ÖLÜm seviNCİ



Yüklə 238,11 Kb.
səhifə3/4
tarix15.04.2018
ölçüsü238,11 Kb.
1   2   3   4

-Adımı heç soruşmursan?

-Hə,doğrudan. Bağışla, elə bilirəm ruhların adı olmur.-gülümsədim.

-Adım Sevinc...

-Sevinc...-heyranlıqla ona baxırdım. onun baxışlarında itib-batmaq istəyirdim. Onu qucaqlamağa belə, qorxurdum. Çünki hər dəfə azacıq ona toxunanda nurdan nəfəsimin kəsildiyini hiss edirdim.

-Mənə saflığı öyrət. Necə saf qalmaq olar?

-Qəlbini saf saxlamaqla.

-Bəs beyin? Beyin qəlbi idarə edir yoxsa qəlb beyni?

-Hər ikisi də bir-birini idarə edir. Əgər beyin çirklidirsə, içində şübhələr, pis düşüncələr varsa, deməli qəlb də çirklidir.

-Beyni necə təmizləmək olar?

O, bir anlıq mənə baxdı. Içimdə azacıq qısqanclıq yarandı. O, o qədər saf və təmiz idi ki...Mən o qədər çirkli və natəmiz idim ki...

-Səncə mən pis insanam?

-Niyə elə düşünürsən ki?

-Bəs onda biz qovuşmamış sən niyə öldün?

-İçindəki arzundan xəbərin yoxdur?

-Hansı?-təəccüblə ona baxdım.

-Sən arzulayırdın ki, sənin sevdiyin qız saf və təmiz olsun, lap uşaq kimi...

-Necə yəni? Sən mənim arzuma görə tez öldün?

-Yox, əlbəttə ki, elə deyil. Sadəcə sənin arzun reallaşdı. Axı sən özün deyirdin ki, “mən bu həyata bağlı deyiləm. Bu həyatda heç nə əbədi deyil.” Sən həmişə əbədi bir şey axtarırdın. Əbədi sevgi istəyirdin.

Onun sözləri qarşısında quruyub qalmışdım. O, mənim arzularımı, niyyətlərimi, fikirlərimi haradan bilirdi? Sanki kitab kimi məni asanlıqla oxuyurdu. Əgər o, məni bu qədər çox tanıyırdısa, deməli Allah...

-Allah sən hesab etdiyindən də daha yaxındır sənə. Çox uzaq deyil,Allah sənin qəlbindədir.

Nitqim qurumuşdu. O, beynimdən təzəcə keçən fikirləri heç saniyə keçməmiş asanlıqla oxuyurdu.

-Mən elə bilirdim, Allah məndən üz döndərib.

-Əgər belə hiss edirsənsə, deməli birinci sən Allahdan üz çevirmisən. Allah sən istədiyin müddətcə sənin yanındadır. Yadına sal! Sən nə vaxt Allaha müraciət etmisən və xəyal qırıqlığına uğramısan?

Indiyə qədər yaşadığım çətin anları, etdiyim duaları, Allaha yalvarışlarımı və göz yaşlarımı xatırladım. Doğrudan da, mən nə vaxt Allaha müraciət etmişəmsə, ondan yardım istəmişəmsə, həmişə dualarım müsbət nəticə verib. O, heç vaxt məni darda qoymayıb. O, heç vaxt ona inamımı və ümidlərimi puça çıxarmayıb. Bəs mən niyə bu qədər naşükürəm? Niyə bu qədər “kor” olmuşam?

-İnsanın qanında bu var: naşükür olmaq.-o, yenə mənim fikirlərimi məndən tez oxudu:-İnsanların dilindən “Allah” kəlməsi düşmür. Ama hər kəs Allahı dərk etmir. Əgər kiməsə nifrət edirsənsə, Deməli, Allahı sevmirsən. Əgər kiminsə qəlbini qırırsansa deməli sənin ibadətin saxtadır. Əgər nədənsə şübhələnirsənsə, deməli, Allaha da inanmırsan. Allahı dərk etmək lazımdır. Çünki dərk edəndən sonra onu sevməmək mümkün deyil. Sevdikdən sonra isə onun yolu ilə getmək –itaət etmək, bu əslində qul olmaq deyil, sadəcə Sevginin yolu ilə getməkdir.

O, Allahdan danışarkən gözləri elə parıldayırdı ki, mənim içimdə nələrsə baş verirdi. hiss edirdim ki, nələrsə baş verir. Ama nə?

-Səncə, mən yaxşı insanam?

-Bundan daha da yaxşı ola bilərsən.

-Yaxşı insanlar tez ölür, hə?

-Niyə elə düşünürsən ki?

-Nə bilim. Elə deyirlər. Deyirlər, yaxşı insanlar tez ölür. Mən yaxşı insan olmaq istəyirəm...

10
***

Qapı açılanda nə deyəcəyimi, sözə necə başlayacağımı bilmirdim. Mən kilometrlərlə yol qət etmişdim. Yorğun idim və gəliş səbəbimi heç özüm də bilmirdim. Mən sadəcə onun haqda daha çox məlumat toplamaq istəyirdim. Qarşımda bir qadın dayanmışdı və mən danışmaq əvəzinə diqqətlə ona baxırdım. onun üz cizgilərinə. Onun üz cizgilərində Sevincə aid nəsə tapmaq istəyirdim. Nəsə. adi bir nəsə...Oxşayırdı. ən çox da gözləri və ağız quruluşu..Bu, odur. Sevincin anası!

-Salam, xanım. Heç bilmirəm necə deyim.-mən gülümsədim.

-Sən Camalsan?

-Hə.-yerimdə donub qaldım. Bu qadın mənim adımı haradan bilir?

-Keçin içəri.

Içəri keçdim. Mənə qonaq otağındakı divanda yer göstərdi. Əyləşdim.

-Şeyy...-əllərimi bir-birinə ovuşdurdum.

-Bilirəm, bura niyə gəlmisiniz.-sakit və təmkinli danışırdı. Gözlərində heç vaxt itməyəcək, sanki əbədi həkk olmuş kədər vardı.

-Dünən o, yuxuma gəlmişdi.-bir anlıq susdu. Yəqin, ağlamamaq üçün özünə toxtaqlıq verməyə çalışırdı: -Çoxdandır yuxuma gəlmirdi. Darıxmışıdım onunçün.-bu dəfə qeyri-ixtiyari gözləri yaşardı.-Mənim mələk qızım...Dedi ki, sabah sənə qonaq gələcək. Adı Camaldır. Dedi ona mənim haqda danışarsan....Bilmirəm, siz kisiniz, qızımı haradan tanıyırsınız...Ama sizə çox minnətdaram. Çoxdandır ki, onun yuxuma gəlməsini istəyirdim....

Arada sükut yarandı. Ikimiz də susurduq. Mən qəlbimdə Allaha və Sevincə təşəkkür edirdim: işimi bu qədər asanlaşdırdığına görə. Sevinc –mənim başıma gələn ən böyük möcüzəm.

-Mənə onun haqda danışa bilərsiniz?-nəhayət, özümdə güc tapıb, dilləndim.

-Nə?-hiss edirdim ki, qadına danışmaq çətin olacaq. Ama mən bilməli idim. Mən bura ona görə gəlmişdim ki, onun haqda hər şeyi öyrənim. Uşaqlığı necə keçib? Nələrdən xoşlanırmış? Harada oynayırmış? Otağı necə imiş?

-Buyurun, keçək onun otağına.

Asta addımlalra qadını izlədim. Balaca şirin bir otağa daxil olduq. Mən otağa girər-girməz üzümdə təbəssüm yarandı. Çünki onun otağı idi. Buradakı hər şey ona aid idi. Buradakı əşyalardan o, istifadə edirdi. Mənim möcüzəm. mən saf uşaqsı sevgilim.

Otağa acgözlüklə nəzər yetirdim. Istəmirdim diqqətimdən ən kiçik detal belə, yayınsın. Mavi divar kağızları olan otaq. Sağ küncdə yazı stolu, yazı stolunun yanında kitab şkafı və sol küncdə çarpayı və çarpayının yanında paltar şkafı.

-O gündən sonra otağa heç dəyməmişəm.-qadın güclə danışırdı.-Elə necə varsa, elə də saxlamışam. Aradabir tozunu alıram əşyaların,vəssalam.

-Necə uşaq idi?

-Yaxşı...Çox yaxşı...Uşaq idi də. Hamı kimi. Küsəndə küsürdü, güləndə gülürdü.-qadın gözlərini uzaq bir nöqtəyə zillədi. anladım ki, ona aid xatirələri beynində canlandırmağa çalışır.

-Musiqini çox sevirdi. Atası onunçün maqnitofon almışdı. Atasından pul alan kimi, gedib kaset, disk alırdı.

Qadın danışdıqca mən onun əşyalarına baxırdım. kitabları, üstündə “ 7A –Əliyeva Sevinc” yazılmış dəftərləri, qələmləri, rəngli karandaşları, rəsm albomu...

Rəsm albomunu açdım. 13 yaşlı uşağın naşılığı ilə çəkilmiş rəsmlər:çiçəklər, təbiət, insanlar...Diqqətimi bir rəsm çəkdi: əl-ələ tutmuş qız və oğlan şəkli. Yuxarıda yazılmışdı: “gələcək şəhzadəm və mən”

Artıq mənim də gözlərim yaşarmışdı. O, hələ 13 yaşında ikən mənim şəklimi çəkmişdi. Heç özü də bilmədən...Mənə oxşamasa da, o, məni çəkmişdi.

-Hərdən qəribəlikləri də olurdu.-qadın çətinliklə də olsa, bacardığı qədər danışmağa çalışırdı.-Öz dünyası vardı. Öz uşaqsı dünyası. Xəyallarla dolu dünyası...Hərdən nəsə düşünüb gülümsünürdü. Hərdən günlərlə otağına qapanırdı. Çox həssas uşaq idi. Mənim Davudla davalarım ona çox pis təsir edirdi. Həmişə mənə deyirdi ki, “mən bir gün elə bir yerə gedəcəm ki...-qadının səsi titrədi.- orada ancaq Sevgi olacaq. Orada Nİfrət olmayacaq. Insanlar ancaq danışıb, deyib-güləcəklər. Heç kim heç kimi incitməyəcək. Heç kim ağlamayacaq. Şəhzadəmlə mən bir yerdə xöşbəxt və sevgi dolu yaşayacağıq!”

Arada sükut yarandı. Qadın əlindəki cib dəsmalı ilə göz yaşlarını sildi. Mənsə o qədər qarışıq duyğuların içində qalmışdım ki, bu an nə hiss etdiyimi ayırd edə bilmirdim.

-Uşaq idi deyə, dediyi sözlərə elə də fikir vermirdim. Ama indi yadıma saldıqca anlayıram ki, o, elə əvvəldən bilirmiş ki, tez gedəcək bu dünyadan. O, əbədi həyat arzusunda idi. Bu həyatla bağlı heç nə onu maraqlandırmırdı. Yaşıdlarının etdiyi söhbətlər ona şit və bayağı gəlirdi. Moda ilə maraqlanmırdı, kiminsə həyatına qibtə etmirdi. Qəlbində zərrə qədər də olsa, kin, nifrət, həsəd, paxıllıq yox idi. Ama küsəyən idi. Həddindən artıq küsəyən və dəymədüşər idi. Həmişə uşaq qalmaq istəyirdi. böyüklərin dünyası onu maraqlandırmırdı. Həmişə həyatı məsələlərin müzakirəsindən qaçardı.”Mənə sizin dünyanız maraqlı deyil. Onsuz da mən çox yaşamayacam” deyirdi.

Həmişə onun bu sözlərinə hirslənərdim. Ama indi anlayıram ki, bu onun qisməti imiş. Ona bu sözləri kimsə, hansısa qüvvə deditdirirmiş. Bəlkə də ürəyimə damıbmış. Bilmirəm. heç nə bilmirəm. suallarıma cavab tapa bilmirəm.-qadın özünü sıxmağa çalışırdı, ama bacarmadı. Hönkürtü ilə ağlamağa başladı:

-Kaş ki onunla daha çox vaxt keçirərdim.-hıçqıra-hıçqıra danışırdı:-Kaş ki daha çox şəklini çəkdirsəydim. Kaş ki...Mənim 10 ildir hər günüm “kaş ki” lərlə başlayır. 10 ildir ki, mən elə bir gün olmur ki, başımı yastığa qoyanda, o yastıq göz yaşlarından islanmasın. Mən hələ də özümə yer tapa bilmirəm bu gen dünyada.

Qadın danışdıqca içimdə nəyinsə sızıldadığını hiss edirdim. Bu elə bir ağrı idi ki, sözlə təsəvvür edilməyəcək qədər acı bir ağrı.

-Xanım, bağışlayın ki, sizin yaranızı təzələdim. Ancaq ki bu mənə lazım idi.

Qadın çətin nəfəs alırdı və durmadan göz yaşını silirdi. Qadına baxırdım və nə deyəcəyimi bilmirdim. Qəfildən tanımadığım insanların evində peyda olmuşdum və indiyə qədər həyatda görmədiyim bir qızın həyatını öyrənirdim.

-O, getməli idi. Bu labüd idi.-mən hiss edirdim ki, işlətdiyim cümlələr elə də təsəlliverici deyildi.

-Bilirəm. Allah bilən məsləhətdir. Bilirəm. bilirəm ki, qismət deyilən bir şey var. Bilirəm ki, biz qismətdən qaça bilmərik. Bilirəm. bütün bunların hamısını bilirəm. ama bacara bilmirəm. özümlə bacara bilmirəm.

-Onun paltar şkafına baxa bilərəm?

-Əlbəttə.

Çəhrayı rəngli,üstündə multfilm personajlarının şəkli olan şkafı açdım. Asılqandan paltarlar asılmışdı. Diqqətlə bir-bir onları nəzərdən keçirdim. Gözüm bir paltarda donub qaldı. Bədənimdən isti cərəyan keçdi. Bu nədir? Onun mənim yanıma gələrkən geyindiyi o paltar: ağ don. Çəhrayı düyməli ağ don.

-Bu, onun ən sevimli paltarı idi. Üstündən heç çıxarmazdı.-qadın mənim baxışlarımın o paltrada donub qaldığını hiss edərək dedi.

-O həmin qəzada bu paltarda idi?

-Xeyr. Başqa paltarda idi. Ama sevdiyi paltar bu idi. Niyə soruşdunuz ki?

-Heç...


O qədər qarışıq hisslər içində idim ki...Beynimdə cavabını gözləyən o qədər suallar yaranmışdı ki...Ruhlar. mistika. Ölümdən sonrakı həyat.

Elə bu an qapı açıldı. Otağa 10-12 yaşlarında bir oğlan daxil oldu. arxa çantasını yerə atıb, qadının yanına qısıldı. Oğrun-oğrun mənə baxmağa başladı.

-Oğlumdur. Sevincin qardaşı..

Diqqətlə uşağa baxdım. Gözlərində o vardı. Üz cizgilərində o vardı. Boğazımda nəsə düyünlənib qalmışdı. Və mən nə onu buraxa bilirdim, nə də uda bilirdim. Cəld otaqdan çıxdım və evdən həyətə çıxdım. Bilirdim ki, mən melonxolikəm. bilirdim ki, ən adi şeydən kövrəlib uşaq kimi ağlamağa meylliyəm. həyətdə diz üstə çökdüm. Diqqətlə torpağa baxırdım. və kiminsə hönkür-hönkür ağladığını eşidirdim. Və torpağa düşən su damcılarını görürdüm. Deyəsən, bu mən idim. Uşaq kimi hönkür-hönkür ağlayan mən idim. 25 yaşında 13 yaşlı uşağa vurulan mən. onu bütün ruhu ilə sevən mən. ona qovuşmağın arzusu ilə həyata tab gətirə bilməyən mən.

Mənim Sevincim. Mənim saf uşaqsı sevgilim. Mənim bütün varlığım. Mənim möcüzəm.

Ürəyim ağrayır. Ruhum sızıldayır. Canım yanır. Mən onu istəyirəm. mən indi elə istəyirəm ki, o, yanımda olsun. Onu qucaqlayım. Onun nurundan zərrə qədər də olsa qidalanmaq istəyirəm.

-Oğlum, siz yaxşısınız?-çiyinimdə qadının əlini hiss etdim. Ayağa qalxdım. Üstümü silkələdim. Qeyri-ixtiyari qadını qucaqladım. O, mənim möcüzəmi dünyaya gətirmişdi. Onun necə böyüdüyünə şahid olmuşdu. Şahid olmuşdu ki, mənim möcüzəm necə yatır, necə durur, necə yemək yeyir,necə dərslərini hazılayır, necə televizora baxır, necə musiqiyə qulaq asır. Mənim gözümdə o, dünyanın ən xöşbəxt qadını idi. Çünki o, mənim möcüzəmi dünyaya gətirmişdi.

-Hər şeyə görə təşəkkür edirəm.

-Mən nə etdim ki?-qadın təəccüblə soruşdu.

-Daha nə edəcəksiniz ki? Bir möcüzə dünyaya gətirmisiniz. Möcüzələri dünyaya gətirmək hər adama nəsib olmur...

11
***

Ehtirasın pik nöqtəsi...Toxunuşlar,öpüşlər, ehtiras. Vəssalam.

O, asta hərəkətlərlə paltarını geyinir. Mənsə hiss edirəm ki, o, indi məni çox qıcıqlandırır. Gözaltı ona baxıram. O gözəldir. Həddindən artıq gözəldir. Bədənində heç bir qüsur yoxdur. Ama indi o, məni qıcıqlandırır. Səbirsizliklə onun paltarını geyinməsini və çıxıb getməsini gözləyirəm. O getdikdən sonra vanna qəbul etməyi düşünürəm. O isə asta hərəkətlərlə, dodağının altında musiqi mızıldanaraq geyinir. Onun astagəlliyi mənim əsəblərimi tarıma çəkir. Darıxıram. Ürəyim sıxılmağa başlayır. O, hər halından xöşbəxt görünür. Mənsə ona sadəcə “fiziki tələbatımın ödənilməsi” vasitəsi kimi baxıram. Hər şey bitdi. O, indi getməlidir. Onu görmək istəmirəm. Əslində isə məni qıcıqlandıran o deyil, özüməm. Özümdən iyrənirəm.

O, mənim köynəyimi geyinmək istəyəndə, istəmədən kobud şəkildə soruşdum:

-Neyləyirsən?

-Olmaz ki?- o, gülümsədi. hiss edirəm ki, onun intim əlaqədən əvvəlki gülüşləri ilə, sonrakı gülüşü dəyişib. Daha da sırtıqlaşıb. Daha da fahişələşib. Ya da mənə elə gəlir.

-Sənin getmək fikrin yoxdur?-istəmirdim,ama özümdən asılı olmadan səsim və işlətdiyim ifadələr kobud çıxırdı. Onun üz ifadəsi dəyişdi. Onun ilk dəfə -şirkətlərin iş yeməyində gördüyüm zaman üzündəki ifadə də elə bu cür idi. Mənə elə həmin baxışlarla baxırdı.

-Nə olub ki?-o soruşdu.

-Getsən yaxşı olar. Çünki....Çünki mənim də gedəsi yerim var....işim var...Mən getməliyəm.

-Onda bir yerdə çıxarıq.

-Yox, sən get! Mən bir azdan çıxacam.

Əmin idim ki, o, artıq hər şeyi hiss edib. Hiss edib ki, “istifadə olunub” və artıq dəyərdən düşüb. Içimdə özümün də qarşısını ala bilmədiyim bir qəzəb vardı. Səbirsizliklə vanna qəbul etməyi gözləyirdim. Özümü murdal və çirkli hiss edirdim. Onun ətri üstümə hopmuşdu. Və indi bu ətir mənə dünyanın ən iyrənc və ürəkbulandırıcı ətri kimi gəlirdi. O, hirslə köynəyimi yatağın üstünə atıb, özününkülərini geyinməyə başladı. Bu dəfə hərəkətləri daha sürətli və əsəbi idi. Mənimsə vecimə deyildi. Onun mənə iş yeməyindəki baxışları, sözləri yadıma düşürdü:

“-Mən sərbəst münasibətləri sevirəm”

Və 3 görüşmədən sonra o, artıq yatağımda idi.

-Niyə şəhzadəni gözləmədin?-qəfil sualım onu təəccübləndirdi.

-Nə şəhzadə?-o, mənə baxdı.-Məgər şəhzadə var?

-Bəs yataqdan yatağa tullanmaq xoş gəlir sənə?

-Mən fahişə deyiləm.

-Bəs “fahişə” kimə deyirlər?

Onun heyrətdən gözləri genişləndi. Yəqin ki, o, məndən belə bir söz gözləmirdi. O, təhqir olunmuş halda dərin-dərin nəfəs alıb verirdi.

-Bilirsən?-o doluxsunmuşdu.-Sən heç də göründüyün kimi deyilsən. sən çox kobud və nəzakətsizsən. sən...Sən zibilsən!

-Sən də elə təmiz deyilsən.-asta, soyuqqanlı halda mızıldandım.

O, heç nə demədi. son dəfə nifrət dolu baxışlarla mənə baxıb, çantasını götürüb, qapını çırpıb getdi.
Vanna otağından təzəcə çıxmışdım ki, qonaq otağında onu gördüm. Divanın bir küncünə qısılmışdı. Özümü narahat hiss etdim. Bəlkə o, elə əvvəldən burada imiş. Bəlkə hər şeyi görüb? Onun üzünə necə baxacam? Özümü dünyanın ən iyrənc məxluqu kimi hiss edirdim. O, təmiz idi. O, saf idi. O, uşaq idi. Mənsə “fiziki acizliyinə” məğlub olan iyrənc bir kişi.

Asta, tərəddüdlü addımlarla ona yaxınlaşdım. Içimdə qorxu ( onu itirmək qorxusu) ona baxdım. Üzünü qaldırdı. Və...O, ağlayırdı. Ilk dəfə idi ki, onu ağlayan görürdüm. Bu, elə vicdan sızıldadıcı mənzərə idi ki...

-Niyə ağlayırsan?

-Mən ağlamıram ki.

-Necə yəni ağlamıram? Axı ağlayırsan. Görürəm ki, sən ağlayırsan. Bəs bu göz yaşları nədir?

-Bunlar məni göz yaşlarım deyil ki...

-Necə yəni?

-Əslində mən ağlamıram. Mənim ağlamaq kimi bir qabiliyyətim yoxdur. Və bunlar mənim göz yaşlarım deyil.

-Bəs kimin göz yaşlarıdır?

-Bayaq buradan gedən o qızın. Yəni qəlbini sındırdığın o qızın. Sən görmürsən, ama o, indi maşının içində oturub ağlayır. Bunlar, onun göz yaşlarıdır.

-Bəs onda sən niyə ağlayırsan?

-Mən ağlamıram. Mən sadəcə sənin günahlarının təcəssümüyəm.

-Xahiş edirəm, ağlama. Sənin göz yaşlarına dözəcək qədər güclü deyiləm. xahiş edirəm, yalvarıram.-onun göz yaşlarını sildikcə, onlar daha da sürətlə axmağa başlayırdı.-De, nə etməliyəm? nə etsəm sənin göz yaşların dayanar? Hər nə desən, onu edəcəm. yetər ki, sən ağlama.

-Ona zəng et. Ondan üzr istə. Qəlbini ələ al. Ürəyini ələ al.

-Axı niyə?

-Niyə ona kobud davrandın?

-Sadəcə istəmirdim ki, mənə bağlansın. Mən sadəcə ...İstəmirdim o, mənə bağlansın.

-Axı o sənə nə pislik etdi? Sənsə ona təşəkkür etmək əvəzinə onu acıladın. Sən bir qəlb sındırdın. Və qəlb sındıranlara RƏHM QAPISI bağlıdır.

-Yaxşı. Mən indi ona zəng edərəm. təki sən ağlama. Xahiş edirəm.

Cəld telefonumu götürüb ona zəng vurdum. 1-ci zəngimə cavab vermədi. 2-ci zəngimdə telefonu basdı. Mesaj yazdım: “Xahiş edirəm, telefonu aç!”

Nəhayət, 12-ci zəngimə cavab verdi:

-Nə var?-o, əsəbi halda qışqırdı.

-Xahiş edirəm, bağışla. Çox –çox xahiş edirəm. bilirəm, mən kobudun biriyəm. mən eşşəyəm. sənin qəlbinə dəydim. Əslində mən elə demək istəmirdim...

-Səni, bir də nə görmək, nə də eşitmək istəmirəm.-deyib, telefonu basdı.

Görəsən, azacıq da olsa, qəzəbi soyudumu? Təki ağlamağı dayandırsaydı. Çünki o ağladıqca, Sevinc də ağlayırdı. Kaş ki məni söysəydi, təhqir etsəydi, ağzına gələni desəydi, ama içindəki qəzəbi qusaydı ki, Sevinc də ağlamasın.

Telefonu çarpayımın üstünə atıb, qonaq otağına keçdim. O, yox idi. Hər yerə baxdım. Bütün otaqları gəzdim. Ama o yox idi. O getmişdi.

Həmin gün mən bilmirdim ki, bu gün, əslində, onu gördüyüm axırıncı gün olacaq...

12
***

Mən möcüzələrə inanırdım. Və Allah da mənə möcüzəni göstərdi. Möcüzə- ona inananların başına gəlir. Əgər sənin həyatında heç vaxt möcüzə olmayıbsa, deməli, sən özün buna inanmırsan.

O, mənim möcüzəm idi. O, mənim həyatıma gəldi ki, mən möcüzələrin var olduğuna inanım. O, gəldi ki, mən səhvlərimi düzəldim və islah olum. O, gəldi ki, mən Allahı və Sevgini kəşf edim.


Işdən sonra Şahinlə şəhər gəzintisinə çıxdıq. Telefonumdakı təqvimə baxdım. Onu gördüyüm axırıncı gündən 2 həftə keçirdi. Qəlbimin dərinliklərində nəsə durmadan sızıldayırdı. Deyəsən, vicdan idi. Onun son baxışları, divanın küncünə qısılmış halı gözlərimin önündən getmirdi. Onun göz yaşları...Onun məsum baxışları...

-Nə olub, Camal? Axır vaxtlar deyəsən, yenə səndə özünəqapanma sindromu baş qaldırıb.-Şahin zarafatyana əli ilə kürəyimə vurdu.

-Heç... -danışmaq istəmirəm, ağlamaq istəyirəm.

-Bilirsən?-Şahin ah çəkdi.-Bu yaxınlarda, bizim qonşuda bir oğlan var idi, o, ölüb. 26 yaşında...

-Bəxtəvər..-asta səslə mızıldandım, ama Şahin eşitdi.

-Nə bəxtəvər? 26 yaş! 26 yaş nədir ki? Nə tutmusan e, bu bədbinlikdən?

-Ölmək istəmək, bədbinlik demək deyil. Guya 70-80 il yaşasan nə dəyişəcək ki? Yenə eyni şeylər. Insanları başa düşmürəm. Əgər həyatın səhər durub, işə gedib, axşam işdən evə gəlməkdirsə 30 il də yaşasan bəsdir. Əgər yaşadıqca günahların çoxlacaqsa, qırdığın qəlblərin sayı artacaqsa uzun yaşamağın nə mənası? Onsuz da insan elə acgöz məxluqdur ki, ona 300 il də versən yaşayar. Deyinə-deyinə, söyə-söyə də olsa yaşayar.

-Camal, mən demirəm ki, 300 il yaşamaq lazımdır. Sadəcə 26 yaş çox tezdir. Insanın həyata dair nə planları, nə niyyətləri olur.

-Plan deyəndə nəyi nəzərdə tutursan? Qızlarla əylənməyi? Heç kimə yaxşılıq etmədən, bu dünyada heç bir iz buraxmadan, sadəcə öz xarabalığında eşələnməyi plan hesab edirsən? budur səni yaşamaq anlayışın? Yeni kurort yerləri kəşf etmək? Xaricilərlə yatmaq? Yeni iyrənc fantaziyalar? Bumudur sənin gələcəyə dair planların?

-Camal, nə olub sənə? niyə belə aqressivləşmisən?

-Şahin, məncə sən düz eləmirsən.

-Nəyi?


-Məncə, sən bu sərbəst münasibətlərə son qoymalısan. Elə mən də. Mən artıq son qoydum. Biz səhv iş görürük, Şahin. Bizim qadınların hissləri ilə oynamağa haqqımız yoxdur.-işlətdiyim cümlələrə özümü də qatırdım. Çünki ittihamları birbaşa ona ünvanlandırsaydım, bu ədalətsiz səslənərdi. Nə də olsa, mən də “mələk” deyildim.

-Nə demək istəyirsən, Camal? Mən heç bir qadının hissləri ilə oynamıram. Mən heç kimi zorla yatağıma çəkmirəm. Əksinə, onlar özləri bunu istəyirlər.

-Onlar sadəcə bir az qayğı və diqqət istəyirlər. Ən fahişə qadının belə, hissləri var. Sən buna sadəcə intim əlaqə kimi baxırsan. Ama bu, qadınlar üçün nəsə kəsb edir. Onların qəlbində nəsə bir iz buraxır. Sən kiminsə ümidləri ilə oynayırsan. Kiminsə göz yaşlarına səbəb olursan.

-Sənə nə olub, Camal? Olmaya rahib olmağa qərar vermisən? ya da ki molla.-Şahin güldü.

-Mən ciddiyəm, Şahin. Sən düz eləmirsən. axı sən özün deyirdin ki, mən o kinodakı kişi kimi olmaq istəmirəm. sən özün deyirdin ki, mən mələyimi tapmaq istəyirdim.

-Mələk yoxdur, Camal. Əl çək xülyalardan.

-Mələk var, Şahin. Sən sadəcə mələkdən əvvəl fahişəni tapdın. Sən özün belə həyat istəmirsən, ama belə həyat yaşayırsan. Sən “fahişələşmək” istəmirsən. ama “fahişələşməyi” seçirsən. hər şey sənin əlindədir, ama sən heç nə etmirsən. sən “təmizlənmədikcə” mələyini heç vaxt tapmayacaqsan. Sən qadınların hissləri ilə oynadıqca daha çox əzab çəkəcəksən. sən mələyini tapa bilərsən. həyatını düzgün şəkildə qura bilərsən.

-Bu mənim seçimimdir, Camal. Bu mənim yolumdur. Mən həyatımı ancaq 1 qadına həsr edə bilmərəm. səncə, ətrafımda bu qədər hüri mələk varkən, mən həyatımı necə zindana çevirə bilərəm?

-Sən dəyişməlisən, Şahin. Beynini dəyişdirməlisən. Bəsdir, qadınların hissləri ilə oynadın. Sən başqa bir münasibətə keçəndə onlar...

-Narahat olma, onlar da başqa bir münasibətə keçirlər.

-Keçirlər. Heç kim yarıda qalmır. Hamı, necə olursa olsun həyata davam edir. Ama qəlbdə qalır. Nəsə qalır. Nəsə bir qırıqlıq. Bu qədər qırıqlıqların hesabını necə verəcəksən?

-Bəsdir, sən Allah. Başıma molla kəsilmə. Bu, mənim həyat tərzimdir. Mən heç kimə təcavüz etmirəm. heç kimi yoldan çıxartmıram. Əksinə onların istəyini həyata keçirirəm. onlara xoş duyğular bəxş edirəm.

-Bəs Əbədi Sevgi?

-Nə? məgər əbədi bir şey var? Əbədi heç nə yoxdur. Sən, deyəsən, hind filmlərinə çox baxırsan. Bu gün Fidan, sabah Lena, o birisi gün Tamara.

-Sən arxanda göz yaşları buraxdıqca, heç vaxt xöşbəxt olmayacaqsan. Sən hisslərlə oynadıqca daha çox ruhun sıxılacaq. Və sən o kinodakı kişi kimi ömrünü fahişəxanalarda keçirəcəksən. qucaqdan qucağa daha çox yalqızlaşacaqsan. Daha çox...

-Camal, qurtar bu moizəni. Özümü məsciddə kimi hiss elədim. Mən həyatın gözəlliklərindən zövq alan, real olan şeylərə inanan, hər fürsətdən istifadə etməyi bacaran insanam. Allah mənə yaraşıq verib, potensial verib, niyə də istifadə etməyim?

-Nə deyim, Şahin. Mən bacardıqca səni başa salmağa çalışdım. Ama sən anlamaq istəmirsən. Əgər, həyatında möcüzələr istəyirsənsə, möcüzələrə inanmalısan. Əgər mələyini tapmaq istəyirsənsə, sən də mələk olmalısan. Allah özü səni islah etsin.
Artıq 1 ay 10 gün keçmişdi. O, hələ də gəlməmişdi. Hər dəfə işdən evə qayıdarkən böyük bir ümidlə açırdım qapını. Ama o ümidlər tez bir anda məhv olurdu...

1 ay 10 gün müddətində keçirdiyim sıxıntıları və əzabları təsvir etmək mümkün deyil. Bu, boğulma kimi bir şeydir. Əslində hava var. Külək əsir. Ama mən yenə boğuluram. Başımı nə iləsə qatmağa çalışıram. Bütün gün psixoloji kitablar oxuyuram. Internetdən psixoloqların məsləhətlərini dinləyirəm. ama faydası yoxdur. Qurana sarılıram. Vaxtımın çox hissəsini Allaha dua etməklə keçirirəm. ama cavab yoxdur. Əminəm. Əminəm ki, ölsəm onunla qovuşacam. Ama nə vaxt öləcəyimi bilmirdim. Və bu ölüm intihar yolu ilə deyil, Allahın rızası ilə olmalı idi. Onsuz da hər şey Allahın iradəsi ilə olur. Sadəcə bu ölüm Sevgi ilə olmalı idi. Allahın istəyi ilə. Onun izni ilə.

Elə bir fikir yox idi ki, ağlımdan keçməsin: Bəlkə hər gün dua edim ki, Allah mənim bu həyatdakı yaşamıma son qoysun. Axı deyirlər, dua taleyi dəyişir. Ama bir gün dini kitabların birində “Əgər sənin üçün xeyirli olacaqsa Allahdan ölüm istə” cümləsini oxuduqdan sonra bu fikrimdən daşındım. Intihar? Yox, olmaz! mən intiharla Allahın hüzuruna necə çıxacam?

Falçıya getmək- fikri də keçmişdi ağlımdan. Axı insanın əlinin içində yazılıb ki, insan neçə il ömür sürəcək. Mənim hər gün diqqətlə baxdığım əlimin içində yazılmışdı ki, mən nə vaxt öləcəm. ama mən onu oxuya bilmirdim. Diqqətlə ovucumun içindəki xəttlərə baxırdım. ama yenə də heç nədən baş aça bilmirdim.




Dostları ilə paylaş:
1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə