ÖLÜMDƏn güCLÜ



Yüklə 6,61 Mb.
Pdf görüntüsü
səhifə63/85
tarix17.11.2018
ölçüsü6,61 Mb.
#80797
növüQaydalar
1   ...   59   60   61   62   63   64   65   66   ...   85

düşürsünüz. Mənim sənətimdə də nə isə orijinal bir şey olmasını istərdim. Müasir dövrdə bu elə 
mühümdür. Burada mənim yataq otağım, hamamım və mətbəxim var, hər şey ev şəraitində əlimin 
altındadır, həmişə isti suyum var. Bu otaq mənim valideynlərimə qəribə gəlir. Onlar bəzən gəlir, baxır, 
ancaq heç cür alışa bilmirlər, əlbəttə, buralar kasıblar məhəlləsidir. Anca mən düşünürəm ki, artist 
bütün bunlardan yüksəkdə dayanmalıdır.  
 
           Birdən Forsen təsirlənmiş halda dedi: 
 
        – Elədi, balaca Dafna. 
 
           Qız ona ani olaraq baxdı və güclə hiss olunacaq tərzdə köks ötürdü. 
 
        – Siz mənimlə niyə belə elədiniz? – qız soruşdu. – Çox təəssüf ki, mən indi sevə bilmirəm! – 
Birdən qız əlinin arxasıyla gözlərini sildi. Həqiqətən də, mütəəssir olmuş Forsen ona doğru addımladı, 
ancaq qız onu özündən kənarlaşdırdı və qızın kipriklərində göz yaşları işıldadı. 
 
        – Lütfən, divanda əyləşin. Siqaret çəkmək istəyirsiniz? Məndə rus siqaretləri var. – Qız qızılı 
kareliya ağcaqayınından düzəldilmiş masanın yeşiyindən cəhrayı rəngli bir siqaret qutusu çıxartdı. – 
Burada məndə hər şey demək olar ki, rusların və yaponlarındır. Mən düşünürəm, bunlar hər şeydən 
daha yaxşı ab-hava yaradırlar. Mənim balalaykam var. Siz onda çala bilirsinizmi? Yox. Çox təəssüf! 
Əgər mənim skripkam olsaydı… Mən sizə yenidən qulaq asmağı çox istərdim. – qız əllərini yumdu. – 
Buxarının qabağında sizin üçün necə rəqs elədiyimi xatırlayırsınızmı?  
 
           Forsen bunu çox yaxşı xatırlayırdı! Barmaqlarının arasındakı siqaret titrədi və o, xırıltılı səslə 
dedi: 
 
        – Dafna, indi rəqs eləyin! 
 
          Qız başını yırğaladı. 
 
        – Mən sizə iynənin ucu qədər də inamıram və heç kim də inanmazdı, elə deyilmi? 
 
           Forsen ayağa sıçradı. 
 
        – Nəyə görə məni bura çağırdınız? Siz özünüzü nə hesab edirsiniz, siz balaca…  
 
        Qızın gözləri girdələndi, ancaq səsini qaldırmadan dedi: 
 
        – Mən düşündüm ki, öz taleyimin sahibi olduğumu görmək sizin üçün xoş olar, vəssəlam. Əgər 
xoş deyilsə, sizi burada saxlayan yoxdur. 
 
        Forsen yenidən divana oturdu. Tədricən onda belə fikir yaranmağa başladı ki, qız düz deyir. O, 
tüstü burumları buraxaraq gülümsədi. 
 
       – Nəyə gülürsünüz? – qız soruşdu. 
 
       – Mən, yalnız onu düşünürəm, balaca Dafna, siz mənim özüm kimi eqoistsiniz. 
 
       – Mən eqoist olmaq istəyirəm. Bu həyatda çox mühümdür, elə deyilmi? 


 
         Forsen yenidən güldü. 
 
       – Lütfən, səy göstərməyin, siz həmişə eqoist olubsunuz. 
 
         Qız oturacaqda oturdu və ciddi dedi:  
 
        – Yox, mən sizi sevəndə eqoist deyildim. Ancaq mən bundan heç nə udmadım, elə deyilmi? 
 
        – Dafna, bu sizi qadın elədi. Sizin sifətiniz başqadır. Ağzınız daha gözəl olub. – Dafnanın 
yanaqlarında qızartılar görünməyə başladı, bunu sezən Forsen qızğınlıqla davam elədi: – Əgər siz indi 
məni sevsəydiniz, əsla məni təngə gətirməzdiniz. Ah, mənə inana bilərsiniz! Mən… 
 
           Qız başını yırğaladı. 
 
        – Məhəbbət haqqında danışmayaq. Yaxşımı? Siz Moskvada və Peterburqda böyükmü uğur 
qazandınız? Bu, doğrudan da, möcüzədi, böyük, əsl uğurdur!  
 
           Forsen qaşqabaqlı halda cavab verdi:  
 
        – Mən çoxlu pul qazanmışam. 
 
        – Demək, siz çox xoşbəxtsiniz? 
 
          «Doğrudanmı, o, hətta istehza eləməyə də qadirdir?» 
 
        – Mən bədbəxtəm. 
 
          O, ayağa qalxıb qıza yaxınlaşdı. Qız başını qaldırıb onun sifətinə baxdı. 
 
        – Bədbəxt olduğunuz üçün çox təəssüfləndim. Mən bədbəxt olmağın nə demək olduğunu bilirəm! 
 
        – Balaca Dafna, siz mənə kömək eləyə bilərsiniz. Mənə unutmağa kömək eləyə bilərsiniz.  
 
        O susdu və əlini qızın çiyninə qoydu. Qız yerindən tərpənmədən dedi: 
 
        – Yəqin, siz missis Forseni unutmaq istəyirsiniz? 
 
        – Hə, sanki, o ölüb! Dafna, qoy hər şey əvvəlki kimi olsun. Siz artıq yaşa dolubsunuz. Siz indi 
qadınsınız, artistsiniz… 
 
        Dafna Uinq qapıya doğru döndü. 
 
        – Deyəsən, zəng çalınır. Bəlkə də, mənim valideynlərimdir? Onlar həmişə bu vaxt gəlirlər. Ah, heç 
yaxşı olmadı… 
 
        Forsen qabağında yapon ağacları olan pəncərəyə tərəf çəkildi və dırnaqlarını çeynəməyə  başladı. 
 
        – Anamın açarı var və sizi hardasa gizləmək xeyirsizdir, anam həmişə bütün künc-bucağa baxır. 


Bəlkə də, onlar deyillər? Bilirsiniz, mən indi onlardan qorxmuram, müstəqil yaşamaq tamam başqa 
işdir.  
 
        Qız çıxıb getdi. Forsen sərt qadın səsi, sonra yoğun və xırıltılı kişi səsi  eşitdi, öpüşürdülər. Özünü 
tələdə olduğu kimi hiss elədi. Ələ keçdi! Lənətə gəlmiş əcinnə dişi göyərçin rolunda! 
 
        O,   çuğundur rəngli çalarları olan, yaşıl ipək parçadan don geymiş qadını və  boz kostyum 
geymiş, sinəsində georgin nişanı, girdə, çallaşmış saqqallı, alçaq boylu, cüssəli cənabı  gördü. Onların 
arxasında  gözləri girdələnmiş, yanaqları qızarmış Dafna Uinq dayanmışdı. Forsen bircə söz belə 
demədən əkilmək üçün irəli addımladı. Cənab dedi: 
 
      – Deyzi, bizi tanış elə! Mən eşitməmişəm… Yəqin, mister Doysonsunuz? Ser, necəsiniz? 
Düşünürəm, siz mənim qızımın impessariolarından birisiniz? Sizinlə tanış olmağıma şadam. Çox 
şadam. 
 
          Forsen baş əydi. Mister Ueqqin donuz gözləri yapon ağaclarının üzərində dayandı. 
 
        – Qızımın burada işləmək üçün yaxşı şəraiti var, mən deyərdim, sakit, şablon olmayan bir yerdir. 
Ser, ümid edirəm, siz onun talantı haqqında yaxşı fikirdəsiniz? Axı sizin əlinizə həmişə belə yaxşı 
balerina düşə bilməz? 
 
          Forsen yenidən baş əydi. 
 
        – Siz onunla fəxr eləyə bilərsiniz. – o dedi. – O, doğan günəşdir. 
 
          Mister Ueqq öskürdü. 
 
       – Hm! – o səsləndi. – Hə! Hələ körpə olanda biz onda nəsə olduğunu hiss edirdik. Mən onun 
məşqlərinə böyük maraq göstərirdim. Bu mənim sahəm deyil, amma o, inadkardı və mən belələrini 
sevirəm. Əgər insan inakardısa, bu artıq uğurun yarısıdır. Bəzi gənclər həyatın, sadəcə, oyun olduğunu 
hesab eləyirlər. Yəqin, sizin peşədə belə gənclər çoxdur, ser? 
 
        – Robert! Onun soyadı… heç də Doyson deyildir! –  missis Ueqq dedi. 
 
          Ortalığa sükut çökdü. Bir tərəfədə pinti toyuğa oxşayan bu qadın boynunu uzadaraq, başqa 
tərəfdə yanaqları alışıb yanan, gözlərini bərəldib əllərini çox gözəl döşlərinin üstündə cütləmiş  Dafna, 
onların arasında isə enlikürək, çalsaqqal, üzü pul kimi qızarmış, kinli gözləri və xırıltılı səsi olan bu 
cənab durmuşdu!  
 
        – Demək, bu sənsən, əclaf! Sən…  lənətə gəlmiş yaramaz! 
 
          O, iri yumruqlarını düyünləyib irəli yeridi. Forsen otaqdan çölə sıçradı, pilləkənlə yumalandı, bir 
sıçrayışla qapını açıb çölə qaçdı.    
 
  
 
  
 
X   FƏSİL 


Yüklə 6,61 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə