ÖLÜMDƏn güCLÜ



Yüklə 6,61 Mb.
Pdf görüntüsü
səhifə70/85
tarix17.11.2018
ölçüsü6,61 Mb.
#80797
növüQaydalar
1   ...   66   67   68   69   70   71   72   73   ...   85

səninlə gedərəm. Sonra isə, bəlkə də, mənə göstərdiyin Qırmızı evdə birləşərik. Sənin məhz indi 
düşünməyə vaxtın var. Qoy sənin qərarına nə səfeh rəhmdillik, nə də şərəf hissi təsir eləsin, yalvarıram 
sənə, özünü sona qədər yoxlamağa çalış! Mən indi hələ də sənə xeyir verə biləcək hər şeyə dözə 
bilərəm. 
 
        Səni bədbəxt eləsəm, dünya başıma fırlanar! Oy, özünü yoxla. Yoxla… Mən hər şeyi başa 
düşərəm. Mən  bunları bütün varlığımla hiss edirəm! İndisə gecən xeyrə, ya da ola bilsin ki, əlvida! 
 
                                                                        Sənin Cipin». 
 
        Qız məktubu oxudu. Doğrudanmı, sözün əsl mənasında elə düşünür ki, Sammerxey ondan 
uzaqlaşarsa,  birdən uzaq keçmişə nəzər salıb, oyun oynamağa dəyməyəcəyi qənaətinə gələrsə, dözə 
bilər? 
 
        Məktubu bağladı. Ah, nəyə görə onun belə yumşaq ürəyi var idi?  
 
 
 
       On gündən sonra Mildenxem stansiyasında Cip atasının əlindən yapışmışdı, demək olar ki, onu 
görmürdü, gözlərinə hansısa duman çökmüşdü. 
 
       – Əlvida, əzizim! Özünü qoru, Londondan, sonra Parisdən  teleqramma vurarsan. – Və qızına 
gülümsəyərək, Uinton əlavə elədi. – Sammerxeyin bəxti gətirdi, mənimki isə yox. 
 
       Qızın gözlərinə çökən duman göz yaşlarına çevrilib, əlcəyinin üzərinə damcılamağa başladı. 
 
       – Cip, orada çox yubanmazsan! 
 
         Qız onun üzünü nəvazişlə öz yaş yanağına söykədi. Qatar yerindən tərpəndi. Qız nə qədər görə 
bilirdisə, boz şlyapasını yelləyən atasına baxdı. Sonra isə kupenin küncünə çəkilib vualını endirərək, 
göz yaşlarına güc verdi. Öz toyuda,   həmin fəlakətli  gündə, atasından ayrılarkən ağlamamışdı, indisə 
ondan ayrılıb təsəvvürə gəlməyən səadətinə doğru gedəndə, göz yaşlarını saxlaya bilmirdi. 
 
        Amma bütün bu vaxt ərzində  qız qəlbiylə kamilləşmişdi. 
 
 
 
                                             
 
  
 
«DÖRDÜNCÜ   HİSSƏ» 
 
 
 
I FƏSİL 
 
 
 


       Mayın ilk günündə dörd yarım yaşı tamam olan balaca Cip qərənfil ləkinin üzərinə əyilmişdi, ora 
iki hinduşka keçmişdi və çiçəklərin arasında eşələnirdilər. Qız heyrət ediləcək dərəcədə anasına 
oxşayırdı, həmin yumurta şəkilli sifət, qara qatlanmış qaşlar, böyük və aydın qonur gözlər, ancaq onda 
bizim günlərdə açıq havada yaşayan uşaqlara məxsus görünüş vardı. Onun uclarından qıvrılan saçları 
qısaca vurulmuşdu, gündə yanmış gözəl ayaqları dizinə qədər çılpaq idi. 
 
       – Hinduşkalar! Siz yaramazlarsınız, vəssəlam! Arxamca gəlin! – Və ovcunu göyə tutub, əlini 
yuxarı qaldıraraq, ləkdən uzaqlaşmağa başladı. Hinduşkalar uzun ayaqlarını götürüb qoyaraq, rəğbət və 
sual bildirən ququltuları ilə onun gündə yanmış əlindən nəsə alacaqlarına ümid eləyərək, qızın 
arxasınca gedirdilər. Günəş bu balaca varlığı nura qərq eləmişdi, balaca Cipin tünd göy rəngli donu, qız 
çiçəkləri səpələnmiş şabalıdı saçlarının qızılı parıltısı, zolaqlı quyruqları, yarışəffaf qırmızı sırğaları, 
qara hinduşkalar… Bütün bunlar narıncı, qırmızı, sarı  qərənfillərin fonunda gözəl görünürdü.  Balaca 
Cip hinduşkaları aldadıb açıq qapıdan içəri saldı və dikələrək dedi: 
 
        – Siz avaralarsınız, mənim əzizlərim! Ki…i…ş! – Və qapını hinduşkaların üzünə bağladı. Sonra 
isə bağdakı yeganə böyük ağac olan qoz ağacının dibində uzanmış, qocalıb əldən düşmüş skoç-teryerin 
yanına qaçdı. İtin yanında yerə oturaraq, onun ağ sifətinə baxdı və dedi: 
 
        – Osey, Osey, sən məni sevirsən? 
 
          Elə bu an artırmada anasını görüb, ayağa sıçradı və qışqırdı: «Osey! Osey! Ardımca!» – Cipin 
üstünə atılıb onun dizlərini qucaqladı, qoca skoç-teryer ağır-ağır onun ardınca tərpəndi. 
 
            Üç il ərzində Cip heç dəyişməmişdi. Onun sifəti yumşaq və ciddi olmuşdu, azacıq kökəlmiş, 
saçları tündləşmişdi, saçlarını başqa cür daramışdı, iri bir topa əvəzinə, hamar daranmış saçları yumşaq 
dəstələr halında dəbilqəsayağı vəziyyətdə boynunun dalına yığılmışdı, belə saç daranışı başının 
formasını daha çox nəzərə çarpdırırdı. 
 
        – Qızım, get Pettensə denən, qoy Oseyin yuvasına təzə pendir qoysun və onun üçün əti xırda-xırda 
doğrasın. Sənsə Sorvansa və Brauna iki parça qənd verə bilərsən. Sonra isə gəzməyə gedərik.  
 
        Cip dizləri üstə çökərərək, ehtiyatla itin belinin tüklərini aralayıb, ekzemaya yoluxmuş dərisinə 
baxmağa başladı. «Ax, əzizim, sən elə də yaxşı qoxumursan! Bax, yalnız üzümü yalama!» 
 
         Doqqazda poçtalyon göründü. Cip həmişə Sammerxeylə olmayanda yüngülcə titrədiyi kimi 
teleqrammı açdı. 
 
        «Yubandım. Növbəti qatarla gələcəyəm. Sabah şəhərə çıxmaq lazım deyil. Brayan». 
 
        Poçtalyon gedəndən sonra Cip yenidən dizləri üstə çökdü və itin başını sığallamağa başladı.  
 
        – Osey, sahibin sabah bütün günü evdə olacaq! Bütün günü! 
 
        – Mem, gözəl axşamdır, – cığırdan kiminsə səsi eşidildi. 
 
           Qarşısında «qoca kələkbaz» Pettens dayanmışdı, onun ayaqları elə də əyilməmişdi, sifəti sıx 
qırış toru ilə örtülmüş, dişləri düşmüşdü, balaca tünd gözləri donuqlaşmışdı. Pettensin arxasında ciddi 
sükut içində nə vaxtsa anasının elədiyi kimi, bir ayağını irəli qoyan balaca Cip gözləyirdi.  
 


        – Ah, Pettens! Mister Sammerxey sabah bütün günü evdə olacaq və biz onunla birgə atla uzaq 
gəzintiyə çıxacağıq. Əgər mən Ciplə gedə bilməsəm, atları gəzintiyə çıxardanda otelə get, mayor 
Uintona denən ki,  bu gün onu nahara gözləyirəm. 
 
        – Yaxşı, mem. Mənsə bu gün balaca miss Cipin ponisinə baxmışam. Beş yaşı var, siçan 
rəngindədir. Sağlam, sakit təbiətli, olduqca gözəl xırda yerişi var. Mən bu adama deyirəm: «Məni 
aldatmağı ağlınıza da gətirməyin. Mən at üstündə doğulmuşam. Belə at üçün iyirmi funt! On funt və 
belə hesab eləyin ki, bəxtiniz gətirib». «Yaxşı, Pettens, – o deyir, – sizə kələk gəlmək olmaz. On beş 
funt!» «Mən sizə bir funt da əlavə elərəm, – mən dedim, – on bir funt. Götürün və bununla da 
qurtaraq». «Ah! – o deyir. – Pettens, siz ki at almağı bacarırsınız! Yaxşı, on iki funt!» Poni isə azından 
on beş funta dəyər, mayorun da xoşuna gəldi. Belə ki, istəsəniz onu ala bilərsiniz! 
 
           Cip, yalnız bircə dəfə həyəcanlanmış halda tullanan, indisə sakitcə dayanıb, arada atabaxandan 
anasına doğru boylanan və dodaqları azacıq aralanmış balaca qızına baxdı. Cip düşünrdü: «Mənim 
gözəl balam! Heç vaxt hes nəyi xahiş eləmir».  
 
        – Neynək, Pettens, ponini alın.         
 
        – Hə, mem, çox yaxşı, mem. Gecəniz xeyrə, mem! 
 
          O, ayaqlarını sürüyərək uzaqlaşdı, ayaqlarını diziylə düz bucaq altında pillələrə qoyanda 
düşünürdü: «İki funt ki, mənim cibimdədir!» 
 
        On dəqiqədən sonra Cip balaca qızının və Ossinanın müşaiyyəti ilə adi  axşam gəzintisinə çıxdı. 
Həmişə olduğu kimi yuxarı, təpələrə doğru yox, çaya doğru getdilər, bu yerləri onlar «xam torpaq» 
adlandırırdılar. Bu bir -birindən palıd  və göyrüş ağacları bitmiş torpaq təpəciklərlə ayrılan, çillərlə 
örtülmüş iki çəmənlikdən ibarət bir yerdi. Çəmənliklərin çarpazcasına bitişdiyi yerdə dəlik-deşik olan 
köhnə daş saray var idi, sarayın divarları   qamış damına kimi sarmaşıqlarla örtülmüşdü. Buğda 
tarlalarının, gövşənliklərin  və palıd pöhrəliklərinin arasında itmiş bu yerlər, sanki, özünəməxsus xüsusi 
bir həyat yaşayırdı. Quşlar və heyvanlar da bu  yeri sevirdilər, balaca Cip yaxınlarda burada iki dovşan 
görmüşdü. Palıd ağacının seyrək yarpaqları arasında bir ququ quşu oturub quqquldayırdı, onlar dayanıb 
bu boz quş uçub gedənə kimi ona tamaşa elədilər. Dinc asayişin fonunda quşların cəhcəhi, palıdların və 
göyrüşlərin qızılı, yaşıl yarpaqları, otların arasından boylanan çöl çiçəkləri, bataqlıq səhləbi, çöl tərəsi, 
bütün bunlar Cipi düşüncələrə qərq edirdi. Təbiətin əsrarəngizliyi, şəffaf təbəssümü, gah solmasının, 
gah da heçdən var olmasının arxasında gizlənən bu ruh necə də dərkedilməz idi! Onlar sarayın yanında 
dayandıqları vaxt hansısa bir quş başlarının üzərində geniş dövrə vurur və bərkdən qışqırırdı. Quşun 
uzun dimdiyi və iti qanadları var idi, belə görünür, onların gəlişi quşu həyəcanlandırmışdı. Balaca Cip 
anasının əlini sıxdı. 
 
       – Mam, yazıq quşdur, düzdürmü? 
 
       – Hə, qızım. Bu sığırçındır, bəlkə də, onun dostunu yaralayıblar. 
 
       – Bəs dost nə deməkdir? 
 
       – Onun birlikdə yaşadığı quşdur. 
 
       – O, bizdən qorxur? 
 


Yüklə 6,61 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə