ÖLÜMDƏn güCLÜ



Yüklə 6,61 Mb.
Pdf görüntüsü
səhifə16/85
tarix17.11.2018
ölçüsü6,61 Mb.
#80797
növüQaydalar
1   ...   12   13   14   15   16   17   18   19   ...   85

 
      – Cip, sənin yatmaq vaxtındır, sən yorulubsan. 
 
        Qız itaətlə ayağa qalxdı və yataq otağına getdi. Həddən artıq tələsərək, daima ürəyində hansısa 
ağrılı sancılar hiss edərək,  buxarının yanında soyundu və yatağına uzandı.  Soyuq yorğan-döşəkdə, 
nazik gecə köynəyində qız üşüyür, isinə bilmirdi, uzanıb gözlərini şölələnən alova dikmişdi. Heç nə 
haqda düşünmürdü, sadəcə, sakitcə uzanmışdı. Qapı cırıldadı. Qız gözlərini yumdu. Onun ürəyi 
vardımı? Sanki, artıq dayanmışdı, vurmurdu. Qız nə qədər bacarırdısa, gözlərini açmadı. Buxarının 
işığında  çarpayının yanında onun diz çökdüyünü gördü… Cip onun sifətini aydın görə bilirdi. Bu sifət 
oxşayırdı… oxşayırdı… bu sifəti harada görmüşdü? Ah, bəli, şəkildə görmüşdü! İfiqeninin ayaqlarına 
döşənmiş, ayrı düşmüş, lal baxışları bir nöqtədə donmuş ac vəhşi heyvanın sifətiydi. Qız dərindən qısa 
ah çəkdi və əlini ona uzatdı.   
 
                             
 
II FƏSİL 
 
 
 
     Cip özünü bütünlüklə ərinə verməyəcək qədər məğrur idi. Bu ilk günlərdə o, Forsenə hər şeyi, hər 
şeyi verdi, bircə ürəyindən başqa. O, qəlbən ürəyini də vermək istəyirdi, ancaq ürəyə əmr eləyə 
bilməzsən. Əgər Forsen qızın gözəlliyinin gücü ilə özündəki azğınlıq həddinə çatan vəhşiliyin 
öhdəsindən gələ bilsəydi, qızın ürəyi də dodaqları ilə birlikdə ona doğru can atardı. Qızın ona məxsus 
olmadığını başa düşürdü və özünə xas olan şəhvətpərəstliklə, azğınlıqla yalan yol seçirdi – qızın 
qəlbində hissləri yox, həssaslığı oyatmağa çalışırdı. 
 
        Əgər varlığını çaşqınlıq bürüyən, sanki, elə hey sürüşkən bir şeyi tutmağa cəhd edirmiş kimi 
yaşadığı anlar nəzərə alınmazsa, qız,  hər halda, bədbəxt deyildi. Nə vaxt ki, o çalırdı və sifətini ilham 
işığı şəfəqləndirirdi, qız öz-özünə deyirdi: «Bax belə, bax belə, indi o, mənə yaxın olacaq!»  Amma 
ilham yavaş-yavaş yoxa çıxırdı və özü də, hissləri də yoxa çıxan qız onu necə saxlayacağını bilmirdi.  
 
       Onların sərəncamına verilən bir neçə otaq otelin ən uzaq başında idi və o istədiyi qədər çala bilərdi. 
O, səhərlər məşq eləyəndə, qız qayalıq terrasları dənizə kimi enən parka gedir, burada xəzə bürünərək, 
oturub kitab oxuyurdu. Tezliklə buradakı hər bir həmişəyaşıl bitkini, gülü tanıdı. Bax, bu payız gülüdür, 
bu isə məxmərəkdir, bu çiçəyin adı isə ona məlum deyildi, bu isə ulduzlu cəzayir bənövşəsidir. Günün 
əksər hissəsi yaxşı olurdu, artıq quşlar oxuyurdular, yuva qurmağa hazırlaşırdılar və bahar onun  
qəlbində iki qat, üç qat daha artıq hiss olunurdu,  oyanan torpaqdakı yeni cücərtiləri açıq-aydın 
görürdü. Belə duyğular hələ bahar gəlməyəndə yaranır. Başı üzərindən tez-tez dimdiklərini acgözlüklə 
uzadan qağayılar uçuşurdu, onların qışqırtısı eynən pişik miyoltusunu xatırladırdı.  
 
         O, hətta bu bir neçə gündə necə böyüdüyünü, yüngül musiqinin müşaiyyəti ilə bu yoğun səsin 
onun həyatına necə möhkəm daxil olduğunu da dərk eləyə bilmirdi. «Kişi təbiəti»nin dərkindən əlavə, 
Forsenlə yaşamaq onun gözlərini çox açdı, qız artıq onun həyat fəlsəfəsini canına hopdurmuşdu, ola 
bilsin ki, qəti vurulmuş  həssas birisi kimi bu, onun üçün  qaçılmaz olmuşdu. Forsen şeyləri olduğu 
kimi qəbul eləmək istəmirdi, yalnız ona görə ki, başqaları onları elə görürdülər. Bir çox artistlər kimi 
onun möhkəm inamı yox idi, yalnız arada başqaları qanını qaraldanda dözmür, təpik atırdı. Onun 
bütünlüklə günəşin qürubuna dalmaq, çiçəklərin ətrinə, melodiyaya,  indiyə kimi öyrəşmədiyi nəvazişə 
sevinmək, gözlənilmədən dilənçiyə,  kora sonsuz mərhəmət göstərmək və tam əksinə, olduqca böyük 
ayaqları  və ya uzun burnu olan kişiyə, ya da yastı sinəsi,  övliya sifəti olan qadına dərindən nifrət 


bəsləmək  qabiliyyəti vardı. O, gümrahlıqla addımlaya və ya ayaqlarını güclə sürüyə bilərdi. O, tez-tez 
oxuyur və sirayətedici tərzdə gülümsəyərək, onu da yıxılana qədər gülməyə məcbur edirdi, yarım 
saatdan sonra isə ağır düşüncələrdən əzgin halda, gözlərini dibsiz, qara bir boşluğa dikibmiş kimi ayaq 
üstəcə donub qalırdı. Qız özü də hiss eləmədən onunla birlikdə bu hisslər dünyasına dalmağa başladı, 
ancaq bu vaxtlar da gözəl, zərif, həssas olur, başqalarının iztirabalarını  heç vaxt unutmurdu.  
 
        O, özünü sevən kimi göstərməyə çalışırdı, ancaq qızı çox da  təngə gətirmək istəmirdi, 
baxmayaraq, bircə dəfə də elə olmamışdı ki,  gözəlliyinə pərəstiş elədyini qıza hiss elətdirsin. Onun 
kələyi qızı ona görə şoka salmırdı ki, qız özünü daima ləyaqətli təbəqdən kənarda hiss edirdi – qız, 
hətta bir dəfə bunu atasına da izah eləməyə çalışmışdı. Amma başqa cəhətləriylə, o, hər halda, qızı şoka 
sala bilirdi. Qız onun başqalarının hisslərinə xor baxmasına, onların ünvanına astadan nəsə deyərək, 
onu qıcıqlandıran adamlara qarşı dərin nifrətinə alışa bilmirdi.  O, özünü qraf Roseklə Şillerin 
heykəlinin yanından keçərkən qızın atasına qarşı belə aparmışdı. Arabir qız onun bəzi iradlarından 
sıxılmalı olurdu, baxmayaraq ki, bu iradlar o qədər məzəli olurdu, qız gülməyini saxlaya bilmirdi. Qız 
görürdü ki, bu, onu qəzəbləndirir, daha azğın halda adamların üstünə atılır. Bir dəfə qız masanın 
arxasından qalxdı və çıxıb getdi. O, qızın arxasınca qaçdı, döşəmənin üzərində onun ayaqları yanında 
nəhəng pişik kimi  diz çökərək, alnını onun əlinə sürtməyə başladı. 
 
       – Mənim Cipim, məni bağışla, ancaq onlar əsl heyvandılar. Kim özünü saxlaya bilərdi? Hə, de 
mənə, mənim Cipimdən başqa kim özünü saxlaya bilərdi? 
 
       Qız da onu bağışlamalı olurdu. Ancaq bir dəfə,  nahar vaxtı o, özünü xüsusilə həyasızcasına 
aparanda qız dedi: 
 
       – Yox, mən bacarmıram. Heyvan sən özünsən. 
 
         O, ayağa qalxdı və tutulmuş, qəzəblənmiş halda, otaqdan çıxdı. Bu, onun qıza olan qəzəbini 
beləcə büruzə verdiyi birinci hadisəydi. Cip buxarının yanında həyəcanlanmış halda, oturmuşdu, ancaq, 
hər şeydən əvvəl,  əslində, onu incitdiyinə görə əzab çəkmirdi.  Məgər bu özünü bədbəxt hiss eləmək 
üçün yetərli deyildimi?  
 
       Amma o, saat onda qayıtmayanda qız özünü itirdi. Yəqin,   nəsə qorxulu bir söz demişdi! Düzdü, 
qəlbində  öz dediklərindən imtina eləmirdi. İlk dəfə olaraq, qız atasının da Forsendə qeyd elədiyi 
bayağılığı açıq mühakimə elədi. Əgər o, ingilis olsaydı, qız heç vaxt başqalarının hisslərini beləcə 
tapdalamağa qadir olan birisinə rəğbət hiss eləməzdi. Bəs onda   qızı cəzb eləyən nə vardı? Təbiilik, 
azğınlıq, yüksəlişin hipnozçu gücü, musiqiçinin ustalığı? Bütün bunları ondan qopara bilməzsən. 
Qolaylanmaq, yüksəliş, kədər –  Forsenin musiqisindəki bütün bunlar ona pəncərədən görünən, 
qayalara çırpılan tutqun ləpədöyəni, zolaqlarla dövrələnmiş dənizi, yaxud günəşin parlaq işığında göm-
göy olan, üzərində ağ qağayıların dövrə vurduğu dənizi, ya da  axının zol-zol elədiyi, zərif, 
gülümsəyən, sakit,  narahatlığı dəfolunmaz dərinliklərdə əriyən və həmin dərinliklərdən baş vurub 
yenidən qalxmağa  və  genişliklərə tökülməyə can atan dənizi  xatırladırdı. Qız ondan nə onu 
qucaqlamısını, nə ona səcdə eləməsini, nə fərasətli və qeyri – adi olmasını, nə də pişik  hiyləgərliyini 
xatırladan tülkülüyünü gözləyirdi.  Ondan qəlbinin elə hədiyyələrini gözləyirdi   ki, barmaqlarının 
arasından göylərə can atsınlar və arxalarınca qızın da qəlbini çəkib aparsınlar! 
 
       Təki o gəlsin, qız onun üstünə atılacaq, boynunu qucaqlayacaq, ona sığınacaq, onda əriyəcəkdi. 
Nəyə görə də olmasın? Bu qızın borcu idi və həm də məgər sevinc deyildimi? Ancaq birdən onu 
əsməcə tutdu. Qəlbinin gizlinlərində gizlənən, həddan artıq dərin olduğu üçün ayırd edilməsi çətin olan  
bir instinkt onu geri çəkilməyə məcbur elədi. Axına, sevgiyə təslim olmaq, sanki, ona qorxulu gəldi, 


Yüklə 6,61 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə