ÖLÜMDƏn güCLÜ



Yüklə 6,61 Mb.
Pdf görüntüsü
səhifə49/85
tarix17.11.2018
ölçüsü6,61 Mb.
#80797
növüQaydalar
1   ...   45   46   47   48   49   50   51   52   ...   85

 
             Qadını görünür, hansısa şübhələr bürüdü. Nəhayət,  hıçqıraraq cavab verdi: 
 
        – O … o səhər doğdu… uşaq ölmüşdü. 
 
          Cipin havası çatmadı. Bütün bunları yaşayasan, sonu da bu! Onun analıq hissi qəzəblənmişdi və 
etiraz edirdi, ancaq ağlı deyirdi, belə yaxşıdır, daha yaxşıdır! 
 
       – Bəs o, özü necədir? 
 
       – Pis. Çox pis. Nə deyəcəyimi bilmirəm, doğrusu,  mənim bütün fikirlərim qarışıb.  Bütün bunlar 
məni elə sarsıdıb!... 
 
       – Mənim baxıcım onunladırmı? 
 
       – Hə. Çox inadkar qadındır, ancaq gizlətmirəm, bacarıqlıdır. Deyzi çox zəifdir. Oy, bütün bunlar 
necə də qüssəlidir! İndi də dəfn olmalıdır. Sadəcə, dərdimin sonu yoxdur! Hamısı da, hamısı da… o 
adamın ucbatından, – Missis Ueqq üzünü döndərdi və yenidən dəsmalı üzünə tutub ağlamağa başladı.  
 
           Cip qapının arxasına keçdi. O, tərəddüd edirdi, yuxarı qalxsınmı, ya yox? Hər halda, ehtiyatla 
pilləkəni qalxmağa başladı. Yəqin, qız küçəyə baxan otaqda yatırdı. Bədbəxt, cəmisi bir il əvvəl 
sadəlövh bir ciddiliklə müzakirə eləyirdi, ona məşuq lazımdırmı? Baxıcı qapını açdı və Cipi görən kimi 
dəhlizə qaçdı. 
 
        – Bu sizsiniz, mənim əzizim! Necə də xoşdur! 
 
        – O necədir? 
 
        – Ümumiyətlə, olduqca yaxşı. Sizə hər şeyi danışdılarmı? 
 
        – Hə, onu görə bilərəmmi? 
 
        – Düzü bilmirəm. Mən onu başa düşə bilmirəm. Onun yaşamaq üçün heç bir iradəsi yoxdur, bir 
damcı da. Mənə elə gəlir, o, sağalmaq istəmir. Yəqin, hamısı o kişiyə görədir, – Cipə baxıb əlavə elədi. 
– Siz necə düşünürsünüz? O, qızı atıb? 
 
        – Hə. 
 
           Baxıcı onu təpədən dırnağa kimi süzdü. 
 
         – Sizə baxmaq, yalnız adama zövq verir! Siz, sadəcə, çiçək açıbsız. Bilirsiz, bəlkə də, ola bilsin, 
sizi görmək onun xeyrinə oldu. Keçin. 
 
        Cip baxıcı qadının arxasınca içəri keçdi. Bağlı gözlər, nəm, açıq sarışın saçlar, yorğan üzünün 
üstündəki solğun əllər. Gövrək madonna, əvvəlki tək konfetə həsrət çəkən! Yataqdakı yeganə parlaq 
əşya onun barmağındakı qızıl üzük idi.  
 
        – Əzizim, bir baxın! Mən sizə gözəl bir qonaq gətirmişəm.  
 


        Dafna Uinqin gözləri, dodaqları açıldı və dərhal da bağlandı. Cip düşündü: «Zavallı! O 
düşünürmüş gələn Forsendir, əvəzində isə mən buyurmuşam!» Solğun dodaqlar tərpəndi: 
 
        – Ah, missis Forsen, bu sizsinizmi? Siz necə də mərhəmətlisiniz ki, gəlibsiniz. 
 
          Gözləri yenidən azacıq aralandı. Baxıcı qadın qapının arxasına çəkildi. Cip oturdu və cürətsiz 
halda qızın əlinə toxundu. Dafna Uinqin yanaqları ilə iki damla göz yaşı süzüldü. 
 
        – Hər şey qurtardı, – o, güclə eşidilən səslə dedi, – indi artıq heç nə yoxdur. O ölüdür, siz 
bilirsiniz. Mən yaşamaq istəmirəm. Ah, missis Forsen, nəyə görə məni ölməyə qoymurlar? 
 
          Cip ona doğru əyildi və süzülən göz yaşlarına baxmamağa çalışaraq, nəvazişlə onun əllərini 
sığalladı. Dafna Uinq mızıldandı: 
 
        – Siz mənə qarşı necə də xeyirxahsınız! Mən necə də istəyirdim ki, mənim balaca, bədbəxt balam 
sağ qalsın! 
 
          Cip dikəldi və çətinliklə dedi: 
 
       – Əzizim, özünüzü ələ alın! Öz işiniz haqda düşünün! 
 
       – Rəqslər! – Dafna Uinq zəifcə gülümsədi. – Mənə elə gəlir, bunlar çoxdan olub! 
 
       – Bəli. İndi isə hər şey yenidən qayıdacaq. 
 
         Dafna Uinq güclə eşidilən köks ötürməklə cavab verdi. Onun sifəti indi bayağı görünmürdü. 
Qapalı gözləri və ağzı ilə kəc kimi ağappaq olan qız çox gözəldi. Təbiətin necə şıltaqlıqları var idi, 
doğrudanmı, bu çiçəkciyəz mister və missis Ueqqlərdən əmələ gəlmişdi?  Dafna Uinq gözlərini açdı.  
 
        – Ah, missis Forsen, mən elə zəif və təkəm, heç yerdə  heç nə yoxdur!  
 
          Cip qalxdı. Sanki, bu qızın dərdi onu hipnoz eləmişdi və bunu büruzə verməkdən qorxurdu.  
 
       – Baxıcı deyəndə ki, mənə qonaq gətirib, mən onun gəldiyini güman elədim, ancaq indi şadam. 
Əgər o, mənə belə baxsaydı, baxan kimi, buradaca ölərdim. 
 
        Cip dodaqları ilə hələ də narınc çiçəyinin qoxusu gələn onun nəmli alnına toxundu. Sonra da bağa 
düşdü və tələsərək uzaqlaşdı. Evə sahələrin arasıyla qayıtmaq əvəzinə kottecin yanından döndü və 
balaca meşəliyə düşdü. Orada kötüyün üstündə oturub, əllərini yanağına sıxaraq, günəşin ayıdöşəklərini 
necə qızdırdığına və ayıdöşəklərinin üzərində uçuşan milçəklərə tamaşa eləməyə başladı. Məhəbbət! 
Doğrudanmı, o, hər vaxt belə ürəkbulandıran və faciəlidir? Uçub gəlir, işğal eləyir və rədd olub gedir. 
Ya da birini başqasının yanına itələyir və dərhal da bir-birlərindən ayırır. Doğrudanmı, heç vaxt elə 
olmur ki, bir-birinə doğru can atan iki nəfər möhkəmcə qucaqlaşıb birləşmirlər və axıra qədər də bir 
can kimi qalmırlar? Məhəbbət!  O, atasının və Dafna Uinqin həyatını korlamışdı.  Heç vaxt gözləyəndə 
gəlmir, o gözlənilməyən qonaqdır. Məkrli yolçudur, bədəndən əvvəl qəlbi əldən salır, qəlbdən də əvvəl 
bədəni. Yox, qoy yaxşısı budur,  məhəbbət tamam olmasın, bu daha yaxşıdır! Məgər azad insan Dafna 
Uinq, ya da bütün varlığı ilə onu sevməyən arvadına doğru can atan əri kimi öz hisslərinin köləsi ola 
bilərmi? Ya atası, öz xatirələrinin sadiq qulu! Və ayıdöşəklərinin üzərinə düşən günəş şüasına baxaraq 
Cip düşündü: «Məhəbbət! Mənə yaxın düşmə!»  


 
        Cip hər səhər kottecə gedir və hər səhər də missis Ueqqlə rastlaşırdı. Ahıl qadın özündə ona rəğbət 
hiss edirdi və bir sirr olaraq baxıcı qadına etiraf eləmişdi ki, – baxıcı qadın da bir sirr olaraq bunu Cipə 
xəbər vemişdi, – missis Forsen «çox kübardır, gözləri elə gözəldir, sanki, əsl italyan qızıdır!» Missis 
Ueqq kübarlara meyl eləməyi həyatlarının ən əziz mənası hesab eləyən  qadınlardan idi. Elə bu 
kübarlığa meyllilik də missis Ueqqi qızının rəqs bacarığını inkişaf elətdirməyə sövq elədi. Kim bilir, bu 
hara aparıb çıxaracaqdı? O, Cipə izah edirdi ki, həmişə Deyzini «əsl həqiqi ledi» kimi tərbiyə eləmək 
istəyirdim və bu da nəticəsi!  Qadın Cipin saçlarına, əllərinə, ayaqlarına  baxmağa başladı. Onu 
qarşıdakı dəfn narahat edirdi.  
 
       –  Mən belə ad düşünmüşəm: Deyzi Uinq. «Deyzi», onu xaç suyuna çəkəndə belə adlandırmışdılar, 
Uinq isə kübar addır. Beləliklə də, mən bunları birləşdirirəm və bu əsl həqiqət olacaq. Düşünürəm, heç 
kim öcəşməz? Atasının adına gəlincə, mənə elə gəlir, belə deməliyik: «Rəhmətlik Cozef Uinq»? 
Bilirsiz, belə adam olmayıb, amma kimsə olmalıdır axı. Mən, sadəcə, dözmərəm, əgər həqiqət bəlli 
olarsa. Mister Ueqq də ümidsiz halda olar. Bu dəfn, bilirsinizmi, onun sahəsidir. Ah, bütün bunlar mənə 
necə də təsir eləyir! 
 
       – Ah, əlbəttə, –  Cip mızıldandı. 
 
          Dafna Uinq olduqca solğun və zəif olsa da, onun düzəlməyə başladığı aydın oldu. Hər gün 
keçdikcə sifətinin rəngi öz yerinə gəlirdi, onunla birlikdə də bayağılığı. Neyləməli, onlar nəhayət, kor 
ehtiraslardan azad olmuş, möhkəmlənmiş və ola bilsin ki, daha ciddi halda  öz Fulxemlərinə 
qayıtmalıydılar. 
 
        Mildenxemdə olduğu sonuncu gün Cip yenə də meşəliyə girib həmin kötüyün üstündə oturdu. 
Saralmış yarpaqların üzərində günəş şüası oynaşırdı. Qorxmuş dovşan ayıdöşəylərinin arasından 
sıçrayıb çıxdı və dərhal da qaçıb gizləndi. Balaca meşənin ətəyindən qaratoyuq pırıltı ilə qalxaraq, sərt 
səslə qışqırıb başqa yerə uçdu. İndi, Forsenin yanına qayıtmaq vaxtı çatanda, Cip başa düşürdü ki, onun 
yanına qayıtmaqla ehtiyatsızlığa yol vermişdir. Bu qızla görüşəndən sonra həyat haqqında fikirləri 
əvvəllər olduğundan daha məşəqqətli olmuşdu. Yalnız uşağa görə kədərlənməsi onun qayıtmasına 
haradasa haqq qazandırırdı. Birdən o, nə isə nifrətə yaxın bir duyğu hiss elədi. O, uşağının atasıydı! 
İndi bu, ona mənasız görünmürdü. Əgər  uşaq təsadüfi bir görüşdən doğulsaydı, sadəcə, «Favnanın 
nimfanın arxasınca qaçdığı kimi», onu Forsenə indi olduğundan daha çox bağlayırdı. Yox, uşaq ona 
məxsusdu, ancaq ona! Və uşağını görmək istəyi bütün digər hisslərini gücsüzləşdirdi. 
 
        Növbəti gün Uinton Cipi geriyə, Londona yola saldı. Qızı maşına oturdanda dedi: 
 
       – Mənim evimin açarı səndə qalırmı? Əla! Cip, yadında saxla, istədiyin vaxt, gecə olsun, ya 
gündüz, fərq eləməz,  ev sənin sərəncamındadır.               
 
        Cip hələ evə qayıtmamışdan əvvəl Forsenə teleqramma vurmuşdu və evə dördə işləyəndə gəldi. 
Forsen evdə yox idi. Teleqramma dəhlizdə açılmamış halda qalmışdı. Yuxarı, uşağın otağına qaçdı və 
dərhal da harasının ağrıdığını başa sala bilməyən uşağın şikayətli ağlaması eşidildi. Cip uşaq otağına 
hansısa qarışıq, təntənəli hisslərlə girdi, bəlkə, körpə onun üçün ağlayırdı!   
 
         Tamam qızarmış olan Betti beşiyi yırğalayır və qayğılı, qaşqabaqlı halda uşağa baxırdı. Cipi 
görəndə ah çəkdi. 
 
       – Ah, rəhm eləyən Allahım! Mənim qəlbim! Mən necə də şadam! Səhər açılandan uşaqla 



Yüklə 6,61 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə