ÖLÜMDƏn güCLÜ



Yüklə 6,61 Mb.
Pdf görüntüsü
səhifə41/85
tarix17.11.2018
ölçüsü6,61 Mb.
#80797
növüQaydalar
1   ...   37   38   39   40   41   42   43   44   ...   85

 
        Cipin ürəyi düşdü. Müsyo Armo tərpənmədi, onun gözlərində qorxu ifadəsi vardı. 
 
         Forsen barmaqlarını baş-başa çatıb çırtma çaldı. 
 
       – Bu qoca Pantalon! Fu…Fu, məşuqa bir baxın! 
 
        Cip qocanın necə titrədiyini gördü,   ayağa sıçradı və qışqırdı: 
 
       – Sən… sən əclafsan! 
 
         Cip müsyo Armonun səsini eşitdi: 
 
       – Siz buradan getməmişdən əvvəl mənə öz axmaq hərəkətinizi izah eləməlisiniz! 
 
          Forsen yumruğuyla hədələdi və nə isə mızıldanaraq çıxdı. Onlar çöl qapısının necə çırpıldığını 
eşitdilər. Cip pəncərəyə doğru döndü və dayanıb həyətə baxmağa başladı. Hətta buraya da yay ayaq 
açmışdı. Qurumuş ağacların yarpaqları işıldayırdı, günəşin istisində boynunda mavi  bant olan qara 
pişik  qızınırdı. Yan küçədən çiyələksatanın səsi eşidilirdi. Cip müsyo Armonun hələ də dayanıb 
ovcunu ağzına sıxdığını bildiyindən vicdan əzabı çəkirdi. Bu xeyirxah və  fağır qocanı belə təhqir 
eləyəsən! Əri hələ belə ələ salmağa qədər getməmişdi. Bunu heç vaxt ona bağışlamayacaqdı. Onu da 
təhqir elədi, daha dözə bilməzdi! Cip döndü, hər iki əlini müsyo Armoya uzatdı: 
 
       – Son dərəcə təəssüfləndim! Əlvida əzizim, əziz müsyo Armo! Mən beşinci gün gələcəyəm. –  Və 
qoca Cipi saxlamağa macal tapmamış, o, küçəyə qaçdı.  
 
        Cip küçəni keçib səkiyə çıxan kimi,  paltosundan kiminsə yapışdığını hiss elədi  və Forseni gördü. 
Cip ondan xilas olub, cəld irəli addımlamağa başladı. Doğrudanmı, o, küçədəcə tamaşa verməyə 
hazırlaşırdı? O, yenidən Cipin əlindən yapışdı. Cip döndü və birbaşa onun sifətinə baxaraq, buz 
soyuqluğu ilə dedi: 
 
        – Xahiş edirəm, küçədə tamaşa verməyəsən və məni təqib eləmə. Əgər mənimlə danışmaq 
istəyirsənsə, bunu evdə də eləyə bilərsən. 
 
        Cip sakitcə irəli getdi, ancaq Forsen hələ də bir neçə addım arxada onu təqib edirdi. Cip ilk 
yaxınlaşan taksiyə əl elədi və oturan kimi də: 
 
       – Beri-stritə, – dedi, – cəld olun! – Pəncərədən Forsenin onun arxasınca atıldığını, ancaq onu 
saxlamaq üçün çata bilmədiyini gördü. O  donub qalmışdı, hətta geniş ətəkli şlyapanın altından da onun 
sifətinin ölümcül dərəcədə ağappaq olduğu görünürdü. Ancaq Cip elə hirslənmiş və əzilmişdi ki, belə 
şeyləri düşünəsi halda deyildi.  
 
        Atasıgilə getməyi qərara aldı. Forsenin yanına bir daha qayıtmayacaqdı, bəs Bettiylə uşağı oradan 
necə götürəcəkdi?  
 
        Uinton, yəqin, indi öz  klubundaydı. Sürücüyə tərəf əyilib dedi: 
 
       – Yox. Xahiş edirəm, Xayd-lark-kornerə sürün. 
 


         Onu tanıyan şveysar yanındakı oğlana qışqırdı: «Mayor Uintonu çağır, cəld!». Sonra da  öz 
hücrəsindən çıxıb ona kətil və «Tayms» qəzetini verdi.  
 
        Cip dizləri üstə qəzet oturaraq, ətrafındakıları,  küncdə iztirablı halda özünü çəkdirən gombul, 
qoca centlmeni, sinidə çay yanından keçən, ağ şapkalı lakeyi, qarmaqlardan asılan şlyapaları, teleqraf 
lentlərini xatırladan ağ kağız parçaları yapışdırılmış, yaşıl mahudla üzlənmiş taxtanı  və taxtanın 
qabağında dayanan klubun üç üzvünü dumanlı halda görürdü. Onlardan ucaboy, bədənli, xeyirxah, ağ 
jiletində pensne olan birisi küləş rəngli şlyapasını çıxardı və elə dayandı ki, Cipə baxmaq rahat olsun və 
hətta bu zaman təngə gətirən kimi görünməsin. Görünür, Cip onun xoşuna gəlmişdi. Sonra atası bu 
adamların yanından  keçib,  tələsmədən gəldi, bu kişi məbədgahından bacardığı qədər tez uzaqlaşmaq 
üçün ayağa qalxdı və atasını pilləkəndə qarşıladı. 
 
       – Ata, mən səninlə danışmalıyam. 
 
        O, qızına ani nəzər saldı, şlyapasını götürdü və onun arxasınca çıxışa doğru getdi. Maşında qızının 
əlindən yapışıb soruşdu: 
 
       – Əzizim, nə baş verib? 
 
       – Sənin yanına qayıtmaq istəyirəm. Mən  daha orada qala bilmərəm. Bu…  ümumiyyətlə, hər şey 
qurtardı. 
 
          O, qızının əlini möhkəmcə sıxdı, sanki, gerisini danışmaq əzabından onu xilas eləmək istəyirdi. 
Cip davam elədi:  
 
        – Amma mən uşağı götürməliyəm, qorxuram, məni geri qayıtmağa məcbur eləmək üçün o, 
qızcığazı saxlamaq istəyə. 
 
        – O indi evdədir? 
 
        – Bilmirəm. Mən  ona getdiyimi demədim. 
 
           Uinton saatına baxdı. 
 
         – Uşaq bu vaxtı oyaq olur? 
 
         – Hə, çaydan sonra. Sərin düşəndə. 
 
         – Onda mən bu maşını götürürəm. Sən mənim evimdə qal, uşaq üçün otaq hazırla. Mən qayıdana 
kimi həyəcanlanma və otaqdan çıxma. 
 
           O, necə də misilsiz idi, hətta bircə sual belə vermədi! 
 
           Maşın Betti-stritdəki evin yanında dayandı. O sakitcə soruşdu: 
 
        – İtləri də götürüm? 
 
        – Hə. Oy, hə! O, itləri sevmir! 
 


        – Yaxşı. Gecə üçün sizə bir qədər sonra hazırlıq görərik, mən qayıdandan sonra. Ancaq bu dəfə 
mən risq eləməyəcəyəm. Missis Markiyə denən, qoy sənə çay versin.  
 
         Cip maşının necə getdiyini və atasının ona necə əl elədiyini gördü, həyəcanlı və yüngülləşmiş 
halda zəngin düyməsini basdı. 
 
                                         
 
                                           XVII   FƏSİL 
 
 
 
         Maşın Sent-Ceyms-stritə yola düşəndə Uinton sürücüyə əmr elədi: 
 
        – Nə qədər mümkünsə, sürətli!  
 
         Onun günəşdə yanmış boynu yüngülcə qızarırdı, aşağı enmiş kipriklərinin altından gözləri ayıq-
sayıq halda baxırdı, dodaqları möhkəmcə sıxılmışdı. Onun sifətində tülkü meşədən qaçarkən ovçunun 
sifətində olan ifadə var idi.  Hə, o, risq eləmək istmirdi, birbaşa hücum eləməyəcəkdi. Əgər lazım 
gələrdisə, bunu həmişə eləyə bilərdi. Onun başqa kişilərə nisbətən daha möhkəm əsəbləri,  çox çətin və 
ya kiçik işlərdə ətrafındakı ingilislərə xas olan dəmir iradəsi,  fərasəti var idi. Forsenin evinin yanında  
maşını saxladı, düşüb qapının düyməsini basdı və ağlına belə fikir gəldiyindən, hətta məmnunluq 
duyaraq,  xidmətçidən  Cipin evdə olub olmadığını soruşdu. 
 
        – O yoxdu, ser. Mister Forsen evdədir. 
 
        – Hə! Bəs uşaq? 
 
        – Evdədir, ser. 
 
        – Mən uşağı görmək istəyirəm. O, bağdadırmı? 
 
        – Hə, ser. 
 
        – İtlər də oradadır? 
 
        – Hə, ser. Ser, sizə çay verimmi?   
 
        – Yox, sağ olun. –  Söz – söhbət olmadan və Ciplə onun razılığına şübhə salmadan bunları necə 
eləmək olardı? Düşünüb, əlavə elədi. – Mən missis Forsen qayıdandan sonra çay içəcəyəm. 
 
           Bağı keçən kimi də başa düşdü ki, Forsen yemək otağının pəncərəsinin qabağında dayanıb onu 
izləyir. Uşaq bağın o biri başında ağacların kölgəsində idi, küçüklər qızğınlıqla Uintonun üstünə 
atıldılar, ancaq onu qoxulayan kimi də dərhal sakitləşdilər. O, uşağın arabasına yaxınlaşıb, nəvəsinin 
üzərinə əyilərək Bettiyə işarə elədi. Uşaq ağcaqanadlardan qorunmaq üçün cunadan tiklmiş miçətkəndə 
uzanmış, amma yatmamışdı. Cipin gözlərinə oxşayan böyük qonur gözləri ona təmkinli bir ciddiliklə 
baxırdı. Dilini bir neçə dəfə şaqqıldadaraq, elə dayandı ki, pəncərəni görə bilsin, Betti isə arxası evə 
doğruydu. 
 


Yüklə 6,61 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə