ÖLÜMDƏn güCLÜ



Yüklə 6,61 Mb.
Pdf görüntüsü
səhifə12/85
tarix17.11.2018
ölçüsü6,61 Mb.
#80797
növüQaydalar
1   ...   8   9   10   11   12   13   14   15   ...   85

gəldiyini? Axı qız atasına yazdığı məktublarda bu haqda söz açmamışdı. Boynuna almasa, o, bunu 
bibisindən öyrənə bilməzdimi? Təşviş içində olan qız nə onu elədi, nə də bunu, atasına dedi ki, sonsuz 
bir istəklə ov eləmək istəyir. Bunu xeyrə yozan Uinton qızı dərhal da Mildenxemə apardı. Qızda nə 
yüngülləşdirici, nə də təskinləşdirici qəribə bir duyğu var idi, sanki, qaçdığı şeyin onu geri qayıtmağa 
məcbur eləyəcəyini bilirdi. Ovçuların onların evindən uzaq bir yerdə yığışması qərara alınmışdı, ancaq 
Cip   ov yerinə atla getməyi təkid elədi. O, hələ də  Mildxenmdəki ata baxanlara yardım eləyən qoca 
jokey Pettensə əmr elədi ki, ora özünün ikinci atını gətirsinlər. Ürək açan sərin külək əsirdi, yağış 
yağacağı  gözlənilirdi. Uinton özü və Cip üçün xəlvəti bir guşə tapdı. Onlar ora xoşbəxtçilikdən  heç 
kim hiss eləmədən birbaşa getdilər, təcrübəli ovçu, ködəkçəsi bozarmış, öz arıq madyanında belə, 
cəsarətlə  irəli atılmağı bacaran bu təkqollu atlıya həmişə güvənə bilərdi! Qalın pöhrəlikdən tazılara 
baxan ovçulardan biri, iti baxışlı, cod, batıq yanaqları olan, balaca, qarabuğdayı  oğlan at belində çıxdı,  
onlara əl eləyib,  yanlarından çaparaq keçdi  və yenidən meşədə itdi. Zığ-zığ quşu qulaq deşən 
qışqırıqla uçaraq, havada dövrə vurdu və  birdən də arxada yox oldu. Şumlanmış sahəylə sarıtəhər,  
yöndəmsiz, qonur torpaqdan güclə seçilən dovşan qaçırdı. Seyrək ağaclıqların arasından görünən 
yüksəklərdə göyərçinlər sürətlə uçurdular. Meşənin dərinliyindən it baxıcılarının sərt səsləri eşidilirdi, 
görünür, qoxunu hiss edərək, ayıdöşəklərinin və itburnu kollarının arasında dövrə vururdular. 
 
        Cip cilovu möhkəmcə sıxaraq sinə dolusu nəfəs alırdı. Ətrafda hər şey  xoş, tünd ətir saçırdı, mavi 
səmada açıq-boz buludlar sürətlə süzürdülər, ancaq burada külək yuxarıdakından  yarıbayarı zəif idi, 
yalnız iki gün bundan əvvəl şaxtanın vurub saldığı ağcaqayın və palıd ağaclarının yarpaqlarını 
qabağına qatıb qovurdu. Əgər tülkü onların tərəfinə qaçsaydı və onu təkcə tazılarla birinci onlar ovlaya 
bilsəydilər! Uinton; «Triks, axtar!» deyə qışqıranda tazı ağ xallı sarıtəhər başını qaldırıb, məzəmmətlə 
sahibinin tutqun qəhvəyi gözlərinə baxırdı. Meşədən ovçu şeypurunun gurultusu eşidildi və tazı 
təzədən özünü itburnu kollarının içinə soxdu.  
 
        Cipin yeni kəhər atı qulaqlarını şəklədi. Meşənin ətəyindən qara kəhər atlı, boz gödəkçə, minici 
şalvarı və uzunboğaz çəkmə geymiş cavan bir oğlan çıxıb onlara yaxınlaşdı. Bütün ovçuların bura 
yığışmasının mənası vardımı? Cip tələsmədən çağrılmamış qonağı nəzərdən keçirdi, o isə şlyapasını 
yüngülcə qaldırıb gülümsədi.  Azacıq ötkəm olan bu təbəssüm nəsə sirayətedici idi və cavabında Cip 
ixtiyarsız olaraq, yumşalmış halda, güclə seziləcək tərzdə gülümsədi. Bu kimdi? Onun görünüşü şən və 
sakit idi. Qız onu qətiyyən xatırlamırdı, ancaq onda nə isə qıza tanış gəlirdi, – girdə sifəti, səliqə ilə 
qırxılmış üzü, tutqun buruq saçları, olduqca işıqlı gözləri, cəsarətli, sakit baxışları. Ona bənzər birisini 
harada görmüşdü? 
 
        Uintonun qulaqbatıran harayı onu dönməyə məcbur elədi. Tülkü yaxınlıqdakı kolların arxasında 
gizlənirdi! Cipin gözləri atasının gözləri ilə rastlaşdı, atasının gözləri polad kimi sərt olmuşdu. Səs-
səmir kəsilmişdi, sanki, insan və at metal yığınına çevrilmişdilər. Nəyə görə o, «atu!» deyə qışqırmırdı? 
Amma dodaqları aralandı və sözlər ağzından güllə kimi çıxdı. Cip minnətdarlıq hissiylə cavan oğlana 
gülümsədi, o, atasının qışqırmasına imkan verdi və cavabında yenə də oğlan ona gülümsədi. Elə bu an 
hürərək  izlə gələn ilk tazılar irəli cumdular, biri, o birisi, üçüncüsü, – havaya tüstü burumları 
qaldırdılar! Bəs atası niyə yerindən tərpənmirdi? 
 
        Yanından qara at keçib getdi, arxasınca da Cipin kəhəri cumdu. Gənc oğlan qara atıyla onu soldan 
keçdi. Yalnız baş itəbaxan, tazıları idarə eləyən və onlar üçü idilər. Cipin kəhəri olduqca sürətlə birinci 
çəpəri aşdı və Uinton geri dönərək qışqırdı: «Cip, sakit ol! Dayan!» O isə bacarmırdı, həm də niyə 
dayanmalıydı? Otlaq, daha üç otlaq, tülkü xalis möcüzəydi, elə bil, ipin üzəriylə qaçırdı!  Hər dəfə 
kəhər irəli sıçrayanda, qız fikirləşməyə macal tapırdı. «Necə də gözəldir! Mənə necə də xoşdur!» Yer 
üzündə buna bənzər ikinci bir duyğu yoxdur! Üstəgəl burada başçı atasıdır, itlər onlarla bərabər qaçır, 
öz istədikləri kimi, otlağın sonu yoxdur! Rəqs boş şeydir! Bu, hətta yaxşıdır, hə, musiqiyə qulaq 


asmaqdan belə yaxşıdır! Bütün həyatın boyu çəpərlərin üstündən keçərək beləcə çapasan! Yeni kəhəri 
cilovu dartsa da, əla idi… 
 
       Qız qara atı çox gözəl qaçan gənc oğlanla eyni vaxtda növbəti çəpərin üstündən aşdı. Oğlan indi 
şlyapsını qulaqlarının üstünə basmışdı, sifəti gərginləşmişdi, ancaq dodaqlarında həmin təbəssümdən 
azca da olsa qalmışdı. Cip düşündü: «At belində yaxşı oturur, çox inamlı, ancaq özünü yəhərə çox 
basır. Atam kimi heç kim gözəl və sakit at çapmır!» Əslində də, Uintonun yəhərdə özünü saxlaması 
qüsursuz idi. Tazılar qaçaraq, sürüylə döndülər, indi qız da, sanki, onlara qarışmışdı! Bax bu, at çapmaq 
idi! Heç bir tülkü çox duruş gətirə bilməzdi!   
 
        Birdən o, tülkünü otlağın uzaq qurtaracağında  gördü, quyruğunu sıxıb qaçırdı və   qız ani fikirdən 
alovlandı. «Oy! Bunların əlinə düşmə! Qaç, tülkü, qaç! Uzaqlaş!» Doğrudanmı, biz hamımız yorulub 
əldən düşmüş çarəsiz heyvanı qovuruq? Özündən yüzlərlə dəfə böyük atlar, kişilər və qadınlar, itlər 
hamısı balaca bir tülkünün üstünə düşmüşdülər? Qarşısında daha bir çəpər yüksəldi, daha biri. Vəcdlə 
çəpərlərin üzərindən uçub keçəndə indicə onu bürüyən xəcalət və insaf hissini itirdi. Bir dəqiqə sonra 
tülkü yüz yard aralıda  olan irəlidəki itin qabağında yerə sərilmişdi və bu Cipi çox sevindirirdi! Qız 
dəfələrlə  ovlanan tülküləri görmüşdü, qorxunc mənzərəydi! Əvəzində isə belə gözəl at çapmaq!  
Təngənəfəs olmuş qız təntənə ilə gülümsəyərək, düşünürdü ki, çəmənliyin kənarına çatana qədər gənc 
oğlan hiss eləmədən üzünü silə biləcəkmi.  
 
       Qız atası ilə oğlanın necə söhbət elədiyini gördü, onlar geri yola düşəndə isə oğlan birbaşa qızın 
sifətinə baxıb, şlyapasını qaldıraraq dedi: 
 
      – Siz necə də çapırdınız! 
 
        Onun səsi xoş, musiqili idi. Cip başını tərpədərək, minnətdarlığını bildirdi. 
 
      – Siz, yəqin, mənim yeni atımı nəzərdə tutursunuz? 
 
       Qız hələ də baş sındırırdı: «Mən bu adama bənzər birisini, hər halda, harada görə bilərəm?»  
 
        Onlar daha iki dəfə at çapdılar, ancaq birinci dəfə olduğu kimi ləzzət vermədi. Qız daha cavan 
oğlanı da görmədi, deyəsən, onun adı Sammerxey idi, Mildenxemdən on mil aralıda olan 
Uidrinqtondakı hansısa ledi Sammerxeyin oğlu idi.  
 
         Ciplə Uinton batan günün işığında tələsmədən geri qayıdırdılar. Hər ikisi susurdu. Sərin küləyin 
təsirindən əla əhvalda olan qız özünü xoşbəxt hiss edirdi. Hər şey toranlığa qovuşurdu – ağaclar, 
tarlalar, ot tayaları, çəpərlər, yolun kənarındakı gölməçələr. Kənd evlərinin pəncərələrində artıq işıq 
görünürdü, havadan qətran tüstüsünün qoxusu gəlirdi. Bütün gün ərzində o ilk dəfə olaraq, Forseni 
xatırladı, az qala qüssə ilə xatırladı. Əgər o, qədim, rahat qonaq otağına gəlib qız üçün çalsaydı, qız isə 
sobanın yanında mürgüləyərək, oturub yanan sidr budaqlarının qoxusunu ciyərlərinə çəksəydi, necə 
gözəl olardı! Motstartın menyetini və ya Pyazın (Pyaz Jan, fransız bəstəkarı, aratoriyaların və komik 
operaların müəllifi, 1828-1892) qəlb titrədən mahnısını çalsaydı, – qız ilk dəfə onun ifasında bunlara 
qulaq asmışdı, – ya da müşaiyyətsiz çaldığı onlarla digərlərini! Bu, ən gözəl günün ən gözəl sonluğu 
olardı! Hər şeyin gözəl olması üçün bircə bu istilik çatmırdı,  musiqinin və pərəstişin istisi! 
 
         Dabanlarıyla atı yerindən tərpədib, ah çəkdi. Musiqi  və Forsen haqqındakı fantaziyaları,  yalnız 
ondan uzaqlarda özünə rəva görə bilərdi. Əgər o, yenidən özünü  Bisbadendə, yağışlı gündə ağcaqayın 
ağacının altında apardığı kimi aparsaydı, bəlkə də, heç etiraz eləməzdi. Sənə pərəstiş edilməsi necə də 


Yüklə 6,61 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə