ÖLÜMDƏn güCLÜ



Yüklə 6,61 Mb.
Pdf görüntüsü
səhifə72/85
tarix17.11.2018
ölçüsü6,61 Mb.
#80797
növüQaydalar
1   ...   68   69   70   71   72   73   74   75   ...   85

yel dəyirmanıyla vuruşmağa hazır idi. Yatmamışdan əvvəl sonuncu siqaretini çəkib düşündü: «Gözəl 
keçmiş zamanları qaytarmaq və comərd bambılılara ehtiyac duymamaq  imkanını əldə eləməkdən ötrü 
nələrdən keçməyə razı olmazdım».      
 
                                          
 
II  FƏSİL 
 
 
 
        Axırıncı qatar yalnız on ikinin yarısında gəldi və Cip onların yataq otağını əvəz eləyən 
Sammerxeyin kabinetinə  getdi. Əgər qız atasının iztirablarından xəbər tutsaydı dəhşətə gələrdi. Onun 
adamlarla görüşməyə heç bir istəyi yox idi. Öz həyat şərtləri ona daha ideal görünürdü. Qız özünü 
maraqlandırmayan adamlardan, cəfəng aristokrat öhdəliklərindən azad olmuşdu. Onda nə vardısa, – 
məhəbbət, təbiət, at minmək, musiqi, heyvanlar, sadə adamlarla munasibət, hamısı həqiqi idi. Başqa 
daha nə arzulamaq olardı? Bəzən ona elə gəlirdi ki, belə vəziyyətə düşən qadınlar haqdakı kitablar və 
pyeslər saxtadır. Əgər sevirsənsə, daha nə istəyə bilərsən? Ya bu qadınlar məğrurluq hissindən 
xaliydilər, ya da əsl məhəbbətlə sevmirdilər! Təzəlikcə «Anna Karenina»nı oxumuşdu və dəfələrlə 
özünə deyirdi: «Burada nəsə qaydasında deyil, sanki, Tolstoy bizi inanmağa məcbur eləmək istəyir ki
Anna gizlicə vicdan əzabı çəkirmiş. Kim sevirsə, vicdanının tənəsinə tuş ola bilməz».  
 
         O, hətta məhəbbətin onu tənhalığa çəkilməyə məcbur eləməsinə sevinirdi, tək olmaqdan və yalnız 
onun üçün yaşamaqdan xoşu gəlirdi. Bundan əlavə qızın doğum şəraitinin özü onu cəmiyyət 
adlandırılan şeydən kənarda qoymuşdu. İndisə qızın məhəbbəti, eynən vaxtı ilə atasının məhəbəti kimi 
bu cəmiyyətdən kənar idi. Onun məğrurluğu, cəmiyyətdəkilərin təkəbbüründən dəfələrlə yüksək idi. 
Qadın, yalnız ona görə sızıldaya, şikayətlənə bilərdi ki, onları cəmiyyətdən qovublar və geri 
buraxılmayacaqlarını bilsələr də, yenidən ora qayıtmağa cəhd göstərirlər? Əgər Forsen ölsəydi və o, öz 
sevdiyinə ərə getsəydi? Bu, nəyi dəyişə bilərdi? Qız onu daha sevməyə bilərdi. O, hər şeyin olduğu 
kimi qalmasına üstünlük verirdi. Sammerxeyə gəlincə, qız sevgilisinin də onun kimi düşündüyünə əmin 
deyildi. O, heç nəylə bağlanmamışdı, əgər qız onu təngə gətirsəydi, çıxıb gedə bilərdi! Hər halda, 
məgər o, özünü ədalətsizcəsinə bağlandığı evli vaxtlarından daha çox indi bağlı hiss eləmirdimi? Belə 
fikirlər, daha doğrusu,  bu fikirlərin kölgəsi axır vaxtlar qızı olduqca qüssəli eləmişdi və atası da bunu 
duymuşdu. 
 
        Yalnız ay işığı ilə işıqlandırılan otaqda qız Sammerxeyin yazı masasının arxasında oturdu, onu tək 
qoyaraq, Sammerxey bu otaqda gecədən xeyli keçənə kimi məhkəmə işlərini araşdırmaq üçün otururdu. 
Çılpaq dirsəyi ilə masaya söykənərk, qız pəncərədən aya baxırdı və fikirləri Sammerxeyin onun 
həyatına daxil olan ildən indiyə kimi başlayan xatirələr axınına çevrilirdi.  
 
        Belə çoxlu və demək olar, hamısı da səadət dolu xatirələr! İnsan ürəyinə bələd olan o zərgər, necə 
də mahir adamdı! O, qıza bütün qaranlıqları unutmaq və yalnız parlaq günəş işığını xatırlamaq 
qabiliyyəti verdi! Forsenlə il yarım yaşaması və sonda qızın ondan ayrılması ilə nəticələnən həyatı 
duman idi, qızın son üç illik səadətinin sevinclərində əriyirdi. Yeganə bulud şübhəyə düşməsi idi, 
doğrudanmı, Sammerxey onu, o Sammerxeyi sevdiyi kimi sevirdi? Onun beyni arasıkəsilmədən 
gündüz və gecə bu sualın həlli üzürində düşünürdü. Keçmiş gündüzləri və gecələri əsl gündüzlər  və 
gecələrlə müqayisə edirdi. Onun qabaqcadan hiss elədiyi, «əgər sevərsə, gerisini düşünmədən sevəcək» 
duyğusu doğru olmuşdu. Sammerxey onun bütün həyatının mənasına çevrilmişdi. Məğrurluğu həm 
gücü, eyni zamanda da zəifliyi idi və şübhələrin qəlbində qaynaması heç də təəccüblü deyildi.  
 


        Onlar ilk səyahətləri üçün avropa ölkəsi olmayan İspaniyanı seçmişdilər, qaşqabaqlı,  çiçəkləri və 
küçələrdə bərkdən «Agua!» (Su! (ispan.) qışqırmaları ilə onları heyrətləndirən bu ölkədə geniş, qara 
şlyapalar geymiş, atlara qaynayıb qarışan kişilər və qadınlar, sanki, yəhərdə bitmişdilər. Başdan ayağa 
qara geyinmiş, gözəl gözləri olan qadınlar elə təsir bağışlayırdılar, sanki, bircə şərq çadraları çatmırdı. 
Bu sevinclə və işıqla dolu ay idi, sentybrın axır günləri, oktyabrın əvvəlləri idi. Seviliyanın öz 
cəzbediciliyi ilə ovsunlayan  küçələrində  gülüşün, qəribə qoxuların və səslərin, narıncı işığın və 
məxməri kölgələrin, İspaniyanın bütün bu istiliyinin və ciddiliklərinin əhatəsində  ləzzətlə gəzib 
dolaşırdılar. Siqaret satan Alkasar, qaraçı qızı, rəqqasə Triana, onların atla getdikləri qədim 
xarabalıqların külündən baş qaldıran çiçəklər, küçələr və meydanlar, günün altında dayanıb ciddi 
söhbət eləyən adamlar, yemiş və susatanlar, sanki, yuxularında gördükləri qaşqabaqlı eşşəklər, siqaret 
kötüklərini toplayan dilənçilər, Malaqi çaxırı, Alikantenin qəzəbi!  Onlar   Kastiliyanın yandırılmış 
dağları ilə geriyə Madridə, Qoya və Velaskesə  döndülər. Parisə qayıdana kimi orada yaşadılar. 
Məzuniyyət qurtardı, Londona, məhkəmə prosesinin əvvəlinə yetişmək lazım idi. Parisdə onlar bir 
həftə balaca və məzəli fransız otelində yaşadılar. Oradan çoxlu şirin və bir acı xatirəsi var idi. Bir dəfə 
teatrdan sonra  restoranda yemək yeyirdilər və birdən Cip güzgüdə üç nəfərin içəri girib onların 
arxasındakı masada oturduqlarını gördü. Forsen, Rosek və Dafna Uinq! Onlar şam sifariş verənə kimi, 
Cip öz sakitliyini qorudu, çünki Rosek  gourmet (şirni sevən (Frans.) idi, qız isə, yəqin, acmışdı. Amma 
sonra  gördü ki, gizlənə bilməyəcək, onu onsuz da görəcəklər. Yalandan özünü xəstəliyə vursun və 
buradan getsinlərmi? Ya Brayana desin? Ya da öz yerindəcə qalsın, gülsün, danışsın, yesin və içsin, 
sanki, arxasında heç kim yox imiş kimi? 
 
        Güzgüdə özünün qızaran üzünü və işıldayan gözlərini gördü. Qoy görsünlər o, necə də xoşbəxtdir
öz məhəbbətinə necə də inanır! Qız ayaqqabısının burnu ilə Sammerxeyə toxundu. Bu solğun 
şəhərlilərin yanında günəşdə yanıb, gümrahlaşan o, necə də gözəl görünürdü! Sevgilisinə də elə baxır 
ki, sanki, onun gözəlliyini özü üçün indicə kəşf eləyib. Bu, saqqallı, solğun sifəti və yaşıl gözləri olan 
adama o, necə dözə bilirmiş? Sonra qız güzgüdə Rosekin tutqun ləkələrlə əhatə olunmuş gözlərinin  
onun üzərində dayandığını gördü və bu gözlərdə ani parlayan qığılcıma, dodaqlarının sıxılmasına, 
yanaqlarının allanmasına  görə Rosekin onu tanıdığını başa düşdü. O, neyləmək istəyəcəkdi? Qız arxası 
ona tərəf oturmuşdu və yeyirdi. Forsen birbaşa qabağına, Cipə çox yaxşı tanış olan narazı baxışlarla 
baxırdı. İndi hər şey bir dəfə onun boynundan öpən bu təhlükəli adamdan asılı idi. Birdən Cipi ağrılı bir 
hiss bürüdü. Əgər onun sevgilisi bilsəydi, onlardan cəmisi beşcə addımlıqda bu iki adam əyləşib! 
Rosek Cipin onları gördüyünü hiss elədi. O, qıza tərəf əyilib  qulağına nə isə pıçıldadı, Dafna Uinq geri 
döndü, ağzı açıldı və ondan bir «Oy!» nidası qopdu. Cip onun Forsenə dikilən narahatlıq dolu 
baxışlarını hiss elədi. Əlbəttə, qız Forsen onu görməmişdən əvvəl buradan getmək istəyərdi. Hə, qız 
ayağa qalxdı, həm də sanki, şəraitin ağasıymış kimi! Mantosunu çiyninə atırlar, qız qapıya doğru gedir 
və yalnız oradan ani olaraq, qorxmuş baxışlarını onlar tərəfə  gəzdirir. Getdilər! 
 
        – Gedək, əzizim, – Cip dedi. 
 
        Onun elə görkəmi vardı, sanki, ölüm təhlükəsindən yaxa qurtarmışdılar. Ona görə yox ki, bu iki 
nəfər ona, ya da sevgilisinə bir pislik eləyə bilərdilər, ona görə ki, daha bir ağır iztirabdan yaxa 
qurtardılar, bəlkə də, Sammerxey bu adamı görsəydi, onun qəlbində qızın keçmişinə dair qısqanclıq 
hissi baş qaldırardı. 
 
        Onların birgə yaşadıqları ilk həftələrdə Cip müdrik bir ehtiyatkarlıq göstərirdi. Həyat təcrübəsinə 
görə Sammerxey tamam uşaq idi, o, buna əmindi. Baxmayaraq, o, xarakterinə görə daha iradəli,  ona 
nisbətən daha çalışqan və inadkar olsa da, qız həyat kursunun idarə edilməsində, sualtı daşların 
parçalarından qorunmaqda əsas işin öz payına düşdüyünü hiss edirdi. Berkşirsk təpələrində kirayə 
tutduqları ev qaydaya salınana qədər, onlar Londondakı otelə yerləşdilər. Qız tələb edirdi ki, o heç kimə 


Yüklə 6,61 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə