ÖLÜMDƏn güCLÜ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə22/85
tarix30.12.2017
ölçüsü4,8 Kb.
#18451
növüQaydalar
1   ...   18   19   20   21   22   23   24   25   ...   85

ya çəkilən başqa nəyinsə qoxusu vardı. Tutqun hollun divarlarında, yəqin ki, şərqdən gətirilmiş kəc 
qablarda elektrik lampaları yanırdı. Onda bura kolleksionerin ibadətgahı imiş. Ev sahibinin, heç 
şübhəsiz, qara rənglərə rəğbəti vardı, divarlar, divanlar, şəkillərin çərçivələri, hətta kaşılar da qara 
rəngdə idilər, hər yerdə qızıl, fil sümükləri, şəkillər, bəzəklər donuq şəfəqlə işarırdılar. Dairəvi qara 
masanın üstündəki qızıl güldana məxməri budaqlı bədmüşk və ayotu   qoyulmuşdu,  qara divarda fil 
sümüyündən hazırlanmış meşə Allahının maskası, taxçada isə rəqqasə qızın gümüş heykəli  görünürdü. 
Bütün bunlar gözəl idi, ancaq hardasa ölü, cansızdılar. Yeniliyi sevən, gözəlliyə həssas olan Cip isə 
təmiz hava və günəş işığı üçün darıxmağa başlamışdı. Qız qara pərdəli pəncərələrdən birinə yaxınlaşdı 
və qəlb rahatlığıyla sonuncu şəfəqlərini salıb Skver-qardendəki ağacları işıqlandıraraq, batan günəşi 
gördü. Onu mister və missis Qellantlara təqdim elədilər, kişi əsmər idi, ağıllı və arsız sifəti, bədxah 
gözləri vardı, çiçək açıbmış kimi görünən qadının isə parlaq gözləri mavi rəngdəydi. Rosekin dediyinə 
görə balaca rəqqasə hər ehtimala qarşı paltarlarını geyinməyə getmişdi. 
 
        Rosek Cipi öz xəzinəsinə baxmağa apardı,  böcək fiqurlarını, Ropsun (Rops Felisen (1833-1898), 
belqiya rəssamı) miniatürlərini, ölümündən sonrakı maskalarını, Çin şəkillərini, məzəli qədim fleytaları 
qıza elə göstərirdi ki, sanki, qız bu sənət əsərlərini  həqiqi dəyərinə görə qiymətləndirə bilərdi. Hər 
şeyin zövqün təkmilləşməsinə qurban verildiyi bu evdə qız özünü öz qabında hiss eləmirdi. Qız ilk dəfə 
olaraq, əsl ilahələrə xas olan mənəvi səxavətdən, elans (hiddət (Frans.), mübahisələrdən uzaq olan  qızıl 
suyuna çəkilmiş ilahələrin həyatı ilə tanış olurdu, burada ancaq kahinlərin dolaşa biləcəyi mühit vardı. 
Ancaq Cipə nəzər salan  kimsə  deməzdi ki, onun əsəbləri axırıncı həddə qədər gərilib, sanki, qız 
meyidə toxunmuşdu. Qıza kəc qabları göstərərkən Rosek ehtiyatla pişik pəncəsi kimi yumşaq əlini 
onun biləyinə və barmaqlarının üstünə  qoydu, qızın əlini sığalladı və birdən  öpdü.   Technique! 
(Texnika! Frans.) Cip güclə gülməyini saxladı. O, bunu hiss elədi. Qıza nəzər salıb,  əlini sifətində 
gəzdirdi və birdən əvvəlki tək təmkinli oldu, sifəti heç nəyi ifadə eləmirdi. Zavalı insancığaz!  
 
        Onlar «salon»a qayıdanda,  – bu otağı belə adlandırırdılar, –  qara kimano geymiş, bu halda sifəti 
və əlləri daha çox kəci xatırladan miss Dafna Uinq divanda Forsenlə yanaşı oturmuşdu. Qız dərhal da 
ayağa sıçrayıb Cipin yanına qaçdı. 
 
       – Ax, missis Forsen! – Nəyə görəsə qız nə danışırdısa, hamısına bu «ax!»la başlayırdı. – Bu otaq 
çox gözəldir, elə deyilmi? Sanki, rəqs üçün yaranıb. Mən özümlə ancaq açıq sarı və qırmızı 
kostyumlarımı götürmüşəm, onlar qara rəngə uyğun gələcəklər.  
 
        Qız kimanosunu açdı ki, Cip onun necə geyindiyini görə bilsin, –  açıq sarı rəngli, kəməri olan alt 
köynək geymişdi və ağzını elə açmışdı ki, sanki, kiminsə ora nabat qoyacağını gözləyirdi. 
 
        – Mən qraf Rosekdən bir az qorxuram, – qız dedi. 
 
        – Nəyə görə? 
 
        – Ax, o, çox ciddi tənqidçidir. Həm də elə cəlddir, elə yaxınlaşır, eşitmirsən. Mən əminəm ki, 
əriniz çox gözəl çalır. Missis Forsen, siz gözəlsiniz, deyilmi? İlk növbədə mənim rəqslərimdən hansını 
görmək istərdiniz? Bəlkə, Şopenin valsını? 
 
       – Mən Şopeni sevirəm. 
 
       – Onda mən valsı rəqs edəcəyəm. Sizin xoşunuz gəldiyinə görə, mən sizə heyran olmuşam və   
sizin son dərəcə incə məxluq olduğunuzu hiss edirəm. Hə, mən bunu görürəm! Əriniz də sizə 
coşqunluqla vurulub! Bilirsiz, mən beş il oxumuşam, ancaq heç vaxt çıxış eləməmişəm. İndisə Qraf 


Rosek məni dəstəkləyəcəyini vəd eləyir və mən ümid edirəm ki, mənim debütüm olacaq. Siz mənim ilk 
konsertimə gələrsinizmi? Anam deyir, mən son dərəcə ehtiyatlı olmalıyam. O, sizin burada olacağınızı 
bildiyinə görə mənə bu gün bura gəlməyə  icazə verdi. İstəyirsinizmi, başlayım? 
 
         Qız Rosekin yanına qaçdı. 
 
       – Ax, missis Forsen mənim başlamağımı istəyir, Şopenin valsı, lütfən. Həmin, hansı ki…. 
 
        Cip Forsenlə yanaşı oturdu, Rosek isə gözlərini qızdan çəkmədən çalmağa başladı. Onun adi halda 
kip olan dodaqlarında yaltaq bir təbəssüm vardı. Miss Dafna Uinq barmaqlarının ucunu sinəsinin 
üstünə qoyaraq, qara ağacdan və mumdan hazırlanmış heykəl kimi donmuşdu. Qız birdən qara 
kimanonu tulladı və Cip həyəcandan titrədi. Bu bayağı, balaca qız rəqs eləməyi bacarırdı! Onun əlinin 
və ayağının hər bir üzən hərəkətində yaxşı məktəbin cilaladığı anadangəlmə istedadın sərxoşluğu və 
sevinci hiss olunurdu. «Uçan göyərçin!» Sifətindən artıq gicbəsər ifadə silinmişdi, daha doğrusu, 
gicbəsərlik birdən-birə yerini ilhama vermişdi. Baxışları artıq dağınıq deyildi, sanki, rəqsin tələb 
elədiyi kimi yüksəkliyə can atırdı. Cipin gözləri yaşla doldu. Bu möcüzə idi – sanki, doğrudan da, 
göyərçin sinəsi ilə küləyi qarşılayaraq, geri bükülmüş qanadlarını çalaraq, havadaca donmuşdu.   
 
       Rəqs qurtarandan sonra  qız yaxınlaşıb Ciplə yanaşı oturdu, Cip onun isti əlini sıxdı, nəvaziş onun 
sahəsinə aid olan sənətdi, daha bu yarıaçıq ağzı ilə nabat udmağa hazırlaşan azacıq qızışdırılmış 
varlığın yox.  
 
       – Ax, sizin xoşunuza gəldim? Mən elə şadam. İndi mən gedib qırmızı kostyumumu geyəcəyəm, 
yaxşımı? 
 
        Qız gedən kimi də hamı onun rəqsini müzakirə eləməyə başladı. Qaşqabaqlı və arsız Qellanta bu 
rəqsi nə vaxtsa Moskvada gördüyü hansısa Naperkovskayanı xatırlatdı, ancaq onda daha çox alov var 
imiş! Mütləq Dafna Uinq bir az da çılğınlıq əlavə eləməlidir. Ona məhəbbət lazımdır! Məhəbbət! 
 
        Cipə birdən elə gəldi ki,  yenidən konsert salonunda oturub və sınıq qəlblər haqda oxuyan qıza 
qulaq asır. 
 
                             Sənin öpüşün çay otudur, 
 
                             Sərin şırıltının saflığını saxlayır…  
 
        Məhəbbət? Meşə Allahının başı, yumşaq divanlar, balınclar, gümüş heykəllər olan bu kahada? Qız 
birdən özünü dərindən təhqir olunmuş hiss elədi. Onun sifəti! … Amma ola bilərdimi? Bax, Cip görür 
ki, o, necə həyəcanlanır, canlanır, amma ona… ona heç fərq eləmir! Əgər Cip onu, həqiqətən də, 
sevsəydi, özünü təhqir olunmuş hesab elərdi, ancaq qız hələ də onu başa düşə, bağışlaya bilərdi. İndisə 
onun nə bağışlamağa, nə də başa düşməyə həvəsi yox idi. 
 
          Gecə Cip pıçıldadı: 
 
        – İstərdinmi mən həmin qız olum? 
 
        – Həmin qız? Mən onu bir dəfəyə içərdim. Cip səni isə, mən əbədi içmək istəyirəm! 
 
         Bu doğruydumu? Əgər qız onu sevsəydi, bunu eşitmək necə də xoş olardı!                    


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə