ÖLÜMDƏn güCLÜ



Yüklə 6,61 Mb.
Pdf görüntüsü
səhifə45/85
tarix17.11.2018
ölçüsü6,61 Mb.
#80797
növüQaydalar
1   ...   41   42   43   44   45   46   47   48   ...   85

və mizrab skripkaçıya qaytarılır bir ovuc gümüşlə. Caydaq, qəribə cənab isə qaçır, sanki, arxasınca 
şeytan düşüb onu qovur, yəqin, cavan oğlan möhkəmcə içib! Axsaq skripkaçı qəlbində hansısa qaranlıq 
işə cəlb olunduğu haqdakı xəstə düşüncəylə, qaşqabaqlı halda ayaqlarını sürüyərək oradan uzaqlaşdı, 
yaxınlıqdakı döngədən döndü və demək olar ki, iki küçə keçənə kimi dayanmadı. Sonra Forsenin onun 
ovcuna qoyduğu gümüşləri sayıb, skripkaya baxaraq dedi:  "Bigre" (Cəhənnəm olsun! (Frans.) – və evə 
yola düşdü.   
 
 
 
                       
 
XIX   FƏSİL 
 
    
 
        Cip demək olar ki, yatmadı. Üç dəfə qalxıb oğruncasına qapıya yaxınlaşdı və yatmış uşağa baxdı. 
Dünənki gün ona büsbütün işgəncə verdi. Axşam bürkü idi, qulaqlarında hələ də skripkanın çalğısı 
səslənirdi. Pyazanın mahnısına görə dərhal Forsenin çaldığını anladı, atasının pərdələri sərt şəkildə 
çəkməsindən gümanının düz olduğunu başa düşdü. Əgər o, Forseni görsəydi, köhnə duyğularının əks – 
sədası onu belə təsirləndirməzdi. Hələ dünən həmişəlik qırıldığını zənn elədiyi zənciri Forsen yenidən 
bitişdirirdi. Köhnə skripkanın iniltiləri arasından onun səsi aydın eşidilirdi. «Bağışla məni, bağışla!» 
Əgər Forsenə, həqiqətən, nifrət eləsəydi, onu atmaq dəfələrlə asan olardı. Onunla yaşamaq çətin idi, 
ancaq ona nifrət eləmək də çətindi! O, elə  üzü yolaydı, ancaq güclü adamlara  nifrət eləmək olar.   
Forsenin hərəkətləri, bu hərəktələrə yol verəndən sonra isə özü də onu qəzəbləndirirdi, amma sonra onu 
sevə bilmədiyi kimi, ona nifrət də eləyə bilməyəcəyini  başa düşdü. Sübhə yaxın ona yenidən iradəsi və 
reallığı hiss eləmək qabiliyyəti qayıtdı. Hamısından yaxşısı, hər şeyin ümidsiz olduğunu etiraf eləmək 
idi, qoy ürəyi yenidən amansızlaşsın! 
 
        Uinton da gecəni yuxusuz keçirdi. Heç ağla gələrdimi, küçədə, onun pəncərəsinin qabağında 
dilənçi kimi çalacaq! Bu artıq  son hədd idi! Səhər yeməyi vaxtı dedi ki, öz vəkili ilə görüşəcək, görsün 
Cipi təqiblərdən qurtarmaq üçün neyləmək olar. Bəlkə də, hansısa sənədi tərtib etmək lazım gələcəkdi, 
belə şeylərdən o qədər də baş çıxartmırdı. Hələlik isə nə Cip, nə də uşaq evdən çölə çıxmamalıydılar. 
Cip bütün səhəri müsyo Armoya məktub yazmağa həsr elədi, bir daha təəssüfləndiyini ifadə eləməyə 
cəhd göstərdi, ancaq Forsenlə qurtardığının üstündən sükutla keçdi. 
 
        Uinton Vestminsterdən sakit və hirsli halda qayıdıb gəldi. Ona çətinliklə başa salmışdılar ki,  
Forsen uşağın sahibi hesab olunur, əgər o, uşağı qaytarmaq istəsə, qanuna görə  ona mane ola 
bilməzlər. Bu, onun köhnə yarasının közünü qopartdı, qızının bir vaxtlar başqa ataya məxsus olmasını 
xatırlamağa məcbur elədi. O, vəkilə demişdi, Forsenin cəhənnəmə vasil olmasına razı olar, amma belə 
şeyə razı ola bilməz və boşanmaq haqda yazılı razılaşma hazırlamasına göstəriş vermişdi, bu 
razılaşmaya görə əgər Forsen Cipi və uşağı rahat buraxsaydı, onun bütün borclarını Uinton ödəyəcəkdi. 
Bu günə qədər balaca varlıq onu, yalnız Cipin bir hissəsi kimi maraqlandırırdı, indisə   barmağından 
yapışıb ona ciddi baxan qaragöz qızcığaz onun üçün müstəqil bir varlıq olmuşdu. Birdən qız 
gülümsədi, təbəssümü elə  bir gözəlliyi ilə fərqlənmirdi, amma Uintonda unudulmaz təəsürat yaratdı. 
 
        Uinton əvvəlcə boşanmaq haqdakı razılaşmanı yoluna qoymağı qərara aldığından Mildenxemə 
getməyi təxirə saldı, ancaq «bu iki ayaqlı əclaflara əsla etibar eləmə» tezisini əsas götürdüyündən, tələb 
elədi ki, uşağı iki mühafizəçi olmadan çölə gəzməyə çıxarmasınlar və Cip özü də tək çölə çıxmasın. 
Onun ehtiyatlılığı o həddə çatdı ki, beşinci gün özü Cipi müsyo Armogilə kimi ötürdü və içəri keçib 


qocanın əlini sıxmaq arzusunda olduğunu bildirdi.  Bu məzəli görüş idi, hər ikisi danışmağa çətinliklə 
söz tapırdılar, sanki, özgə planetlərin adamları idilər. Bir neçə dəqiqə dostcasına bu çətin vəziyyətdən 
çıxmaq üçün çıxış axtarandan sonra Uinton Cipi gözləyəcəyini deyib  çıxdı, Cip isə royal arxasına 
keçdi. 
 
        Müsyo Armo sakitcə dedi: 
 
      – Mənim balaca dostum, siz mənə çox gözəl bir məktub yazıbsız, atanız da çox iltifatlıdır. Əriniz 
isə, necə deyərlər, mənə kompliment hədiyyə elədi! – Onun gülüşü ciddiliyini yoxa çıxarırdı. – Demək, 
yenidən atanızın yanındasınız! Bilmək istərdim, nəhayət, öz qismətinizi nə vaxt tapacaqsız? 
 
      – Heç vaxt! 
 
      – Oy, siz beləmi düşünürsünüz? Yox, bu mümkün deyil! Hə, yaxşı, atanızın vaxtından israfçılıqla 
istifadə eləməyək. İşə başlayaq! 
 
       Onlar evə qayıdarkən Uinton qısaca dedi: 
 
      – Misilsiz qocadır! 
 
       Beri-stritdə onları Cipin həyəcanlanmış xidmətçisi gözləyirdi. Deməyinə görə səhər studiyanı 
yığışdırmağa getmiş və görmüşdü ki, sahibi divanda oturaraq, başını qucaqlayıb və qorxunc dərəcədə 
inildəyir. 
 
      – Mem, siz… qonaq gedəndən sonra o, evə gəlməyib. Mən neyləyəcəyimi bilmirdim, aşbazı 
köməyə çağırdım və köməkləşib onu yatağa uzandırdıq. Sizin harada olduğunuzu bilmirdim, qraf 
Rosekə zəng elədim və o gəldi, düşünürəm, səhv eləməmişəm? O, məni bura, sizin yanınıza göndərdi. 
Doktor deyir ki, mister Forsenin beynində nə isə qaydasında deyil, o elə hey sizi çağırır, mem. Mən də 
bilmirəm, neyləyim. 
 
         Hətta dodaqları belə ağaran Cip: 
 
       – Elen, burada gözləyin, – dedi. 
 
         Cip yeməkxanaya getdi, atası da arxasınca gəldi.  
 
       – Ah, ata, mən neyləməliyəm? Beyin xəstəliyi. Bütün bunların səbəbkarı olduğumu düşünmək belə 
qorxuncdur! Mən mütləq getməli və onu görməliyəm. Əgər, doğrudan da, belədirsə, mən buna dözə 
bilmərəm. Ata, qorxuram ki, mənə getmək lazımdır. 
 
         Uinton başını tərpətdi. 
 
       – Mən də gedirəm, – dedi, – qoy xidmətçi qız qayıdıb  bizim tezliklə orada olacağımızı desin. 
 
         Uşağı vida baxışları ilə süzərək Cip ağrı ilə düşündü: «Bu da mənim qismətim və mən ondan heç 
hara qaça bilmərəm!» Yolda Uinton və Cip susmuşdular, o, yalnız atasının əlindən möhkəmcə 
yapışmışdı. Aşpaz yuxarı qaçıb Rosekə onların gəldiyini xəbər verənə kimi, Cip pəncərənin qabağında 
dayanıb bağa baxırdı. Onun bağda dayanıb öz ətirli çiçəklərinə baxmasından cəmisi iki gün keçmişdi, 
burada isə o vaxt Rosek onun boynundan öpmüşdü! Uintonun qoluna girərək dedi: 


Yüklə 6,61 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə