ÖLÜMDƏn güCLÜ



Yüklə 6,61 Mb.
Pdf görüntüsü
səhifə64/85
tarix17.11.2018
ölçüsü6,61 Mb.
#80797
növüQaydalar
1   ...   60   61   62   63   64   65   66   67   ...   85

 
 
 
       Həmin axşam Sammerxey Beri-stritin döngəsində dayanaraq, atasının evinə doğru iti addımlarla 
gedən Cipin arxasınca baxırdı. Yoxa çıxdı. Qıza görə qəlbindəki kədərin necə gücləndiyini və həmişəlik 
onunla bir yerdə olmağı necə arzuladığını hiss elədi. Axı onun əri hər şeyi bilir, niyə də yubatsınlar? Bu 
adam onları rahat buraxmayacaqdı. Onlar yubanmadan xaricə getməliydilər, hər şey sona qədər 
aydınlaşana qədər orada qalar, sonra isə o, qızın xoşbəxt və sakit yaşaya biləcəyi hansısa bir yer 
tapardı. Amma bunun üçün o, öz evini qaydaya salmalıydı. O düşünürdü: «İşi yarımçıq görmək olmaz. 
Anama danışmalıyam. Nə qədər tez olsa, bir o qədər yaxşıdır!» Qaşqabaqlı və fikirli halda Kedeqon-
qardensdəki bibisinin evinə yollandı, anası Londona  gələrkən həmişə orada qalırdı.  
 
        Naharın vaxtını gözləyərkən ledi Sammerxey yuxugörmələr haqqında kitab oxuyurdu. Qırmızı 
abajuru olan lampa onun boz paltosuna, cəhrayı yanaqlarına və ağ çiyinlərinə zəif işıq salırdı. O, işıqlı, 
təzəlikcə saçı ağarmağa başlayan təmkinli qadın idi. Ərə tez getmişdi və artıq on beş ildi ki, duldu. 
Özünə xas olan bir azad düşüncəliliklə  cəmiyyətdə mötəbər yer tutan adamlarla uzun sürən 
münasibətlərinə  son qoymuşdu. Həyatın girdablarına qərq olmuş ürəyi artıq əvvəlki yüksəkliklərə 
qalxa bilmirdi, baxmayaraq ki, onda bəzən bir neçə əvvəlki həvəsi baş qaldırırdı. Ona bəzi liberallıqlar 
yad deyildi, ancaq indi onun baxışları həmin cəmiyyətdəki mötəbər yerə görə müəyyən olunurdu. Nə 
qədər istəsən mübahisə eləmək olar, ancaq həyatın yaxşılığa dəyişməsinə heç bir ümid yoxdur! Onu və 
dostlarını maraqlandıran cürbəcür ictimai axınlar, azadlıq və hamının səadəti haqqında suallar, bütün 
bunlar, sanki, ona anadangəlmə xeyirxahlığın bolluğuna girməyə imkan verən və daima başqalarını 
öyrənməyə meylləndirən   təsəlli idi. Oğlu onu öpəndə qadın kitabı ona uzatdı və dedi: 
 
       – Mən elə hesab edirəm bu adamın kitabı biabırçılıqdır, o, sadəcə, cinslərin məsələsinə qarışıb. Biz 
heç də onun düşündüyü kimi mübtəla olmamışıq. Müəllifi dəlilər üçün olan onun şəxsi 
müalicəxanasına salmaq lazımdır. 
 
         Sammerxey dedi: 
 
       – Məndə sənin üçün elə də xoş olmayan xəbərlər var, mama.  
 
         Ledi Sammerxey sınayıcı baxışlarla ona baxdı. Qadın onun sifətinin bu ifadəsini bilirdi, baş 
əyməsi,   bu o deməkdi ki, buynuzlamağa hazırlaşır. Kartda uduzub gələndə onun görkəmi belə olurdu.  
 
       – Mildenxemdən olan mayor Uintonu və onun qızını tanıyırsanmı? Bax belə, mən o, qızı 
sevirəm…O, mənim sevgilimdir. 
 
         Ledi Sammerxey ah çəkdi. 
 
       – Brayan! 
 
       – Qızın ərə getdiyi həmin adam içir. Bir il bundan əvvəl uşağını da götürüb onun yanından getməli 
olub. Bunun başqa səbəbləri də var. Qulaq as, mama, bu pis xəbərdir, ancaq sən bunu bilməlisən. 
Boşanmasına heç bir ümid yoxdur. – O, səsini yüksəltdi. – Məni fikrimdən döndərməyə cəhd eləmə. 
Onsuz da xeyirsizdir.    
 
       Sammerxeyin  məlahətli sifətindən, sanki, maska düşmüşdü. Qadın əlini bükdü. İndiyə qədər onun 
üçün yalnız «hüquqi dolaşıqlıqlar» seriyasından olan həyatı birdən gözlənilmədən Brayanın başına 


çökmüşdü! Bu olduqca amansızlıqdı. Görünür, oğlu da bunu hiss edirdi, baxmayaraq, işin nə yerdə 
olduğunu başa düşmürdü. Necə də pis, qorxunc xəbər! 
 
          O, anasının əlindən yapışıb dodaqlarına apardı. 
 
        – Qəm yemə, mama! Qız xoşbəxtdir, elə mən də. 
 
           Ledi Sammerxey mızıldandı: 
 
        – Axı məgər, axı məgər… bunun rüsvayçılığı olmaz? 
 
        – Ümid edirəm, yox. Hər halda, bu skripkaçı hər şeyi bilir. 
 
        – Camaat belə şeyləri bağışlamaz. 
 
        – Neyləməli, mama, mən sənə görə çox kədərlənirəm. 
 
        – Ox, Brayan! 
 
           Bu nida ona toxundu. 
 
         – Mama, bu haqda kiməsə danışmağa ehtiyac yoxdu! Biz sonra nə olacağını  hələ bilmirik.  
 
        Ledi Sammerxey qəlbində ağrı və boşluq hiss edirdi. Öz keçmişi də şübhəli olan,  tanımadığı, 
görünür, ərə getməyi ilə də özünü ləkələyən bu qadın hansısa işarə idi, bu aydındı! Bunlar necə də ağır 
idi! Oğluna inanırdı, onun cəmiyyətdə mövqe qazanmasını arzulayırdı, onun sözsüz çoxlu uğurlar 
qazanacağına ümid edirdi!  
 
          Qadın zəif səslə soruşdu: 
 
        – Bu mayor Uinton kübar adamdı? 
 
        – Tamamilə. Qız isə hər bir kişiyə layiqli ömür-gün yoldaşı ola bilər. Həyatda rastlaşdığım ən 
məğrur qadındır. Əgər sən onunla necə rəftar eləyəcəyini bilmirsənsə, narahat olma! Səni inandırıram 
ki, ona heç kimdən heç nə lazım deyil. O, sədəqə qəbul eləməz. 
 
        – Bu çox gözəldir! – Ancaq oğlunun sfətinə baxan qadın onun  ürəyindən sıxışdırılıb çıxarılmaq 
təhlükəsi  olduğunu birdən hiss elədi. Qadın soyuq tərzdə dedi: – Siz açıqca bir yerdə yaşamağa 
hazırlaşırsınız? 
 
        – Əgər o istəsə. 
 
        – Sən hələ bilmirsən? 
 
        – Mən tezliklə öyrənərəm. 
 
          Yuxugörmələr haqqındakı kitab qadının dizləri üstündən düşdü. Qadın buxarının yanına gedərək, 
orada daynıb oğluna baxmağa başladı. Onun fərəhi hara getmişdi? Üzü qadına yad gəlirdi. Qadın bir 
dəfə Uidrinqtonsk parkında   öz ponisinə bərk qəzəblənmiş halda, oğlunun yanından necə çaparaq 


keçməsini xatırladı, onda da onun sifəti beləydi, qıvrım saçları isə şeytan balasınınkı kimi vız 
durmuşdu. Qadın qüssəylə dedi: 
 
       – Sən bütün bunlardan mənim razı qalmayacağımı düşünməyə bilməzdin! Brayan, o qız, hətta sən 
dediyin kimidirsə belə, bunun arxasında hansısa bir fitnə-fəsad gizlənmirmi? 
 
        – Adamlar nə qədər çox onun əleyhinə olsalar, mən də o qədər çox onu sevəcəyəm. 
 
        Ledi Sammerxey köks ötürdü. 
 
        – Bəs o skripkaçı neyləmək istəyir? Mən bir dəfə onun ifasını eşitmişəm. 
 
       – Əxlaqi və hüquqi baxımdan onu məhkəməyə cəlb eləmək olmaz. Mən, yalnız Allaha yalvarırıam 
ki, boşanmaq işini o qaldırsın və yalnız onda mən Ciplə evlənə bilərəm. Amma Cip deyir ki, o istəmir. 
 
       – Cip? Bu o qızın adıdır? – Qadını birdən heç də doğma olmayan bir arzu bürüdü ki, bu qızı 
görsün. – Sən onu mənim yanıma gətirərsənmi? Mən üçüncü günə qədər buradayam. 
 
       – Onun gələcəyini düşünmürəm. Mama, o elə gözəldir! 
 
        Ananın dodaqları gülüşdən səyridi. «Hə, əlbəttə! Afrodita! Bəs sonra necə olacaq?» 
 
        – Mayor Uinton bilir? 
 
        – Hə. 
 
        – Bəs o nə deyir? 
 
        – O da sənin kimi bütün bunların olduqca xoşagəlməz olduğunu düşünür.  Ancaq qızın 
vəziyyətində hər şey xoşagəlməzdir!  
 
           Ledi Sammerxeyin qəlbinin qapısı açıldı və oradan söz yığını axdı: 
 
        – Ah, əzizim, sən bütün bunlara son qoya bilməzsənmi? Mən belə şeylərin pis qurtardığı haqda 
çoxlu hadisələr bilirəm. İnan mənə, axı ədəb qanunları və qaydaları əbəs yerə fəaliyyət göstərmirlər! 
Onların nüfuzu olduqca böyükdür. Məgər ki, hansısa xüsusi adamlar hansısa xüsusi şəraitdə öz 
istədiklərinə nail olurlar. Mənim sənə mane olacağımı düşünmə, ancaq, hər halda, çətinliklər olacaq. 
Sən, hətta səhrada belə yaşaya, harada oldu işləyə bilən yazıçı və ya rəssam olsaydın, başqa məsələ. 
Ancaq sənin işin burada, Londondadır. Cəmiyyətin əleyhinə getməmişdən əvvəl hökmən necə lazımsa 
düşün! Belə düşünmək asandır, heç kim mənim işimə qarışa bilməz, amma sən görərsən, Brayan,  elə 
deyil! Nəhayət, sən onu xoşbəxt eləyə bilərsənmi? 
 
           Onun sifətindəki ifadəni görən qadın susdu. 
 
        – Mama, sən, yəqin, başa düşmürsən. Mən ona elə bağlanmışam, ondan başqa mənim üçün bir 
kimsə mövcud deyil. 
 
        – Bəlkə, səni ovsunlayıblar? 
 


Yüklə 6,61 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə