ÖLÜMDƏn güCLÜ



Yüklə 4,8 Kb.

səhifə1/85
tarix30.12.2017
ölçüsü4,8 Kb.
növüQaydalar
  1   2   3   4   5   6   7   8   9   ...   85


ÖLÜMDƏN GÜCLÜ 
 
                                                  
 
              
 
     Sent-Corc–stritdəki nikah bürosundan çıxan Çarlz Kler qızını «bu skripkaçı»yla – ərə getdiyi 
adamla birlikdə  aparan taksinin arxasınca tələsmədən addımlayırdı. Yaxşı tərbiyə qaydaları, əlbəttə, 
ona Betti ilə, bu nikah mərasiminin ondan başqa yeganə şahidi olan yaşlı mürəbbiyyə ilə  birlikdə 
getməyə imkan vermirdi. Cüssəli, həm də gözü yaşlı bu qadın, hətta düz on altı il  ehtiyatda olmasına 
baxmayaraq, köhnə qvardiya zabitinə məxsus   ölçülü və ritmik yerişini itirməyən mütənasib, düz 
bədənli, biri üçün əsla münasib yol yoldaşı ola bilməzdi. 
 
         Zavallı Betti! Qadın  haqqında dilxor ovqatla düşünürdü – heç bir halda burada, pilləkəndəcə göz 
yaşlarına güc verməməliydi. Görünür, indi Cip gedəndən sonra özünü tək-tənha hiss edəcəkdi, ancaq 
onun özü qədər də   yox! Açıq rəngli əlcək geydirilmiş yeganə əli ilə, – o biri qolu kəsilmişdi – dəqiq 
cizgiləri olan dodaqlarının kənarlarında vız durmuş bığlarını burdu. Tutqun fevral günü olsa da, palto 
geyməmişdi, o, hətta qaraya bürünməyi artıq hesab eləyib, silindir də qoymadı, əvvəlcədən toyun hiss 
olunmadan keçəcəyini bildiyindən boz kostyumunu, fetr şlyapasını geydi. Heç bir halda qəlb 
narahatlığını büruzə verməmək kimi əsgərə və ovçuya xas olan vərdişi həyatının bu kədərli günündə də 
ona sadiq oldu, ancaq onun  tez-tez qıyılan açıq qəhvəyi gözləri qəzəblə işıldayırdı, bəzən isə, sanki, 
hansısa  ciddi hisslərə müqavimət göstərmək iqtidarında deyilmiş kimi gözləri tutqunlaşır, elə bil, 
tamamilə göz yuvalarında itirdi.  
 
       Uzunsov, codlaşmış sifəti, batıq yanaqları, sərt cizgiləri olan çənəsi, balaca qulaqları, qara saçları, 
çallaşmağa başlayan gicgahları ona iradəli, özünə güvənən, enerjili adam görkəmi verirdi. Bütün özünü 
ələ almaq tərzi onu göstərirdi ki, həmişə modaboz olan və bir qayda olaraq, formaya üstünlük verən 
birisi kimi o, bu an daha əhəmiyyətli şeylərin olduğunu başa düşür. İnsan müəyyən olunmuş tipdir, o, 
isə nəyləsə tipik deyildi. Belə adamların keçmişi tez-tez baş verən faciələrlə zəngin olur. 
 
        Parka doğru gedərək, Mayn-stritə döndü.  Həmin ev buradaydı, – baxmayaraq ki, vaxt vardı, 
bütün küçə tamam başqa cür görünürdü…İyirmi üç il bundan əvvəl, unudulmaz noyabr gecəsi, Cip 
doğulanda qəlbində ümidsizlik olan sahibsiz bir it,  dumanda bir xəyal kimi yaxınlığında var-gəl elədiyi 
məhz həmin ev.  İçəri girməyə icazəsi olmayan qapının arxasından ona heç bir kişinin heç bir vaxt 
sevməyəcəyi qədər sevdiyi qadının öldüyünü dedilər. Dünyaya uşaq gətirərək, ölmüşdü və yalnız ikisi 
uşağın ondan olduğunu bilirdilər! Doğum vaxtının keçdiyini bilərək, dumanda saatlarla gəzəsən və 
nəhayət, sonda bu xəbəri…  eşidəsən!  Yəqin, insanın bəxtinə düşən ən ağır qismət onun həddən artıq 
çox sevməsidir!    
 
        Nə qədər qəribə olsa da, məhz bu gün, yeni ağır itkidən sonra yolu bu evin yanından düşdü! 
Lənətə gəlmiş təsadüf –  keçən payız Bisbadendə    podaqranın onu yaxalaması çox lazımmış! Lənətə 
gəlmiş təsadüf – gərək bu tip Forsen öz uğursuz skripkası ilə Cipin gözünə sataşaymış! On beş il 
bundan  əvvəl də Uinton özünü  bu gün olduğu kimi atılmış, heç kimə lazım olmayan birisi kimi hiss 
eləmişdi. Yalnız Cip onun yanına gələndən sonra bu hisslərinə son qoyulmuşdu.  Sabah Mildxenmə 
qayıdacaqdı, bəlkə də, fasiləsiz at çapması  ona yaxşı təsir edəcəkdi. Cipsiz… Cipsiz yaşamaq! 
Skripkaçı! Bəlkə də,  ömründə heç vaxt at minməyən tip!.. Sanki, insanı iki yerə bölürmüş kimi 
qamçısını qəzəblə yellədi.   
 
        Hələ heç vaxt Xayd-parkın yaxınlığındakı şəxsi klubu ona bu qədər mənasız gəlməmişdi.  Özündə 


kök salmış bir adətlə kart oynanılan otağa keçdi. Artıq qaranlıq düşmüşdü, elektrik işığı yanırdı, bir 
neçə daimi oyunçu abajuru  kölkə salan lampanın işığında oturmuşdular – o, rişxəndlə qara ağacdan 
düzəldilmiş masalara, oturacaqların arxalıqlarına, kartlara, qədəhlərə, içində kofe olan qızılı fincanlara, 
siqaret tutmuş pardaxlanmış dırnaqlı əllərə baxırdı. Tanışı ona piket oynamağı təklif elədi. Saymazyana 
halda masa arxasına keçdi. Bric – bu gödəldilmiş eybəcər qumar oyunu  həmişə onun incə zövqünü 
təhqir edirdi. Pokerdə həyəcanlandırıcı nəsə vardı. Piket dəbdən düşsə də, onun üçün yeganə dəyəri 
olan, hələ də hansısa qaydanı qoruyub saxlayan  oyun kimi qalmışdı. Əlinə yaxşı kart gəldi və beş funt 
uddu, klub çərənləmələrinin sıxıntısından can qurtarmaq üçün o, bu puldan həvəslə əl çəkərdi. İndi 
gənclər haradaydılar? Nyunbernə çatmışdılarmı? Cip gözləri vəhşi pişiyin yaşıl gözlərinə bənzəyən bu 
isveçli ilə üzbəüz oturmuşdu və o, tamam qapalı, özgə, əcnəbi idi! Dəyərsiz birisiydi – ya da ola bilsin, 
o, Uinton adamlarla atları ayırd eləməyi yadırğamışdı. Allaha şükürlər olsun, Cipin pullarını sonuncu 
fartinqinə qədər qoruyub saxlaya bilmişdi. Düşünəndə ki, bu oğlanın qolları onun gur saçlı, qonur 
gözlü qızını, – bütün görünüşü ilə ona fədakarcasına sevdiyi qadını xatırladan bu gözəl, zərif varlığı 
qucaqlayır, onu qısqanclığa yaxın bir hiss bürüyürdü.  
 
        Kart oyunları otağından çıxanda onu baxışlarla müşaiyyət edirdilər, o, başqalarında qürur hissi 
oyadan adamlardandı, baxmayaraq ki, heç kim dəqiq deyə bilməzdi, məhz niyə. Ətrafındakı bir çox 
kişilər onun malik olduğu dəyərlərə malikdilər, ancaq onun kimi diqqəti öz  üzərlərinə çəkə bilmirdilər. 
Ola bilər, burada məhz həmin tipik olmayan xarakter və keçirdiyi həyatın vurduğu möhür öz sözünü 
deyirdi?   
 
        Klubdan çıxıb tələsmədən Pikadilli boyunca Sent-Cemsə doğru, Beri– stritdəki öz evinə yola 
düşdü. Bu ev, hələ gəncliyindən onun London sığınacağı, – bu küçədə hər şeyi uçurub yerində yenisini 
tikən londonluların, onun fikrincə, az qala şəhərin yarısını korlayan ehtiraslarına tuş gəlməyən çox az 
evlərdən biri idi.  
 
      Qapını  meşəcüllütü kimi qara, iti, mülayim gözləri olan, aşırmalı dar şalvar, uzun toxunma yaşıl 
jilet  geyib, önlük taxmış qaradinməz birisi açdı. 
 
       – Marki, bu gün mən evdəyəm, – o dedi, – missis Marki mənə nahar hazırlasın. Nə olsa. 
 
        Marki başıyla  deyiləni eşitdiyini təsdiqlədi, onun qara xətt altında qaşları ilə birləşən gözləri 
sahibini təpədən dırnağa kimi süzdü. Dünən axşam arvadı deyəndə ki, indi sahibi tək-tənha olacaq, 
onda da başını tərpətməklə kifayətlənmişdi. Arxadakı otağa keçəndə Marki başının hərəkəti ilə küçəni, 
sonra isə yuxarını göstərdi. Bu hərəkətdən onun hər şeyi başa düşən arvadı   nəticə çıxartdı ki,  o, ərzaq 
üçün getməlidir, çünki ev sahibi evdə nahar eləyəcək. Qadın gedəndən sonra Marki Cipin qoca 
mürəbbiyəsi Bettinin yanında oturdu. Gombul qadın hələ də sakitcə ağlayırdı. Bu, onun əhvalını tamam 
korladı, özünün də it kimi ulamağa hazır olduğunu hiss edirdi. Bir neçə dəqiqə sakitcə qadının göz 
yaşlarından islanmış, enli, qırmızı sifətinə baxandan sonra başını yırğaladı və Betti hıçqırıqlarını 
boğub, bütün ətli bədəni ilə titrəyərək, sakitləşdi. Marki ilə hesablaşmaq lazım gəlirdi.  
 
       Uinton əvvəlcə qızının yataq otağına girdi. Boşalmış otağın səliqəli yır-yığışına, gümüşü çərçivəli 
güzgüyə diqqətlə baxıb, qırxılmış bığlarını burdu. Sonra isə öz otağına gedib işığı yandırmadan 
buxarının qabağında oturdu. Kimsə otağa baxardısa, onun yatdığını zənn elərdi, ancaq o yatmamışdı, 
mürgü gətirən rahat oturacaq və buxarının dinclik yayan alovu onu uzaq keçmişlərə aparırdı. Necə də 
mənasız təsadüfdü, məhz bu gün onun evinin yanından keçib getməli olmuşdu! 
 
         Nəzəriyyədə qəlblərin yaxınlığına görə insanın, ən son halda da kişinin həyatının yeganə qızğın 
məhəbbətdən ötrü darmadağın edilməsi kimi halları qəbul eləmirlər. Həqiqətdə isə belə kişilər var, 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   85


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə