ÖLÜMDƏn güCLÜ



Yüklə 6,61 Mb.
Pdf görüntüsü
səhifə59/85
tarix17.11.2018
ölçüsü6,61 Mb.
#80797
növüQaydalar
1   ...   55   56   57   58   59   60   61   62   ...   85

izləyirdi. Nəhayət, qız dilləndi: 
 
       – Yox, bacarmaram. Biz görüşməkdən imtina eləyə bilərik, iş bunda deyil. İş orasındadır ki, onda 
mən özümə hörmət eləməyə son qoyaram. Ah, ata, məgər sən Forsenin, doğrudan da, məni sevdiyini 
başa düşmürsən?  Mən bunu necə gizlədə bilərəm?  Dafna Uinq haqda, onun sərxoşluğu, uşaq haqda 
danışıb özümə hüquqi bəraət qazanım, ya da belə görüntü yaradım ki, istəyirdim, o, məni sevsin, bu 
zaman  özüm ona nifrət eləyirdim və mənim üçün fərqi yoxdu, o, mənə sadiqdir, ya yox? Ya da başqası 
üçün hər şey olduğumu hər dəqiqə hiss edərək, bu addımı atım? Ən yaxşısı hər şeyi Forsenə danışmaq  
və xahiş eləməkdir ki, qoy o, özü məni boşasın.  
 
        – Əgər o istəməsə? 
 
        – Onda heç olmasa, mənim vicdanım təmiz olar və biz istədiyimiz kimi yaşayarıq.  
 
        – Bəs balaca Cip? 
 
          Sanki, gələcəyə adlamaq istəyirmiş kimi birbaşa öz qabağına baxaraq, Cip ağır-ağır dedi: 
 
         – Nə vaxtsa o da başa düşər. Bəlkə də, bütün bunlar o, xəbər tutana kimi qurtaracaq. Məgər 
xoşbəxtlik əbədi olur? 
 
         Qız ona doğru əyildi, alnından öpüb otaqdan çıxdı. Dodaqlarının istisi, qoxusu qaldı, sanki, bu 
qoxu  Uintonu hardansa uzaq keçmişdən vururdu.   
 
        Demək, heç nə eləmək olmaz? Belə xarakterli insanlar, adətən, hətta ən yaxınlarının belə 
iztirablarını elə də dərindən başa düşmürlər, indi o, əvvəllər heç vaxt olmadığı kimi qızının xarakterini 
başa düşdü. Cipi onun şəxsi hisslərinin əleyhinə getməyə təhrik eləmək mənasızdı! Hər halda, oturub, 
sadəcə, bütün bunları izləmək, özünün şəxsi ehtirasıyla qızının hər şeyi yandırıb külə döndərən 
gücünün birləşərək, onda necə təzahür etməsini görmək… həm də, bəlkə də, uzun illər ərzində! Qədim 
atalar sözü ani olaraq başından keçdi. «Alma alma ağacından uzağa düşməz». Qız özünü bütünlüklə 
sevgiyə vermişdi və heç nəyi əsirgəmədən də verməkdə davam eləyəcəkdi, ölçü gözləmədən, 
düşünmədən! Onun özü kimi, anası kimi!.. Qoy belə olsun! Cipin bəxti rəhmətlik anasına görə daha 
yaxşı gətirmişdi. Əvvəlcədən bəd işlər haqda düşünmək lazım deyildi. Axı göz yaşları ilə dərdini azalda 
bilməzsən!  
 
 
 
VIII   FƏSİL 
 
 
 
        Cip yatağına uzansa da, yuxusu gəlmirdi. Başını bir fikir deşirdi, hər şeyi Forsenə danışmaq 
lazımdır. Əgər o, xahiş eləyərsə, Forsen onu boşamaq istəyərdi, ya yox?  Şübhələnirdi ki, o, bunu «bu 
burjuaziya əxlaqı» adlandırar, onun iradəsizliyi, kobudluğu, nəhayət, heysiyyatına toxunulması, əlbəttə, 
bütün bunlar güzəştə getməsinə mane olardı. Yox, o heç vaxt boşamayacaqdı! Qız buna əmindi, yalnız 
təsadüfən onun özünə də öz azadlığını qanuniləşdirmək lazım gələrdisə, – bu az ağlabatandı, – o, 
razılıq verərdi.  
 
       Cip bu boşanmadan nə qazanacaqdı? Öz vicdanını sakitləşdirəcəkdi? Ancaq  sevdiyinə qəlb 


ağrıları verərək, öz vicdanı haqda düşünməkdə o, haqlıydımı? Evləndiklərindən cəmisi bir il sonra 
özünə məşuqə tapan, hətta onunla   arvadının saxladığı və bütün xərclərini ödədiyi evdə görüşməkdən 
utanmayan birisinin vicdanı haqda danışmaq gülməli deyildimi?  
 
       Yox, bütün bunları Forsenə danışmaq təhqir olunmuş heysiyyatını lağa qoymaq olardı, axı o, 
özünün istəmədiyini eləməli olmuşdu. 
 
      Heç bir qərar qəbul eləmədən Səhər yeməyi yemək üçün aşağı düşdü, nə o, nə də atası axşamkı 
danışıqlarını yada saldılar. 
 
       Sonra Cip bir ay burada olmadığından  öz donunu qaydaya salmaq üçün otağına qayıtdı. Qapının 
yüngülcə döyülməsi eşidiləndə günorta idi, qız qapını açdı və qapının ağzında dayanmış Markini 
gördü. 
 
       – Mem, xahiş edirəm, bağışlayasınız. 
 
         Cip onu içəri buraxdı. Marki qapını arxasınca bağladı.  
 
       – Mister Forsen dəhlizdədir, mem. Mən onun zənginə qapını açanda, o, içəri soxuldu. O, məni az 
qala itələdi və mən onu saxlaya bilmədim.  
 
       – Atam evdədir? 
 
       – Yox, mem. Mayor kluba qılınc oynatmağa getdi. 
 
       – Siz Forsenə nə dediniz? 
 
       – Dedim, mən baxaram, ancaq mən elə düşünürəm, evdə heç kim yoxdur. Mem, bəlkə, onu hansı 
yollasa  başımızdan eləməyi sınayaq? 
 
          Cip başını yırğaladı. 
 
        – Deyin ki, onu heç kim qəbul eləyə bilməz. 
 
          Markinin cod qara qaşlarının altındakı meşə cüllütü gözləri ona kədərli canıyananlıqla baxırdı. O 
çıxmaq üçün qapını açdı. Forsen qapının arxasında dayanmışdı, o, cəld, bir sıçrayışla otağa girdi. 
Markinin əlinin qaldıraraq, onun arxasından yapışmaq istədiyini görən qız sakitcə dedi: 
 
        – Marki, xahiş edirəm, orada gözləyin. 
 
         Qapı bağlanandan sonra qız tualet masasına yaxınlaşdı, orada dayanıb ərinə baxmağa başladı. 
Ürəyi elə döyünürdü, sanki, indicə sıçrayıb yerindən çıxacaqdı. 
 
        Forsen saqqal buraxmışdı, boynu yüngülcə girdələnmişdi, gözləri daha da yaşıl olmuşdu, başqa 
dəyişikliyi yox idi, qızın onu xatırladığı kimiydi. Qızın ilk fikri bu oldu: «Nəyə görə mənim ona 
yazığım gəlirdi? O, əzab çəkməyəcək, ölənə qədər təslim olmayacaq, onun həyat eşqi iyirmi adama bəs 
elər». 
 
        İçəri girəndə sifətindəki süni gülüş silinmişdi. O, otağı qıza tanış olan yarıkinli, yarıqorxaq bir 


ifadəylə nəzərdən keçirtdi. 
 
       – Hə, Cip, – o dedi və səsi yüngülcə titrədi. – Nəhayət ki! Sən məni öpmək istəmirsənmi? 
 
        Necə də axmaqlıqdı! Cip birdən özünü tamamilə sakit hiss elədi.  
 
       – Siz atamla danışmaq istəyirsiniz? O, evdə yoxdur. 
 
         Forsen qəzəblənmiş halda çiyinlərini çəkdi. 
 
       – Cip, qulaq as! Mən dünən Rusiyadan qayıtmışam. Bir xeyli pul qazanmışam. Yanıma qayıt! Mən 
düzələcəyəm, and içirəm! Ah, Cip, yanıma qayıt və sən hər şeyin necə də gözəl olacağını görəcəksən! 
Mən səni xaricə apararam, səni və bambina (Qızı (ital.). Romaya gedərik, bir sözlə, hara istəsən, sən 
necə istəsən, elə də yaşayacağıq. Yalnız mənim yanıma qayıt!  
 
        Cip daş kimi hərəkətsiz sifəti ilə dedi: 
 
       – Siz mənasız şeylər danışırsınız. 
 
       – Cip, and içirəm, mən səninlə müqayisə oluna birləcək qadınla rastlaşmamışam. Bir dəfə də mənə 
qarşı rəhmdil ol. Məni sına! Sına məni! Mənim Cipim! 
 
         Bu faciəli və yalvarış dolu səs indi ona xüsusilə saxta və uşaq hərəkəti kimi göründü. Cip 
ürəyində özünə yer eləmiş yeni hissin necə güclü olduğunu başa düşdü və bu hiss özünü nə qədər çox 
büruzə versə də, qızın sifəti və səsi də bir o qədər sərtləşdi. 
 
        – Əgər  demək üçün gəldiyiniz sözlərin hamısı budursa, xahiş edirəm, çıxın gedin. Mən heç vaxt 
sizin yanınıza qayıtmaram. Lütfən, bunu bir dəfəlik və həmişəlik   başa düşün. 
 
        Onun yalvarışındansa, sükütü qıza daha çox təsir edirdi, öz adi oğru yerişi ilə  qıza tamam 
yaxınlaşdı, az qala üzü qızın alnına toxunurdu. 
 
       – Sən mənim arvadımsan, – o dedi. – Mən sənin qayıtmağını tələb edirəm. Sən mənim olmalısan. 
Əgər qayıtmasan mən ya səni, ya da özümü öldürərəm. 
 
        Və birdən qızı qucaqlayıb özünə sıxdı. Qız özünü qışqırmaqdan güclə saxlayaraq, tərpənmədən 
çox sakitcə dedi: 
 
       – Məni buraxın, məni ağırdır. Sakitcə oturun. Mən sizə nəsə deyəcəyəm. 
 
        Cipin səsinin tonu onu əllərini boşaltmağa məcbur elədi və qızın sifətini görmək üçün bir az 
aralandı. Qız onun əlini itələyib köhnə palıd sandığının üstündə oturdu və pəncərə altlığını ona 
göstərdi. Qızın ürəyi ağrıyla döyündü, demək olar ki, fiziki olaraq, ürəkbulanması hiss elədi, o, 
yaxınlığında dayananda qız konyakın qoxusunu hiss elədi. Hər şey elə təsir bağışlayırdı ki, sanki, qız 
vəhşi heyvanla bir qəfəsə düşmüşdü, ya da dəliylə bir palataya! Cip onun caynaqlar kimi aralı, uşağına 
batmağa hazır olan barmaqlarını xatırlayırdı. Elə aydın xatırlayırdı ki, pəncərənin qabağında oturub 
onun nə deyəcəyini gözləyən Forseni görmürdü. Bir başa onun gözlərinin içinə baxaraq sakitcə dedi: 
 
        – Qustav, sən deyirsən ki, məni sevirsən. Mən də səni sevməyə çalışdım, amma bacarmadım, elə 


Yüklə 6,61 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə