ÖLÜMDƏn güCLÜ



Yüklə 4,8 Kb.

səhifə26/85
tarix30.12.2017
ölçüsü4,8 Kb.
növüQaydalar
1   ...   22   23   24   25   26   27   28   29   ...   85

ancaq zəif iradəsi olan adamlar həmişə  az istedadı, ancaq güclü iradələri olan adamlara belə münasibət 
bəsləyirlər. Forsen onunla dayəsi olan şıltaq uşaq kimi rəftar edirdi, ancaq pul kisəsi dolu olan, sənətə 
hamilik eləyən bu adamsız da keçinə bilmirdi. 
 
        «Lənətə gəlmiş Pol! – xəyala daldı. – O bilməliydi və bilir ki, konyakı içmək asandır, lap su kimi. 
Mənim sərxoş olduğumu görürdü. Bəlkə, o, nə isə eləmək istəyirdi? Mən sonra hara getdim? Evə qədər 
necə gedib çıxdım? Doğrudanmı, mən Cipi incitdim? … Əgər bu xidmətçilərin yanında olubsa, bu, onu 
son dərəcə məyus elər!» Qorxunun yeni dalğasını hiss elədi. Cipə tam bələd deyildi, heç vaxt onun nə 
düşündüyünü, nə hiss elədiyini bilmirdi, ümumiyyətlə, onun haqqında heç nə bilmirdi. Bu haqsızlıq idi! 
O, özü heç nəyi gizlətmirdi. O, arvadı üçün gün işığı kimi açıq idi – buyur, bax! O, hər halda, gecə 
neyləmişdi? Xidmətçi səhər ona bir cür, qəribə baxırdı… Və birdən sürücüyə əmr elədi: 
 
       – Beri-strit, Sent-Ceyms! 
 
         Hər ehtimala qarşı öyrənməliydi, Cip atasının yanına gedibmi? Maşın bu balaca küçəyə çatana 
kimi  bir neçə dəfə fikrini dəyişdi. Zəngi basıb qapının onun üçün açılmasını gözləyəndə alnını soyuq 
tər basmışdı. 
 
        – Missis Forsen buradadır? 
 
        – Yox, ser. 
 
        – Bu gün bura gəlməyib? 
 
        – Yox, ser. 
 
          O, bura gəlməsinin səbəbini necə izah eləyəcəyini düşünməmişdi, yenidən maşına oturdu və 
sürücüyə Kerzon-stritə sürməsinə göstəriş verdi. Əgər bu Rozamunda bibigildə də deyilsə, onda hər şey 
qaydasıncadır, Cip başqa heç yerə gedə bilməzdi. Rahatlanmış halda köks ötürdü və harada yemək 
haqda düşünməyə başladı. Hə, Rosekin yanına getmək lazımdı, ondan sürücüyə vermək üçün və 
qarnını doyuzdurmaq üçün pul alardı. Amma Rosek də evdə deyildi. Sürücüylə hesablaşmaq üçün evə 
getməli oldu. Sürücü, sanki, onun çətinliyini başa düşərək, çəp-çəp baxırdı. 
 
       Öz evinin hasarı yanında o, əlində iri konvert olan bir adamla rastlaşdı. 
 
       Cip isə öz otağında  oturub  çek kitabçalarının kötüklərini vərəqləyirdi, hətta geri belə dönmədi. 
 
       – Mən yemək yeyə bilərəmmi? 
 
        Cip əlini düyməyə uzadıb zəng elədi. Bu an onun Cipə yazığı gəlirdi. O, qızı qucaqlayıb: «Bağışla 
məni, Cip, mən olduqca günahkaram!» deməyə hazır idi. Ancaq elə bu an Betti içəri daxil oldu. 
 
       – Xahiş edirəm, mister Forsenə səhər yeməyi verin. 
 
         O, gombul qadının çıxarkən burnunun altında nəsə donquldadığını eşitdi və hislənmiş halda dedi: 
 
       – Əgər ərin yeməyə gecikibsə, sən onun acından ölməyinimi istəyirsən? 
 
         Cip çek kitabçasını ona uzatdı,  kötüyündə yazılmışdı: «Travers və Senborn, dərzilər. Hesab 


ödənilmişdir: 54 funt 3 şillinq 7nens». 
 
         Forsen qızardı, ancaq dərhal da ləyaqəti təhqir olunubmuş kimi görkəm aldı.  
 
       – Sən ödədin? Mənim hesablarımın sənə dəxli yoxdur.  
 
       – Gətirən dedi ki, əgər hesab dərhal ödənilməsə, məhkəməyə verəcəklər. Mən borcu ödəməməyin 
ədəbsizlik olduğunu hesab edirəm. Çoxmu borcun var? 
 
       – Onu sənə demərəm.   
 
       – Mən təsərrüfatı idarə eləməli, xidmətçilərin pulunu verməliyəm və bilməliyəm ki, nəyə ümid 
eləyə bilərəm. Mən borc götürməyə hazırlaşmıram. 
 
          Cipin sifətində onun əvvəllər görmədiyi amansız bir ifadə canlandı. Bu, onun dünən səhər, elə bu 
vaxt öz hakimiyyətini tam hiss elətdirərək, danışdığı Cip deyildi. Bu üsyan onun heysiyyatına toxundu, 
onda anlaşılmayan bir həyəcan yaratdı və eyni zamanda da, sanki, nəyləsə onu silkələdi. O, sakitcə 
dedi. 
 
       – Pul! Lənətə gəlmiş pul! Öp məni. 
 
       – Pulu lənətləmək uşaqlıqdır. Mən öz gəlirimin hamısını xərcləməyə hazıram, daha artıq yox. 
Atamdan da borc istəyən deyiləm. 
 
        O, özünü oturacağa yıxdı. 
 
       – Ha,  ha! Comərdlik! 
 
       – Yox, qürur. 
 
       – Demək, sən mənə inanmırsan, – o, qaşqabaqlı halda dedi. – İnanmırsan ki, mən səndə olandan 
çox qazana bilərəm? Sən heç vaxt mənə inanmayıbsan! 
 
        – Mən elə gəlir, sən indi qazanmağa qadir olduğun qədər qazanmırsan.  
 
        – Sən beləmi düşünürsən? Yaxşı! Mənə sənin pulların lazım deyil. 
 
        – Sak…i..t! 
 
          O, geri döndü, qapıda xidmətçi qız dayanmışdı.  
 
        – Bağışlayın, ser! Sürücü soruşur, siz onun haqqını ödəyəcəksinizmi, o, sizə daha lazım deyilmi? 
 
           Forsen ona elə baxırdı,  xidmətçilərin dediyi kimi  bu baxışlardan «ağlını itirmək olardı».  
 
        – Yox, o, mənə lazım deyil. Onun pulunu verin. 
 
          Qız Cipə  baxdı, «oldu, ser» dedi və yoxa çıxdı.  
 


           Forsen gülümsədi. Bu, onun özünə inamlı bəyanatına məzəli əlavə idi.  
 
        – Cip, pis deyil, hə? 
 
          Cipin sifəti hərəkətsiz idi, onun mənasız cəfəngiyyatlara daha çox güldüyünü bilən Forseni 
yenidən qorxu hissi bürüdü. Nə isə dəyişmişdi. Hə, əslində də onda nəsə dəyişmişdi. 
 
       – Mən səni keçən axşam incitdim?  
 
        Cip çiyinlərini çəkdi və pəncərəyə tərəf çəkildi. O, tutqun halda Cipə baxıb bağa qaçdı və dərhal 
da studiyadan güclə eşidilən skripka səsləri  çəmənlik boyunca yayılmağa başladı.  
 
        Cip dodaqlarına acı təbəssüm qonmuş halda, qulaq asırdı. Bax indi də pul! Onsuz da fərqi yox idi, 
Artıq bunlardan qaça bilməzdi. Heç vaxt qaça bilməzdi. Gecə əri onu öpəcəkdi və o da özünü elə 
göstərəcəkdi ku, guya, bundan xoşlanır. Həmişə də belə olacaqdı! Neyləməli,  özü günahkardı. Pul 
qabından on iki şllinq çıxarıb masanın üstünə qoydu ki, xidmətçi qıza versin. Birdən gözlənilmədən 
ağlına belə bir fikir gəldi: «Bəlkə, mən onu bezdirmişəm? Əgər mən onu bezdirə bilsəydim!» Amma 
qabaqda uzun yol var idi, onun indiyə qədər getdiyindən də uzun yol. 
 
                                              VII     FƏSİL 
 
 
 
       O adam ki, heç olmaya ömründə bircə yol dənizin tam sakit halında ekvatorda hərəkətsiz halda 
asıla qalan və hər gün də xilas edilməsinə ümidi itirilən yelkəni görübsə, Cipin indiki həyatını asan 
başa düşərdi. Hər şey dəyişir, dənizin sakitliyinə da son qoyulur, ancaq iyirmi üç yaşında ərə gedəndə 
seçimində  səhv eləyən və bundan ötrü özündən başqa heç kimi danlamağa haqqı olmayan, – əgər o, 
Cipin heç vaxt olmadığı kimi «müasir» qadın deyilsə, – gənc qadında nə dəyişə bilərdi? Heç kimə öz 
uğursuzluğunu etiraf eləməmiyi qərara alan və dişlərini bir-birinə sıxaraq, uşaq gözləyən Cip öz 
vəziyyətini hamıdan, o cümlədən, Uintondan da gizlətməyə davam edirdi. Forsenlə həmişəki 
münasibətini qoruyub saxlayırdı, həyatın zahiri tərəfini yenə də onun üçün yüngül və xoş eləmək 
istəyir, onu müşaiyyət edir, ləzzətli yeməklər yedizdirir, sevgisini izhar eləməsinə dözürdü. Özündən 
qurban düzəltmək ağılsızlıq olardı! Ee  malaise  (Ruh düşkünlüyü (Frans)  o, elə uğurla gizlədirdi
bunun daha çox dərin səbəbləri vardı, bu özü öz qanadlarını kəsən insanın qaçılmaz ruh düşkünlüyü idi.   
 
        Rosekə gəlincə isə Cip onunla özünü elə aparırdı ki, sanki, aralarındakı həmin balaca səhnə 
olmamışdı. Çətin anlarda ərinə müraciət eləmək ümidi o, evə sərxoş qayıdandan sonra birdəfəlik yoxa 
çıxmışdı. Rosek haqda atasına danışmağı da hələ qərarlaşdırmamışdı. Əleyhinə gülüş silahından 
istifadə edilməsini, Rosekin heç vaxt ona bağışlamayacağını bildiyindən,  həmişə ehtiyatlı olmağa 
çalışırdı. Onun Dafna Uinq haqdakı işarələrini isə, sadəcə, başından çıxartdı, əgər Forseni sevsəydi, 
bunu heç vaxt eləyə bilməzdi. Cip özü üçün bir məğrurluq bütü ucaltmışdı və ona səcdə eləməyə 
başlamışdı. Təkcə Uinton, bir də Betti onun xoşbəxt olmadığını hiss eləyə bilərdilər. Forsenin pula 
qarşı yüngülbeyinliyi onu elə də qorxutmurdu, evin bütün xərclərini, icarə haqqını, xidmətçilərin əmək 
haqqını, öz paltarlarının pulunu özü ödəyirdi və hələlik bunun öhdəsindən çətin də olsa, gəlirdi. Onun 
evdən kənar xərcləri üçünsə heç nə eləyə bilməzdi. 
 
        Yay ağır keçirdi. Konsert mövsümü qurtarmışdı və Londonda qalmağın mümkün olmadığı aydın 
oldu. Ancaq o, öz balaca, sakit evindən getməyə qorxurdu. Məhz bu səbəb oldu ki, bir dəfə axşam  öz 
sirrini Forsenə açdı. Onun solğun, London həyatından arıqlamış sifətində qəribə sönük bir ifadə 




Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   85


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə