ÖLÜMDƏn güCLÜ



Yüklə 6,61 Mb.
Pdf görüntüsü
səhifə2/85
tarix17.11.2018
ölçüsü6,61 Mb.
#80797
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   85

iradəli, səbrli, adama yovuşmaz, həyatın onunla belə oyun oynayacağını hamıdan az gözləyir və hər 
şeydən əvvəl, öz azadlıqlarına üstünlük verirlər. Belələri öz talelərinin artıq həll olunduğunu 
başlanğıcda, hətta  çətin ki, başa düşürlər.   
 
       Məgər iyirmi dörd il bundan əvvəl, həmin dekabr günü Qrentxemedəki Belvor ovçular 
cəmiyyətinin rəqs zalının kandarından içəri ayaq basan kimi, bütün varlığıyla aşiq olmaq  Çarlz Kler 
Uintona yaraşan işdimi? Çalışqan köhnə qulluqçu, qəşəng geyinməyi sevən, tazılarla ov işinin ən gözəl 
bilicisi, hələ polkda olandan nəyə görəsə həyatında ikinci dərəcəli hesab elədiyi  qadınlara qarşı öz 
soyuq, nəzakətli, etinasız münasibəti ilə hamını heyrətə salan o, heç də təkəbbürlü olmayan görkəmi ilə  
qapının ağzında dayanmışdı, rəqs eləməyə tələsmirdi və  zalı dağınıq baxışları ilə nəzərdən keçirirdi. 
Birdən o qız yanından keçib getdi və həyatı həmişəlik büsbütün dəyişdi.  Bu işığınmı oyunuydu, hər 
halda, ona elə gəlirdi ki,  azacıq qorxu hiss olunan baxışlarını güclə seziləcək halda ona dikmiş qız  
bütün qəlbi ilə işıq saçır. Ya onun bütün bədəninin harmoniyasında bir füsunkarlıq, yüngül 
hərəkətlərində sehrləyəci nəsə vardı, ya da gur saçlarının zərif çiçək qoxusu kimi güclə sezilən 
qoxusunda? Bu nəydi? 
 
        Londonda evi olan, yerli torpaq sahibinin arvadı… Baş verənlərə haqq qazandırmaq olmazdı,  pis 
rəftarla alçaldılmayan qadın, üç il sürən adi, uşaqsız nigah, ondan on beş yaş böyük, görünür, xəstə olan  
yaxşı, şan-şöhrətli, xeyirxah ər… Yox, heç cür haqq qazandırmaq olmazdı. Bu axşamdan bir ay sonra 
Uinton və   qadın artıq bir-birlərini sevirdilər, yaxındılar, həm də təkcə ruhən yox.  Bu hadisə hamı 
tərəfindən qəbul edilən  «yaxşı tərbiyə» və şəxsən Uintonun özü tərəfindən irəli sürülən zabitin və 
centlmenin namus, intizam məsələlərinin hüdudlarından kənara çıxırdı. «Lehinə» və «əleyhinə» 
tərəziyə qoyularsa,  bütünlüklə «əleyhinə»nin ağır gələcəyinə şübhə belə ola bilməzdi. Elə birinci 
gecədən o, qadına məxsus oldu, qadın da ona. Hər ikisi, yalnız bir arzuyla yaşayırdılar – bir yerdə 
olmaq! Əgər beləydisə nəyə görə bir-birlərinə qoşulub getmədilər? Əlbəttə, ona görə yox ki, o, bu 
haqda xahiş eləmədi.  Cip doğulandan sonra qadın sağ qalsaydı, birlikdə harasa çıxıb gedəcəklərinə 
şübhə ola bilməzdi.  Ancaq onda qadın belə hesab edirdi ki, birbaşa qərara gəlmək, iki kişinin həyatını 
korlamaq, onun yumşaq ürəyinin gücü xaricindədir. O, qərara gəlməmiş ölüm hər şeydən əvvəl, onun 
özünün özüylə mübarizəsinə son qoydu. O,  fədakar bağlılıqları qəlb şübhələri ilə uyğun gələn həmin 
qadınlardandı. Bu işdə həmişə hansısa xüsusi bir cazibədarlıq var, ya da qadının tez və qəti qərar qəbul 
eləmək bacarığı onun sezilməyən sehrli cizgilərini və şıltaq səbatsızlığını yox eləyir. Baxmayaraq ki, o, 
mənsubluğuna görə azacıq əcnəbi idi, onda ingilislik heç nə qalmamışdı. Uinton isə təpədən dırnağa 
ingilis idi,  ümidsiz məsələlərin həllində xüsusi  bacarığı olan həqiqi centlmenlərdən idi ki, belələri 
cavanlıqlarında hamı tərəfindən qəbul edilən qaydaları tikə-tikə parçalayıb qırmağa hazır olur, 
yaşlaşanda isə onların toxunulmazlıqlarını qoruyurlar. Uintonu «orijinal» adlandırmaq heç kimin ağlına   
gəlməzdi. Saçları həmişə gözəl daranmış olurdu, ayaqqabıları işıldayırdı, ciddi və səbrliydi, yaxşı 
tərbiyə olunmuş insanların bütün qaydalarına sadiqdi və onlara riayət edirdi.  Ancaq qızğın 
ehtiraslarının qoynunda kübar cəmiyyəti bütün qaydaları ilə birlikdə unutmuşdu. Yaxın olduqları bir il 
ərzində   qadınla bütöv bir gün keçirməkdən ötrü həyatı ilə risq eləməyə, mənsəbini qurban verməyə 
hazırdı, ancaq bircə dəfə də olsun nə hərəkətləri, nə də baxışları ilə bunu qadına büruzə verməmişdi. 
Onun «namus»unu çox diqqətli bir şəkildə mühafizə eləyərək, özünü   ölümdən betər  həddə gətirib 
çıxartmışdı. Hətta qadının razılığı ilə onun dünyaya uşaq gətirəcəyini belə hamıdan gizləməyə söz 
vermişdi. Ehtiraslı oyunçunun bu borca görə hesablaşması demək olar, həyatında həll elədiyi ən çətin 
işdi, hətta indi də özünü sağalmayan yara kimi hiss elətdirirdi. 
 
        O vaxt qadının zövqüylə döşənən həmin bu otağa onun öldüyünü eşidəndən sonra qayıtmışdı. 
Atlas ağacından hazırlanmış stullar, XVII əsr üslubunda olan  balaca zərif yazı masası, sipərli qədim 
bürünc şamdanlar, divan –  bütün bunlar, onun otağına, hətta indi də  subay adama xas olan ekzotik 
görkəm verirdi.  Onu səfərə hazırlaşan polka çağıran məktub, bax burada,  masanın üstündəydi. Əgər 


bilsəydi ki, ora, o uzaq yerlərə getməmişdən əvvəl ona nə aparmaq lazım gələcək, hansı hadisə olacaq,  
yəqin, buradaca, alovun böyründəki bu oturacaqdaca həyatına son verərdi. O, balaca müharibədə elə də 
uğur qazanmadı, yalnız fərqlənə bildi. Müharibə qurtarandan sonra həyatı əvvəlki qaydada davam 
elədi, hərbi xidmət, pələng, qaban ovu, atla top oyunu, əvvəllər olduğundan daha tez-tez tülkü ovu, 
vəssəlam. Yalnız üzünə qırışlar, qəlbinə isə yarıqlar əlavə olunurdu. Əvvəllər olduğu kimi öz sirrini heç 
kimə açmırdı və azacıq da olsa, onu heyranlıqla əhatə eləyənlərin özü üçün mənasız, sıxıntılı olan  
mövzu obyektinə çevrilmişdi. Adətən, belə heyranlığı sonunu düşünməyən cəsarətli  və buz kimi 
soyuqqanlı adamlara bəsləyirlər. Təbiətinə uyğun olan adamlardan daha qaradinməz, qadınlara nifrət 
bəsləyən kimi ad çıxartmasa da, qadınlar haqda danışıqlara əsla həvəs göstərmirdi,  qeyd olunduğu 
kimi onlardan yan gəzirdi. Altı il Hindistanda və Misirdə xidmət eləyəndən sonra dərvişlərlə 
müharibədə sağ qolunu itirdi və otuz dörd yaşında, mayor rütbəsində istefaya çıxmağa məcbur oldu. 
Uzun müddət uşağı haqda düşünmək belə onda nifrət doğururdu, – hansı ki, həyata gəlişi ilə onun bu 
qədər sevdiyi qadının həyatına son qoymuşdu.  Sonra onun qəlbində qəribə bir dəyişiklik oldu, 
İngiltərəyə qayıdana qədər üç il ərzində şərq bazarlarından cürbəcür oyuncaqlar alıb, oynasın deyə qıza 
göndərmək onda adət halını aldı. Özünü Cipin atası hesab eləyən kişidən minnətdarlıq əvəzi il ərzində 
iki-üç məktub alırdı. Bu məktublara cavab vermirdi. Mülkədar qıza məftun olmuşdu, baxmayaraq ki, 
Uinton o vaxt başqa cür hərəkət eləyə biləcəyini təsəvvür belə eləməsə də, bu adamın qarşısında 
günahkar olduğunu həmişə hiss edirdi. Bu vicdan əzabı deyildi, ən doğrusu, ödəmədiyi borc idi, ancaq 
düşünəndə ki,  heç kim heç nədən şübhələnməyib və o özü də şübhə doğurmamaq üçün heç də az əzab 
çəkməyib, yüngülləşirdi. 
 
        Nəhayət, İngiltərəyə qayıdandan sonra mülkədər onun yanına gəldi. Zavallı xroniki nefritlə 
xəstələnmişdi və gücünü tez itirirdi. Uinton yenidən Maynt-stritdəki həmin evdə oldu və onu çuğlayan 
həyəcanı boğmaq üçün kavaler hücumlarında olduğundan daha çox qüvvə sərf elədi. Ancaq öz dediyi 
«ürəyi yerində olan» bir insan kimi əsəblərinin boşalmasına imkan vermədi, gözünü belə qırpmadan 
qadını sonuncu dəfə gördüyü otağa girdi və onun əri ilə üzbəüz oturub nahar eləyərkən, hisslərini 
azacıq belə büruzə vermədi. Balaca Giti və ya onun özünü adlandırdığı kimi, Cipi görmədi, yatmışdı. 
Qızı görmək mümkün olan saatda özünü  ora getməyə məcbur eləmək  üçün ona düz bütöv bir ay lazım 
gəldi. Qorxu içindəydi. Bu balaca varlıq onun qəlbində hansı hissləri oyadacaqdı? Mürəbbiyə Betti qızı 
«dəri əli» olan, ona əyləncəli oyuncaqlar göndərən hərbçi dayı ilə tanış eləməyə gətirəndə, qız   
qarşısında sakitcə dayanmışdı, onun iri, tutqun-qəhvəyi gözlərinə baxırdı. Qızın yeddi yaşı vardı, qısa 
məxmər donu dizlərini güclə örtürdü, incə ayaqlarına qəhvəyi rəngli corab geymişdi. Bir ayağını irəli 
qoymuşdu, balaca qəhvəyi quşcuğazı xatırladırdı. Onun ciddi, haradasa sualedici, isti, donuq, 
qırmızılıqdan əsər olmayan  rəngli sifəti vardı. Qırmızı, ancaq nə dolu, nə də nazik olan ağzının 
kənarlarında güclə sezilən çökəyi olan dodaqları var idi.  Tünd şabalıdı saçları görünür, indicə  
daranmış  və dar, qırmızı lentlə ona uşaq ciddiliyindən daha çox ciddilik verən geniş və balaca alnı 
üzərində  toparlanmışdı. Qara, çox gözəl əyilmiş nazik qaşları, qüsursuz düz, nə girdə, nə də iti olan 
gözəl cizgili burnu vardı. Qız durmuşdu və baxırdı, ta Uinton gülümsəyənə kimi. Onda qızın sifətindəki 
ifadə yumşaldı, dodaqları aralandı, elə bil, gözləri yüngülcə açıldı. Sanki, Uintonun sinəsində ürəyi alt-
üst oldu – bu, onun qızı idi, itirdiyi qızı! Ona elə gəldi ki, titrək səslə dedi:  
 
        – Hə, necəsən, Cip? 
 
        – Oyuncaqlara görə sağ olun, onlar mənim xoşuma gəlirlər.  
 
          O, əlini uzatdı və qız öz zərif barmaqlarını onun ovcuna qoydu. Sanki, kimsə onun ürəyini 
sığallayırmış kimi bir dinclik hissi Uintonu çuğladı. Qızı qorxutmamaq üçün ehtiyatla onun əlini yuxarı 
qaldırdı və əyilib öpdü. Bəlkə də, qızdakı canlı və həssas təbiəti sezdi, görünür, bu da qıza təsir elədi,  
ya da bu an hansısa instinktlə öz aralarındakı dərin  doğmalıq bağlılığını hiss eləyən qız bircə anda  


Yüklə 6,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə