ÖLÜMDƏn güCLÜ



Yüklə 4,8 Kb.

səhifə30/85
tarix30.12.2017
ölçüsü4,8 Kb.
növüQaydalar
1   ...   26   27   28   29   30   31   32   33   ...   85

 
       Cip oturduğu yerdən çevrilmədi,  yuxarıdan aşağı qəfildən gəlib çıxan ərinə baxdı. Onun gözlərinin 
qaçan nimfanın ardınca necə boylandığını  gördü. Favn miss Dafna! Hə, əlbəttə, hətta onun qulaqları da 
şəklənmişdi! Doğrudanmı, Cip əvvəllər onun favna oxşadığını hiss eləmişdi? Ah, hə, həmin toy 
gecəsi… 
 
         Cip sakitcə dedi: 
 
       – Dafna Uinq yeni rəqsini  məşq edirdi. Demək, sən qayıtdın? Nəyə görə mənə xəbər vermədin? 
Özünü necə hiss edirsən? Çox gözəl görünürsən! 
 
         Forsen əyildi və onu öpdü. 
 
          Hətta bu an da, dodaqları onun dodaqlarına toxunanda belə Cip hiss edirdi ki, Forsenin gözləri 
əvvəlki tək yenə də bağa zillənib. Ani olaraq qəlbindən keçdi: «O, bu an həmin qızı öpməkdən də 
imtina eləməzdi!» 
 
          Forsen şeylərini gətirmək üçün maşına gedəndə Cip otaqdan çıxıb studiyaya qaçdı. Artıq 
geyinmiş Miss Dafna kostyumları tələsik yaşıl kiş çantaya yığırdı. Qız gözlərini qaldırdı. 
 
       – O, narazı qaldı? Bu dəhşətdir, deyilmi? 
 
          Cip axıcı gülüşünü boğa bilmədi.   
 
       – Əslində, sən narazı qalmalısan. 
 
       – Ah, mən… nə danışırsınız! Siz yalnız…. Bəs rəqs sizin xoşunuza gəldimi? 
 
       – Misilsizdir! Nə vaxt hazır olacaqsınızsa, qonaq otağına gəlin. 
 
       – Ah, yaxşısı budu, mən evə gedim. Bu, yəqin,   elə də gülməliydi… 
 
       – Onda birbaşa döngəyə açılan qapıdan çıxıb getmək istərdinizmi? Sağa dönün və yola çıxın. 
 
       – Ah, əlbəttə! Bəlkə də, mister Forsenin rəqs hazır olarkən onu görməsi yaxşı olardı, elə deyilmi? 
O, nə düşünər? 
 
          Cip gülümsədi və qapını bağladı. 
 
          O, qonaq otağına qayıdanda Forsen pəncərənin qabağında dayanıb qaranlığa baxırdı. O. kimi 
axtarırdı – onu, ya qaçan nimfanı?    
 
                                 
 
IX FƏSİL 
 
         
 
      Sentyabr və oktyabr da keçdi. Forsenin konsertlərinin sayı artdı, ancaq toplanan pul elə də çox 


olmurdu. Forsen artıq sənətdə yeni deyildi, onun ifasında geniş kütlənin axtardığı şirinlik və 
duyğusallıq kifayət qədər deyildi. Pulla bağlı çətinliklər başladı, ancaq bütün bunlar Cipə  nə isə qeyri – 
ciddi və uzaq görünürdü, vaxtı yaxınlaşdıqca hər şey arxa plana keçirdi. O, gələcək uşağı üçün heç nə 
tikmir, ümumiyyətlə, heç nə hazırlamırdı. Ola bilsin ki, heç vaxt gərək olmayacaq nəyisə niyə də 
hazırlayasan? 
 
        Cip Forseni müşaiyyət edirdi, özü üçünsə heç vaxt çalmırdı, çoxlu kitablar oxuyurdu, şeirlər, 
romanlar, tərcümeyi – hallar, bir oturuma bütün bunları həzm eləyir və dərhal da unudurdu. Uinton və 
Rozamunda bibi, sanki, səssizcə müqavilə bağlamışdılar, onun yanına növbə ilə günortadan sonra 
gəlirdilər.   Axşam gəlişində onunla görüşüb ayrılan Uinton harasa at yarışına, ya da tülkü ovuna gedir
səhər isə Cipin yanında oturmaq növbəsi onun olanda qayıdırdı. Xüsusən də ovla və at yarışı ilə məşğul 
olmadığı bu günlər qızına görə olduqca qorxurdu.   
 
        Cip  doğularkən orada iştirak eləyən Betti indi nəsə çox qəribə olmuşdu. Uşaq gözləyən, lakin 
taleyin hökmü ilə uşaqdan məhrum olan  qadınlar üçün, indiki belə hallar həmişə sözsüz arzuolunan 
olur, ancaq Bettinin belə düşünməyinə onun keçmişdəki itkisi və «öz gözəlçə»si üçün qorxması mane 
olurdu. Cip onun öz doğma qızı olsaydı, bəlkə, bu qədər qorxmazdı.   Pion pionlar üçün adi və 
gözəçarpmaz hesab olunan şeyi,   nərgizlərdə görərsə bu, onda həyəcan doğurur. Digər yaşlı və tənha 
qadına, Rozamunda bibiyə gəlincən, o, birbaşa Bettinin əksi idi, birinin burnu uzun, nazikdi, 
digərininki düymə kimi girdəydi. Öz sitayişinin qaydalarını bilən və qaydalar haqda ümiumiyyətlə, heç 
bir anlayışı olmayan, uzun, ağır nitq və xoşagələn batıq danışıq, arıqlıq və gombulluq, iradəlilik və 
təbiətə itaət, yumor və bunun tamamilə olmaması, mədə nasazlığı və dəvəquşu iştahı, bax beləcə 
fərqliydilər. Rozamunda bibi də narahat olurdu, düzdür, bunun, sadəcə, gülməli olduğunu düşünərək, 
özünə etiraf etdiyi kimi narahat ola bilmək mümkün olan qədər narahat olurdu. 
 
        Cipin ətrafındakılardan özünü ən maraqlı Forsen aparırdı. Öz iztirablarını gizləmək üçün onun 
azacıq belə əsası yox idi, iztirabları isə məhdud idi. Ona əvvəlki Cip lazım idi və   Cipin bir daha 
əvvəlki kimi olmayacağını düşünəndə, konyaka aludə oldu və evə birinci dəfə olduğundan az fərqlənən 
sərxoş halda qayıtmağa başladı. Cip tez-tez onun çarpayıya çatıb uzanmağına kömək eləməli olurdu. 
Bir, ya da iki dəfə o, axşam evə gəlmədi. Bunu əsaslandırmaq üçün Cip belə əhvalat uydururdu, guya,  
Forsenin gecələməsi üçün Rosekin otağı var, konsertdə yubanarsa, Cipi narahat eləmək istəmir. 
Xidmətçiləri inandıra bilirdi, ya yox, orasını bilmirdi, ancaq heç vaxt ondan harada olduğunu 
soruşmazdı, məğrurluğu və belə sual verməyə haqqının olmadığı düşüncəsi ona mane olurdu.  
 
        Cip çirkinləşdiyini və onun üçün cazibədar olmadığını başa düşürdü, hə, başqa cür də ola 
bilməzdi, o, hər cür kifirliyə qarşı özünü saxlaya bilmir, dözümsüzdü. Bəs Forsendə ona qarşı daha 
dərin hisslər vardımı? Axı o, heç vaxt heç nədən imtina eləməmişdi, heç vaxt heç nəyi qurban 
verməmişdi. Əgər Cip özü sevsəydi,  özü sevdiyinə nəyisə qurban verərdi, amma indi yox, o, heç vaxt 
sevməyəcəkdi! Hər halda, elə bil, Forsen ona görə həyəcanlanırdı. Bu qız üçün tapmaca idi! Ancaq 
görünür, ona tapmacalar üzərində çox da baş sındırmaq lazım gəlməyəcəkdi. Getdikcə Cipi   belə bir 
hiss bürüyürdü ki, öləcək və hərdən də düşünürdü, ölmək onun üçün xoşbəxtlik olacaq. Həyat onu 
aldatmışdı, daha doğrusu, o, özünü aldatmışdı. Doğrudanmı,  atası və cəsarətli gülüşü olan o cavan 
oğlanla irəli atılaraq, tarlalar boyu çapıb ov elədikləri həmin unudulmaz gündən və Forsenin göydən 
düşübmüş kimi təşrif gətirdiyi, ona evlənmə təklifi elədiyi o fəlakətli gündən  cəmisi bir il keçmişdi? 
Çox istəyirdi, Mildenxemə getsin, orada hamıdan gizlənsin, bircə atası və Betti ilə olsun. 
 
        Cip ora noyabr ayı başlayanda getdi. 
 
        Onun gedişinə Forsen yorulan, ancaq yatmaq istəməyən uşaq kimi münasibət bəsləyirdi. Cipin 




Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   85


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə