ÖLÜMDƏn güCLÜ



Yüklə 6,61 Mb.
Pdf görüntüsü
səhifə73/85
tarix17.11.2018
ölçüsü6,61 Mb.
#80797
növüQaydalar
1   ...   69   70   71   72   73   74   75   76   ...   85

öz münasibətləri haqda danışmasın. Cip əvvəlcə necə lazımdırsa, yəni mümkün olduğu qədər balaca 
Ciplə, Betti və atlarla birlikdə olmaq, təmiz   ailəvi həyat şəraiti yaratmaq istəyirdi. Ancaq Londona 
qayıtdıqları ilk həftədə ona vizit vərəqəsi gətirdilər. «Ledi Sammerxey». 
 
        Xidmətçi oğlan gedəndən sonra  güzgüyə yaxınlaşdı və özünü şübhə ilə nəzərdən keçirdi. Cip bir 
dəfə stansiya meydançasında gördüyü bu ucaboylu qadının, hətta oğlunun qanuni arvadı olmuş olsa 
belə, ona uyğun gəlməyən süst, yumşaq birisi haqqında nə düşündüyünü aydın təsəvvür edirdi. 
Saçlarını qaydaya salaraq və qaşlarını yüngülcə ətirləyərək, daxilən bütünlüklə əsərək, zahirən isə 
tamam sakit halda pilləkənlə aşağı düşdü. 
 
        Bu qədim otelin həmişə «yenidən təmir olunan» hollunda Cip rəngli jurnalı tez – tez vərəqləyən 
qonağını gördü, qarşıdakı xoşagəlməz müalicəni fikirləşən adamlar diş həkimin qəbulunda belə 
eləyirlər və Cip düşündü: «O, deyəsən, məndən daha çox qorxur, nəinki mən ondan». 
 
        Ledi Sammerxey əlcək geydiyi əlini ona uzatdı. 
 
       – Salam, – qadın dedi, – ümid edirəm, gəlişim üçün məni bağışlayarsınız. 
 
       – Gəldiyiniz üçün çox mərhəmətlsiniz. Təəssüf ki, Brayan evdə deyil. Çay içmək istəyirsinizmi? 
 
       – Mən artıq çay içmişəm, gəl oturaq. Bu otel xoşunuza gəlirmi? 
 
       – Bura çox yaxşıdır. 
 
         Onlar bütün təmirlərdən hansısa möcüzənin sayəsində salamat qurtarmış məxmər örtüklü divanda 
yanaşı oturdular və bir-birlərini nəzərdən keçirməyə başladılar. 
 
       – Brayan sizin xaricdə necə gözəl vaxt keçirdiyinizi mənə danışdı. Məncə, o, yaxşı görkəmdədir. 
Axı mən ona heyranam. 
 
        Cip yumşaq cavab verdi: 
 
       – Hə, bu təbiidir, – ancaq o, birdən ürəyinin necə də daşa döndüyünü hiss elədi. 
 
        Ledi Sammerxey onu iti bir baxışla nəzərdən keçirdi. 
 
       – Mən… mən ümid edirəm ki, tamamilə açıq danışmağıma etiraz eləməzsiniz?.. Mən elə 
narahatam. Bütün bunlarda xoşagələn şey azdır, elə deyilmi? Əgər mən sizə nəyləsə kömək eləyə 
bilərəmsə, sadəcə, çox şad olaram. Sizə necə çətin olduğunu təsəvvür eləyirəm!... 
 
        Cip tələsik onun sözünü kəsdi: 
 
        – Oy, yox! Mən olduqca xoşbəxtəm. 
 
        Ledi Sammerxey diqqətlə onu süzdü, 
 
        – Əvvəlcə adamlar özlərinə heç nədə hesabat vermirlər, yəqin, sizin ikiniz kimi, sonra isə 
cəmiyyətin sizi qəbul eləmədiyinə əmin olacaqsınız. 
 


        Cip gülümsədi. 
 
        – Kim daxil olmağı xahiş eləyərsə, onu qəbul eləməyə bilərlər. Mən heç vaxt məni olduğum kimi 
qəbul eləməyən adamlarla oturub durmaram. Sonrasına qalanda, mən bilmirəm, axı Brayanla bağlı nə 
baş vermişdir? Onun yaşıdı olan əksər kişilərin hardasa kimisə var. 
 
        Qəlbində gizləməyə nə qədər çalışsa da, onda bu aristokrat qadına qarşı nifrət hissi baş qaldırırdı, 
onu öz köləsi və oğlunun inkişafını korlayan, onu məhv eləməyə hazırlaşan Dəlilə kimi görən bu qadın 
onun düşməniydi. Cip daha da sakit tərzdə dedi: 
 
       – Kimliyindən asılı olmayaraq, onun mənim haqqımda kiməsə danışmağa ehtiyacı yoxdur.  Əmin 
ola bilərsiniz, əgər nə vaxtsa ona yük olduğumu hiss eləsə, o, məni daha görməyəcək. 
 
       Cip ayağa qalxdı, ledi Sammerxey də qalxdı. 
 
       – Ümid edirəm, siz elə düşünməzsiniz… Mən haqlıyam… Mən yalnız istədim… 
 
        – Mən düşünürəm, hər şeydən yaxşısı tam səmimi olmaqdır. Məni bağışlayın… Brayanı yoldan 
çıxartdığım üçün siz heç vaxt məni sevməyəcəksiniz. Buna görə də məni onun məşuqəsi kimi hiss 
eləmək sizin üçün daha yaxşı olar. Bizim hər ikimiz üçün də yaxşı olar. Yenə də siz çox 
mərhəmətlisiniz ki, gəlibsiniz. Sizə təşəkkür edirəm, xudahafiz. 
 
           Ledi Sammerxeyin uca boyu sütunların arxasında yox olana kimi, çətinliklə balaca masaların və 
naxışlı oturacaqların arasından özünə yol taparaq səntirlədi.  Cip yenidən yerinə   çökdü və əlini od 
tutub yanan yanağına qoydu. Onu həyəcana gətirən məğrurluq şeytanı bu dəqiqələrdə məhəbbətdən də 
güclü idi. Ona başqa birinin, atasının vizit vərəqəsini gətirəndə o, hələ də divanda oturmuşdu. Qızını bu 
qədər uzun ayrılıqdan sonra gördüyünə sevinən atası dərhal da Mildenxem və balaca Cip haqda 
danışmağa başladı. Sonra ona diqqətlə baxıb dedi:  
 
        – Əgər istəsəniz, indi siz ora, ya da Beri-stritə gedə bilərsiniz. Mən buna əsl nikah kimi baxıram. 
Xidmətçiləri yığar və onlara bunu izah elərəm. 
 
       Cip özlüyündə təsəvvür edirdi, xidmətçilər ev duasında olduğu kimi sıraya düzülüblər, atası 
dümdüz və özünü dartaraq deyir: «Siz bundan sonra da şəfqətli olacaqsınız….»  «Mən sizə olduqca 
borcu olacağam, əgər siz…»  və ilaxır. Qız onu hamıyla bir bərabərdə tutduqları üçün inciyən Bettinin 
girdə, narazı, Markinin mülayim, qapalı, missis Markinin hiyləgər, utancaq və hər şeyə həvəs göstərən 
üzünü, mürəbiyyələrin dovşan sifətlərini, qoca Pettensin zəhərli təbəssümünü aydın görürdü: «Ah, 
mister Sammerxey! Əvvəlcə qızın atını aldı, sonra da qız özü onun yanına köçdü!» 
 
        – Mənim əzizim, mən bilmirəm! – Cip dedi. – Sən mənə qarşı çox mərhəmətlisən. Ancaq hələ 
gözləyək, baxaq! 
 
          Uinton onun əlini sığalladı. 
 
        – Biz mövqelərimizi əldən verə bilmərik, Cip, sən bunu bilirsən. 
 
          Cip gülümsədi. 
 
          Elə həmin gecə Cip onların çarpayılarını ayıran qaranlıqda dedi: 


 
        – Brayan, mənim bir xahişimi yerinə yetirəcəyinə söz ver. 
 
        – Baxır nəyə. Mən səni çox yaxşı tanıyıram. 
 
        – Yox! Bu olduqca ağıllı və mümkün olan işdir. Söz ver! 
 
       – Əgər belədirsə, yaxşı. 
 
       – Mən istəyirəm, sən Qırmızı Evin kirayəsini mənim adıma keçirəsən. Qoy o, mənim olsun və 
mənə hər şeyin pulunu verməyə icazə ver. 
 
       – Axı nə məsələdir? 
 
       – Sadəcə, mən öz evimin olmasını istəyirəm. Mən izah eləyə bilməyəcəyəm, ancaq   ananın bu 
günkü təşrifindən sonra bunun olduqca vacib olduğunu hiss elədim. 
 
       – Mənim balam, mən sənin hesabına necə yaşaya bilərəm? Bu cəfəngiyyatdır. 
 
       – Bütün qalanların pulunu sən verəcəksən, Londonda yaşamağımızın, səyahətlərimizin, əgər 
istəsən paltarlarımın. Biz hər şeyi həll elərik. Əlbəttə, söhbət pulda deyil. Mən yalnız onu hiss eləmək 
istəyirəm ki, nə vaxtsa sənə lazım olmayanda, sadəcə, mənim yanıma gəlməyə son qoya biləsən.  
 
       – Cip, bu qəddarlıqdır! 
 
       – Yox, yox. Bir çox qadınlar kişiləri ona görə itirirlər ki, onlardan çox şey istəyirlər! Mən sənin 
məhəbbətini itirmək istəmirəm, vəssəlam. 
 
       – Əzizim, bu ağılsızlıqdır! 
 
       – Yox, ağılsızlıq deyil. Kişilər də, qadınlar da arxalarınca zəncir sürüyürlər. Nə vaxt ki, zəncirlər 
yoxdur… 
 
       – Neyləməli, onda sən icazə ver, mən evi öz adıma götürüm, mən səni təngə gətirəndə sən gedə 
bilərsən. – Onun səsi boğuq və incik çıxırdı. Qız onun, sanki, balışa acığı tutubmuş kimi bu tərəfdən o 
tərəfə necə aşdığını hiss edirdi.  
 
       – Yox, mən bunu izah eləyə bilmirəm, ancaq belə yaxşıdır. 
 
       – Biz indi birgə həyatımıza qədəm qoyuruq, sənsə elə danışırsan, sanki, onu pozmaq istəyirsən.  
Cip, bu adama toxunur, belədir ki, var. 
 
          Ortalığa ölü sükut çökdü, hər ikisi səssizcə uzanmışdı, sanki, sükutla bir-birlərinə qalib gəlmək 
istəyirdilər. Sammerxeyin ah çəkməsinə qədər bir saat keçdi və onun dodaqlarını öz dodaqlarında hiss 
eləyən qız qalib gəldiyini başa düşdü.  
 
 
 
                                            III   FƏSİL 


Yüklə 6,61 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə