 

məlum olacaq.

Havanın yüksək hərarəti 

bəzən orqanizmdə müəyyən fə-

sadlara, o cümlədən istivurmaya 

səbəb olur. İstivurma orqanizmin 

ümumi isinməsi, bədən hərarəti-

nin yüksəlməsi, tər ifrazının kəsil-

məsi və huşun itməsi ilə müşayiət 

olunur. Günvurma isə istivurma-

nın xüsusi forması olub günəş 

şüasının birbaşa baş nahiyəsinə 

düşməsi nəticəsində yaranır.

Həmin 


hallarla 

əlaqədar 

AZƏRTAC-ın müxbiri həkim-fito-

terapevt Esmira Zeynalovadan mə-

lumat verməyi xahiş edib.

“İstivurmaya daha çox hərarə-

ti  çox  yüksək  olan  istehsalatlarda, 

həmçinin  dəridən  istiliyin  xaric 

olması  pozulan  hallarda  rast  gə-

linir.  İstivurmaya  şərait  yaradan 

hallar  arasında  ağır  fiziki  iş,  hava 

keçirməyən  paltarlar,  rütubətin 

çox olması və havanın durğunluğu 

başlıca yer tutur. İstivurmanın ilkin 

əlamətləri oyanıqlıq, güclü başağrı-

sı, ürəkbulanma və qusma halları-

dır. Xəstənin vəziyyəti ağırlaşdıqca 

bədən  hərarətinin  yüksəlməsi,  də-

rinin  solğunlaşması,  tər  ifrazının 

tam  kəsilməsi,  qusma,  dərinin  isti 

və quru olması, bəzən də qulaqla-

rın  batması  və  huşun  itməsi  kimi 

qorxulu  əlamətlər  yaranır,”-  deyə 

cavab  verən  həkim  istivurmanın 

formaları  barədə  deyib:  "  İstivur-

manın  ağırlıq  dərəcəsi  təkcə  ətraf 

mühitin temperaturundan deyil, is-

tiliyin orqanizmə təsir müddətindən 

də asılıdır. Uzun müddət 40 dərəcə 

hərarətdə qalanda da həmin hal baş 

verə bilər. İstivurmanın klinik şəkli 

beyin qan dövranının kəskin pozul-

masını  xatırladır.  Yüngül  formalı 

xəstədə  adinamiya  (hərəkətsizlik), 

başağrıları,  ürəkbulanma,  tənəffü-

sün  tezləşməsi,  ürəkdöyünmə  baş 

verir. Xəstə üçün maksimal rahat-

lıqlı şərait yaradanda hipertermiya 

əlamətləri  tez  ötüb  keçir",  -  deyə 

həkim bildirib.

İstivurma  zamanı  vacib  olan 

ilkin  yardım  barədə  həkim  məs-

ləhət  görüb:  "Zərərçəkənə  yardım 

göstərmək üçün, ilk növbədə, onu 

sərin otağa və ya kölgəlik yerə yer-

ləşdirmək,  yerə  və  ya  çarpayıya 

uzatmaq, ona çoxlu maye içirmək 

lazımdır. Yaxşı olar ki, ona qlüko-

za-duz  məhlulu  və  ya  sadə  şərbət 

verilsin.  Bunun  üçün  hərəsindən 

yarım çay qaşığı xörək duzu və çay 

sodası,  2  xörək  qaşığı  şəkər  tozu 

1 litr qaynadılmış suda həll edilir. 

Xəstənin  dərisini  buz  parçaları  ilə 

silmək  və  ya  soyuq  su  ilə  yumaq 

məsləhətdir.  İstivurma  əlamətləri 

görünən kimi başa, sinəyə və qarı-

na soyuq islatmalar qoymaq, alına 

və  gicgahlara  nanə  və  ya  lavanda 

cövhəri  sürtmək  lazımdır.  İlk  2-3 

saat ərzində xəstəyə fizioloji məh-

lul vurulmalı, tənəffüsün pozulması 

hallarında buruna naşatır spirtində 

isladılmış pambıq yaxınlaşdırılma-

lıdır. Pişikotu dəmləməsi və ya pi-

şikotu cövhəri də zərərçəkənə müs-

bət təsir göstərir".

Hər bir ölkə əhalisi üçün 

xarakterik olan orta ömür 

müddətindən asılı olmayaraq 

dünyanın hər yerində qadınlar 

kişilərdən daha çox yaşayır. 

Orta fərq 5-7 ildir. İnkişaf etmiş 

ölkələrdə bu fərq daha az, inki-

şaf etməkdə olan ölkələrdə isə 

daha çoxdur.

  “medportal.ru”  saytı  xəbər 

verir ki, bu vəziyyət sosioloq və 

demoqrafların  diqqətini  uzun  il-

lərdir cəlb edir. Onların fikrincə, 

fərq eyni vaxtda bir sıra sosial və 

genetik səbəblərlə bağlıdır.

Birincisi,  qadınlardan  fərqli 

olaraq oğlanlara və kişilərə risk-

li  davranış  daha  çox  xasdır.  Bu, 

kişi və qadınların risk dərəcəsini 

fərqli qiymətləndirmələri ilə izah 

edilir  (kişilər  bu  dərəcəni  azalt-

mağa meyillidir), habelə kişi kimi 

davranış cəmiyyət tərəfindən təq-

dir olunur.

İkincisi,  kişilərin  çoxu  səh-

hətinin  qayğısına  qalmır,  yalnız 

xəstəlik  şiddətləndiyi  halda  hə-

kimə  müraciət  edirlər.  Məhz  ki-

şilər  öz  səhhəti  barədə  faktları 

ört-basdır  edərək  həkimi  aldat-

mağa meyillidirlər. Buna görə də 

onlar getdikcə ağırlaşan və ömrü 

qısaldan  xroniki  xəstəliklərdən 

daha çox əziyyət çəkirlər.

Üçüncüsü,  kişilərdə  siqaret-

çəkmə, alkoqolizm, narkomaniya 

kimi zərərli vərdişlər qadınlardan 

xeyli çoxdur.

Sosial faktorlarla yanaşı, qa-

dınların və kişilərin ömrünə təsir 

edən  genetik  xüsusiyyətlər  də 

mövcuddur.

Avstraliyanın  Monaşa  Uni-

versitetinin  (Melburn)  alimləri 

hesab edirlər ki, heyvanların dişi-

si (insanlar da daxil olmaqla) ana 

xətti ilə ötürülən, ömrün uzunlu-

ğuna və qocalmanın sürətinə təsir 

edən  mitoxondrial  DNT  muta-

siyaları  səbəbindən  erkəklərdən 

çox yaşayır.

Fərq  immun  sistemindədir. 

Qan hüceyrələrinin tərkibində də-

yişiklik həm kişilərin, həm də qa-

dınların  qocalma  prosesinə  təsir 

göstərir. Qadınlarda immun siste-

mi funksiyalarının azalması daha 

zəif sürətlə gedir ki, bu da ömrün 

uzun olmasına gətirib çıxarır. Hər 

iki  cinsdə  ağ  qan  hüceyrələrinin 

miqdarı yaş artdıqca azalır. Cavan 

kişilərdə, bir qayda olaraq limfo-

sitlərin miqdarı eyni yaşda qadın-

lardan xeyli çoxdur, bu göstərici 

hər iki cinsin nümayəndələri yaşa 

dolduqdan  sonra  oxşar  olur. Yaş 

artdıqca  kişilərdə  spesifik  limfo-

sitlərin (B-limfositlər, T-limfosir-

lər,  habelə  T-killerlər)  səviyyəsi 

qadınlarla  müqayisədə  daha  tez 

azalır.  Eritrositlərin  səviyyəsinin 

azalması da kişilərdə onların qo-

calması  ilə  bağlı  müşahidə  olu-

nur, qadınlarda isə yox.

Tədqiqat göstərib ki, baş ağ-

rıları, boyun, çiyin, diz və kürək 

ağrıları  qadınlara  iki  dəfə  artıq 

əziyyət  verir.  Qadınlar  miqren-

dən kişilərlə müqayisədə 2,5 dəfə 

artıq  əziyyət  çəkirlər.  Həkimlər 

daha çox qadınlarda olan xroniki 

xəstəliklərlə bağlı digər pozulma-

lar sırasında fibromialgiyanı, ba-

ğırsağın  qıcıqlanma  sindromunu 

və revmatoid artriti qeyd edirlər.

ABŞ-ın Cənubi Karolina ştatının 

Rok Hill səhərində velosiped idmanının 

BMX növü üzrə dünya çempionatı başa 

çatıb. Qərb dünyasında çox populyar olan 

bu yarışda planetin 48 ölkəsindən 3750 

idmançı iştirak edib.

48 ölkədən 3750 idmançının iştirak et-

diyi  yarışa  rəsmi  qonaq  kimi  Azərbaycan 

nümayəndə heyəti də qatılıb. Rok Hill şəhə-

rinin meri Duq Ekolsla görüş zamanı Azər-

baycan  Velosiped  İdmanı  Federasiyasının 

I  vitse-prezidenti  Sahib  Ələkbərov  BMX 

üzrə  dünya  çempionatının  estafetini  ABŞ 

kimi ölkədən qəbul etməyin Azərbaycanın 

üzərinə əlavə bir məsuliyyət qoyduğunu bil-

dirib. Bu idman növü Qərbdə çox populyar 

olsa da, Azərbaycanda yalnız "Bakı-2015" I 

Avropa Oyunlarından sonra tanınmağa baş-

layıb.


Avropa  Oyunlarında  Azərbaycanın  di-

gər  idman  növləri  kimi,  velosiped  yarışla-

rını da ən yüksək səviyyədə təşkil etdiyini 

görən  Beynəlxalq  Velosipedçilər  İttifaqı 

(UCI) 2018-ci il dünya çempionatını Azər-

baycan  Velosiped  İdmanı  Federasiyasına 

etibar edib və dövlət başçısı İlham Əliyevin 

tapşırığı ilə hazırlıq işlərinə başlanılıb.

2015-ci  ilin  əvvəlində  paytaxtda  ən 

müasir tələblərə cavab verən BMX stadio-

nu inşa edilsə də, 2016-cı ildə UCI müvafiq 

qaydaları və stadionların ölçülərini dəyişdi-

yindən Bakı stadionu yenidən qurulub, tre-

kin uzunluğu, eni, maneələrin sayı və dön-

gələrin hündürlüyü artırılıb.

Dünya çempionatında iştirak edən 2 qat 

olimpiya,  6  qat  dünya  çempionu,  kolum-

biyalı Mariana Pajon gələn il böyük məm-

nuniyyətlə ölkəmizə səfər edəcəyini deyib: 

“BMX idman növünün populyarlaşmasında 

göstərdiyi xidmətlərə görə Azərbaycan Ve-

losiped İdmanı Federasiyasına təşəkkürümü 

bildirirəm. Şadam ki, gələn il dünya çem-

pionatı Azərbaycanda keçiriləcək və səbir-

sizliklə bu yarışı gözləyirəm. Artıq ölkəniz, 

həmçinin yarış treki ilə müəyyən qədər ta-

nış olmuşam və hər şeyin yüksək səviyyədə 

olacağına əminəm”.

BMX üzrə UCI-nin keçirdiyi və bütün 

ölkə nümayəndələrinin iştirak etdiyi toplan-

tıda  Azərbaycan  nümayəndə  heyəti  geniş 

təqdimatla çıxış edib. Təqdimatın əvvəlində 

göstərilən ölkəmizin gözəlliklərini, idmana 

olan dövlət qayğısını və velosiped idmanı-

nın inkişafını əks etdirən videoçarx hamının 

böyük marağına səbəb olub.

Çempionata gələcək iştirakçıların trans-

feri,  vizaların  alınma  qaydaları,  otellərdə 

yerləşdirmə və s. məsələlər də böyük razı-

lıqla  qarşılanıb.  Yarışın  sonunda  çempio-

natın  bayrağı  estafet  kimi Azərbaycan  nü-

mayəndə heyətinə təqdim edilib.

Qeyd  edək  ki,  BMX  növü  üzrə  dünya 

çempionatı 2018-ci il iyunun 5-9-da Bakıda 

keçiriləcək.

Bosniya və Herseqovinanın paytaxtı 

Sarayevoda yeniyetmə güləşçilər arasında 

Avropa çempionatı keçirilib.

Azərbaycan  Güləş  Federasiyasından  

verilən məlumata görə, çempionatda iştirak 

edən yığma komandalarımız ümumilikdə 4 

qızıl, 3 gümüş və 3 bürünc medal qazanıblar.

İlk yarış günlərində mübarizəyə qoşulan 

sərbəst  güləşçilərimizdən  Tofiq  Əliyev  (42 

kq), Hacımurad Hacıyev (63 kq) və Abdul-

müslüm Mamedov (76 kq) yalnız final görü-

şündə uduzaraq gümüş medala yiyələniblər. 

Turan Bayramov (58 kq) isə bürünc medal 

qazanıb. Üç gümüş və bir bürünc medal qa-

zanan gənc sərbəst güləşçilərimiz komanda 

hesabında isə 61 xalla Avropa ikincisi olub. 

Rusiya birinci, Türkiyə yığması isə çempio-

natı üçüncü sırada tamamlayıb.

Gənc qızların mübarizəsində isə koman-

damızın  üzvləri  yarışı  1  qızıl  və  1  bürünc 

medalla  başa  vurub.  Şahanə  Nəzərova  (38 

kq) bütün rəqiblərindən üstün olaraq çempi-

onatın qızıl medalını qazanıb. Bürünc meda-

lı isə yığmamıza Yasəmən Məcidli (43 kq) 

qazandırıb.

Son yarış günlərində mübarizəyə qoşu-

lan yunan-Roma yığmamızın üzvləri 3 qızıl 

və 1 bürünc medala sahib olublar. Qızıl me-

dalları yığmamıza Həsrət Cəfərov (42 kq), 

Zaur Əliyev (46 kq) və Asim İmanzadə (69 

kq) qazandırıblar. Həsən Məmmədli (58 kq) 

isə bürünc medala sahib olub.

Görüşlərin  idarə  edilməsində  ölkəmi-

zi beynəlxalq dərəcəli hakim Qərib Əliyev 

təmsil edib.

Xatırladaq  ki,  bu  çempionatı  digərlə-

rindən  fərqləndirən  ən  önəmli  məqam  ya-

rış  qaydalarında  edilən  bəzi  dəyişikliklərin 

burada test edilməsi olub. Belə ki, növbəti 

ildən etibarən qitə və dünya çempionatların-

da çəki dərəcələri üzrə yarış günlərinin bir 

gündən iki günə artırılması nəzərdə tutulur. 

Proqrama  əsasən  ilkin  görüşlər  (yarımfinal 

görüşü də daxil olmaqla) ilk yarış günündə, 

təsəlliverici  və  medal  görüşləri  isə  növbəti 

yarış  günündə  baş  tutacaq.  İdmançılar  hər 

iki yarış günündə çəki prosesinə cəlb edilə-

cək. İlk yarış günündə idmançılar mübarizə 

apardıqları çəkidə güləşsələr də, ikinci yarış 

günündə onlara normadan 2 kq artıq çəkidə 

güləşməyə icazə veriləcək.

fəxri kürSünün ən 

YükSək PilləSinDə 

qərArlAŞIB

Finlandiyanın Tampere 

şəhərində keçirilən güləş üzrə 

gənclər arasında dünya çempi-

onatında Azərbaycan idmançısı 

Şahin Muxtarov rəqiblərini 

məğlub edərək qızıl medal və 

gənclərin dünya çempionu titu-

lunu qazanıb.

Azərbaycan  Güləş  Federasiya-

sından    bildiriblər  ki,  idmançımız 

finala qədər ardıcıl olaraq kanadalı 

Axtar  Kieran  İmranı,  qırğızıstanlı 

Akbar Kenjebek Ulunu və rusiyalı 

Aslan  Minkailovu  üstələyib.  Həl-

ledici  görüşdə  Ermənistan  təmsil-

çisi  Karen  Zurabyan  ilə  qarşılaşan 

Şahin  yüksək  əzmkarlıq  nümayiş 

etdirərək fəxri kürsünün ən yüksək 

pilləsində qərarlaşıb.



12 nAMiZəD fUTBolçU MüəYYənləŞDiriliB

ABŞ veloSiPeD iDMAnInIn BMx növü üZrə DünYA   

çeMPionATInIn eSTAfeTini AZərBAYCAnA veriB

iSTivUrMA ZAMAnI nə eTMəli?

qADInlAr kiŞilərDən çox YAŞASA DA…

DəniZ konTeYnerinDən Mini oTel

GüləŞçiləriMiZ YeniYeTMələrin AvroPA çeMPionATInDA 

4 qIZIl, 3 GüMüŞ və 3 BürünC MeDAl qAZAnIBlAr

www.seanews.az

Yüklə 493,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə