ÖLÜMDƏn güCLÜ



Yüklə 6,61 Mb.
Pdf görüntüsü
səhifə48/85
tarix17.11.2018
ölçüsü6,61 Mb.
#80797
növüQaydalar
1   ...   44   45   46   47   48   49   50   51   ...   85

 
      – Mən bu gün Mildenxemə getmək istəyirəm. Atam orada təkdir. 
 
        Qız onun boynunun necə qızardığını hiss elədi.  
 
      – Onun yanına? Bir  dəfə uşağı oğurladığı kimi, səni də oğurlayar. Qoy uşağı aparsın, əyər istəyirsə. 
Ancaq səni yox!   
 
         Bu gözlənilməz qızğınlıq Cipi hirsləndirdi. Cip heç vaxt onu heç nədə bağışlamamışdı və o, buna 
etiraz eləməmiliydi. Forsen yaxınlaşıb onu qucaqladı: 
 
       – Mənim Cipim, sən mənə burada lazımsan, mən də təkəm. Getmə! 
 
        Cip onun əllərini kənarlaşdırmağa cəhd elədi, ancaq bacarmadı, bir az da hirsləndi.  
 
       – Bir səbəb də var, – soyuq tərzdə dedi. 
 
       – Səni məndən ayıra biləcək heç bir ciddi səbəb yoxdur. 
 
       – Sənin uşağını doğmalı olacaq qız, Mildenxemin yaxınlığında yaşayır, mən ona baş çəkməliyəm.  
 
         Forsen kənara çəkildi, divana yaxınlaşıb oturdu. Cip fikrə getdi: «Çox təəssüf, ancaq ona belə də 
lazımdır». 
 
       – O ölə bilər. Mən getməyə borcluyam, ancaq sənin qorxmaq üçün əsasın yoxdur, mən düz bir 
həftədən sonra qayıdacağam. Söz verirəm. 
 
          O diqqətlə Cipə baxırdı. 
 
        – Hə, sən verdiyin sözə əməl eləyirsən. Buna da əməl eləyərsən. – Birdən o, yenidən dedi: – Cip, 
getmə! 
 
        – Getməyə borcluyam. 
 
          O, Cipi möhkəmcə qucaqladı. 
 
        – Onda denən ki, məni sevirsən.  
 
           Ancaq o, bunu deyə bilməzdi. Onun qucaqlaması ilə barışmaq başqa bir işdir, özünü onu 
sevirmiş kimi göstərmək başqa bir iş. Nəhayət, o gedəndən sonra Cip saçlarını düzəltməyə başladı, 
qabağa baxaraq düşünürdü: «Burada, səni həmin qızla birlikdə gördüyüm bu otaqda! Bütün bu kişilər 
hamısı heyvandılar!»  
 
        Axşam  Mildenxemə çatdı. Uinton onu stansiyada qarşıladı. Yol Dafna Uinqin yaşadığı kottecin 
yanından keçirdi. Kottec balaca meşəliyin qabağındaydı, bağı bütünlüklə günəbaxan olan, adicə fasadlı,  
sarmaşıqla sarınmış, balaca kərpic ev idi.  
 
        Evi qoca jokey Pettens öz dul qızı və onun üç balaca uşağı ilə birlikdə tutmuşdu. Uintonun dediyi 
kimi  «çərənçi, qoca fırıldaqçı» hələ də Mildenxemdəki at tövləsində işləyirdi, qızı isə paltaryuyan idi. 


Cip Dafna üçün bir vaxtlar özünə baxan baxıcı qadını tutmuşdu, əsas kahin də elə həmin qoca doktor 
təyin olunmuşdu. Kottecdə heç bir həyat əlaməti hiss olunmurdu və Cip dayanmamağı qərara aldı. 
Yenidən Mildenxemdən ayrı qalmağa dözə bilmirdi, öz köhnə otağını görməyi, evin tanış qoxusunu 
udmağı, qənd axtarmaq üçün onu qoxulayan öz qoca madyanının yanına qaçmağı səbirsizliklə 
gözləyirdi. Bura yenidən güclü və sağlam, dərhal yəhərə minməyə hazır vəziyyətdə  qayıtmaq necə də 
xoş idi! Onları girişdə qarşılayan Markinin gülüşü və hətta üzərində günəş şüasının parladığı, ovdan 
ölümcül,  yorğun qayıdarkən üzərinə sərələndiyi,  Uintonun ilk dəfə vurduğu pələngin dərisi  sərilmiş 
tutqun giriş otağı da onu sevindiridi. 
 
        Arxacda qoca Pettens şotka ilə onun madyanına axırıncı bəzəyi vururdu. Onun yanaqları batıq 
qırxılmış üzü gülüşdən genişlənmişdi: 
 
        – Axşamınız xeyir, miss, gözəl axşamlar, mem! – Artıq qocalıqdan tutqunlaşan,  alışıb yanan 
qonur gözləri Cipi maraqla süzürdü. 
 
        – Hə, Pettens, necəsiniz? Enni necədir? Bəs uşaqlar? Mənim köhnə sevimlim necədir? 
 
        – Çox gözəl, miss, cəlddir, pişik kimidir. Əgər sabah minmək istəsəniz, sizi quş kimi aparacaq. 
 
        – Bəs onun ayaqları necədir? – Cip əlini madyanın möhkəm ayqlarına yuxarıdan aşağı çəkdi.  
 
        – O, qayıdandan sonra bir az piylənib, axı bütün iyul, avqust aylarını burada olmayıb, ancaq mən 
ona nəzarət eləyirəm və həmişə də sizin nə vaxt qayıdacağınızı gözləmişəm. 
 
        – Əl ilə yoxlayanda onların çox gözəl olduğu hiss olunur! – hələ də əyilmiş Cip soruşdu:  
 
       – Bəs sizin yaşayışınız necədir? Mənim sizə göndərdiyim gənc qadın neyləyir?  
 
        -Bilirsinizmi, mem, o, çox gəncdir, bu gənc qadınlar isə həmişə belə vaxtlarda tez qıcıqlanan 
olurlar. Mən deyərdim ki, o, hələ heç vaxt… – O, özünün çətinliklə saxladı, – … heç vaxt əvvəllər ata 
minməyib. Eləsə ondan nə gözləmək olar. Anası isə, ah, qəribə adamdır! Mənim əsəblərimə çox təsir 
eləyir! Bax, mənim buramda oturub! Alçaq cinsdir, məsələ də bundadır. Baxıcı qadın isə, miss, ondan 
olmaz. Bax, işlər belədir. Hə, bu gənc qadın niyə də hirslənməsin, elə gəncdir, artıq ərini itirib…   
 
        Ona baxmadan belə Cip onun ağıllı qoca təbəssümünü hiss elədi. Əygr o, hətta güman belə 
eləmirdisə, bunun mənası nəydi? O, at tövləsinin sirrini qorumağı bacarırdı.  
 
       – Hə, orada  hər cür qovğalar və göz yaşları az olmur, Allah özü rəhm eləsin! Mən qonşu otaqda 
yatıram, hə, sən qoca və subaysansa, gecələr qulaq asmaqdan başqa heç nə qalmır. Xatırlayıram, mən 
İrlandiyada kapitan O Neylanın yanında xidmət edirdim, orada bir gənc qadın vardı… 
 
        Cip düşündü: «Onun sözünü kəsmək lazım gəlir, yoxsa nahara gecikəcəyəm».  
 
       – Pettens, – soruşdu, – bəs bizim cavan  kəhərimizi kim aldı? 
 
       – Uidrinqtondan olan mister Brayan Sammerxey, miss. Onu ov üçün və şəhərdə yaşayanda qoşqu 
üçün aldı. 
 
       – Sammerxey? Hə! – Cip aydın gözləri, qızğın təbəssümü olan, qara atında çapan cavan oğlanı 


xatırladı. Bu cəsur gənc atlı o vaxt ona kimisə xatırlatmışdı. 
 
        – Mən düşünürəm, kəhər yaxşı əllərə düşüb? 
 
        – Hə, elədi, olduqca yaxşı adam olan centlmenin əlinə. Bura ata baxmağa gələndə sizi də soruşdu. 
Miss, mən dedim ki, siz artıq ərə gedibsiniz. «Eləmi? – o dedi. – O, elə gözəl çapırdı!» O, kəhəri çox 
gözəl xatırlayırdı. Mayor onda evdə deyildi, kəhəri sınamaq üçün ona verdim. O, atla bir neçə çəpərin 
üstündən atılıb keçdi və qayıdandan sonra dedi: «Nə demək olar, mən onu almaq istərdim». Çox gözəl 
söhbət elədi və vaxtını əbəs yerə itirmədi. Keçən həftənin sonundan at ondadır. Onun altında yaxşı 
gedəcək. O, pis çapar deyil, cəsur, ancaq mən deyərdim, əli elə də möhkəm deyil.   
 
       – Hə, Pettens! Mənim getmək vaxtımdır. Ennə deyin ki, sabah mən onun yanına gələcəyəm. 
 
       – Yaxşı, miss. Fili Krossa itlərin yığılması vaxtı səkkizin yarısındadır. Demək siz gedəcəksiniz? 
 
       – Əlbəttə. Gecəniz xeyrə. 
 
          Cip həyətdən qaçıb düşünürdü: 
 
          «O, çox gözəl çapırdı!...» Necə də xoşdur! Mən sevinirəm ki, o, mənim kəhərimi alıb.   
 
  
 
                                            
 
XXI  FƏSİL 
 
 
 
       Növbəti gün bütün səhəri yəhərdə keçirən Cip kottecə piyada yola düşdü. Sentyabrın axırında yaşıl 
çəpərlərin hələ gecə şehindən işıldadığı, yaydakı kimi isti küləyin əsib kövşənləri ləpələndirdiyi, üzücü, 
mülayim günlərdən biriydi. Dar cığır iki tarlanın, kənd arxaclarının dar payalarının arasından keçirdi, 
burada gur çiçəkləyən naz kollarının üstündə kətan qurudurdular, sonra isə yenidən cığır tarlaların 
arasıyla uzanırdı.  Alçaq kərpic divarlar boyunca artıq saralan söyüdlərin altında sıra ilə günəbaxanlar 
və astralar düzülmüşdü. Evin böyründə, açıq pəncərənin altında stul və onun üzərində yaddan çıxmış 
jurnal var idi. Yeganə həyat əlaməti borudan çıxan tüstü idi. Cip qərarsız halda yarı açıq qapının 
ağzında dayanmışdı, hər yerdə olduqca səssizlikdi və bu sükut ona təbii gəlmirdi. Pəncərədən baxıb, 
masa arxasında oturub, sifətini cib dəsmalında gizlədib ağlayan, yaşıl geyinmiş qadını gördü, yəqin, 
missis Ueqq idi. Həmin an da yuxarıdakı otaqdan sakit inilti eşidildi.  Cip içəri keçdi, yaşıl geyimli 
qadının oturduğu otağın qapısını döydü. Qapı açıldı, Missis Ueqq qarşısında dayandı. Qaşqabaqlı, arıq  
sifəti, burnu, gözləri, yanaqları göz yaşlarından qızarmışdı. Yaşıl donunda və yaşıl saçlarında 
(saçlarının çallığı da hiss olunurdu, görünür, hansısa qatışıqla boyamışdı) Missis Ueqq Cipə günəşin 
altında boş yerə qalandan sonra qızaran yaşıl almanı çox xatırladırdı. Qadının sifətində göz yaşları 
qalmışdı, əlində dəsmalı sıxmışdı. Cip  dəhşətə gəldi,  ağır dərddən başını itirən bu zavallı qadının 
qarşısında belə təmiz, işıq saçan halda dayanmağa o, necə cürət edirdi? Buradan qaçmaq istədi. 
Forsenin hansısa yaxınlarından birinin bura gəlməsi insanlıqdan deyildi. Cip sakitcə soruşdu: 
 
       – Missis Ueqq? Xahiş edirəm, məni bağışlayasınız, yeni bir xəbər varmı? Mən Dafnanı bura 
göndərmişəm. 


Yüklə 6,61 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə