ÖLÜMDƏn güCLÜ



Yüklə 6,61 Mb.
Pdf görüntüsü
səhifə78/85
tarix17.11.2018
ölçüsü6,61 Mb.
#80797
növüQaydalar
1   ...   74   75   76   77   78   79   80   81   ...   85

 
       – Ata, lazım deyil! 
 
       –  Hə, insana onun özünə nəsib olandan daha  da pisini arzulamaq olmaz.  Amma mən nə vaxt 
burunlarını dik tutan adamları görürəm, onda, lənət şeytana… 
 
       – Əzizim, bunun nə mənası var? 
 
       – Mənim üçün çox böyük mənası var! – Onun ağzı hirsli təbəssümdən əyildi. – Hə, iş gəlib 
yaxınlarımızın mühakimə olunmasına çatanda biz hamımız eyniyik. 
 
        Tenbrinc sularında keçiridikləri bu sayılı günlərdə onlar bir-birlərini uzun illər olduğundan daha 
çox tanıdılar. Uintonun zirehini müalicə vannalarımı yumşaltdı, ya ona mister Ueqqin dediyi 
«azacıq…e… dəmiri çox olan» havamı təsir etdi, hər nəydisə, kişini ilk vəzifələrindən biri olan öz 
iztirablarını gizlətmək qabiliyyətindən məhrum elədi.  
 
        Tenbricdə olduqları axırıncı gün onlar yaxınlıqdakı meşələrdən birinə getdilər. Cip günəşin nura 
qərq elədiyi ağacların gözəlliyinə heyran olmuşdu və danışmaq istəmirdi. Ondan ayrılmalı olan Uinton 
isə olduqca söhbətcil idi. O, at yarışları idmanında  nəhs dönüşlər yaranmasından başladı, hər şey 
varlıların əlinə keçmişdi, bu Amerika yəhərləri və bukmekerlər istədin, istəmədin harasa yox 
olmuşdular, bir sözlə, vəziyyət faciəliydi. Sonra ümumi vəziyyət haqdakı acı şikayətlərinə davam etdi. 
Parlament üzvlərinə maaş verməyə başlayandan sonra onlar özlərinə olan hər cür hörməti itiriblər. 
Şəhərlər kəndləri yeyirlər, ovçuluğun başı üzərində təhlükə var, qəzetlərin gücü və bayağılığı 
qorxuncdur, qadınlar başlarını itiriblər və sanki, özlərinin yaxşı adətlərindən utanırlar. Balaca Cip 
böyüyüb anasının yaşına gələndə, yəqin, onlar hamısı nəzarət komitələrinin hakimiyyəti altına düşəcək, 
bağ-şəhərlərdə yaşayacaq və xərclədikləri hər yarım kronun, yaşadıqları hər yarım saatın hesabını 
aparcaqlar. At heyvanlar dünyasının ölən növünə çevriləcək, onu, yalnız ildə bir dəfə lord-merin 
mərasimində göstərəcəklər. O, ümid eləyir ki, belə günlərə kimi yaşamaz. Birdən heç gözlənilmədən 
Uinton əlavə elədi: 
 
       – Sən necə bilirsən, Cip, ölümdən sonra nə olur? 
 
       –  Ata, heç nə. Mən düşünürəm, sadəcə, biz geri qayıdırıq. 
 
       – Hə, mən də elə düşünürəm! 
 
         Nə o, nə də qızı hər birinin əvvəllər bu haqda düşündüklərini bilmirdilər. 
 
         Cip mızıldandı:    
 
 
 
             a vie est vaine - 
 
                             Un peu d'amour. 
 
                             Un peu de haine 
 
                             Et puis bonjour. 


 
        (Həyat boş şeydir, azacıq məhəbbət, azacıq nifrət və bu da hər şeyin sonu! (Frans.) 
 
          Uinton ya fınxırdı, ya da gülümsədi. 
 
        – Bəs «Allah» adlandırılan ən nəhayət, nə olan şeydir? Bu, məncə, insanın özündən yaratdığı bir 
şeydir, vəssəlam. Sən öz təsəvvür elədiyindən daha çox təsəvvür eləyə bilməzsən. Cip, bir şey məni 
həmişə dalana dirəyir. Bütün həyatım boyu mənim qəlbim bir qadına məxsus olub. Ölüm gəlir və sən 
gedirsən! Mən nəyə görə sevdim, bir halda ki, daha heç vaxt görüşməyəcəkdiksə! 
 
       – Bəlkə də, həyatda əsas məsələ kimisə və ya nəyisə bütün qəlbinlə sevməkdir?  
 
         Uinton ona baxdı. 
 
       – Hə…ə…ə, – nəhayət, o dilləndi, – mən tez-tez düşünürəm ki, sadəlövh dindarlar pul yığıb heç 
zaman qalib gəlməyəcək ata stavka eləyirlər. Götür elə Hindistandakı bu yoqları. Otururlar özləriyçün, 
qalan bütün dünya cəhənnəm olsun, veclərinə də deyil, onlar ümid edirlər ki, o dünyada onlar üçün çox 
yaxşı olacaq. Bəs əgər o dünya olmasa? 
 
       Atasının qoluna girərək, ona möhkəmcə sığındı. 
 
       – Yox, ata, biz səninlə həyatdan məndə olan  Prokridanın şəkilindəki kimi, küləyi, günəşi, ağacları, 
suyu olan bir yerə köçəcəyik.    
 
 
 
 
 
VI    FƏSİL 
 
 
 
        Brayan Sammerxey Edinburqdan gələn gecə qatarına ikili hisslə əyləşirdi, qoyub getdiyi qız 
haqqında kədər hissiylə, yanına qayıtdığı qadın haqqındakı həsrət hissiylə. Onun ürəyində eyni vaxtda 
həm o, həm də bu necə yaşaya bilərdi? Vaqondakı  yerinə uzananda o,  xoş bir yüngüllüklə, çay dolu 
fincanı ona uzadan və özünün not səhifələrini vərəqləyənə qədər Sammerxeyə dəcəl bir təbəssümlə 
baxan Diananı xatırlayırdı. Elə həmin dəqiqə də Cip haqqındakı düşüncələr varlığına hakim kəsilirdi, 
onu qucaqlamağı, səsini eşitməyi, gözlərinə baxmağı, dodaqlarını dodaqlarına sıxmağı arzulayırdı.  
Bədəninə və canına bunca hopan belə  məhəbbəti, belə dostluğu o heç yerdən tapa bilməzdi. Bununla 
belə, hər halda, qəlbinin dərinliklərində o sarısaç qıza görə yüngül bir kədər gizlənmişdi. 
 
      Fikirlərinin belə qəribə qərarsızlığından yorulmuş halda, yuxuya getdi və yuxuda hər bir adamın 
qatarda görə biləcəyi yuxular gördü. Sonra o, hansısa stansiyada heyrətləndirəcək dərəcədə  sakitlikdən 
oyandı. Sonra isə ona elə gəldi ki, daha bir neçə saat yatdı, yenidən elə həmin stansiyada oyandı və 
nəhayət, Uildsendə günün parlaq işığında oyanana kimi  yatdı. İndi onun cəmisi bir şiddətli arzusu var 
idi, Cipi görmək! Hətta Londonun səhər dumanına belə gülümsəyərək taksiyə əyləşdi.  
 
       Cip oteldəki otağın uzaq güncündə dayanmışdı, həddən artıq ağarmışdı, təpədən dırnağa kimi 
titrəyirdi, Sammerxey onu möhkəmcə qucaqlayanda o, dərindən   qırıq-qırıq ah çəkdi və gözlərini 


yumdu. Dodaqlarını onun dodaqlarına sıxanda qızın az qala huşunu itirdiyini hiss elədi və o, özü də bu 
öpüşdən başqa heç nə hiss eləmirdi. 
 
        Səhər onlar xaricə getdilər, bu balaca guşə Normandiyada, Fekanın yaxınlığındaydı. Burada, bu 
kənddə hər şey nəhəng ölçülərdə idi, adamlar, heyvanlar, çəpərsiz tarlalar, fermaların həyətləri, nəhəng 
payız ağacları, göy, dəniz, hətta qaragilələr də. Cip xoşbəxt idi. Ancaq iki dəfə şotland markası ilə qıza 
yaxşı tanış olan həmin xətlə yazılmış məktub gəldi. Xəyal qaranlıqda həmişə nəhəng, dumanda isə 
xüsusilə real görünür. Qısqanclıq ağılda yox, bütün qəlbi ilə sevən ümidsiz və eyni zamanda da tam 
məğrur olan adamın təbiətində yaranır. Qısqanclıq şəkkaklıqdan güclənir. Əgər qüruru lap elə bunu 
Sammerxeydən soruşmağa icazə versədi də, bunun nə xeyri olacaqdı? Bütün hallarda onun cavablarına 
inanmayacaqdı. Əlbəttə, bəlkə də, o, yazığı gəldiyindən deyəcəkdi ki, özünə heç vaxt başqa qadınlar 
haqda düşünməyə belə icazə verməyib… Ən nəhayət, bəlkə, elə bu, onun öz uydurmalarıydı? Axı 
birlikdə keçirdikləri bu üç həftə ərzində, həqiqətən də, onu sevdiyini hiss elədiyi və xoşbəxt olduğu 
saatlar az olmamışdı. 
 
        Qırmızı evə oktyabrın əvvəlində qayıtdılar. Balaca Cip indi əməlli-başlı at çapır, Qoca Pettensin 
rəhbərliyi ilə  atla «xam torpağ»a gedirdi. Qızın möhkəm, gündə yanmış ayaqları, sanki, boz poninin 
üstündə bitmişdi, qarabəniz sifəti tam həyəcanlıydı, qara gözləri birbaşa qabağa baxır,  qısa qıvrım 
saçları balaca düz kürəyinə tökülmüş qız yəhərdə çox gözəl otururdu. Babası, anası və Brayanla 
birlikdə gəzintiyə çıxmağı arzulayırdı. İlk günlər onun arzusunu yerinə yetirmək üçün belə də elədilər. 
Sonra məhkəmə sesiyaları başladı və Cipin Sammrexeyin ikinci həyatını bölüşməkdan başqa bir işi 
qalmadı. 
 
 
 
                                                
 
VII     FƏSİL 
 
 
 
         Qoca skoç-teryer Ossian solğun payız günəşinin işıqlandırdığı cığıra uzanmışdı. O, bütün səhəri, 
sahibi ilk qatarla getdiyi andan burada uzanmışdı. Ossianın artıq on altı yaşı var idi. O. eşitmirdi və 
kədərliydi, hər dəfə Sammerxey gedəndə, sanki, onun gözləri deyirdi: «Bu bizim həmişəlik 
ayrılmağımızla nəticələnəcək!» Evin digər sevimli adamları, onun yerini verə bilmirdilər, köpək, yalnız 
öz sahibiylə olanda ömründən az qaldığını hiss edirdi. O, həyətdə hər bir yad adamın görünməsini 
çətinliklə qəbul eləyirdi. Cip pəncərədən  Ossianın belini qabardaraq, poçtalyona necə hürdüyünü 
gördü. İtin onu tutacağından ehtiyatlanaraq aşağı qaçdı. 
 
       Onun üçün qorxulu olan həmin xətlə yazılmış və üstündə «tamamilə təcilidir» qeydi olan məktub 
Sammerxeyin iş yerindən göndərilmişdi. Məktubu burnuna tutdu. Bundan nəyin qoxusu gəlirdi? 
Dırnaqları ilə qeyri –  ixtiyari olaraq, konvertin qıraqlarına toxundu, ancaq dərhal da yerinə qoydu, bu 
məktubu açmağı olduqca çox arzulayırdı. Gözlənilmədən ağlına belə bir fikir gəldi. «Birdən mən bu 
məktubu oxudum və orada xüsusi olaraq heç nə tapa bilmədim?» Axır aylar ona bunca ağrı-acılar bəxş 
eləyən  qısqanclıq iztirablarına son qoyulardı. Bəlkə, orada doğrudan da, nəsə vardı? O zaman dərhal 
ona və özünə inamını, onun məhəbbətini və özünə olan hörməti itirərdi. Bəlkə, bu məktubu onun özünə 
aparsın? Əgər üç saatlıq qatarla getsə saat altıda orada olardı. Hələ stansiyaya getməyə vaxt var idi. 
Balaca Cip yuxarı pillədə oturub şəkilli kitaba baxırdı. 
 


Yüklə 6,61 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə