ÖLÜMDƏn güCLÜ



Yüklə 6,61 Mb.
Pdf görüntüsü
səhifə47/85
tarix17.11.2018
ölçüsü6,61 Mb.
#80797
növüQaydalar
1   ...   43   44   45   46   47   48   49   50   ...   85

çox böyük ziyan. Mən öz ailəmin şərəfi haqda da düşünməliyəm. Qızımın adı,  mənim şəxsi adımdır və 
sizə deməliyəm, mən əsl mömin kimi nüfuz sahibiyəm, mən artıq bunu sizə demişəm. Bəzən sizi 
inandırıram ki, özümü idarə eləyə bilmirəm və yalnız bu…. Siz…  əgər söyləmək caizsə, yalnız siz 
məni bu sərhəddə saxlayırsınız.  
 
        Onun qara əlcəklərdəki əlləri yumruq kimi düyümlənir, açılır, işıldayan nəhəng 
yarımçəkmələrdəki ayaqlarının birini götürüb, o birisini qoyurdu. 
 
       – Mister Ueqq, xahiş edirəm, mənə icazə verəsiniz, sizə yazdıqlarıma əməl eləyim. Əgər nəyləsə 
kömək eləyə bilməsəm, mən özümü bədbəxt hiss elərəm. 
 
        Mister Ueqq burnunu çəkdi. 
 
       – Məsələ olduqca incədir, – o dedi, – hətta mən özüm də bilmirəm, borcum neyləməkdir. Düzü, 
bilmirəm… 
 
       – Ən başlıcası Deyzi iztirablardan azad eləməkdir. Elə deyilmi? – Cip ona baxaraq dedi.  
 
        Mister Ueqqin üzü elə ifadə aldı ki, sanki, o düşünürdü: «İztirablardan? Atasına əzab çəkməyə 
icazə verin!» Ancaq o, tərəddüd edirdi, onun balaca gözlərində  bir anlığa kişi heyranlığı yanıb söndü. 
Baxışlarını gizlədi və öskürdü. Cip mehribancasına dedi: 
 
       – Mənə zövq almağa imkan verin! 
 
         Mister Ueqq özünü itirmiş halda, onun boy-buxununa baxırdı. O. səsinin tonunu mümkün qədər 
yumşaltmağa çalışaraq dedi: 
 
       – Əgər siz sualı belə qoyursunuzsa,  düzü mən, necə etiraz eləyəcəyimi bilmirəm, ancaq öz 
aramızda bütün bunlar haqdakı fikirlərimi  mən dəyişə bilmərəm. 
 
       – Başa düşürəm. Sizə çox minnətdaram, sonra siz mənə məlumat verərsiniz. İndisə mən sizin 
vaxtınızı almayacağam, – belə deyib əlini ona uzatdı.  
 
          Mister Ueqq onun əlindən yapışıb bir qədər gec cavab verdi. 
 
       – Hə, hə, mən Kempden-Xildəki bir cənabla  görüşməyi şərtləşmişəm. O, saat on ikidən işə 
başlayır. Mən heç vaxt gecikmirəm. Xoş arzularla! 
 
        Onun kvadrat bədəninin qapıda necə yox olmasını və necə lovğalıqla öz işıldayan əlcəklərini  
düymələdiyini görən Cip yuxarı qalxdı, sabunla üzünü və əllərini möhkəmcə yudu.  
 
 
 
        Bir neçə gün ərzində Forsen gah yaxşı, gah da pis oldu, ancaq görünür, böhran keçdi və indi hər 
saat təhlükə azalırdı. İki həftə deyilənə uyğun yaşayandan sonra həkimin dediyi kimi onun «dəniz 
havası ilə nəfəs almaqdan» və «hər cür həvəs oyandıran səbəblərdən qaçmaq»dan başqa yolu qalmadı. 
Cip onun adi həyatından bütün bu səbəbləri çıxartmışdı, özünü də, o cümlədən. Nə qədər ki, zəifdi, Cip 
onu əlində saxlayacaqdı. Ancaq   uşaq, Betti və itlərin gətirilməsi üçün adam göndərməmişdən və bir 
dəfəlik öz evinə yığışmamışdan  əvvəl bir neçə acı saat yaşadı. Forsenin borcları ödəndi, Rosekə olan 


min funt borcu da, Dafna Uinqə dəyən zərər də, o cümlədən.  
 
        Qız Mildenxemin yanındakı kottecə yerləşdi, orada heç kim onun haqqında heç nə bilmirdi və 
günlərini tək-tənha qorxu içində keçirirdi, qara palto geyirdi, əlindəki orta barmağına da qızıl üzük 
taxmışdı.  
 
        Avqust və sentyabrın birinci yarısını Cip və Forsen Bude ətrafında keçirdilər. Forsenin dənizə olan 
həvəsi onu saxlayır və öz xasiyyətini büruzə verməyə qoymurdu. O, güclü qorxu keçirmişdi, belə qorxu 
isə asanca unudulmur. Onlar fermada yaşayırdılar, sadə adamlarla münasibətdə olurdular, o, özünü 
yaxşı cəhətdən göstərirdi, onun yaxşı cəhətləri ilə, hətta fəxr eləmək olardı. O, elə hey öz «su pərisi»ni 
uşaqdan ayırmaq istəyirdi, təkcə özü üçün ayırmaq istəyirdi, ot basmış yamaclara aparsın, ya da 
qayalıqlara, çimərliyə. Ona hər gün çimmək və özlərini günə vermək üçün hansısa bir yeni körfəz 
tapmaq böyük ləzzət verirdi. Cip  yosun basmış dəniz daşlarının üstündə oturub, ayaqlarını suya 
sallayaraq, yaş saçlarını darayanda, doğrudan da, su pərisinə oxşayırdı. Əgər Cip onu sevsəydi! Ancaq 
təbiətin qucağında onunla olmaq Cipə daha asan idi, qızın qəlbi heç vaxt onun üçün açılmırdı, heç vaxt 
səsindən həyəcanlanmır, öpüşündən ürəyi hiddətlə döyünmürdü. Cip tez-tez uşağa baxırdı və hətta 
Forsen kimi özünəvurğun birisi də, uşağa baxan anlarda onun gözlərinin tamam başqa cür oduğunu 
sezirdi.  
 
        Ancaq havalar korlandı, o, daha tez-tez narahat olmağa və skripkasını tələb eləməyə başladı, onlar 
sağlam və möhkəm halda Londona qayıtdılar. Cipi heç vaxt bütün bunların yalnız müvəqqəti sakitlk 
olması hissi tərk eləmirdi, onların qayıdaşındın sonra bu hisslər, yaxşı havadan sonra göydə toplaşan 
buludlar kimi  daha da sıxlaşmağa başladı. O, tez-tez Dafna Uinq haqda fikirləşirdi, ona məktub yazdı 
və cavab aldı:  
 
         «Əziz missis Forsen! 
 
           Ah, siz necə də şəfqətlisiniz ki, mənə məktub yazırsınız. Mən axı bilirəm, siz mənə necə 
münasibət bəsləməliydiniz. Siz necə xeyirxahsınız ki, mənə bura gəlməyə şərait yaratdınız. Mən heç nə 
haqda düşünməməyə çalışıram, ancaq bu çox çətindir. Anam sonra bura gələcək. Bəzən mən gecələr 
yuxusuz halda uzanır və küləyə qulaq asıram. Külək yer üzündə ən kədərli şeydir, elə deyilmi? 
Maraqlıdır. Mən öləcəyəmmi? Öləcəyimə ümid edirəm. Ah, hə, doğrudur! Əlvida, əziz missis Forsen, 
sizə bu qədər acı verdiyimi heç vaxt özümə bağışlamayacağam. 
 
                                                    Sizə minnətdar olan 
 
                                                                   Dafna Uinq».  
 
        Nə o, nə də Forsen bircə dəfə olsun belə qızdan söz salmırdılar, Cip, hətta bilmirdi, o, nə vaxtsa 
balaca rəqqasə haqda düşünürmü, ona nə baş verdiyini bilirmi?  Ancaq indi doğum vaxtı yaxınlaşdıqca 
Cip keçən hər gün daha güclü hiss edirdi ki, mütləq getməli və onunla görüşməlidir. Cip Rozamunda 
bibisi ilə Xerroqeytdəki müalicədən sonra Mildenxemə qayıdan atasına məktub yazdı. Uinton cavab 
yazdı ki, qızın yanında baxıcı, bir də ona elə gəlir hansısa bir qadın, bəlkə də, anası var, ancaq bütün 
bunları dəqiqliyinə qədər öyrənə bilməz. Cip gələ bilməzmi? O təkdir, həm də indi cavan tülkülərin ovu 
başlayıb. Bu, necə də öz kədərini belə quru ifadələr altında gizlətməyə oxşayırdı! Ona sevinc bəxş 
edəcəyini, həm də tazılarla ov eləyəcəyini fikirləşən Cip getməyini qəti qərarlaşdırdı. Uşaq sağlam idi, 
Forsen içmirdi, o, bu balaca, sakit məzuniyyəti tamamilə özünə rəva görə və Dafna Uinqlə görüşüb öz 
vicdanını da sakitləşdirə bilərdi. Dənizdən qayıdandan sonra o əvvəllər olduğu kimi yenə də studiyada 
Forseni müşaiyyət edirdi. Bir dəfə səhər məşğələlərinin sonunda  münasib məqam tapıb dedi: 


Yüklə 6,61 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə