ÖLÜMDƏn güCLÜ



Yüklə 6,61 Mb.
Pdf görüntüsü
səhifə42/85
tarix17.11.2018
ölçüsü6,61 Mb.
#80797
növüQaydalar
1   ...   38   39   40   41   42   43   44   45   ...   85

        – Betti, mən sizin sahibənizin tapşırığı ilə gəlmişəm. Yalnız həyəcanlanmayın. Kənara 
boylanmayın və mənə diqqətlə qulaq asın. Cip Beri-stritdədir və orada qalmağı qərara alıb,   sizi, uşağı 
və itləri də onun yanına aparmağımı istəyir. –  Kök qadın gözlərini bərəltdi, Uinton əlini arabanın 
kənarına qoydu. – Sakit olun! Həmişə olduğu kimi uşaqla gəzməyə gedin. İndi əsl vaxtıdır. Məni 
Ridkents-parkın tinində gözləyin. Mən maşınla gəlib sizi götürəcəyəm. Vurnuxmayın, özünüzlə heç nə 
götürməyin, hər şeyi həmişə olduğu kimi eləyin. Aydındırmı? 
 
        Belə əmrlər almaq və onları sual vermədən yerinə yetirmək, himayələrində onlara etibar edilmiş 
uşaq olan belə kök qadınların xarakterinə xas deyildi. Qadının sifətinin necə dəyişdiyini, yumşaq 
sinəsinin necə qalxdığını görən Uinton tez əlavə elədi: 
 
       – Hə, Betti, özünüzü ələ alın! Cip sizi gözləyir. Mən hər şeyi sizə maşında izah elərəm.  
 
       – Oldu, ser! Bədbəxt balam! Bəs onun gecə dəyişəcəkləri necə olsun? Bəs missis Cipin 
yatacaqları?  
 
        Hələ də pəncərənin qabağında yırğalanan kölgəni xatırlayan Uinton özünü elə göstərdi ki, guya, 
uşaqla oynayır. 
 
        – Onlardan ötrü narahat olmayın. Məni qonaq otağının pəncərəsinin qabağında görən kimi də 
yığışın və gedin. Betti, düz baxın! Boylanmayın. Mən sizin getmənizi gizlədəyəcəyəm! Baxın, Cipi ələ 
verməyin. Özünüzü ələ alın. 
 
         Betti dərindən ah çəkərək mızıldandı: «Yaxşı, ser! Aman Allah!» – və öz ləçəyinin uclarını 
bağladı. Uinton başını tərpədib, evə doğru addımladı. Ətrafa baxaraq özünü elə aparırdı ki, guya, 
çiçəklərlə maraqlanır, ancaq Forsenin pəncərədən çəkildiyini hiss elədi. Uinton qonaq otağının eyvan 
qapısından keçərək cəld dəhlizə çıxdı.  Yemək otağının qapısını açmamışdan əvvəl qulaq verdi. Forsen 
otaqda gərdiş eləyirdi. O, Uintona çuxura düşmüş gözləriylə baxırdı. 
 
       – Necəsiz? Cip evdə deyilmi? – Uinton soruşdu. 
 
       – Yox.  
 
         Bu «yox» Uintonda nəsə bir canıyananlıq oyandırdı. Cipsiz həyat! Ancaq onun ürəyi dərhal də 
sərtləşdi. Bu adam tam əhəmiyyətsiz bir heçlikdi. 
 
       – Uşaq çox gözəldir, – o dedi. 
 
         Forsen yenidən gərdiş eləməyə başladı. 
 
       – Cip haradadır? O, mənə lazımdır. 
 
       – Gələr. Hələ gec deyil.  
 
          Birdən Uinton öz oynadığı rola qarşı   özündə nifrət hiss elədi.  Uşağı almaq, hər şeyi Cipin 
rahatlığı üçün eləmək, hə beləydi! Amma özünü elə aparasan ki, guya, heç nədən xəbərin yoxdu. 
Dabanları üstə dönərək otaqdan çıxdı. Daha o, yalan deməyəcəkdi. Bu qadın onu başa düşdümü? 
Qonaq otağına getdi. Betti uşaqla birlikdə  məhz indi evin küncünə dönürdü. Beş dəqiqədən sonra onlar 
parkda olmalıydılar. Dayanıb gözləyir, divardan Forsenin o biri otaqda necə gəzişdiyini eşidirdi. 


Dəqiqələr necə də ağır keçirdi, cəmisi üç dəqiqə keçmişdi! Yemək otağının qapısının necə açıldığını 
eşitdi və Forsen dəhlizə çıxaraq giriş qapısına döğru yönəldi. Ona nə lazımdı? O, nəyə qulaq asırdı? Və 
birdən Uinton dərindən köks ötürüldüyünü eşitdi, nə vaxtsa uzaq keçmişdə eynən onun özü dəfələrlə bu 
cür köks ötürmüşdü, o vaxt addımlara qulaq asaraq, onu boğan kədər və həyəcan içində gözləyirdi. 
Doğrudanmı, bu alçaq adam Cipi sevirdi? Özünün, sanki, Forseni izlədiyini hiss edən Uinton dəhlizə 
çıxdı və dedi: 
 
       – Neyləməli, mən daha gözləməyəcəyəm. Hələlik! 
 
        «Cipə salam deyərsən» sözləri onun dodaqlarındaca dondu.  
 
        – Hələlik, – Forsen səsləndi. 
 
           Uinton sıra ilə əkilmiş ağacların arası ilə gedərkən Forsenin tənha fiqurunu hələ də yarıaçıq 
qapının ağzında dayanmış halda görürdü. Betti artıq görünmürdü, yəqin, döngəyə qədər getmişdi. Onun 
missiyası alındı, ancaq ruh yüksəkliyi hiss eləmirdi. Parka qədər gedib bütün köçü maşına mindirdi və 
banına uşaq arabası bağlanmış maşın bütün sürəti ilə irəli şütüdü. Bettiyə söz verdiyi aydınlaşdırmanın 
əvəzində o, yalnız bir cümlə dedi: 
 
       – Sabah hamınız Mildenxemə gedirsiniz. 
 
          Uzun illər əvvəl Mildxenmdəki söhbətə qədər ondan qorxan Betti onun sifətinə baxdı və sual 
verməməyi qərara aldı. Uinton maşını poçt şöbəsinin qabağında saxlayıb Forsenə teleqramma 
göndərdi: «Cip və uşaq mənimlədir. Məktub yazılacaq. Uinton». 
 
          Bu, onun qəlbini yüngülləşdirdi, bundan əlavə bu vacib idi, yoxsa Forsen polisə deyə bilərdi. İndi 
isə Cip hər şeyi müfəssəl danışana kimi gözləmək lazım gəlirdi. 
 
        Onlar söhbət eləməyə başlayanda artıq gec idi. Onun lal – dinməz razılığına əsasən Markinin   öz 
şəxsi riski və qorxusu hesabına aldığı  iki dibçək gülün qoyulduğu pəncərənin qabağında oturaraq, Cip 
öz başına gələnləri danışmağa başladı.  Heç nəyi gizlətmədən öz evliliyinin acı uğursuzluğundan  
danışırdı. Dafna Uinqin və özünün studiyada gördüyünün üstünə gəlib çıxanda Cip atasının siqareti 
necə əsəbi sümürdüyünü hiss elədi. Qızının evində, qızının şəxsi evində! Bundan sonra da Cip onunla 
yaşamağa davam eləyib! O, qızının sözünü kəsmirdi, ancaq onun sükütü az qala  Cipi qorxudurdu. 
 
        Bu gün baş verənlərə keçərkən Cip tərəddüd elədi.   Rosek haqda danışmalıydımı? Səmimiyyət 
qalib gəldi və yenidən Uinton onun sözünü kəsmədi. Cip danışıb qurtarandan sonra o, ayağa qalxdı və 
tələsmədən siqaretini pəncərə altlığında söndürdü, Cipin əldən düşmüş halda, necə oturacağın arxasına 
söykəndiyini görüb: «Lənətə gəlmişlər!» dedi və pəncərəyə doğru döndü.  
 
        Bu saatda, teatrlarda tamaşanın sonu yaxınlaşanda, London küçələrinə qüssəli bir sükut hakim 
olmuşdu, bu sükutu, yalnız evə qayıdarkən məşuqu ilə höcətləşən  hansısa yarısərxoş  qadının qışqırığı, 
keçən vaxtın yerini doldurmağa çalışan  küçə skripkaçısının musiqisi pozurdu. Bu səslər Ciplə belə 
rəftara cürət eləyən iki lənətə gəlmiş əcnəbini xatırladaraq, nəyləsə Uintonu qıcıqlandırırdı. Onları 
tapançanın nişangahına götürəsən, ya da qılıncın tiyəsinə və necə lazımdısa, başa salasan! O, Cipin 
sözlərini eşitdi: 
 
       – Ata, mən onun borclarını ödəmək istəyərdim. Onda  elə hesab olunar ki, sanki, mən heç ona ərə 
getməmişəm. 


Yüklə 6,61 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə