ÖLÜMDƏn güCLÜ



Yüklə 6,61 Mb.
Pdf görüntüsü
səhifə37/85
tarix17.11.2018
ölçüsü6,61 Mb.
#80797
növüQaydalar
1   ...   33   34   35   36   37   38   39   40   ...   85

gözlərinə xas bir kədər canlandı. 
 
       – Mənim üçün «Karnaval» çalın, – o dedi. – Biz indicə görərik. 
 
        Cip çalmağa başladı. O, başını tərpədir, barmaqlarını dişlərinə vurur və gözlərini ağardırdı, bu isə 
o deməkdi: «Yox, bunu başqa cür çalmaq lazımdır!» Sonra o, ah çəkdi. Cip qurtarandan sonra  Ciplə 
yanaşı oturdu, əlindən yapışıb barmaqlarına tamaşa edərək dedi: 
 
       – Hə, hə! Bu skripaçını müşaiyyət eləyərək, hər şeyi korlayıbsınız!  Trop  sympatique!  ( Çox 
yaxşıdır! (Frans.) Onurğa sütununu, onurğa sütününu, bax, nəyi düzəltmək lazımdır! Hər gün dörd saat 
olmaqla, altı həftə və işləriniz yenidən qaydaya düşər. 
 
        – Müsyo Armo, mənim uşağım var. 
 
        – Nə? Bu faciədir! – Cavabında Cip başını yırğaladı. – Siz onu sevirsiniz? Uşaq!!! O ciyildəyir? 
 
        – Çox az.  
 
        –  Mon Dieu! Hə, siz hələ də gözəlsiniz. Bu çox şey vəd edir. Əgər uşağınız varsa. Siz neyləyə 
bilərsiniz? Ondan azacıq da olsa azad olmaq olmazmı? Burada istedad təhlükədədir. Skripkaçı… indi 
də uşaq! C'est  beaucoup!  C'est trop! (Aman Allah! Bu həddən artıqdır! Bu olduqca çoxdur! (Frans.). 
 
         Cip gülümsədi. Ciddi görkəmi arxasında şəfqətli ürəyi olan  müsyo Armo isə onun əlini 
sığallayırdı.  
 
       – Siz böyüyübsünüz, mənim balaca dostum! – ciddi tərzdə dedi. – Həyəcanlanmayın, hələ hər şey 
itirilməyib. Ancaq uşaq!... Yaxşı! Cəsarətli olun! Biz hələ döyüşəcəyik! 
 
        Dodaqlarınıni necə titrədiyini o görməsin deyə Cip üzünü kənara çevirdi.  Burada hər şeyə, köhnə 
kitablara və notlara, hətta ev sahibinin özünə də hopmuş yunan tənbəksinin qoxusu, köhnə qəhvəyi 
pərdələr,  pişiklərin cığırlar açdığı, qurumuş cırtdan ağacları olan balaca baxımsız bağ, gözləri 
qəddarcasına dolanan müsyo Armo özü, bütün hər şey ona hər həftə şən, cəh-cəh vuraraq, bura gəldiyi 
o xoşbəxt, eyni zamanda da  müsyo Armonun razı qalaraq, onunla açıqca fəxr elədiyi o mühüm günləri 
xatırladırdı. O həm özünü, həm də onu xoşbəxt edirdi, axı o, təzədən çox gözəl çalacaqdı! 
 
         Yenidən müsyo Armonun səsi uğuldadı, qaba mehribanlıqla danışırdı: 
 
       – Yaxşı, yaxşı! Yeganə sağaldılması mümkün olmayan şey qocalıqdır. Siz yaxşı eləyib gəlibsiniz, 
mənim balam.  Əgər sizdə hər şey qaydasınca getmirsə, siz tezliklə təsəlli taparsınız. Musiqi!... 
Musiqidə siz hər şeyi unudarsınız. Nəhayət, mənim balaca dostum, bizim arzularımızı heç kim bizdən 
ala bilməz, nə ər, nə arvad, heç kim bunu eləyə bilməz. Bizim küçədə də bayram olacaq! 
 
         Sədaqətlə incəsənətə xidmət eləyən insanlardan hansısa bir məlahət yağır. Cip həmin gün 
Armonun evindən musiqiyə olan qızğın həvəsinin varlığını bürümüş halda getdi. Əgər o, öz həyatını 
onu korlayan şeylə müalicə eləməyə başlasaydı, bu ədalətli olardı, axı  hamoepatiya da buna əsaslanıb. 
İndi o, hər azad saatını musiqiyə verirdi. Müsyo Armonun yanına həftədə iki dəfə gedirdi, ancaq bu 
artıq xərc onu qorxudurdu, onların maddi vəziyyətləri getdikcə çətinləşirdi. Evdə  inadla məşğul olur və 
elə inadla da kompazisiyalar üzərində işləyirdi. Bütün yazı və yayı dərslərə getdi, bu vaxt ərzində bir 
neçə mahnı yazdı, ancaq hələ çox şey onda qaralama halında idi. Müsyo Armo mərhəmətli idi, görünür, 


başa düşürdü ki, ciddi tənqid ondakı həvəsi şaxta çiçəkləri öldürən kimi öldürə bilər. Bununla belə, 
onun əsərlərində nə isə bir təzəlik və bənzərsizlik vardı.  
 
       – Bunlar haqqında əriniz nə fikirləşir? – bir dəfə o soruşdu. 
 
       – Mən bunları ona göstərmirəm.  
 
        Hə, heç vaxt ona heç nə göstərmirdi, sadəcə, qorxurdu, onu qıcıqlandıran şeyləri nə cür lağa 
qoyduğunu bilirdi, hətta cüzi bir istehza belə onun özünə olan, onsuz da sısqa bitkiyə oxşayan  inamını 
qırardı. Öz müəllimindən başqa əsərlərini göstərdiyi yeganə adam nə qədər qəribə də olsa, Rosek idi. 
Bir dəfə onun hansısa bir əsərinin üzünü köçürən Rosek  heyrətləndi. Onun təriflədiyi bu balaca 
şıltaqlıq, istilik, görünür, həqiqi idi, ona minnətdar olan Cip özünün başqa əsərlərini,  bir dəfə isə onun 
üçün bəstələdiyi mahnını çaldı. Bu gündən də başlayaraq, ona qarşı qəlbində hansısa dostluq hissi 
bəsləməyə başladı və hətta bu solğun, qapalı, müəmmalı adama bir az da rəhm eləyirdi. Cip onu gah 
qonaq otağında, gah da bağda müşahidə eləyir və görürdü ki, arzusunun gerçəkləşəcəyinə olan inamını 
hələ də itirməyib. Doğrudu, Rosek heç vaxt öz hisslərini ona zorla qəbul elətdirmək istəmirdi, ancaq 
buna baxmayaraq, Cip bilirdi ki, azacıq əsas verərsə, hər şey yenidən başlayacaq. Onun sifətinin ifadəsi 
və dözümünün tükənməzliyi Cipə toxunurdu. Ona belə pərəstiş eləyən insana sonsuz nifrət eləyə 
bilməzdi. Cip onunla Forsenin borclarıyla bağlı da məsləhətləşirdi. Əgər Rosekə olan böyük məbləğdə 
borcu nəzərə alınmazsa, artıq onun bir neçə yüz funt borcu yığılmışdı. O, belə borca necə düşə bilərdi? 
Onun qazandığı pullar nec olurdu? Bu yay onun qonorarı yüksək idi.  Hamısınımı Dafna  Uinqə 
xərcləyirdi, ya başqa qadınlara?   
 
        Forseni diqqətlə müşahidə eləyərək, qəti əmin oldu ki, onda nə isə dəyişikliklər olub. Bir sözlə,  
yayı qırılınca elə hey açarını fırladığın saat kimi onda nəsə qırılmışdı. Ancaq o, əvvəllər olduğundan 
daha inadla işləyirdi. Cip uzaqdan onun uzun-uzadı  çaldığı hansısa hissəni eşidirdi, sanki, nə qədər 
çalsa da,  hey narazı qalırdı. Onun ifasında əvvəlki alov və genişlik yox idi, çalğısı daha quru olmağa 
başlamışdı və onda hansısa ruh düşkünlüyü hiss olunurdu. Cip onun gizlicə içdiyini bilirdi, buna 
əmindi. Ancaq nəyə görə?   Onunla arası dəydiyinə görəmi? Ya qıza görə? Ya sadəcə, bu, ona öz sərxoş 
əcdadlarından keçmişdi? 
 
        Cip özünə belə suallar verməməyə çalışırdı. Bu, onu özüylə mənasız mübahisələrə, onu sevmədiyi 
haqda yeni etiraflara, bu qız haqdakı məqsədsiz mühakimələrə, bir sözlə, hər şeyin məqsədsiz inkarına 
kimi aparıb çıxarardı. Yox, bütün bunlar çarəsizlik idi! 
 
        Forsen yüngülcə qıcıqlanırdı və görünür, musiqi dərsləri onu hirsləndirirdi, dərslər haqqında nifrət 
dolu bir dözümsüzlüklə danışırdı. Cip bilirdi ki, Forsen bunların adicə həvəs olduğunu başa düşür. Onu 
həm də Cipin çox vaxtını uşağa həsr eləməsi də hirsləndirirdi. Qızcığaza  qəribə münasibət bəsləyirdi
Bettini təşvişə salaraq, uşaq otağına girir, uşaqla on dəqiqəyə kimi əylənir, sonra da onu öz çarpayısına 
qoyub çıxırdı. Bəzən Cip uşaq otağında olanda da, o, bura baş çəkir, uşağa sakitcə baxır, onu götürüb 
aparırdı. 
 
     Onu sevməməsi fikri, ən çox da, xilas eləyə bilməməsi bir yana, özünü dərdin altına verdiyini dərk 
eləməsi Cipə həmişə əzab verirdi. Təbiətin acı istehzasına bax, şöhrət düşkünlüyünə görə onu necə də 
cəzalandırırdı! Cip onun tələblərinə güzəştə gedirdi, ancaq bu güzəşt ona misli görünməmiş gərginlik 
bahasına başa gəlir, hər gün də Forsendən uzaqlaşırdı. Xasiyyəti beləydi,  özündə nəsə sınana kimi 
passiv halda dözməyə qadirdi, amma sınandan sonra hər şeyə son verirdi! 
 
        Yaz və yay Cip üçün, sanki, hardasa toz pərdəsi arxasında, qorxunc dərəcədə uzaqda olan, 


Yüklə 6,61 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə