ÖLÜMDƏn güCLÜ



Yüklə 6,61 Mb.
Pdf görüntüsü
səhifə17/85
tarix17.11.2018
ölçüsü6,61 Mb.
#80797
növüQaydalar
1   ...   13   14   15   16   17   18   19   20   ...   85

vahiməyə düşəcək qədər qorxulu oldu.  Hiss olunmayan özünüqoruma instinkti onu naməlum bir 
istiqamətə apara biləcək hansısa fəlakətə qarşı üsyan elədi. Bu uçurumun kənarında dayanan  insanın 
dərkolunmaz hissi idi, bir az da yaxına addımlamaq qorxusu və eyni zamanda bu addımı atmağa olan 
şiddətli bir istək. 
 
        Qız yataq otağına getdi. Onun harada olduğunu, neylədiyini, nə fikirləşdiyini bilmədən uzanıb 
yatmaq mümkün deyildi. Gümüşü çərçivə salınmış güzgüdə saçını daramağa başladı. Güzgüdən ona 
solğun sifət,  iri, tutqun gözlər baxırdı. Nəhayət, ağlına belə fikir gəldi: «Mən heç nə eləyə bilmərəm! 
Mənim üçün heç fərqi yoxdur!» Çarpayıya uzanıb işığı söndürdü. Narahat və yalqız idi, buxarı 
yanmırdı. Başqa heç nə haqda düşünməyərək, yuxuya getdi. 
 
        Yuxuda gördü ki, dəmir yolu vaqonuyla dənizdə gedir, atası ilə Forsenin arasında oturub. Dalğalar 
yüksəyə qalxdıqca qalxır, vaqonun divarlarına çırpılıb sakitləşirdilər. Qız həmişəkitək gözətçi iti kimi 
dərhal oyandı və   onun qonaq otağında çaldığını başa düşdü. Görəsən, indi saat neçəydi? Uzanıb,  
titrək, o qədər də yaxşı eşidilməyən musiqiyə qulaq asırdı. İki dəfə yerindən qalxmaq istədi, ancaq, 
sanki, tale ona işarə verirdi, tərpənmə. Və hər dəfə də düşünürdü. «Yox, mən bacarmıram! Yenə də 
həmin şey. Onun üçün musiqisi ilə neçə adamı yuxudan oyatmağın fərqi yoxdur. Öz xoşuna gələn işi 
görür və başqa heç nə haqda düşünmür». Qulaqlarını tutaraq uzanmaqda davam elədi. 
 
        Qız bir də əllərini qulaqlarından çəkəndə, o, artıq çalğısına ara vermişdi. Sonra qız onun otağa 
necə girdiyini eşitdi və özünü yatmışlığa vurdu. Səhər o, özünü hər şeyi unudubmuş kimi aparırdı, Cip 
isə unutmamışdı. Çox istəyirdi, onun nələr hiss elədiyini, hara getdiyini öyrənsin, ancaq qüruru bunu 
soruşmağa imkan vermirdi.  
 
        Birinci həftə atasına hər gün iki dəfə məktub yazırdı, sonra isə təsadüfən açıqcalar göndərməyə 
başladı. Sevmədiyi adamın yanında həyatının necə keçdiyini ona necə danışasan? Doğrudanmı, atası 
haqlı idi? Bunu etiraf eləmək –  qızın qururuna olduqca toxunmuş olardı. Qız London üçün darıxmağa 
başladı. Yeni evi hələ hazır deyildi. Nə vaxtsa ora köçsəydilər, başqalarının yaşayışına mane olmaqdan  
qorxmadan ürəkləri istəyən kimi yaşasaydılar, bəlkə də, həyat tamam başqa cür davam elərdi? O, 
yenidən işləməyə başlardı, qız ona kömək edər və hər şey yaxşı olardı. Yeni ev, yeni bağ, tezliklə 
çiçəkləməli olan ağaclar! Qız pişik və it saxlayacaqdı, atası Londona gələndə at çapmağa başlayacaqdı. 
Rozamunda bibi, dostları gələcəkdi, musiqili gecələr təşkil eləmək olardı, hətta rəqs də – axı qız çox 
gözəl rəqs eləyirdi. Axı konsertlər, sevinc və qələbə gətirən konsertlər, onun uğuru idi, onun və qızın 
uğuru! Başlıcası isə öz evinlə məşğul olmaq necə də xoş olacaqdı, orada hər şey rənginə və görünüşünə 
görə qəşəng və təbii olmalıydı! Hər halda, qəlbinin dərinliklərində indidən gələcək haqda  fal açmağın  
xeyrə olmadığını düşünürdü.  
 
        Hər nə olmuş olsa belə yelkənli qayıqda üzmək onu sevindirirdi. Aydın günlər idi, mart günəşi 
havanı isindirməyə başlamışdı, yüngülcə külək əsirdi. Forsen icarəyə götürdükləri qayığı, «dəniz 
canavarını» çox gözəl idarə edirdi, ümumiyyətlə, o, sadə adamların əhatəsində özünü daha yaxşı hiss 
edirdi. 
 
        Bu saatları Cip bütünlüklə poeziyaya və romantikaya verirdi. Dəniz göy idi, qayalıqlar və cənub 
sahillərinin meşəli ətəkləri, sanki, yüngül tüstünün içində mürgüləyirdi. O, «Dəniz canavarı»nı yaddan 
çıxarıb   qızı qucaqlayırdı və qız bu mənəvi yaxınlaşmanın qısa anları üçün ona minnətdar olurdu. Qız  
ilk məyusluğun acısını daddığı bütün bu üç həftə ərzində onu olduğu kimi başa düşməyə çalışdı. Ərə 
getdiyi ilk vaxtlara uyğun olan  adi çətinliklər onu qorxutmurdu,  özü qızğın məhəbbət hiss 
eləmədiyindən, onu da nədəsə qınaya bilmirdi. Həyəcanının səbəbi dərinlikdəydi – qız elə hey qarşısına  
dəfedilməz bir sədd çəkildiyini və özünü daima cilovda saxlamalı olduğunu hiss edirdi. Qız qəlbini 


bütünlüklə onun üçün açmamışdı və onu da tanıya bilmirdi. Nəyə görə bəzən qızın gözünə baxır və 
sanki, onu görmürdü? Hansısa ciddi bir parçanı çalanda onu birdən şux və ya  qəmli  melodiyaya 
keçməyə, ya da ümumiyyətlə, skripkanı bir tərəfə qoymağa nə məcbur eləyirdi?   Coşqun sevinclərdən 
sonra məyusluqla dolu uzun saatları nə ilə izah eləmək olardı?  Ən başlıcası isə musiqi onun qəribə, 
solğun sifətini  dəyişdirən həmin təsadüfi anlarda o, nə düşünürdü? Ya bu, sadəcə, görmə illuziyası idi? 
Ümumiyyətlə, o, nəsə arzulayırdımı? «Özgə ürəyi – qaranlıq meşə…» Hamı üçün, ancaq bircə sevən 
adamlar üçün yox!... 
 
          Bir dəfə səhər Forsen məktub aldı. 
 
       – Aha! Pol Rosek bizim evə baxmağa gedib. «Göyərçinlər üçün füsunkar yerdir» – evimizi belə 
adlandırıb. 
 
         Cip üçün  arıq, yaltaq görünüşü olan Roseki və  onun, sanki, çoxlu sirdən xəbərdar olan gözlərini 
xatırlamaq həmişə arzuolunmaz idi. Qız sakitcə soruşdu: 
 
       – Qustav, onun nəyi sənin xoşuna gəlir? 
 
       – Oy, o, xeyirli insandır! Musiqidən və…çoxlu şeylərdən yaxşı baş çıxarır. 
 
       – Məncə, o, iyrəncdir. 
 
       – Nəyə görə iyrəncdir, mənim Cipim? – Forsen gülümsədi. – O, yaxşı dostdur. O, sənə heyran 
olub, çox heyran olub!  Il  dit  qu'il  a  une  technique  merveilleuse (O, özünün çox gözəl texnikası 
olduğunu deyir (Frans.) qadınlara müraciət eləmək üçün. 
 
        – Mənə elə gəlir, o, quru qurbağasına oxşayır.  
 
        – Eləmi, mən bunu ona deyərəm! O, məmnun olacaq. 
 
        – Əgər sən belə eləyərsənsə, mən…  
 
        Forsen ayağa sıçrayıb onu ağuşuna aldı,  sifəti peşmanlığını elə komik ifadə eləyirdi ki, qız dərhal 
da sakitləşdi. Nəticədə   Roseki elə adlandırdığı üçün  təəssüflənməli oldu. Ancaq, hər halda, Rosekin 
casus, soyuq şəhvətpərəst olduğuna əmindi! Təkcə onu düşünəndə ki, Rosek onların balaca evi 
ətrafında casusluq eləyir, evləri nəsə gözündən düşürdü. 
 
        Üç gündən sonra onlar Londona gəldilər. Taksi Lords Kriket-qraunda dönənə kimi Cip Forsenin 
əlindən yapışmışdı. Qız son dərəcə  həyəcanlanmışdı. Parkdakı ağacların tumurcuqları artıq şişirdi, 
badamın çiçək açmağına lap az qalmışdı. Hə, bu da onların küçəsi. Beşinci ev, yeddinci, doqquzuncu… 
on üçüncü, daha ikisi! Budur, kənarlarına yasəmən kolları əkilmiş yaşıl hasara ağ rənglə yazılmış «19» 
rəqəmi, onların bağında badam artıq çiçəkləmişdi! Hasarın arxasında  isə pəncərə taxtaları yaşıl rənglə 
rənglənmiş, elə də hündür olmayan ağ ev görünürdü. Qız maşından yerə sıçradı və birbaşa bütün geniş
qızarmış sifəti ilə gülən Bettinin ağuşuna düşdü, onun hər bir əlindən qulaqlarını şəkləmiş, gözləri 
almaz kimi parlayan balaca qara burunlar boylanırdı. 
 
      – Betti! Bu qəşənglər nədir belə? 
 
      – Əziz mem, mayor Uintonun hədiyyəsidir! 


Yüklə 6,61 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə