ÖLÜMDƏn güCLÜ



Yüklə 6,61 Mb.
Pdf görüntüsü
səhifə67/85
tarix17.11.2018
ölçüsü6,61 Mb.
#80797
növüQaydalar
1   ...   63   64   65   66   67   68   69   70   ...   85

        – Özlüyündə hər şey əladır! – qız cavab verdi. – Gəl, çaya gedək və ondan həqiqətən də, həzz 
alaq. 
 
           Onlar Sammerxeyin qaldığı oteldən qayıq götürdülər. Ona, Oksford avarçısına çay Leçleydən 
Riçmonda qədər yaxşı tanış idi, Cip isə heç vaxt çayda olmamışdı və çay  öz sakit gözəlliyi ilə onu 
heyran eləmişdi. Şəfəq saçan belə bir gündə enli, yastı yarpaqlarlı su zanbaqlarının, yaşıltəhər 
burulğanların yanından üzmək, göyərçinlərin necə quruldadığına qulaq asmaq, uçan iynəcələrə, 
tənbəlcəsinə suyu şappıldadan balıqlara baxmaq, hətta sükana toxunmadan belə əlini suya salmaq, 
suyla günəşin qızdırdığı yanaqlarını sərinlətmək və gözlərini çəkmədən Sammerxeyə baxmaq, elə hey 
baxmaq, –  bütünlüklə səadət müsəssiməsi olan xəyalındakı çayda səfər eləmək kimi bir şeydi! 
Doğrudanmı, onun cəmisi bir il əvvəl başqa bir qadınla da məcarası olub?  
 
           O, qayığı sonuncu dirəyə bağladı və Ciplə yanaşı oturdu, artıq axşam düşürdü. Qızı axşamın 
qaraltdığı çayın gətirdiyi tutqun bir qüssə bürüyürdü. O deyəndə: 
 
       – Cip, biz bir yerdə getməliyik. Biz ayrılıqda yaşayıb, yalnız görüş saatlarını gözləməklə yaşaya 
biləmərik, – az qala qızın ürəyi dayandı. 
 
       – Əzizim, nəyə görə? Məgər bu gün yaxşı deyildimi? Bizim üçün bundan daha gözəl nə ola bilər? 
Bu, əsl cənnətdir! 
 
        – Elədir, ancaq hər gün ayrılırıq! Bütün günü və gecəni sənsiz olmaq! Cip, sən hökmən, hökmən 
razılaşmalısan! Məgər sən məni azmı sevirsən? 
 
        – Çox sevirəm, ancaq  dəyişikliklər arzulamaq, taleyi aldatmaqdır. Brayan, qoy necə varsa, elə də 
olsun. 
 
         – Sən nədənsə qorxusan? 
 
         – Yox. Hər şeyi əvvəl olduğu kimi saxlayaq və risq eləməyək. 
 
         – Risq eləmək? Demək sən adamlardan, cəmiyyətdən qorxursan?  Mənsə bunların sənin üçün heç 
bir əhəmiyyətinin olmadığını düşünürdüm.  
 
            Cip gülümsədi. 
 
         – Cəmiyyət? Yox, mən ondan qorxmuram. 
 
         – Bəs onda kimdən, məndən? 
 
         – Bilmirəm. Kişiləri hər şey tez təngə gətirir. Brayan, mən hər şeyə şübhə ilə yanaşıram və 
bununla necə eləyəcəyimi bilmirəm. 
 
         – Sən adamı necə təngə gətirə  bilərsən? Sən özün özündən qorxursan? 
 
           Cip yenidən gülümsədi. 
 
         – Hər halda, oduqca az sevdiyim birisindən yox. 
 


         – Məgər həddən artıq çox sevmək olar? 
 
           Qız onun başını özünə tərəf çəkdi və öpdü.  
 
         – Yox, Brayan, qoy hər şey necə varsa, elə də qalsın. Bizə onsuz da birlikdə olmaq xoşdur. Əgər 
sən məndən təngə gələrsənsə, mən buna dözmərəm. 
 
          O hələ bir müddət də qızı dilə tutdu, ya hirslənərək, ya qızı öpərək, ya da inandırmağa çalışaraq. 
Ancaq onun bütün səylərinə qız, yalnız bircə zərif, qüssəli «yox» sözüylə cavab verdi. Onlar qayığı geri 
döndərəndə artıq axşam idi, şeh düşürdü. Stansiyanın yanında qız onun əlini sinəsinə sıxdı. 
 
       – Əzizim, mənə hirslənmə. Mən, bəlkə də, nə vaxtsa razılaşaram. 
 
          Qatarda gedəndə qız yenidən  kölgələrin və xışıldayan qamışların,    çayın bütün bu sakit 
füsunkarlığının arasında qayıqda olmaq istəyirdi. 
 
  
 
                                             XII   FƏSİL 
 
 
 
        Evdə qız oğrunca birbaşa öz otağına keçdi. Bluzkasını soyunmuşdu ki, Betti qaçıb gəldi, onun 
yanaqlarıyla göz yaşları axırdı. 
 
       – Betti! Nə olub? 
 
       – Ax, əzizim, siz haradaydınız? Onlar uşağı oğurladılar! Bu kinli adam, sizin əriniz onu birbaşa 
arabasından götürdü və böyük bir maşında özüylə apardı, həmin o, adam da onunlaydı! Mən mane ola 
bilmədim! – Cip ona vahimə içində baxırdı. –  Mayor evdə deyildi. Mən neyləyə bilərdim? Mən, yalnız 
döndüm ki, parkın qapısını bağlayım. O, uzun əllərini  uzadıb körpəni arabasından qamarlayıb 
götürəndə onun gözlərini belə görmədim! – Betti haldan düşmüş halda, çarpayının üstündə oturub, göz 
yaşlarına güc verdi. 
 
         Sarsılmış Cip yerindəcə donub qalmışdı. Ax, bu qisasçı əclaf Rosek! 
 
       – Ah, Betti! Uşaq, bəlkə də, ağlayırdı? 
 
         Cavabında hönkürtünün yeni dalğası eşidildi. Cip birdən keçən il vəkilin nə dediyini xatırladı. 
Qanuna görə uşaq Forsenə çatırdı. Cip uşağı, yalnız məhkəmədə o qorxunc işi qaldıracağı halda, ala 
bilərdi, indisə ona qalib gələ bilməzdi! Onlar nəyə nail olmaq istəyirdilər? Onun Forsenin yanına 
qayıtmasınımı istəyirdilər? Ya segilisindən ayrılmasınımı? Qız güzgüyə yaxınlaşdı və dedi: 
 
       – Betti, biz indicə gedirik və nə yollasa uşağı geri alırıq. Üzünü  yu. 
 
        Betti hazırlaşana kimi, Cip iki qorxulu fikri özündən uzaqlaşdırmaq istəyirdi, o, ya uşağını, ya da 
sevgilisini itirə bilərdi! Bu haqda heç düşünmək də lazım deyildi, yalnız cəld və qətiyyətli hərəkət 
eləməliydi. Ona lap çoxdan balaca bir xəncər bağışlanıldığı yadına düşdü. Axtarıb xəncəri taparaq, 
onun iti ucunu qınına saldı və sinəsində gizlətdi. Əgər onlar uşağını oğurlamağa qadirdilərsə, o hər şeyə 


qadirdi! Qız nə baş verdiyini yazıb atası üçün qoydu və hara getdiyini də yazdı. Sonra Bettiylə  taksi 
saxladılar. Soyuq su və sahibəsinin soyuqqanlılığı Bettiyə özünə ələ almağa bir balaca kömək elədi, 
ancaq  Cipin əlini möhkəmcə sıxmışdı və dərindən köks ötürürdü.  
 
        Cip uşaq haqda düşünməməyə çalışırdı. Əgər ağlayan körpəsini təsəvvür eləsəydi, özü də göz 
yaşlarını saxlaya bilməyəcəkdi. Qəlbində  ona qorxaqcasına yandan zərbə vuran bu adamlara qarşı 
qəzəbi getdikcə artırdı. Qız birdən qərara gəldi və sakitcə dedi: 
 
      – Betti, bunlar hamısı Mister Sammerxeyə görədir. Buna görə onlar bizim körpəmizi oğurlayıblar. 
Məncə, siz bizim bir-birimizi sevdiyimizi bilirsiniz. Onlar uşağı oğurlamaqla məni onların istədiyini 
eləməyə məcbur eləmək istəyirlər.   
 
        Cavab əvəzinə, yalnız dərindən ah çəkildi. Bu, ay kimi girdə sifətli  qadının ürəyində xeyirxahlıq 
və Cipə inamla, Cip üçün qorxması və onu xoşbəxt görmək arzusuyla, sadiq xidmətçi sədaqəti və qoca 
dayənin uşağa görə qorxusu arasında  mübarizə gedirdi.  
 
       – Ah, mənim əzizim! O, olduqca xoşagələn, cavan adamdır! Düzünü deyim, mən heç vaxt sizin
həqiqətən də, bu əcnəbiyə ərə getdiyinizə inanmamışam. Heç o qorxunc nikah bürosundakı musiqisiz, 
çiçəksiz, xeyir-duasız, bir sözlə, heç nəsiz  toy da həqiqi toy deyildi. Mən onda, sadəcə, bütün gücümlə 
ağlayırdım. 
 
        – Hə, Betti. Mənə onda elə gəlirdi ki, vurulmuşam. – Qız əlinin titrəkcəsinə sıxılmasını hiss etdi 
və acizanə səslər eşitdi və bundan sonra Betti yenidən göz yaşlarına güc verdi. – Ağlamayın, çatırıq! 
Bizim körpəmiz haqda düşünün! 
 
        Maşın dayandı. Sinəsindəki xəncəri əli ilə yoxlayaraq, Cip maşından düşdü və Bettinin əlindən 
yapışaraq, pillələri qalxmağa başladı. O, Dafna Uinqi, Roseki,  pinti qadını xatırlayırdı. Nəydi o 
qadının adı? Çoxlu digər şeyləri də, burada keçirdiyi məyusluq dolu saatları, gecədən xeyli keçmiş bu 
enli pillələrlə düşüb maşında Forsenlə yanaşı əyləşməsini, onun enli sümükləri olan qaşqabaqlı sifətini, 
dumanlı halda maşının küncünə sıxılmasını və ona yaxın oturmasını da xatırlayırdı. Bir dəfə sübh vaxtı 
onlar piyada çox gəzdilər və Rosek də onlarla idi. Dumanlı, ölü xatirələr! Bettinin əlindən möhkəmcə 
yapışaraq, qız zəngin düyməsini basdı. 
 
        – Ford, mister Forsen evdədirmi? 
 
        – Yox, mem. Mister Forsen və Rosek gündüz kəndə getdilər. İndi məndə onların ünvanları yoxdur. 
– Görünür, Cip çox ağarmışdı, ona görə də xidmətçi əlavə elədi: – Bəlkə, sizə içməyə nəsə verim? 
 
        – Onlar nə vaxt gediblər? 
 
        – Saat 1-də, mem, maşınla. Maşını qraf Rosek sürürdü. Elə zənn eləyirəm, onlar tezliklə 
qayıdarlar. Özləriylə, yalnız çantalarını götürüblər. Mem, əgər ünvanınızı versəniz, onlar qayıdan kimi 
sizə xəbər verərəm.  
 
           Qız öz vizit vərəqəsini ona verdi və mızıldandı: 
 
        – Təşəkkür eləyirəm, Ford, sənə çox minnətdaram. 
 
           Cip Bettinin əlindən yapışdı və ona güclə söykənərək, pillələri düşdü. İndi bu əsl vahiməli qorxu 



Yüklə 6,61 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə