ÖLÜMDƏn güCLÜ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə32/85
tarix30.12.2017
ölçüsü4,8 Kb.
#18451
növüQaydalar
1   ...   28   29   30   31   32   33   34   35   ...   85

 
       – Tezliklə bütün bunlar qurtaracaq və siz özünüzü çox yaxşı hiss eləyəcəksiniz. Kişilər həmişə belə 
narahat olurlar. 
 
        Cip ona baxıb pıçıldadı: 
 
       – Bilirsiniz, anam məni doğanda ölüb. 
 
       – Bu boş şeydi, – onun  yatacağını qaydaya salan baxıcı dedi. – Yəni, mən demək istəyirəm bunun 
heç dəxli yoxdur. 
 
          Cipin gülümsədiyini görəndə isə, baxıcı düşündü: «Hə, ay axmağam ha!» 
 
        – Əgər elə olarsa, əgər mən tab gətirmərəmsə, istəyirəm, məni yandırsınlar. Bacı, siz bunu 
yadınızda saxlayarsınızmı? Mən indi bunu atama demək istəmirəm, bu, onu sarsıdar. 
 
          Baxıcı düşünürdü: «Belə hallarda görünür, vəsiyyətnamə tələb olunur, amma yaxşısı mənim vəd 
eləməyimdir. Baxmayraq ki, tamam xəstə olmasa da, bunlar xəstə təsəvvürlərdir».  
 
        – Əzizim, çox yaxşı, – dedi, – ancaq sizinlə buna bənzər heç nə baş verməyəcək. 
 
        – Hamının mənə bu qədər diqqət ayırmasına, adamların məndən ötrü  belə dərdli olmalarına görə  
xəcalət çəkirəm.  
 
         Hələ də balışı şişirtməklə məşğul olan baxıcı dedi: 
 
       – Siz heç başqalarının yarısı qədər də şıltaq və narahat deyilsiniz. Sizdə hər şey, sadəcə, çox gözəl 
gedir. – Özlüyündə isə düşünürdü! «Qəribədir! O, bircə dəfə də olsa ərinin adını çəkmir. Belə həssas 
qadınlarla buna oxşar hadisələrin baş verməsini əsla istəmirəm. Sadəcə, qəlb riqqətə gətirəndir!» 
 
        Cip mızıldandı: 
 
        – Mən atamı görmək istəyirəm. Lütfən, tez olun! 
 
         Baxıcı cəld ona baxıb çıxdı. 
 
         Cip əllərini odeyalın altına salmışdı. Noyabr! Torpağın doğma nəmli qoxusu!  Hər yerə, 
çəmənliyə palıd qozaları tökülür. Bir dəfə o, qoca ov itinin xaltasından yapışaraq, onunla birlikdə palıd 
qozaları və xəzəllərlə örtülmüş, küləyin hələ də yarpaqlar tökdüyü  çəmənlik boyunca qaçırdı. Onda 
qonur rəngli məxmər palto geymişdi! O vaxt kim ona «müdrik balaca qaratoyuq» deyirdi?... Ürəyi 
düşdü, ağrılar yenidən başladı. Uinton qapıda dayanaraq soruşdu: 
 
       – Hə, mənim körpə balam? 
 
       – Mən, yalnız sənə baxmaq istədim. Hər şey yaxşıdır. 
 
         Cipin alnı tamamilə tər içində idi. 
 
         Uinton dəhlizə çıxanda qızın təbəssümü havada süzürmüş kimi onu müşaiyyət elədi, ancaq dərhal 


da söndü.  
 
          Kabinetində Uintonun yenidən təlaşları artdı. Nəyə görə bu iztirabları o. özü çəkə bilmir? 
 
        Təkərlərin tanış səsi eşidilənə kimi Uinton xalçanın üzərində var-gəl elədi. Qonağı qarşılamaq 
üçün dəhlizə çıxdı və onun qızı üçün belə ifrat dərəcədə  qorxmasının səbəbi haqqında qocanın heç bir 
anlayışı olmadığını unudaraq, diqqətlə onun sifətinə baxdı. Sonra da geri, kabinetinə qayıtdı. Hirsli 
cənub-qərb küləyi yaş yarpaqları pəncərə şüşələrinə  çırpırdı.  Bir il bundan əvvəl Forsen Cipi istəməyə 
gələndə o, bax burada, pəncərənin qabağında dayanmışdı, qaranlığa baxırdı. Nəyə görə onda o, bu 
oğlanı bayıra qovmadı, nəyə görə qızını götürüb aparmadı? Hindistana, Yaponiyaya, hara mümkünsə!  
Qızı bu skripaçını sevmirdi, heç vaxt əsl məhəbbətlə sevməmişdi. Dəhşətdi! Uintonun ürəyində ağrı 
aşıb daşdı  və o titrədi. Sonra kitab dolabına yaxınlaşdı, orada onun həmişə oxduğu bir neçə kitab vardı. 
Onlardan birini götürdü, «General Linin həyatı». Kitabı yerinə qoyub, başqasını götürdü, Uayt-
Melvillin «Avara» romanını. Kədərli kitab – kədərli sonluq! Kitab onun əlindən düşdü, döşəməyə dəyib 
boğuq səs çıxartdı. Hansısa bir soyuqqanlılıqla o, birdən öz həyatını gördü, ikinci dəfə belə itkiyə 
məruz qalarsa, neyləyəcəkdi? Qızı ölməməliydi!  
 
        Əgər o ölərsə, yalnız bir yol qalır, yalnız… Qədim vaxtlarda kişiləri atları və itləri ilə bir yerdə 
dəfn edirmişlər, ona bir ovçu kimi hörmət əlaməti olaraq. Bunda nə isə vardı. Bu fikir nədənsə onu 
sakitləşdirdi, oturacağa oturub, sanki, donmuş halda, uzun müddət alovun dillərinə baxdı. Sonra 
yenidən onun qorxu qızdırmaları başladı. Nəyə görə onlar gəlmirlər və ona heç nə demirlər? Nəyə 
desən razıydı, bircə bu sakitliyi, bu ölümcül gözləməyə yox! Sanki, çöl qapısı açıldı? Təkərlərin 
səsiydi? Qapıda Marki göründü, əlində kiminsə vizit vərəqəsini saxlamışdı. 
 
       – Ledi Sammerxey, mister Brayan Sammerxey. Mən evdə olmadığınızı dedim. 
 
        Uinton başıyla razılığını bildirdi. 
 
       – Siz heç nə yeməyibsiz, ser. 
 
       – Saat neçədir? 
 
       – Dörd. 
 
       – Mənə xəz paltonu gətirin, bir də şərab. Buxarını da yandırın. Öyrənin görün, bir yenilik varmı. 
 
        Marki baş əyərək çıxdı. 
 
        Xəz paltoda buxarının qabağında oturmaq, həm də elə də soyuq olmayan havada, mənasız idi. 
Deyirlər, ölümdən sonra da həyat davam eləyir. O, bircə dəfə də sevdiyi qadının yaşadığını hiss 
eləmədi. O, Cipdə yaşayırdı. Bəs indi Cip… Ayağa qalxıb pərdələri çəkdi. 
 
        Saat yeddidə həkim aşağı düşdü. Uinton hələ də paltoya bürünərək, buxarının qabağında 
oturmuşdu. Azacıq qalxaraq boylandı. Həkimin sifəti qırışlarla örtülü idi, donba gözlərində kiprikləri 
yarı örtülü idi, bu gülümsədiyini bildirirdi. 
 
       – Misilsizdir, – o dedi. – Misilsizdir, qızdır! Heç bir qorxusu yoxdur. 
 
        Uintonun dodaqları titrədi. Qocanın əlini sıxmaq istədi, ancaq bütün həyatının vərdişlərinə tabe 


olaraq, öz hisslərini heç nəylə büruzə vermədi və öz yerində oturmağa davam elədi.  
 
        – Doktor, bir stəkan çaxır içərsinizmi? 
 
          Doktor stəkanı əlləri arasında sıxıb çaxıra baxaraq,  dinməzcə fikrə getmişdi. 
 
        – Hm! Bu əlli ikinci ilindi. Mənə altmış səkkizinci ilinkini verin, o daha tünddür. 
 
          Bir qədər keçəndən sonra Uinton yuxarı qalxdı. 
 
          Qapının qabağında yenidən onu dondurucu bir qorxu bürüdü. «Çox uğurludur – müştəri gücünün 
tükənməsindən öldü!» Uşağın zəif qışqırığı onu sakitləşdirmədi. O, bu yeni varlığa etinasız idi. Birdən 
Betti onun yanında göründü. 
 
        – Qadın, nə işdir? Gülməyin! 
 
          Qadın içini çəkərək dili dolaşa-dolaşa dedi: 
 
        – O, elə gözəl görünür. Ay Allah! Ay mənim əzizim!   
 
          Onu sərt halda bir kənara itələyərək, Uinton açıq qapıdan içəri boylandı. Cip sakit və ağarmış 
halda uzanmışdı, onun qara gözləri uşağa zillənmişdi. Sifətində heyrət ifadəsi vardı. O, Uintonu 
görmədi, Uinton isə dayanıb sakitcə ona baxırdı. Baxıcı qadın arakəsmənin arxasında nəsə eləyirdi. O, 
həyatında ilk dəfə ananı yenicə doğulan uşağıyla birlikdə görürdü. Qızının nə isə xəyali olan sifəti onu 
sarsıtdı.  Axı ona elə gəlirdi, qızı  heç vaxt uşaqları sevməmişdi, deyirdi, uşaq istəmir. Otağa girdi. Qızı 
əliylə zəif hərəkət eləyərək, uşağı göstərdi, onun gözləri gülürdü. Uinton bələnmiş, tamam qırmızı 
ləkələr içində olan balaca varlığa baxdı, sonra əyilərək, Cipin əlindən yapışıb öpdü və barmaqlarının 
ucunda çölə çıxdı.  
 
        Nahardan sonra Uinton şampan şərabı içdi və əhvalı çox gözəl oldu. Öz siqaretinin tüstüsünə 
baxaraq düşünürdü: «Bu skripkaçıya teleqramma göndərmək lazımdı. Nəhayət ki, o da özgə deyil, 
bəlkə, o da əzab çəkir, onun iki saat bundan əvvəl çəkdiyi kimi. Ona xəbər verməmək yaxşı…» və 
yazdı: «Sağ – salamatlıqdır. Qız oldu. Uinton». Teleqrammanı verdi və əmr elədi ki, elə bu axşam 
mehtər onu aparıb yola salsın. Saat onda  ehtiyatla yuxarı qalxdı. Cip yatırdı.   
 
                                    
 
XI   FƏSİL 
 
      
 
         Səhəri günorta çağı uzun fasilədən sonra atla gəzintidən qayıdan Uinton evinin yanında, 
stansiyaya yola düşən, hər bir boş ekipaj kimi elə də ciddi görünüşü olmayan  arabayla rastlaşdı. 
 
        Dəhlizdə xəz palto və geniş şlyapa asılmışdı. Dərhal da kimin gəldiyi ona aydın oldu. 
 
       – Ser, mister Forsen yuxarıda, missis Forsenin yanındadır.  
 
       – Şeylərini də gətirib? 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə