ÖLÜMDƏn güCLÜ



Yüklə 6,61 Mb.
Pdf görüntüsü
səhifə80/85
tarix17.11.2018
ölçüsü6,61 Mb.
#80797
növüQaydalar
1   ...   77   78   79   80   81   82   83   84   85

ürəyinə girmişdi və hər keçən saatla da hisslərini daha çox özünə tabe elətdirirdi. Sammerxey 
qayıdandan sonra onu evdə tapa bilməsin deyə, göstəriş verdi ki, atını yəhərləsinlər və atını minib 
təpələrə tərəf getdi. Yağış kəsmişdi, ancaq cənub qərbdən hələ də güclü külək əsirdi,  səma başının 
üzərində cırıq qumaş parçaları kimi asıla qalmışdı və  yalnız   soyuq maviliyin təsadüfü işığında tüstüyə 
oxşayan buludlar süzürdü. 
 
      Gözləri qarşısında Uitenxemsk meşəlikləri, bütün vadi, çayın o biri sahilindəki, qəribə, yırtıq göyün 
altında cənuba və qərbə uzanan hüdudsuz meşələr, çəmənlik otlarının ağardığı payız torpaqları, çılpaq 
kövşənliklər, həddən artıq seyrəlmiş çuğundur rəngli və qızılı yarpaqların mənzərəsi açılırdı. Ancaq nə 
küləyin dəcəlliyi, nə səma, nə yağışın təmizliyi, nə də uzaq rənglər Cipin ürəyindən çarəsiz ağrıları və 
orada özünə yer eləmiş cini qovub çıxara bilmirdi.   
 
  
 
                                      
 
VIII   FƏSİL 
 
 
 
       Adamların arasında anadangəlmə oyunçular var. Tale onları həvəsləndirib risqə sürükləyəndə, 
onların buna etiraz eləməyə gücləri olmur.   
 
        Sammerxey Cipi sevirdi,  nə fiziki, nə də mənəvi cəhətdən ondan doymamışdı və heç vaxt da 
doymayacağına əmindi, amma bu, ona bir neçə ay risqli, dünən isə təhlükəli həddi aşan oyun oynamağa 
mane ola bilmirdi. İndisə, qatara oturub Cipin yanına gedəndə narahatlıq ona əzab verməyə başladı. 
Geriyə baxanda  müdafiə mövqeyinin haçan yarıldığını çətinliklə deyə bilərdi. Təbiətinə görə xalası 
nəvəsi də oyunçu idi. O, Sammerxeyə Cipdən az hörmət eləyirdi, elə Sammerxeyi də  daha az 
həyəcanlandırırdı, həm də o heç  Cipin yarısı qədər də yaraşıqlı deyildi, ancaq  onda başının hərlədən 
hansısa hissedilməz, heyrətedici, yandırıcı  bir qabiliyyət var idi, baxmayaraq ki, bu məftunluğun 
üzərində qələbə həyatın qalib gücü ilə əldə olunmuşdu. Həyata vurulan birisi kimi qız onu inandıra 
bildi ki, o, həyata yanından keçib getməyə icazə verir. Məgər həyatın mənbəyindən acgözlüklə içmək 
elə onun da təbiətinə xas olan xüsusiyyət deyildimi? Onların ayrıca nəsillərə mənsub olması aralarında 
heç bir şübhə doğurmayan soyad fərqi yaratmışdı,  ancaq   başqa hallarda aradan götürülməsi şüurlu bir 
səy tələb eləyən yaxınlıqlarının səddini dağıdırdı. 
 
        Sammerxey hələ də təhlükənin nə qədər böyük olduğunun dərk eləmirdi. Hər halda,  dünən axşam 
yaranan böhranı qabaqcadan görə bilməzdi. Səhər yeməyi vaxtı  Dianadan teleqramma aldı, qız ondan 
Şotlandiyada ona verilmiş zarafatcıl vədini yerinə yetirməyi xahiş edirdi. Tamam qorxusuz, boş bir 
xahişdi, qızı bir fincan çaya qonaq eləsin, otağını qıza göstərsin! Amma o, mantosunun düymələrini 
açaraq, ağappaq boynunu göstərib, böyük Oksford oturacağında oturanda qızın belə gözəl 
görünəcəyini, onun əlindən bir fincan çayı alarkən əlini uzadaraq, başını özünə tərəf çəkib 
dodaqlarından öpəcəyini və «Sən indi hər şeyi bilirsən!» deyəcəyini  qabaqcadan görə bilməzdi. Başı 
hərləndi, hətta indi də o mənzərini xatırlayanda başı gicəllənirdə. Vəssəlam, əslində, boş şeydi, ancaq 
hansısa zəhər onun qanına yeriyirdi. Öpüş qısa oldu, lakin Sammerxey ona baxaraq, ondan gələn şam 
ağacı meşəsinin qoxusunu xatırladan qoxunu udaraq yerindəcə donub qalmışdı. Qız isə masanın 
üstündən əlcəklərini götürərək, paltosunu düymələməyə başladı, sanki, o, qızı öpmüşdü, daha qız onu 
yox. Onlar pilləkəndən düşəndə qız onun qoluna möhkəmcə söykənmişdi və maşına oturanda dönüb 
ona dəcəl bir təbəssümlə baxdı, bu təbəssümdə həm çağırış, həm istilik, həm də vəd var idi.  


 
        Öz otağına qayıdandan sonra Sammerxey poçt qutusunda məktub olduğunu gördü, yəqin, Cip onu 
Qırmızı evdən göndərmişdi. Məktub Cipin əlindən keçdiyinə görə o, özünü olduqca yöndəmsiz hiss 
elədi. Klubda narahat bir axşam keçirdi, kart oynayıb uduzdu, gecədən xeyli keçmiş evdə bir məhkəmə 
işi ilə məşğul oldu. Səhərisi ağır iş günü və yalnız indi Cipin yanına gedən yolda o hər şeyin necə də 
aydın və sadə olduğunu başa düşdü.  
 
        Cipin atla tək getdiyini öyrənən kimi, o, özündəki yöndəmsizlik hissinin necə artdığını hiss elədi. 
Niyə  həmişə olduğu kimi onu gözləməyib? Bəlkə, elə düşünüb, o, adi qatarla gəlməyəcək? Paltarlarını 
dəyişib, at tövləsinə getdi. Pettens yulaf kisəsinin üstündə oturub Raffın qədim sorğu kitabını 
oxuyurdu, bu kitaba onun keçmiş şöhrətinin də salnaməsi həkk olunmuş, uyğun yerlərdə karandaşla 
qeyd aparılmışdı: «İyundakı at yarışları. E. Pettens».  «Diribaş». E.Pettens». «Taydpot, yarışın 
tamamlanması. «Mükəmməl». E. Pettens». «Solsberi kuboku. «Plum-piddinq» E. Pettens»,  və  başqa 
zəfərləri. 
 
        – Hər vaxtınız xeyir, ser, uğurlu günlər, ser. Sahibə iki saat bundan əvvəl gedib, ser. Məni özüylə 
götürmək istəmədi. 
 
        – Cəld Sorvantesi yəhərləyin! 
 
        – Oldu, ser, çox yaxşı, ser!  
 
          İki saatdan artıq! Adətən, çöldən qayıtdıqları yolla təpələrə doğru çapırdı. O, bir saata yaxın onu 
axtardı və evə tək, hirslənmiş və həyəcanlanmış halda qayıtdı. Dəhlizdəki masanın üstünə Cipin 
əlcəkləri və qırmancı qoyulmuşdu. Yüngülləşmiş halda köks ötürərək, yuxarı qaçdı. Cip saçlarını 
darayırdı. Onun addım səslərini eşidib sərt halda geri döndü. O, Cipin üstünə atıldı, ancaq elə sandı ki, 
qız ona zəhərlənmiş heyvan kimi baxır. Cip ondan kənara çəkildi və dedi: 
 
       – Yox!  Riyakarlıq eləmə! Nə xətrindir elə, yalnız riyakarlıq eləmə! 
 
         O heç vaxt Cipi belə görməmişdi, üzü soyuq, gözləri tikanlıydı və o da qızdan kənarlaşdı. 
 
       – Cip sənə nə olub? 
 
       – Heç nə. Yalnız cildə girmə. – Və güzgüyə tərəf dönərək, Cip yenidən saçını daramağa başladı.  
 
        Atla uzun gəzintidən sonra yanaqları allanmış qız olduqca gözəl idi və o, qızı daha da möhkəmcə 
qucaqlamaq istəyirdi.  O, qorxu və qaynayan qəzəb hissiylə dedi: 
 
        – İzah elə də, görək nə olub? 
 
        – İzah eləyən sən olmalısan. Mən tamamilə xəbərsizəm. 
 
        – Sən nədən danışırsan, heç nə başa düşə bilmirəm. 
 
        – Doğrudanmı?  
 
          Onun səsinin tonunda öldürücü bir etinasızlıq var idi, gözəl saçlarını qaydaya salan barmaqları 
sürətlə hərəkət edirdi. O, çarpayının qırağında oturdu. Bəlkə, məktub? Bəs nə cür? Konvert 


Yüklə 6,61 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə