ÖLÜMDƏn güCLÜ



Yüklə 6,61 Mb.
Pdf görüntüsü
səhifə33/85
tarix17.11.2018
ölçüsü6,61 Mb.
#80797
növüQaydalar
1   ...   29   30   31   32   33   34   35   36   ...   85

 
       – Bir çamadanı var, ser. 
 
       – Onda onun üçün otaq hazırlayın. Bu şəxslə tete-a-tete (göz gözə (Frans.) nahar eləmək lazım 
gələcək! 
 
       Bu səhər  Cip üçün ola bilsin həyatındakı ən qəribə səhərdi. Uşağın əmən dodaqları heyrət dolu bir 
hiss yaradırdı, – hansısa bir yumşaqlıq, sonu olmayan istilik, bu balaca varlığa qaynayıb qarışmaq 
arzusu. Və bu vaxt nə yumor, nə gözəllik hissi onu azacıq da dəyişdirmirdi. Bu bir çəngə qara saçı olan, 
pişikdən daha məlahətli qəribə, balaca varlıq idi. Az qala dırnaqları hiss olunmayan  bapbalaca cəhrayı 
əlləri, son dərəcə xırda əyri ayaqları,   açılanda hədsiz sakit olan çox gözəl qara gözləri, yatanda necə 
heyrətləndirici güclə əmməsi – bütün bunlar möcüzə idi! Cip bu varlığa minnətdar idi, nəinki onu 
öldürmədi, əksinə, ona həddən artıq iztirab da vermədi. Həm də ona görə minnətdardı ki,  baxıcı 
qadının dediyi kimi Cipə mükəmməl surətdə ana rolunda çıxış eləmək imkanı verdi, özünə bu qədər az 
inanan Cip də bu rolu oynadı! İnstiktlə  qərara aldı ki, bu, onun uşağıdır, daha Forsenin yox və qızcığaz  
tamamilə ona oxşayacaq. Nəyə görə onda  belə təəssürat yarandığını izah eləyə bilməzdi, bəlkə, 
balacanın qara gözlərinə, sakitliyinə görə bu qərara gəlmişdi? Saat üçə qədər onlar birlikdə yatdılar, 
möhkəm və can bir qəlbdə. Yuxudan oyananda Cip çarpayısının yanında dayanmış baxıcı qadını gördü, 
nəsə demək istədiyi hiss olunurdu. 
 
       – Əzizim, sizin yanınıza kimsə gəlib. 
 
        «Odur! – Cip düşündü. – Bilmirəm… Bilmirəm…» Görünür, üzü onun ifadəsini büruzə verdi. 
Baxıcı birdən dedi: 
 
       – Siz bu görüşə hazırsınızmı? 
 
       – Hə, yalnız beş dəqiqədən sonra, xahiş edirəm. 
 
         Bütün bu vaxt ərzində Cip onu görmədən öncə hazırlaşmaq fikrindən çox uzaqdı. Öz şəxsi 
fikirlərini ayırd eləməliydi, başa düşməliydi, onunla yanaşı uzanan bu balaca varlıq Forsenindir, ya 
onun? Bax, bu balaca köməksiz varlıq, qızcığaz  həm də Forsenin uşağıydı. Yox, qızcığaz onun deyildi!  
O, uşaq olmasını istəmirdi, bu qədər əzabla dünyaya gələndən sonra uşaq Forsenin yox, onun idi! Və 
heç vaxt da ona məxsus olmayacaqdı. Elə buradaca qəlbindən əvvəlki, onu günahlandıran fikir keçdi. 
«Mən ona ərə getmişəm, mən özüm onu seçmişəm. Bundan qaça bilməzsən!» Hiss elədi ki, indicə 
baxıcı qadına qışqıracaq: «Onu buraxmayın, mən onu görmək istəmirəm!» Özündə bu arzusunu boğub 
dedi:  
 
       – Hə, mən hazıram.  
 
        Əvvəlcə onun tünd boz, açıq xətləri olan  kostyumunu gördü, Cip özü bu parçanı seçmişdi. 
Qalstuku düyünlənərək yox,  bantla bağlanmışdı, saçları həmişə qırxılandan sonra   olduğundan da 
işıqlı görünürdü, üzündə yenidən bakenbardları əmələ gəlmişdi. Demək olar ki, Cip onun sifətinin 
titrədiyini həyəcanla seyr elədi. O, barmaqlarının ucunda cəld çarpayıya yaxınlaşdı, tələsik dizləri üstə 
çökdü, onun əlindən yapışaraq, ovcunu yuxarı qaldırdı və üzünü ovcuna söykədi. Onun bığlarının 
ucları barmaqlarını qıdıqlayırdı, burnu Cipin ovcunda yastılanmışdı və   üzünü onun əlindən çəkmədən 
nə isə mızıldayırdı. Qız onun dodaqlarının nəmli istiliyini hiss edirdi. Cip bilirdi ki, indi o, öz 
peşmanlığını, yəqin, bütün bu vaxt ərzində, Cip olmayanda yol verdiyi əxlaqsızlıqları, hiss elədiyi  
qorxuları, onu belə sakit və ağarmış görəndə keçirdiyi həyəcanları  gizləyir. Bir dəqiqədən sonra o, 


başını qaldıracaq və sifəti tamam başqa cür olacaq. «Nəyə görə mən onu sevmirəm? – Cip düşünürdü. – 
Axı onda məhəbbətə layiq olan nəsə var. Nəyə görə bacarmıram?»  
 
        Onun baxışları uşağın üzərində dayandı, o gülümsədi. 
 
       – Oy, mənim Cipim! O, necə də gülməlidir! Oy, oy, oy! 
 
         Onun sifətində komik nifrətin mimikası canlandı. Cip də, uşaq da ona gülməli göründülər, balaca, 
qırmızıtəhər çöhrə, iyirmi yeddi qara tük, güclə seçilən ağzından axan ağız suyu. Cip isə bütün 
bunlarda möcüzəli nəsə görürdü və heç kimə hörmət eləmədiyinə görə Forsenə olan qəzəbi onda 
yenidən baş qaldırdı. Yox, o, gülməli deyildi, onun qızcığazı da kifir deyildi! Hətta belə olmuş olsaydı 
da, o, cürət edib bunu ona deyə bilməzdi! 
 
         Forsen barmağı ilə uşağın yanağına toxundu. 
 
       – O həqiqidir, hə, hə! Madamuazel Forsen. Ts, ts! 
 
        Uşaq tərpəndi və Cip fikirləşdi: «Əgər mən onu sevsəydim, onun mənim uşağımı lağa qoymasına 
hirslənməzdim. Onda hər şey başqa cür olardı».  
 
       – Onu oyatma, – Cip pıçıldadı və üzərində onun baxışlarını hiss elədi. Cip bilirdi ki, onun uşağa 
olan marağı keçdi və indi o düşünür: «Səni təzədən qucaqlamaq üçün mən çoxmu gözləməliyəm?» Və 
birdən o, özünü indiyəcən heç vaxt zəif hiss eləmədiyi kimi zəif hiss elədi. O, bir də gözlərini açanda 
baxıcı qadın ona qoxulamaq üçün nəsə verir və deyinirdi: «Hə, mən əsl səfehəm!» Forsen artıq yox idi.  
 
        Cipin gözlərini açdığını görən baxıcı qadın naşatır spirtini yığışdırdı, uşağın yerini dəyişərək dedi: 
«Hə, indi də yatmaq vaxtıdır!» Və arakəsmənin arxasına getdi. Bütün çox sağlam insanlar kimi o, 
bəzən özündən narazı qaldığını başqalarından gizlətmirdi. 
 
        Cip isə yatmırdı. Ya yatmış uşağına, ya da divar kağızlarının bəzəklərinə baxaraq, mexaniki halda 
qonur və yaşıl yarpaqların arasındakı quşları axtarmağa çalışırdı, hər zolaqda, hər kvadratda bir   quş 
olmalıydı. Bir quş digər dördünün arasında, qırmızı dimdiyi, yaşıl və sarı lələkləri olan quş… 
 
        Baxıcı Forseni otaqdan çıxarıb, onu əmin eləyəndə ki, bu «yalnız yungülcə ürəkgetmədir», o, tam 
məyusluq içində aşağı düşdü. Özünü arzuolunmaz qonaq hesab elədiyi bu tutqun evdə qala bilmirdi. 
Ona bu evdə Cipdən başqa heç nə lazım deyildi, Cip isə heç toxunmağa macal tapmamış özündən 
getdi. Hansısa qapını açdı. Royal!  Qonaq otağı. Uf! Heç yerdə buxarı yanmır. Bu nə miskinlikdi!  
Qapıya yaxınlaşıb, dayandı və qulaq asmağa başladı. Səs-səmir yox idi. Soyuq otaqda boz işıq, dəhliz 
artıq tamam qaranlıq idi. Bu nə həyatdı ingilislər yaşayırdı, onun İsveçrədəki qədim kənd evində 
bundan qat-qat yaxşıydı, heç olmasa, hər ehtimala qarşı orada qışda buxarı əməllicə yanırdı. Və birdən 
o hirsləndi. Burada onun atası ilə görüşməyi gözləmək! Gecəni burada keçirmək! Ona  ədavət bəsləyən 
bu evdə döşündəki  uşaqla yanaşı yatan Cip, onun Cipi deyildi. Səssizcə düşməyə çalışaraq, dəhlizə 
çıxdı. Onun paltosu və şlyapası orada asılmışdı. Bəs çamadanı? 
 
        Çamadanı burada deyildi. Dəxli yox idi, onlar çamadanını sonra göndərərdilər.  Cipə yazmaq 
istəyirdi ki, bayılması  onu çox kədərləndirib, o, yeni bayılmalar olacağından ehtiyat eləyir və bu evdə 
qala bilmir, ona yaxın, eyni zamanda da uzaq olan bu evdə! Cip başa düşərdi! Birdən gözlənilməyən 
qüssə  ürəyini sıxdı. Cip! Cip ona lazımdı. Ona baxmaq, öpmək, Cipin yenidən ona məxsus olduğunu 
düşünmək! Çöl qapısını açaraq, kandarı adladı və qəlbində ağırlıq, kədər hiss edərək çölə çıxdı. 


Yüklə 6,61 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə