ÖLÜMDƏn güCLÜ



Yüklə 6,61 Mb.
Pdf görüntüsü
səhifə11/85
tarix17.11.2018
ölçüsü6,61 Mb.
#80797
növüQaydalar
1   ...   7   8   9   10   11   12   13   14   ...   85

          O isə ara vermədən təkrar eləyirdi: 
 
        – Sevin məni, azacıq da olsa, lap azacıq da olsa, sevin! Ah, Cip! 
 
        Ağlına gələn fikir qızı ildırım kimi vurdu: «Neçəsinin qarşısında o, beləcə dizi üstə çöküb?» Onun 
sifəti özünü unutduğu bu anda gözəl idi, belə gözəlliyi ancaq şiddətli həvəs yarada bilərdi və qızın 
qorxusu birdən keçib getdi. Forsen qırıq-qırıq halda mızıldanırdı: 
 
       – Mən evsiz səfiləm, mən bunu bilirəm. Əgər siz məni sevsəniz, mən tamam başqa adam olaram. 
Mən sizin üçün böyük işlər görərəm. Oy, Cip, əgər siz nə vaxtsa mənim arvadım olmağa 
razılaşarsınızsa! İndi yox. Nə vaxt mən sübut elərəm onda. Cip… elə sevimli, elə gözəlsiz! 
 
        Onun əlləri hey yuxarı qalxırdı, başını onun döşlərinin arasında gizlətdi. Nə elədiyinin fərqində 
olmayan Cip əliylə onun saçına toxunur və deyirdi: 
 
       – Ayağa qalxın, xahiş edirəm. 
 
         O, ayağa qalxdı və pıçıldadı: 
 
       – Mənə rəhm edin. Heç olmaya bir söz deyin! 
 
         Qız isə tutqun gözləri ilə həyəcanlanmış halda, ona baxırdı. Birdən o, qızı qucaqlayıb özünə sıxdı. 
Qız bütün gücüylə onu itələyib kənara sıçradı. O, xəcalətdən başını aşağı saldı və gözlərini yumdu, 
dodaqları titrəyirdi. Sarsıntıdan qızın ürəyi yenidən əsdi. 
 
       – Bilmirəm, – mızıldandı. – Mən sonra sizə deyərəm, İngiltərədə. 
 
        O, baş əyib, əllərini sinəsi üstə çarpazladı, sanki, bununla demək istəyirdi ki, heç nədən ehtiyat 
eləməsin. Sonra isə yağışın hələ kəsmədiyinə baxmayaraq, qız irəli getdi, o da itaətkar halda qızla 
yanaşı addımlayırdı, sanki, onun dodaqlarını öz məcburi öpüşü ilə təhqir eləməmişdi. 
 
       Öz otağına qayıdıb, islanmış donunu çıxardandan sonra Cip onun nə dediyini və ona necə cavab 
verdiyini xatırlamağa çalışdı. Qız heç nə vəd eləməmişdi, amma ona həm Londondakı, həm də 
kənddəki ünvanlarını vermişdi. Özünü başqa şey haqda düşünməyə məcbur eləyirdi, ancaq elə hey 
onun barmaqlarının toxunmasını, əllərinin möhkəmcə sıxmasını hiss edir, onu öpərkən gözlərinin necə 
olmasını görür, yenidən qızı qorxu və həyəcan bürüyürdü.  
 
        Bu axşam o, konsert verirdi, qızın axırıncı konsertini. Düzü o, heç vaxt hansısa ümidsizliyinin 
gücüylə, hansısa ağılsız sərxoşluqla belə  çalmamışdı. Qız ona qulaq asır, varlığını yeni hiss bürüyürdü: 
bu taledir! İstədi, istəmədi, ondan qaça bilməzdi.   
 
 
 
V FƏSİL 
 
        
 
      İngiltərəyə qayıdandan sonra Cip bu hissdən məhrum oldu, yaxud demək olar ki, məhrum oldu. 
Forsen başqası ilə tanış olar və onda Cipin ona bəxş etdiyi hər şeyi tapardı. Qızın onun üzərində hansısa 


hakimiyyətinin olduğunu, qızın xatirinə özünün başıpozuq həyatına son qoyacağını düşünmək belə 
gülməliydi! Ancaq qəlbinin dərinliyində qız buna ümid eləyirdi. 
 
        Uinton yenidən azad nəfəs aldı və onu Mildenxeme getməyə tələsdirdi. Qıza yeni at almışdı və 
gənc tülküləri ovlamağın vaxtıydı. Ən azından bir həftə çöllər boyunca həvəslə at çapmaq  və qaçan 
tazıların görünüşü ona hər şeyi unutduracaqdı. Amma sonra, əsl ov mövsümü başlayanda qız yenidən 
darıxmağa və narahat olmağa  başladı.  
 
        Mildenxem qaşqabaqlı idi, payız küləkləri cansıxıcı tərzdə vıyıldayırdı. Onun balaca, qəhvəyi iti 
Lass qocalıqdan öldü. Qız taqəti kəsilən itini uzun müddət tək qoyduğu üçün özünü bağışlaya bilmirdi. 
Hər zaman xatırlayır, yadına salırdı ki, Lass və sadə ürəklilərə xas olan xasiyyətlə yanıqlı oxşamalara 
həvəsli Betti onun qayıtmasını gözləyirlər. İndi Cip özünü qəddarlıqda günahlandırırdı. Belə hallarda o, 
başqalarına qarşı etinasız, özünə qarşı isə sərt olurdu. Bir neçə gün demək olar ki, xəstə oldu, özünü 
yaxşı hiss eləməyə başlayanda isə təşvişə düşən Uinton onu Londona bibisi Rozamundanın yanına 
göndərdi. Düzdü, Cipsiz o, tənha qalacaqdı, amma əgər qız özünü paytaxtda yaxşı hiss eləsəydi və fikri 
dağılsaydı, o, çox razı qalardı. Üç gündən sonra, şənbə günü Uinton Londona gəldi və qızını hiss 
olunacaq qədər şən görəndə çox sevindi, qəlbi rahatlanmış halda, Mildenxemə qayıtdı. Atası gedəndən 
sonrakı gün isə Cip Forsendən məktub aldı, məktubu Beri-stritdən yola salmışdılar. Yazırdı ki, Londona 
qayıdır, qızın ona lütf elədiyi bircə baxışı, ona dediyi bircə sözü belə unutmayıb. Onu yenidən görənə 
kimi rahatlıq tapmayacaq. «Uzun müddət, – məktub belə qurtarırdı, – sizinlə görüşənə qədər mən ölü 
kimiydim, məhv olmuşdum. Əlinizi öpür və sizin qulunuz olaraq qalıram. – Qustav Forsen». Bunu 
başqa kişi desəydi, qız yalnız nifrətlə gülümsərdi.  İndisə bu məktub Cipdə onu təşvişə salan əvvəlki 
duyğunu, ondan qaça bilməyəcəyini dərk eləmək kimi xoş və həyəcanlı duyğunu oyandırdı.    
 
       Cavabında qız yazdı ki, əgər o, hər hansı bir gün saat beşlə altı arasında gələrsə, bibisi onu 
görməyinə sevinəcək və imzasını qoydu. «Gita Uinton». Qız rəsmi qısalığı ilə xoşuna gələn bu 
məktubu yazmağa xeyli vaxt sərf elədi. Doğrudanmı, qız onun hökmdarı olurdu? Onu istədiyi kimi 
idarə eləyə bilərdimi? Məktub buna şübhə yeri qoymurdu. Ümumiyyətlə, götürəndə Cipin üzündən nə 
fikirləşdiyini oxumaq mümkün deyildi, hətta Uinton da tez-tez dalana dirənirdi. Rozamunda bibisini 
Forsenin gəlişinə hiyləgərcəsinə, ayaqüstü hazırlayırdı. Forsen gələndə isə görünür, ona aydın oldu ki,  
ehtiyatlı olmalıdı, o, hiss elətdirməməyə çalışaraq, yalnız Cipə baxırdı. Gedəndə isə onun qulağına 
pıçıldadı.  
 
       – Yox, belə yox! Belə yox! Mən sizi tək görmək istəyirəm! Tamam tək! 
 
        Qız gülümsədi və başını yırğaladı, ancaq yenidən onun sevincinin günahı oynamağa və 
alovlanmağa başladı.  
 
         Axşam Rozamunda bibiyə etinasız halda dedi: 
 
       – Mister Forsen atamın xoşuna gəlmir, bəlkə də, ona görə ki, atam onun musiqisini qiymətləndirə 
bilmir.  
 
        Bu ehtiyatlı irad aldığı tərbiyənin hüdudları daxilində musiqini acgözlüklə sevən Rozamunda 
bibini qardaşına məktub yazanda, Forsenlə bağlı olanlar haqda susmağa məcbur elədi. Sonrakı iki həftə 
ərzində Forsen skripkasını da götürərək, az qala hər gün gəldi. Ehtiraslı baxışlar altında qız özündə 
olmasa da, onu müşaiyyət edirdi. Qız artıq bu baxışlardan ötrü darıxmağa başlamışdı.  
 
        Uinton Beri-stritə gələndən sonra qız çətin vəziyyətə düşdü. Boynuna alsınmı Forsenin bibisigilə 


Yüklə 6,61 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə