ÖLÜMDƏn güCLÜ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə31/85
tarix30.12.2017
ölçüsü4,8 Kb.
#18451
növüQaydalar
1   ...   27   28   29   30   31   32   33   34   ...   85

ondan uzaq olacağı fikrini qəbul eləyə bilmirdi, ancaq o gedəndən sonra allahlara məxsus olan içki 
məclisləri düzəltməyə başladı. Səhər saat beşdə oyandı, – «ürəyimdə qorxunc bir soyuqluq hiss 
edərək»,  sonrakı gün o, Cipə belə yazırdı. «Mənim Cipim, qorxunc bir hisslə mən saatlarla otaqda 
gərdiş eləyirdim» (əslində isə, cəmisi yarım saat). «Belə bir vaxtda mən sənin ayrılığına necə tab gətirə 
bilərəm? Mən özümü atılmış hesab edirəm». Bir gündən sonra isə o, artıq Roseklə Parisdə idi. «Mənə 
dözülməz oldu, – o yazırdı, – bizim küçənin, bağın, bizim otağın görünüşü. Qayıdandan sonra mən 
Rosekin yanında qalacağam. Vaxtın çatanda, gələcəyəm, mən sənin yanına gəlməyə borcluyam». Cip 
isə bu məktubu oxuyandan sonra Uintona dedi: «Ata, bu nə vaxt olarsa, ona xəbər vermə. Mən onun 
burada olmasını istəmirəm». 
 
        Bu məktub onun ərində hələ də öz skripkasından çıxardığı gözəl səslər kimi hansısa xeyirxah və 
gözəl hisslərin qalacağına olan ümidini tamam yoxa çıxartdı. Bununla belə ona elə gəldi ki, bu məktub 
özlüyündə səmimidir, onda təsirləndirici, haradasa əsl hisslər var. 
 
        Mildenxemdə onu özü haqqındakı ümidsiz fikirlər tərk elədi, özündə daşıdığı, hiss elədiyi həyatın 
təsiri ilə onda yaşamaq arzusu oyandı. Bunu ilk dəfə öz köhnə uşaq otağına girəndən sonra başa düşdü. 
Burada hər şey o vaxtkı, onun səkkiz yaşı olandakı kimi qorunub saxlanmışdı. Kuklalar üçün yan divarı 
açılan, bütün mərtəbələri görünən köhnə, qırmızı ev,  onun yüz dəfələrlə eşitdiyi at ayaqlarının 
tappıltısından enən bozarmış, enli pərdələr, dəfələrlə döşəmənin üstündə uzanıb əlini çənəsinə 
söykəyərək, yanında Qrimm qardaşlarından nağıl, ya «Alisa möcüzələr ölkəsində» – ni, ya da İngiltərə 
tarixindən hekayələr oxuduğu  buxarının hündür çərçivəsi.  Uşağı da burada yaşayacaq, bütün bu adi və 
tanış əşayların içində və onun varlğına bir arzu, daha doğrusu, qarşısıalınmaz şıltaqlıq hakim kəsildi ki, 
uşağını burada, bu köhnə uşaq otağında doğsun, daha qız ikən yatdığı otaqda yox, bura sakit və rahatdı! 
Mildenxemə gəlişindən bir həftə sonra Bettiyə şeylərini köhnə uşaq otağına köçürməsini tapşırdı.  
 
       Evdə heç kim Cipin özü qədər sakit deyildi. Betti gözü yaşlı halda gəzirdi. Missis Marki heç vaxt 
belə ləzzətsiz şorbalar bişirməmişdi, əri qarşısı alınmaz dərəcədə çərənçi olmuşdu. Uinton özünə yer 
tapmayaraq evdə vurnuxurdu. Onun adi, səlis və soyuq səsində ürəyində daşıdığı həyəcanın notları 
aydın hiss olunmağa başlamışdı. Cip isə hamının onu belə sevdiyinə və onun üçün narahat olduğuna 
görə özünü çox gözəl hiss edirdi. Elə hey buxarının qabağında oturub  qara gözlərini gecə qaratoyuğu 
kimi qırpmadan alova dikərək, düşünürdü ki, o, dünyaya gələndə az qala özünü də öldürmək istəyən 
atasına nə ilə minnətdarlıq eləyə bilər.                         
 
                              
 
X  FƏSİL 
 
       
 
         Cipə baxmalı olan qadın gələndən sonra Uinton ovun daşını atdı və evdən uzağı yarım saatlığa 
çıxmağa başladı. O, həkimlərə inanmırdı, ancaq bu, ona Cipi vaxtı ilə xanazirdən, qızılcadan və başqa 
bu kimi uşaq xəstəliklərindən müalicə eləyən qoca həkimlə hər səhər on dəqiqəlik söhbət eləməyə əsla 
mane olmurdu. Qoca Riverşoy keçən günlərin canlı və məzəli abidəsi idi.  Onun tünd qırmızı yanaqları 
vardı, dazının ətrafındakı rənglənmiş saçlarının ucları da qırmızı idi, boz,  qabarıq gözlərinə qan 
dolmuşdu və ondan həmişə plaş rənginin qoxusu gəlirdi. Boyca balaca idi, təngənəfəslikdən əziyyət 
çəkirdi, şərab içir, tənbəki qoxulayır, «Tayms»ı oxuyur, səlis səslə danışırdı və zil qara atlar qoşulmuş 
balaca ekipajda gəlirdi. Amma o, əsl  həkimdi, bir çox xəstəlikləri sağaltmağı bacarırdı, onu əli yüngül 
olan yaxşı mamaça da hesab eləyirdilər. Hər səhər, düz saat on ikidə onun ekipajının təkərlərinin səsi 
eşidilirdi. Uinton dolçaya şərab süzdü, tənəkə qabda biskvit qoydu, stəkanları gətirdi. Həkim Cipin 


yanından qayıdan kimi də ondan soruşdu: 
 
       – Hə, doktor? O necədir? 
 
       – Çox gözəl, sadəcə, çox gözəl! 
 
       – Təhlükəli heç nə yoxdur? 
 
         Gözlərini dolçadan çəkməyən həkim mızıldandı: 
 
       -Ürəyinin vəziyyəti misilsizdir…azacıq… hm… eh, bunlar boş şeylərdir! Hər şey öz qaydası ilə 
gedir. Bax belə! 
 
       – Doktor, bir stəkan şərab içərsinizmi? 
 
         Həkimin sifətində dəyişilməz məmnunluq ifadəsi canlandı. 
 
       – Soyuq gündür… Hə, lütfən… – Parlaq qırmızı dəsmalla burnunu sildi. 
 
         Onun şərabı necə içdiyini müşahidə eləyən Uinton dedi: 
 
       – Biz hər vaxt sizə ümid eləyə bilərik, elə deyilmi? 
 
       – Əziz ser, narahat olmayın! Balaca miss Cip mənim köhnə dostumdur. Gündüz də, gecə də onun 
xidmətindəyəm. Narahat olmayın. 
 
        Uinton yüngülləşdiyini hiss elədi, ancaq bu cəmisi iyirmi dəqiqə bəs elədi, təkərlərin səsi 
eşidilməz olana və həkimin arxada buraxdığı mürəkkəb qoxular hiss edilməyənə qədər. Cipin xahişi ilə 
Uintondan ağrıların başladığını gizlətdilər. Birinci tutmalar sakitləşəndən sonra Cip mürgülədi, atası 
təsadüfən köhnə uşaq otağına, onun yanına qalxdı. Görünüşüylə xoş təsir bağışlayan baxıcı qadın onu 
qonaq otağında qarşıladı. Belə hallarda kişilərin «vurnuxmalarına və təngə gətirmələrinə» alışmış qadın 
ona məsləhət verməyə hazırlaşırdı, ancaq onun baxışlarından qorxaraq pıçıldadı: 
 
       – Başladı. Ancaq siz həyəcanlanmayın, o indi hələlik əzab çəkmir. Tezliklə həkimin arxasınca 
adam göndərəcəyik. Sizin qızınız cəsurdur.  – Özü üçün qeyri – adi olan hörmət və şəfqət hissiylə 
təkrar elədi. – Ser, narahat olmayın. 
 
       – Əgər o, məni görmək istəsə, mən daima öz kabinetimdə olacağam. Bacı, onun üçün nə 
mümkünsə eləyin.  
 
        Baxıcı Cipin yanına fikirli halda qayıtdı. 
 
       – O, atam idi? – Cip soruşdu. – Mən onun bilməyini istəmirdim. 
 
       – Mənim əzizim, hər şey əladır. 
 
       – Bacı, necə bilirsiz, ağrılar tezmi başlayar? Mən atamı görmək istərdim. 
 
        Baxıcı onun saçlarını sığalladı. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə