ÖLÜMDƏn güCLÜ



Yüklə 4,8 Kb.

səhifə29/85
tarix30.12.2017
ölçüsü4,8 Kb.
növüQaydalar
1   ...   25   26   27   28   29   30   31   32   ...   85

inanıram. 
 
          Cip başını yırğaladı. 
 
        – Mənim bu işdən başım çıxmaz. 
 
          Dafna Uinq ona məzəmmətlə baxdı. 
 
        – Ah, mən əminəm ki, bu elə deyil! Mən kişi olsaydım, çılğınlıqla sizə vurulardım. Mənim yeni 
rəqsim var – favnın müşaiyyət elədiyi nimfanın rəqsi, ancaq favnın vur – tut baletmeyster olduğunu 
biləndən sonra özünü nimfa hiss eləmək olduqca çətindir. Siz hesab eləyirsiniz, mən bu rəqsimə ehtiras 
qoymalıyam? Başa düşürsünüz, mən bütün günü qaçmalıyam, ancaq  mənim özüm tutulmaq istəyən 
birisinin təəsüratını yarada bilsəm, bu azacıq asan olardı. Siz mənimlə razısınızmı? 
 
        Cip gözlənilmədən səsləndi: 
 
       – Hə, mən düşünürəm, əgər siz sevsəniz, bunun sizə xeyri dəyər.  
 
         Dafna Uinqin ağzı yüngülcə açıldı, gözləri girdələndi.  
 
       – Siz məni qorxutdunuz, – o mızıldandı. – Sizin elə baxışlarınız vardı… elə… siz bunu deyən 
zaman.  
 
        Doğrudan da, Cipin qəlbində hansısa qığılcım alovlanmışdı.  Məhəbbət haqqındakı bu boş, 
məzmunsuz söhbət onun qəlbini yerindən oynatdı. O, sevgi istəmirdi, sevməyi bacarmırdı. Sevgi nə 
olmuş olsa belə, o, özü haqqındakı çərənləmələrə dözməzdi. Hələ baş barmaqları üstə dayanmağı 
təzəcə öyrənən, şəhər kənarından olan bu qız onun zəif damarını tutub, onu necə həyəcanlandıra 
bilərdi? 
 
       – Bilirsiniz, mənə ən çox nə ləzzət verərdi? – Dafna Uinq davam elədi. – Elə bu bağdaca sizin 
üçün rəqs eləmək! Təmiz havada rəqs eləmək, yəqin ki, qəribə olar, otlar da gözəldir, tamam qurudular. 
Yalnız qorxuram, xidmətçilər bunu ədəbsizlik kimi dəyərləndirələr. Onlar bura gəlirlərmi? – Cip 
qətiyyətlə başını yırğaladı. – Bax orada, sizin qonaq otağınızın pəncərəsi ilə üzbəüz yerdə rəqs eləyə 
bilərəm. Ancaq ay işığı lazımdır. Mən hər hansı bir istirahət günü gələ bilərəm! Mənim rəqsim var,  o 
rəqsdə mən şanagüllüyəm, ondan daha yaxşısını düşünüb tapmaq olmaz! Sonra isə Şopenin musiqisinin 
müşaiyyəti ilə əsl aylı rəqs. Mən   öz kostyumlarımı gətirə və sizin studiyanızda geyinə bilərəm, elə 
deyilmi? – O, ayaqlarını yığaraq, hərəkətsiz halda oturmuşdu və Cipə baxırdı.  – Ah, siz icazə 
verərsinizmi? 
 
        Ona məmnunluq bəxş eləmək arzusu, bu fikrin qeyri – adiliyi, bir də onun rəqsinə olan həqiqi 
marağı Cipi məcbur elədi ki, desin:  
 
       – Yaxşı, gələn istirahət günü. 
 
          Dafna Uinq ayağa sıçrayıb Cipin üstün atıldı və onu öpdü. Onun dodaqları nəm idi, ondan ətir 
qoxusu gəlirdi. Cip yüngülcə kənara çəkildi, o təntənəli öpüşlərə dözə bilmirdi. Miss Dafna xəcalət 
çəkərək, başını aşağı saldı və dedi: 
 
      – Siz elə gözəlsiz, mən özümü saxlaya bilmədim.  


 
         Onun peşmanlığını hiss eləyən Cip qızın əlindən yapışıb sığallamağa başladı. 
 
       Onlar hər iki rəqs üçün musiqi seçməkdən ötrü evə keçdilər və tezliklə doyunca konfet yemiş və 
tamamilə ümidlənmiş Dafna Uinq çıxdı. 
 
        Növbəti istirahət günü düz saat səkkizdə o gəldi, kostyumlarını kişdən olan yaşıl yol çantasına 
qoymuşdu.  Görünür,  azacıq qorxmuşdu. Xərçəngdən hazırlanan salat,  çaxır və ərik onun cəsarətini 
qaytardı. O, böyük iştahla yeyirdi. Görünür, onun üçün dolu, ya boş mədə ilə rəqs eləməsinin  fərqi yox 
idi, ancaq siqaretdən qəti imtina elədi.  
 
      – Bu pisdir…ələlxüsus, siz bilirsiniz! – o dedi. 
 
        Şam yeməyindən sonra Cip küçükləri arxa otağa qovdu. Küçüklərin hansı qızğınlıqla missis Dafna 
Uinqin alt köynəyini didişdirəcəklərini, ya da onun  kürüsünə necə daraşacaqlarını təsəvvür edirdi. 
Sonra onlar hər ikisi qonaq otağına gedərək, işığı yandırmadan ayın çıxmasını gözlədilər. Bu axırıncı 
avqust axşamı isti  hələ çəkilməmişdi, hava hərəkətsiz və bürkülü idi. Ay ağır-ağır yüksəlir, hələlik öz 
gümüşü şəfəqlərini ağacların sıx yarpaqları arasından güclə sezdirirdi. Onlar qeyri – şüuru gecənin 
heyranediciliyinə təslim olaraq, astadan söhbət eləyirdilər. Ay yüksəyə qalxandan sonra   ehtiyatla 
bağdan keçib studiyaya getdilər. Cip şamları yandırdı.  
 
       – Bu işıq sizə kifayətdirmi? – soruşdu. 
 
        Dafna artıq öz paltarlarını çıxarmışdı. 
 
       – Ah, missis Forsen mən necə də həyəcanlanıram! Ümid edirəm ki, yaxşı rəqs eləyəcəyəm. 
 
        Cip evə qayıdıb royal arxasında oturaraq, üzünü bağa çevirdi. Qaranlıqda uzaq küncdən birdən ağ 
geyimdə qeyri – müəyyən görünən birisi çıxıb, ay işığını gözləyərək, yerindəcə donub qaldı. Cip 
çalmağa başladı. Bu kiçik siciliya parçası idi, onu  çobanlar sürülərini dağdan endirəndə öz tütəklərində 
çalırlar. Melodiya, sanki, uzaqlardan gəlirdi, sonra tam səslənməsinə qədər şiddətlənirdi və yenidən 
sönür, az qala eşidilməz olurdu. Ay ağacların üzərindən asıla qalmışdı, ay işığı evi doldurur, çəmənliyə 
yayılır, sonra isə sürüşüb uzaqlara, hasarlar boyunca bitən günəbaxanlara kimi gedirdi. Hər şey 
görünməmiş bir uyğunluq əldə eləyirdi, qızıl olmayan hansısa qızılı bir uyğunluq. 
 
        Cip rəqs çalmağa başladı. Dumanlı kölgə qaranlıqda tərpəndi. İndi ay işığı birbaşa açıq əllərində 
örtük tutaraq, dayanmış qızın üzərinə düşürdü – əsl ağ, qanadlı heykəldi. Birdən qız səsizcə irəli uçdu 
və nəhəng ağ kəpənək kimi çəmənliyin üzəriylə uçmağa,  havada dövrə vurmağa, yellənməyə başladı. 
Ay qızın başını dəqiq naxışlamışdı, saçlarını da həmin solğun qızıl rənginə boyamışdı. Adama elə 
gəlirdi, sanki, yerdənkənar sivilizasiyaya məxsus işartısı  olan  hansısa ruh bağa gəlib və bütün tərəflərə 
vurnuxur, ancaq çıxmağa yer tapa bilmir.  
 
         Arxadan kiminsə səsi eşidildi: 
 
       – Aman Allah! Bu nədir? Mələkdirmi? 
 
         Yarıqaranlıq bağda Forsen dayanmışdı və  bağa baxırdı. Qız yerindəcə donmuşdu,  onun gözləri 
boşqab kimi böyük olmuşdu, ağzı açılmışdı, əlləri gözlənilməzlikdən və qorxudan donmuşdu. O 
dönərək, örtüyü də götürüb elə qaçdı ki, ancaq ayaqları ay işığında işardı.  




Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   85


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə