ÖLÜMDƏn güCLÜ



Yüklə 6,61 Mb.
Pdf görüntüsü
səhifə24/85
tarix17.11.2018
ölçüsü6,61 Mb.
#80797
növüQaydalar
1   ...   20   21   22   23   24   25   26   27   ...   85

     Uinton ona yarı endirilmiş kipriklərinin altından baxdı. 
 
        – Bəs Forsen onun haqqında necə fikiləşir? 
 
        – Məgər Forsen onun haqqında fikirləşir? Mən bilmirəm… 
 
          Onun həyəcanlanmış sifətinə görə Cip atasının necə narahat olduğunu başa düşdü. 
 
       – Dafna Uinq! Mərhəmətli xudaya! 
 
         Bu sözlərdə onun bütün  qıcıqlanması və həyəcanı özünü büruzə verirdi. Onun qızı bu kimi 
xanımlardan qorunmalıydı!.. 
 
        Atası getdi, amma Cip bağda günəş qüruba enənə kimi oturdu. Artıq rütubət özünü hiss elətdirirdi, 
onun əynində isə nazik don vardı. Nə vaxtsa deyirdilər ki, özün xoşbəxt olmaq üçün başqalarını 
xoşbəxt eləməlisən. Nə demək olar, o, bir sınayardı. Bax, elə biri gombul, revmatizmadan ayaqları 
şişmiş Betti, məgər o, nə vaxtsa özü haqqında düşünübmü?  Ya da elə hey küçələrdən sahibsiz itləri 
yığan, kasıb musiqiçilərə kömək eləyən Rozamunda bibi? 
 
        Bəs atası, o, kübar dairələrin adamıydı, amma məgər o, öz polkunun əsgərlərinə qarşı xeyirxah 
deyildimi? Elə qızının da daima qayğısına qalır, ona xoş olsun deyə hər cür səy göstərir. Adamları 
sevmək, onlara xohbəxtlik bəxş eləmək! Bu mümkündümü? Adamları sevmək çətin, quşları, heyvanları 
və gülləri sevmək isə daha asan və rahat idi.  
 
        Yuxarı qalxıb şam yeməyi üçün geyinməyə başladı. Hansı don daha çox xoşuna gəlirdi? Ətəyi 
kəsik olan saman rəngli donu, ya ağ, yumşaq, qonur rəngli krujevalardan hazırlanmış donumu? 
İkincisini seçdi. Güzgüdəki əksinə baxanda diksindi, tezliklə  belə görkəmdə cəsarətlə adam arasına 
çıxmaları ilə onu heyrətləndirən  başqa qadınlara oxşayacaqdı. Nəyə görə dünyaya yeni canlı varlıq 
gətirmək üçün eybəcər olmalıydı? Hətta  bəzi qadınlar bununla fəxr edirdilər. Yox, o, heç bir halda bu 
vəziyyətdə kiminsə gözünə görünməyəcəkdi!   
 
        Geyinməyi qurtarıb aşağı düşdü. Forsen hələ qayıtmamışdı. Yüngülləşmiş halda pəncərədən 
çəkilib yeməkxanaya yola düşdü. Hər iki küçüyü ilə birlikdə şam eləyib, küçükləri buraxdı və royal 
arxasına keçdi. Şopenə hədsiz rəğbəti olan Betti arxa otağa açılan qapının yanıda oturdu, qadın öz 
«gözəlçə»si ilə fəxr edirdi. Şam  işığının şəfəqlərində, gur çiçəkləmiş gözəl zanbaqların yanında 
oturmuş Cip bu donda valehedici idi. Həddən artıq yaxınlaşan xidmətçilərdən birinə Betti 
uzaqlaşmasını işarə elədi.  
 
        Artıq gec idi. Qızlar yatmağa getmişdilər. Cip çoxdan çalmağına ara vermişdi və pəncərənin 
qabağında dayanaraq, qaranlığa baxırdı. Çöldə isti idi, bağın hasarı tərəfdən yasəmən qoxusu gəlirdi
göydə bircə dənə də ulduz görünmürdü. Ona həmişə elə gəlirdi ki, London üzərində ulduz az olur. Açıq 
qapının fonunda hündür boylu birisi göründü. Cip qorxmuş halda səsləndi: 
 
       – Qustav, sənsən? 
 
        O, nəsə mızıldandı, ancaq qız onun nə dediyini ayırd eləyə bilmədi. Eyvanın qapısını tələsik 
örtərək, ərinin yanına getdi. Dəhlizdən onun üzünə işıq düşürdü. Sifəti solğun idi, gözləri qəribə tərzdə 
işıldayırdı, əlləri palçığa batmışdı. Anlaşılmaz tərzdə dedi: 
 


     – Balaca  kabus! 
 
       Həyatında ilk dəfə Cip sərxoş adamla üz-üzə qalırdı. Bu necə də dəhşətli idi, birdən kimsə görə 
bilərdi! Dəhlizə qaçıb içəridəki otağın qapısını bağlamaq istədi, ancaq o qızın çiyinindən yapışdı. Onun 
yıxılacağından və evdəkilərin səs eşidəcəyindən qorxan qız yerindəcə donub qaldı. O, qızın o biri 
çiynindən də yapışdı, bütünlüklə ona söykənərək dayanırdı. Qız hirslənməmişdi, yalnız bir şey haqda 
düşünürdü: «Neyləməli? Heç kim bilmədən onu necə yuxarı apara bilərəm?» Birbaşa ərinin sifətinə 
baxdı, gözəl gözləri, qorxuducu solğunluğu onu mütəəsir elədi və qız nəvazişlə dedi: 
 
       – Boş şeydi. Boş şeydi. Mənə söykən, yuxarı qalxaq. 
 
         Qız ikrah hiss eləmirdi, əzabverici rəhm hissi qəlbindən hər şeyi vurub çıxarmışdı. Onun belini 
qucaqlayaraq, onunla birlikdə pilləkənə  doğru yönəldi.  Bircə heç kim eşitməsəydi! Bircə onu hiss 
olunmadan yuxarı apara bilsəydi! 
 
       – Danışma, mənə söykən! – qız pıçıldadı. 
 
        Onu bütün gücü ilə saxlayaraq, qız pillələri qalxmağa başladı. Bu, onun düşündüyündən də asan 
oldu. Meydançanı da keçdilər … və yataq otağı, təhlükə keçdi! Vəssəlam! O, çarpayıya köndələninə 
uzanıb, qapı bağlıdır. Yalnız indi bütün bədəninin titrədiyini hiss elədi, bir-birinə dəyən dişlərinin 
şaqqıltısı belə eşidilirdi. Böyük güzgüdə özünə ani bir nəzər saldı. Müavizinətini saxlamaq üçün ərinin 
çiyinlərindən  yapışdığı donunun gözəl krujevaları cırılmış, barmaqlarının yeri qırmızı ləkə kimi 
qalmışdı. Çiyninə xalat atıb ərinə yaxınlaşdı. O, hərəkətsiz halda uzanmışdı və qız onun oturub, belini  
çarpayının arxasına söykəməsi üçün heç də az əziyyət  çəkmədi. Qız baş sındırırdı, ona nə versin?  
Qoxulamaq üçün olan duzmu? Bəlkə, bu kara gəldi… Onu nəhayət, yatağına uzadandan sonra sifətinə 
bir xeyli baxdı. Gözləri qapalı idi, əgər birdən qız  taqətsizləşsəydi, görməyəcəkdi. Amma o 
ağlamayacaqdı! Özünün də  yatağa uzanmasından  başqa əlindən bir şey gəlmirdi. Soyunub işığı 
söndürdü. Əri ağır və bərkdən nəfəs alaraq yatırdı. Cip qaranlığa baxaraq, istehza ilə gülümsədi. Qız 
romanların səhifələrindən oxuduğu yeni evlənən, xəcalətdən qızarmış halda və iztirab çəkərək öz gənc 
ərlərinin qulağına: «Demək istəyirəm, bizdə nəsə…belə!» pıçıldayan bütün təzə ərə getmiş qızları 
xatırladı      
 
  
 
 
 
VI  FƏSİL 
 
 
 
        Sübh şəfəqlərində Cip dərin yuxuya dalmış Forsenin sifətinə baxanda ilk fikri bu oldu: «Onun 
görünüşü elə axşamkı kimidir» və birdən düşündü, qəribədir, nə axşam, nə də indi onda ərinə qarşı 
ikrah hissi yoxdur.  Yeni kəşfini – ərinin başıpozuqluğunu sakit qarşıladı. Bundan əlavə onun bu 
xasiyyətini çoxdan bilirdi, konyakı elə içə bilmirdi ki, bunu başqaları hiss eləməsin. 
 
         Ehtiyatla ayağa qalxıb ərinin kətilin üstünə atılmış paltarlarını yığışdırdı, ayaqqabısını götürüb 
hamama getdi və orada, pəncərədən güclə süzülən səhər şəfəqlərində onları təmizləməyə başladı. Sonra 
səs salmadan çarpayıya yaxınlaşıb, donunun qopardılmış krujevasını tikmək üçün iynə və sap götürdü. 
Heç kim heç nə bilməməliydi, hətta əri də. Cip bir müddət  daha qorxulu olanı da unutdu, ancaq   


Yüklə 6,61 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə