ÖLÜMDƏn güCLÜ



Yüklə 6,61 Mb.
Pdf görüntüsü
səhifə25/85
tarix17.11.2018
ölçüsü6,61 Mb.
#80797
növüQaydalar
1   ...   21   22   23   24   25   26   27   28   ...   85

gözlənilmədən ürək bulanması yenidən özünü hiss elətdirdi. Hələlik hamilə olduğunu gizlin 
saxlayacaqdı, heç kim bilməyəcəkdi, ən axırda da əri biləcəkdi!  
 
        Səhər həmişə olduğu kimi keçdi, ancaq günorta çağı Cip studiyaya gələndə ərini orada görmədi. 
Səhər yeməyi yemək üçün masa arxasına keçəndə isə xidmətçi gəlib məlumat verdi: 
 
        – Qraf Rosek. 
 
          Cip tərəddüd içində ayağa qalxdı. 
 
        – Deyin mister Forsen evdə yoxdur. Yox… qonaqdan soruşun, səhər yeməyi yemək istəyirmi? Bir 
şüşə də ağ şərab gətirin. 
 
          Bu qısa anlarda, Rosek gələnə kimi qızın sifətində cöngələrin otarıldığı otlağa girən adamın 
sifətindəki ifadə vardı. Hətta ən ciddi tənqidçi belə Roseki nəzakətinin çatışmazlığında qınaya 
bilməzdi. Qustavı görməyə ümid eləyirmiş və səhər yeməyinə dəvət olunması Cipin tərəfindən ona 
göstərilən çox böyük diqqətdir.   
 
       O, görünür, korsetdən istifadə eləməmişdi, ancaq nəsə sırtıqcasına görünüşü vardı. Sifəti yüngülcə 
qaralmışdı, sanki, açıq və günəşli havada çoxlu günlər keçirmişdi. Arsız iradlarına yol vermədən 
danışır, onların «möcüzə evlərini» tərifləyirdi, sənətdən və musiqidən söz düşəndə isə müzakirəyə 
qızğıncasına qoşulurdu. O indi   Cip üçün elə də usandırıcı deyildi. Səhər yeməyindən sonra onlar 
bağdan keçib studiyaya getdilər və Rosek royalın arxasında oturdu. Onun royala toxunma tərzi dərin, 
nəvazişli idi, dəmir barmaqlardan və təmiz çalmağa olan həvəsindən xəbər verirdi. Cip divan üstə 
oturdu. Rosek Şumanın «Uşaq səhnəsi»ni çalırdı. 
 
       Belə gözəl səslər çıxaran insan axmaq hərəkətlərə yol verə bilərdimi? Cip birdən səsləndi: 
 
       – Qraf Rosek! 
 
       – Hə, madam? 
 
       – Deyə bilərsinizmi, dünən nəyə görə Dafna Uinqi bura göndərmişdiniz? 
 
       – Mən?! 
 
       – Hə. 
 
         O, kətildə dönüb, geniş açılmış gözlərini qıza zillədi: 
 
        – Bir halda məndən soruşursunuz… Elə zənn eləyirəm, Qustavın onunla tez-tez görüşdüyü sizə 
məlumdur? 
 
           O, Cipin  qabaqcadan bildiyi cavabı verirdi.  
 
        – Bəs mən nəyə görə buna etiraz eləməliyəm? 
 
          O qalxdı və soyuq tərzdə dedi: 
 


        – Çox şadam ki, siz etiraz eləmirsiniz. 
 
        – Niyə şadsınız? 
 
          Cip də ayağa qalxdı, Rosekin onunla bir boyda olmasına baxmayaraq, qız onun şıq kostyumunun 
altında necə möhkəm əzələlərinin gizləndiyini, hansı ilan xislətinin yatdığını hiss edirdi. Qızın ürəyi 
çırpınırdı. 
 
       Rosek ona doğru bir addım atdı. 
 
       – Mən şadam siz başa düşürsünüz ki…  Qustavla hər şey… bitmişdir… 
 
        O, bir anlığa danışmağa söz tapa bilmədi, görünür, səhvə yol verdiyini başa düşdü, ancaq hansı 
səhvə yol verdiyini anlamadı… Cip, yalnız gülümsədi. Onun yanaqlarını zəif qızartı bürüyürdü. 
 
       – Qüstav tezliklə sönəcək vulkandır. Sizi inandırıram, mən onu yaxşı tanıyıram. Sizin də onu yaxşı 
tanımanız lazım gəlirdi. 
 
       – Niyə? 
 
       – Boş yerə vaxt sərf eləməmək üçün. Sizi başqa məhəbbət gözləyir, – Rosek dişlərinin arasından 
dedi. 
 
        Cip yenidən gülümsədi. 
 
        – Mənə olan sevginizə görəmi dünən onu elə  içirtmişdiniz?  
 
        – Cip! – qız irəli getmək istədi, ancaq Rosek qapı ilə onun arasında dayanmışdı. – Siz heç vaxt 
onu sevməyibsiniz. Bu da mənə haqq qazandırır. Siz ona layiq olduğundan da artıq  çox şey bəxş 
eləyibsiniz. Aman Allah! Siz mənə əzab verirsiniz… Mən, sadəcə, dözə bilmirəm… 
 
        O, birdən ağappaq ağardı, onun sifətində, sanki, bircə alışıb yanan gözləri qaldı. Cip vahiməyə 
düşdü və elə ona görə də tamamilə özünü ələ aldı. Döngəyə açılan yan qapıdan çıxıb qaçsınmı? 
Görünən bu idi ki, Rosek ondan qorxduqlarını hiss edən hipnozçu kimi, onun müqavimətini öz 
baxışlarının gücü ilə qırmaq istəyirdi. 
 
        İrəlimi addımladı, ya  Cipə elə gəldi  ki, o, yaxınlaşır. Onu ikrah hissi bürüdü, sanki, Rosekin əlləri 
ona toxunurdu.  
 
        Qız baxışlarını qaçırtdı və birdən gözlərinə onun qıvrım saçları sataşdı. Əlbəttə, hə, əlbəttə ki, 
sancaqlarla burulmuşdu! Və onun dodaqlarından az qala güclə eşidilən sözlər çıxdı: 
 
        –   Technique merveilleuse! (Çox gözəl texnika! (Frans.)  
 
        Rosekin gözləri vurnuxurdu, dodaqları sallanmışdı. Cip otağı keçib əlini zəngin düyməsinin 
üstünə qoydu. Sanki, heç bir qorxusu yox idi. Rosek heç bir söz demədən geri döndü və bağa çıxdı. Cip 
sükut içində onun cığırla necə getməsinə tamaşa edirdi. Onu  qarşısında heç kimin, hətta ən şiddətli 
ehtirası olanların belə duruş gətirə bilmədiyi silahla, gülüş silahı ilə məğlub elədi. Qız əsl qorxu hiss 
keçirdi, bu necə ola bilərdi, o, əslində, az qala bu əlbəyaxa döyüşdə məğlub olacaq,  yaxınlıqda bir belə 


xidmətçisi olan öz evində  bu adamın hakimiyyəti altına düşəcəkdi! 
 
        Bağdan onu yayın ilk isti qoxusu vurdu. İyunun ortası idi! Mürgülü hava həşəratların vızıltısı və 
qoxularla dolu idi.  
 
         Cip kölgədə oturdu. Küçüklər otun üzərində mayallaq aşır, zingildəyirdilər, o, isə özünün balaca 
dünyasında hansısa bir məna, özü üçün hansısa bir müdafiə axtarırdı. Ona elə gəlirdi, ətrafı nə isə 
qorxulu bir şeyin gizləndiyi isti, ağır dumana bürünüb. Məğrurluğu və iradəsi, yalnız bunlar ona öz 
qorxusunu kiməsə büruzə verməməyə kömək elərdi. 
 
 
 
       Evdən çıxandan sonra Forsen taksiylə rastlaşana kimi uzun müddət piyada getdi. Oturacağın 
arxasına söykənərək, şlyapasını çıxartdı və taksiyə nə qədər bacarırsa iti sürməsini xahiş elədi. Əhvalı 
pis olanda o, belə eləməyə alışmışdı. İti sürət onu sakitləşdirirdi. Bu gün isə ona sakitləşmək daha 
vacibdi. Öz çarpayında oyanasan və hətta  harada olduğunu başa düşməyəsən! Bu, onun üçün hər bir 
iyirmi səkkiz yaşlı kişilərdə olduğu kimi yeni şey deyildi, ancaq evlənəndən sonra ilk dəfə belə olurdu. 
Əgər o, heç nə xatırlamasaydı bir az rahatlanardı. Ancaq tutqun halda qaranlıq qonaq otağını və 
yanında dayanmış xəyala oxşayan Cipi xatırlayırdı. Bu nəyə görəsə onu çox qorxudurdu. O, bir çoxları 
kimi qorxurdusa, demək, işləri pis idi.     
 
      Əgər Cip onun kefə qurşandığı o biri qadınlar kimi olsaydı, o, özünü bu qədər əzilmiş, təhqir 
olunmuş hiss eləməzdi. Əgər Cip onlara oxşasaydı, çoxdan onlarla  Rosekin dediyi kimi  «qurtarardı». 
O, yaxşı bilirdi ki, qurtara bilməz. O, içə bilərdi, başıpozuq həyat sürə bilərdi, ancaq Cip onun qəlbinə 
yol tapmışdı. Cipin hakimiyyətinin cazibəsi, gücü, sirri onun itaətində idi. O, artıq Cipdə  bu anlaşılmaz  
anadangəlmə həssaslığa bələd idi və hətta Cip  hisslərinin çılğınlığında ona uduzurdusa da, bütün 
hallarda öz zəif, sezilməyən gülüşü ilə kənarda qalırdı. Belə dərk edilməyən gülüşlə gecə və gündüz 
meşə, tarla gülürdü, bu gülüş çiçəklərin, ağacların, axan çayların, quş nəğmələrinin qısa, iztirablı 
etinasızlığında, ay və günəş işığında, təbiətin əbədi hərəkətində də özünü büruzə verirdi. 
 
        Qızın qara, yumşaqca gülümsəyən gözləri onu özünə çəkir, onda söndürülməyən bir atəş yaradırdı. 
O, elə adamlardandı ki, belələri ağır mənəvi iztirablara düçar olanda, dərhal onlardan üz döndərir, 
dinclik  axtarırlar. Bütün düşüncəsiz hərəkətləri ilə eqoizmin onlara vurduğu yaraları sağaldırlar. Sözün 
qısası, şıltaq, eyni zamanda şöhrət həvəsindən də məhrum olmayan, bəzən hamını özündən 
uzaqlaşdıran, bəzən də bütün başqa adamlar kimi  nəyləsə hamını cəlb eləyən tərbəyisiz uşaqlara 
bənzəyirlər. O, ayı əldə eləmək istəyirdi, əldə elədi, indi onu neyləyəcəyini bilmirdi, hələ də Cipdən 
möhkəm-möhkəm yapışırdı, ancaq zaman keçdikcə də, onun daha çox uzaqlaşdığını da hiss edirdi.  
Hərəkətlərində məruz qaldığı uğursuzluqların qızda mənən qaynayıb qarışması onu ağlını itirmək 
həddinə qədər gətirib çıxarırdı. 
 
        Onda mükəmməlliyə nail olmaq üçün hər şey var idi, hər şey, bircə onun özünün düşündüyü kimi 
yalnız başqaları üzərində üstünlüyün verə biləcəyi mənəvi dayanıqlıqdan başqa. Tez-tez yaşıdlarının 
ona nisbətən böyük uğurlar qazandığını eşidəndə heyrətlənir və qıcıqlanırdı.  
 
         Taksidə oturaraq düşünürdü. «Bəlkə, gecə mən özümü nəsə artıq-əskik aparmışam ki, o, belə 
hiddətlənib? Mən nəyə görə onu gözləmədim ki, hər şeyi öyrənim, hətta ən pisini də?» Qıyqacı 
gülümsədi, lap pisi də öyrənməyi elə də xoşlamırdı. Düşüncələr içində onu bu vəziyyətə salan Rosekin 
üzərində dayandı. Qadınlara tez bənd olan hər bir xudbin kimi Forsenin dostları az idi.  Rosek isə daimi 
dostlarından idi. Amma Rosekə də həqarətlə baxır, eyni zamanda da ondan qorxurdu. Böyük istedadı, 


Yüklə 6,61 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə