ÖLÜMDƏn güCLÜ



Yüklə 6,61 Mb.
Pdf görüntüsü
səhifə3/85
tarix17.11.2018
ölçüsü6,61 Mb.
#80797
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   85

uşaqlar tamamilə təsadüfi adamlara bağlanan kimi, ona bağlandı. 
 
         Mülkədər istirahət eləyən vaxtlarda, saat ikiylə beşin arasında ora getməyə başladı. Bu saatları 
Ciplə birlikdə keçirirdi. Parkda gəzir, qayıqla üzür, yağışlı havalarda isə gombul Bettinin də olduğu 
cansıxıcı uşaq otağında oturub qıza nağıllar danışırdı. Betti oturub hipnoz olubmuş kimi ona baxırdı, 
ancaq onun bütün sifətindən inamsızlıq, az qala  şübhə yağırdı. Uşaq otağında bir neçə saat keçirəndən 
sonra onun üçün ev sahibinin kabinetinə gedib onunla siqaret çəkmək, söhbət eləmək çətin idi. Bu 
söhbətlər ona  özünü ələ almaq üçün nə qədər nəhəng güc sərf elədiyi keçən günləri çox aydın 
xatırladırdı. Heç nədən şübhələnməyən mülkədar onu sevinclə qarşılayır və uşağa göstərdiyi 
xeyirxahlığa görə ara vermədən minnətdarlıq edirdi. Yazda mülkədar onu öz qəyyumu və Cipin hamisi 
təyin edərək, öldü. Arvadının ölümündən sonra onun işləri pozulmuşdu, varidatı girov qoyulmuşdu və 
yenidən girov qoyulmaq üzrəydi. Uinton bu xəbəri qəddar bir məmnunluqla qəbul elədi və bu vaxtdan 
da Cipi öz yanına aparmaq haqda ciddi düşünməyə başladı. Mayn-stritdəki ev satılmış, Linkolnşiredeki 
malikanə icarəyə verilmişdi. Cipi və onun mürəbbiyəsi Bettini Mildenxemdəki ovçu evinə apardı. Var 
qüvvəsi ilə çalışırdı ki, bütün qohum-əqrəbasını qızdan uzaqlaşdırsın, bunun üçün adamları özündən 
müəyyən məsafədə saxlaya bilmək bacarığını işə salmışdı. Həmişə nəzakətli qalaraq, sadəcə, öz buz 
kimi soyuq təkəbbürü ilə onlara bura gəlməyi tərgitdirirdi. Onun hərəktlərinin motivləri şübhə 
doğurmaya bilməzdi, o, imkanlı adam idi. İl ərzində  bircə Bettidən başqa hamını Cipdən uzaqlaşdırdı. 
Haqlı olduğuna şübhə eləmirdi, Cip onsuz özünü xoşbəxt hiss eləyə bilməzdi, o da Cipsiz. Nəhayət, 
qərara aldı ki, qız onun adını daşımalıdı, heç olmaya Mildenxemdə. Markiyə əmr verdi, bundan sonra 
Cipi missis Uinton kimi çağırırsan! Həmin gün ovdan qayıdanda Betti onu gözləyirdi. Qadın kabinetin, 
bu olduqca tutqun otağın uzaq küncündə dayanmışdı. Onun girdə, qırmızı sifətində qorxu və qətilik 
ifadəsi var idi,    artıq öz ağ önlüyünü əzik-üzük eləməyə fürsət tapmışdı. Onun mavi gözləri hansısa bir 
ümidsiz çağırışla Uintonun baxışlarını qarşıladı.  
 
        – Ser, mən sizinlə Markinin mənə dediklərinə görə görüşmək istədim. Mənim qoca sahibim 
bundan çox narazı olardı. 
 
          Möhkəm incimiş Uinton buz soyuqluğu ilə dedi: 
 
        – Demək belə! Bununla belə, siz iltifat göstərib, mənim arzumla hesablaşmalı olacaqsınız. 
 
          Qadının sifəti qıpqırmızı oldu. 
 
        – Bəli, ser. Ancaq mən gördüyümü görmüşəm. Mən heç vaxt heç nə deməmişəm, ancaq mənim 
gözüm var. Əgər miss  Cip sizin adınızla çağrılarsa, onda şaiyələr yayılar və mənim sevimli mərhum 
sahibəm… 
 
         Onun baxışları qadını sözünü yarımçıq kəsməyə məcbur elədi. 
 
       – Siz lütfən, öz təsəvvürlərinizi özünüz üçün saxlayın. Əgər bircə sözünüz və ya hərəkətiniz belə 
şaiyələr üçün xırda bir rəvanc verərsə, siz buradan gedəcək və bir daha heç vaxt Cipi görməyəcəksiniz! 
Hələliksə, mən nəyi tələb edirəmsə, onu da eləyəcəksiniz. Mən Cipi qızlığa götürmüşəm.  
 
       Betti həmişə az da olsa, Uintondan qorxurdu, ancaq indiyə kimi onun gözlərində belə ifadə 
görməmiş, onun belə səslə danışdığını eşitməmişdi. Ay kimi girdə başını aşağı salıb, gözləri yaşlı halda 
önlüyünü əzişdirərək, otaqdan çıxdı. Uinton pəncərənin qabağında dayanıb toranlığın necə çökdüyünə, 
cənub-qərb küləyinin yarpaqları necə qovduğuna baxırdı. O, öz qələbəsinin acısını sona qədər içdi. 
Onun əbədi sevimlisi, uşağının anası olan mərhum qadına  heç vaxt heç bir haqqı olmamışdı. İndi o, 


ədalətə görə Cipin atası olmalıydı. Əgər şaiyələr yayacaqdılarsa, nə olsun, qoy yaysınlar! Bu, onun 
bütün əvvəlki ehtiyatlılığının iflası idi, adi instinktin qəti qələbəsi idi. Onun gözləri qıyıldı, diqqətlə 
qaranlığa baxmağa başladı.  
 
 
 
II FƏSİL 
 
 
 
        Bütün ağla gələn rəqiblərinə qalib gəlib, Cipin ürəyini fəth eləsə də,   bir rəqibi də qalıbmış. Bu 
rəqibinin gücü, yalnız indi Cip gedəndən, o özü də buxarının yanında oturub qızın gedişi və öz keçmişi 
haqqında düşünəndən sonra aydın oldu. Həyatında qırmancın və atın başlıca rol oynadığı, iradəli 
insanlar zümrəsinə mənsub olan bir adamın,  balaca qızın həyatında musiqinin  nə rol oynadığını,  
həqiqətən də, başa düşdüyünü gözləmək belə çətindir. Bilirdi ki, qız təkid eləyir ki, ona notları, 
«Meşədə koma» mahnısını və digər melodiyaları çalmağı öyrətsinlər.  Bu işlərə qarışmamağa çalışırdı 
və Cipin hansı acgözlüklə hər şeyi, hətta musiqi üzrə mürəbbiyəsinin ona öyrətdiklərindən də çox 
mənimsədiyindən şübhələnmirdi.  Heç ona da əhəmiyyət vermirdi ki, qız təsadüfi bir musiqiyə, – 
müqəddəs mahnılara, kənd kilsəsindəki xorla oxunanlara, xüsusi ilə də «Günahların bağışlanması 
vaxtı»na hansı sevinclə qulaq asır. Vəhşi yırtıcının qovduğu maralın buynuzlarının uzaqdan gələn 
səslərinə, hətta Markinin fitlə çaldığı qeyri – adi melodiyalara belə qulaq asırdı.  
 
       Əvəzində isə qızın başqa işlərini– onun itlərlə və atlarla maraqlanmasını  tamamilə bəyənirdi və 
onun ovcunda eşşəkarısını tutub balaca zərif qulağına apararaq, vızıltısına qulaq asmasını sonsuz bir 
maraqla izləyirdi. Köhnə dəbli, yazda yasəmənlərin və nəfəsotunun, yayda qərənfillərin, qızılgüllərin, 
peyğəmbər çiçəyinin, payızda isə payız çiçəklərinin və günəbaxanların çiçək açdığı  bağdakı ləklərə 
daim soyğunçu hücumlarını da bəyənirdi.  Hər tərəfdən at tövlələri ilə sıxışdırılan bu bağ həmişə 
baxımsız və ot basmış vəziyyətdə olurdu. Qız quşların necə oxuduqlarına qulaq asmağa can atanda da, 
onu başa düşürdü, ancaq musiqiyə olan bu sonsuz həvəs, sadəcə, onun dərk eləmədiyi bir şey idi. Cip 
əhvalı tez-tez dəyişən, nəyləsə  öz cəhrayı itinə oxşayan, ya kəpənək kimi şən, ya da gecə kimi tutqun 
olan  şıltaq bir varlıq idi. Baş verən hər cür qəddarlıq onun ürəyinə toxunurdu. Özünə olan  qürur və 
inamsızlıq ona elə hopmuşdu, bir kimsə başa düşə bilməzdi ki, nəyə görə, məhz indi onun əhvalı 
yaxşıdır və ya  pisdir. Qeyri – adi dərəcədə həssas olduğu üçün tez-tez elə təsəvvür edirdi ki, onu 
incidiblər. Ona pis heç nə arzulamayan insanların münasibəti birdən qıza heç kimin onu sevmədiyini 
göstərən təkzib olunmaz dəlil kimi görünürdü, baxmayaraq ki, o, hamını sevmək istəyirdi, demək olar, 
hamını.   Tez-tez də öz-özünə deyirdi: «Əgər məni sevmirlərsə, qoy sevməsinlər! Mənə heç kimdən heç 
nə lazım deyil!» Ancaq tezliklə bu fikirləri bulud dağılan kimi dağılır, qız yenidən hər şeyi və hamını 
sevməyə başlayır, şənlənirdi. Sonra isə onu yenidən hansısa ağlagəlməyən, düşünülməmiş inciklik sərt 
yaralayırdı. Həqiqədə isə xidmətçilər ona heyran idilər və onu sevirdilər. Ancaq o, doğulandan «nazik 
qabıqlı» olan, xüsusən də uşaqlıqda daha   «qalın gönlüləri»in arasında yaşayıb, özləri özlərinə əzab 
verən varlıqlardan deyildi.  
 
        Uintonun tam sevincinə rəğmən qız yəhərlənmiş atın qarşısında qorxu hissi keçirmirdi. Qızın çox 
yaxşı mürəbbiyəsi vardı, acınacaqlı vəziyyətə düşən admiralın qızıydı, Uinton onun üçün bundan 
yaxşısını tapa bilməzdi. Sonra da həftədə iki dəfə Londondan gələn musiqi müəllimi, zəhləsi gedən 
cənab, hansı ki, gizlində qıza daha çox heyran olubmuş, nəinki qızı ona. 
 
        Əksər yeniyetmə qızlar kimi onun yaraşıqsız dövrləri olmamışdı, o, çiçək kimi böyüyürdü, düz, 
tədricən. Ona baxarkən Uinton tez-tez sərxoşmuş kimi düşünürdü, başını döndərməsi, qüsursuz 


Yüklə 6,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə