ÖLÜMDƏn güCLÜ



Yüklə 6,61 Mb.
Pdf görüntüsü
səhifə8/85
tarix17.11.2018
ölçüsü6,61 Mb.
#80797
növüQaydalar
1   ...   4   5   6   7   8   9   10   11   ...   85

söhbətdən də yayınmadı və onun məsumluğundan xoşlanan baronessa sözünə davam elədi: 
 
        – Qadınlar və yenə də qadınlar! Necə də iyrəncdir! Bu, onu məhv eləyə bilər!  Ona lazım olan 
yeganə şey, özü üçün bir qadın tapmaqdır və mənim əvvəlcədən o qadına yazığım gəlir, sapristi (Lənət 
şeytana! (fran). O qadını hansı həyat gözləyir! 
 
        – Belə kişilər, ümumiyyətlə, sevməyə qadirdilərmi? – Cip sakitcə soruşdu. 
 
         Baronessa gözlərini geniş açaraq, ona baxdı. 
 
        – Mən belə bir kişini tanıyırdım, o, qula dönmüşdü. Mən onun qadının arxasınca quzu kimi 
qaçdığını görürdüm, qadın isə həmişə onu aldadırdı. On  On  ne  peutjamais dire. Ma belle, il y a des 
choses,  que  veus  ne  savez  pas  encore (Əvvəlcədən heç nə deyə bilməzsən. Əzizim, elə şeylər var ki, 
siz hələ bilmirsiz. (Frans.) – Qadın Cipin əlindən yapışdı – Amma bir şeyə şübhə ola bilməz, belə 
gözlərlə sizin üçün hər şey irəlidədir! 
 
        Cip əlini geri çəkib başını yırğaladı, yox, o, məhəbbətə inanmırdı. 
 
       – Ah, siz çoxlarının başını gicəllədəcəksiniz! – qadın dedi. – Buna şübhə eləməyə bilərsiniz. Mən 
bu çox qəşəng qonur gözlərdə nə isə məşum bir şey görürəm! 
 
        Əgər bu sözlər ona ürəyəyatan gəlsəydi, gənc qız bunları üzürlü hesab edərdi, yox bir, onun 
gözlərində tale də görünürmüş! Kompliment Cipi həyəcanlandırdı və bu günlərdə qız qeyri – iradi 
olaraq, şən əhvalda oldu, kişilər ona baxmaq üçün dönəndə, baxışları belə onu həyəcanlandırırdı. 
Yüngül hava, gözəl, şən şəhər, bol musiqi, bu adi, nəzərə çarpmayan adamların arasında seçilmək hissi
bütün bunlar əhvalını qaldırır, sanki, onu sərxoş eləyir, baronessanın dediyi kimi, «un peu folln» (Azca 
ağlını itirirdi  (Frans.) Qız bütün günü ancaq gülürdü. Hər şey onun üçün məzəli, heyranedici idi. Bu 
qızın daxilində hansı zinətin gizləndiyini bilən, onun məftunediciliyini əvvəlcədən olduğu kimi 
qiymətləndirən  baronessa da onu bütün arzu olunan, hətta arzu olunmayan adamlarla da tanış eləmək 
üçün əlindən gələn hər şeyi eləyirdi.          
 
        Hər şeylə maraqlanmaq – yaxşı hissdir. Kişi nə qədər qələbə qazanırsa, ona qalib gəlmək qadınlar 
üçün bir o qədər cazibədar olur. Çoxlarını ovsunlayan birisini ovsunlamaq – məgər  birinin 
məftunediciliyinin yerdə qalan digərlərinin məftunediciliyini üstələməsinə dəlalət eləmirmi? 
Baronessanın Forsen haqqında dedikləri, – «qəbuledilməz insandır» – Cipin fikrini qətiləşdirirdi,  
amma bu vaxt ərzində hiss olunmadan onda tutqun bir həyəcanı da gücləndirirdi. Bir dəfə skripkaçı  
onu konsertdə bütün kütlənin içindən seçib ayıranda bu həyəcanı keçirmişdi. Bir qədər sonra isə 
baronessanın sözləri daha çox hiss olunan bəhrəsini verməyə başladı.  Buna qədər isə çiçəklərlə bağlı 
qəribə bir epizod oldu.  
 
         Atla gəzintidən qayıdanda – bu, onun atası ilə birlikdə Şillerin heykəlinin yanında oturduğu 
vaxtdan  bir həftə sonra baş verdi, – Cip öz tualet masasının üstündə «Qlyuar de Dicon» və «Lya 
Frans» qızılgüllərinin buketini gördü. Kağız yox idi. Qulluqçu alman qadın, yalnız bunu deyə bildi ki, 
çiçəkləri freyleyn Uinton üçün çiçək dükanının xidmətçisi gətirib. Cip çiçəkləri baronessanın 
göndərdiyini güman elədi. Nahar vaxtı, bir qədər sonra isə konsertdə onun yaxalığına donunun boz 
mirvari rəngi fonunda bir-biriylə tamamilə uyğun gələn cəhrayı və narıncı rəngli iki ədəd qızılgül 
yaraşıq verirdi, biri «Lya Frans», digəri isə «Qlyuar de Dicon». Konsert üçün proqramı almamışdılar, 
Uinton üçün bütün musiqilər eyni idi, Cip isə proqrama ehtiyac duymurdu. 
 


        Forsen səhnəyə çıxanda Cipin yanaqları mühüm bir şey gözləyirmiş kimi yüngülcə cəhrayı rəng 
aldı. O, əvvəlcə Motsartın menyetini, sonra Sezar Frankın sonetasını çaldı, səhnəyə baş əyməyə 
çıxanda isə onun əlində iki ədəd qızılgül vardı: «Lya Frans» və «Qlyuar de Dicon». Cip mexaniki halda 
öz qızılgüllərinə toxundu. Onların baxışları rastlaşdı, o, bir az da aşağı əyilib baş əydi. Səhnədən 
çıxanda  qızılgülləri dodaqları üstə qoydu və Cip əlini elə geri çəkdi ki, sanki, əlinə tikan batdı. 
Neyləsin, qızılgülləri qoparıb döşəməyə atsınmı? Atası görərdi, Forsenin də qızılgüllərini görmüşdü və 
onları müqayisə eləyə bilərdi. O,  qızının təhqir edildiyini düşünərdi! Bəs qızı təhqir olunmuşdumu? 
Qız bu haqda düşünməyə özünü məcbur edə bilmirdi. Bu, sadəcə, bir diqqət idi, ifaçı təkcə onun üçün 
çaldığını demək istəyirdi. Qulaqlarında baronessanın sözləri səsləndi: «Ona özünü özündən xilas 
eləmək lazımdır. Heyif! Böyük istedaddır!» Hə, onun böyük istedadı vardı! Əgər insan belə çala bilirsə, 
deməli, onda xilas edilməli nəsə var!.. Sonuncu solonu eşidəndən sonra onlar getdilər. Evdə o, ehtiyatla 
bu iki qızılgülü də o birilərin yanına qoydu. 
 
        Üç gün keçəndən sonra Cip baronessa fon Maysengilə qeyri – rəsmi qəbula getdi. Qız onu dərhal 
gördü, öz alçaqboylu, enlikürək dostu ilə birlikdə royalın yanında dayanmışdı və hansısa qadının 
çərənləməsinə qulaq asırdı. Onun görünüşü cansıxıcı və azacıq də həyəcanlandırıcı idi. Bütün gün 
tutqun, sakit olmuşdu, səmada yağışdan qabaq olduğu kimi qəribə bir parıltı var idi və Cip özündə 
deyildi. Qız birdən London üçün gizli bir qüssəylə darıxdı və tədricən dirçəldi. Skripkaçının alçaqboylu 
tanışının baronessaya necə yaxınlaşdığını gördü və bir dəqiqədən sonra baronessa onu qızın yanına 
gətirib təqdim elədi: Qraf Rosek. O, qızın xoşunə gəlmədi, gözlərinin ətrafında qara ləkələr vardı. 
Ədaları həddən artıq qüsursuzdu, hansısa soyuq şitliyi vardı. Ancaq diqqətli və nəzakətli idi, ingiliscə 
yaxşı danışırdı. Görünür,  polyak idi, ancaq Londonda yaşayırdı və musiqi haqqında bilməli nə varsa, 
hamısını bilirdi. O, ümid eləyir ki, missis Uinton onun dostu Forsenin çalğısını eşidib? Londonda yox? 
Bu qəribədir. Keçən sezon o, Londonda bir neçə ay çalmışdı. Bundan xəbəri olmadığına görə ovqatı 
yüngülcə təlx olan Cip cavab verdi: 
 
       – Hə, keçən il mən demək olar ki, bütün yayı kənddə keçirtdim. 
 
       – O, böyük uğur qazandı. Mən onu yenidən Londona aparıram. Bu, onun üçün çox yaxşıdır. Sizə 
onun çalmağı xoş gəlirmi? 
 
        Qız sfinksə oxşayan bu adamın qarşısında öz hisslərini açmaq istəmədi və mızıldandı: 
 
      – Oy, əlbəttə, o, sadəcə, qəribədir!  
 
        O, başıyla təsdiq elədi və sonra nəyisə xatırlayıb, yüngül təbəssümlə gülümsəyərək dedi: 
 
       – Onu sizinlə tanış eləyə bilərəmmi? Qustav, bu missis Uintondur!     
 
       Cip geri döndü, o, artıq qızın arxasında dayanmışdı, baş əyirdi. Gözlərində itaətkar bir heyranlıq 
ifadəsi vardı, bunu gizlətməyə də çalışmırdı. Cip polyakın yenidən nəzərə çarpacaq dərəcədə 
gülümsədiyini sezdi. Bir azdan Forsenlə pəncərənin taxçasında yanaşı dayanmışdılar. O, yaxından 
qəfəsə salınmış heyvana çox az oxşayırdı və sözsüz ki, öz mənsubluğuna görə nəzakətli idi. Saçını 
diqqətlə qırxdırmışdı, ondan, – saçındanmı, dəsmalındanmı hansısa ətirin xoş qoxusu gəlirdi. Əgər o, 
ingilis olsaydı, qız onun beləcə ətirlənməsini bəyənməzdi. Barmağında briliyant üzük vardı və bu elə də 
pis təsir bağışlamırdı. Hündür boyu, enli almacıq sümükləri, sıx, qısa saçları, ifadəli üzü, elestiki 
bədəni, sərbəst hərəkətləri – onu ilk dəfə görərkən qızda yaranan təəsüratları bir xeyli yumşaldırdı. O, 
olduqca cəsarətli görünürdü.  Qəribə, kobudtəhər ləhcə ilə dedi:  
 


Yüklə 6,61 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə