ÖLÜMDƏn güCLÜ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə35/85
tarix30.12.2017
ölçüsü4,8 Kb.
#18451
növüQaydalar
1   ...   31   32   33   34   35   36   37   38   ...   85

          Cip başıyla razılığını bildirdi, onun üçün fərqi yox idi! Qız gedəndən sonra düşündü: «Bir fincan 
isti çay. Mən onun isti olduğunu hiss edəcəyəmmi? 
 
           Qız çay gətirib gəldi. Qız Cipə sadiq idi, ona heyran idi və evi qaydaya salarkən hansısa bir 
uyğunsuzluq olanda, həmişə onun tərəfini saxlayırdı. Sahibəsi ondan ötrü olduqca yaxşı idi, o, 
əcnəbidənsə, hələ bu qədər vərdişləri olan əcnəbidən danışmağa dəyməzdi! Hələ bir ədaları! Yox, onun 
heç bir ədası yox idi! Bunun axırı yaxşı olmayacaqdı. Əgər onun fikrini soruşsaydılar, belə də deyərdi!   
 
        – Suyu vannaya buraxmışam, mem. İstəyirsinizmi bir az xardal qoyum? 
 
         Xardal üçün aşağı gedəndə qız aşpaza dedi: 
 
        – Bizim sahibə elə gündədir, adamın tamam yazığı gəlir. 
 
          Aşpaz çox həvəs göstərdiyi qarmonun klavişaları üzərində barmaqlarını gəzdirərək dedi:   
 
        – Sahibə öz hisslərini hamıdan gizləyir. Allaha şükür ki, o, öz qoca bibisi kimi uzadaraq danışmır, 
hər danışanda özümü: «Tələs, əziz qarıcığaz, sən elə də inci deyilsən!» deməkdən güclə saxlayıram və 
qarmonu çəkərək sakitcə «Mənim evim, doğma evim»i məşq eləməyə başladı.  
 
        İsti vannada uzanan Cipə bu boğuq səslər böyük milçəyin uzaq vızıltısı kimi gəlirdi. İsti su, 
xardalın tünd qoxusu və qarmonun iniltiləri onu azacıq da olsa, sakitləşdirir, dincəldirdi. Nə vaxtsa o da 
sevərdi!... Necə qəribədir ki, o, bu haqda indi düşünürdü! Hə, məhəbbət onun da yaxasını tanıyardı! 
Gözləri qarşısında Dafna Uinqin dumanlı xəyalı canlandı, məftunedici baxışları, əllərinin necə 
titrəməsi…Birdən  qəlbində özünə qarşı da mərhəmət hissi baş qaldırdı, bu ağrı və sevinc hissi idi. 
Amma o, kimdən incimək istəyirdi, sevmədiyi ərindənmi? Milçək sürüsünün vızıltısını xatırladan 
səslər daha mənalı, titrək olurdu. Aşpaz vəcdə gələrək, daha bərkdən çalırdı, xüsusilə də axırıncı iki 
bəndi:  
 
                                  
 
Evim sadə, adi olsa da, 
 
Hər yerdən doğmadır mənə! 
 
          
 
                                        
 
XIII  FƏSİL 
 
 
 
        Bu gecə Cip elə yatdı ki, sanki, heç nə baş verməmişdi, nəyisə həll eləmək lazım deyildi. 
Yuxudansa bədbəxtmiş kimi oyandı. Məğrurluğundan etinasız görünüşünü qoruyub saxlayırdı və 
etinasız halda da yaşayacaqdı. Amma analıq instinkti ilə qəzəb arasındakı mübarizə hələ də gedirdi. O 
indi uşağını görməyə qorxurdu. 
 
         Günün yarısına yaxın yataqdan qalxan Cip ehtiyatla aşağı düşdü. Hətta özü üçün təsəvvür belə 


eləmirdi ki, onda uşağıyla bağlı necə sərt mübarizə gedib. Bunu olduğu kimi qızcığazın yatdığı otağın 
yanından keçib gedəndə başa düşdü. Əgər ona uşağı əmizdirməyi qadağan eləməsəydilər, bəlkə,  bu 
daxili mübarizə də olmayacaqdı. Onun ürəyi sıxıldı, hansısa bir əcinnə onu qapının yanından keçib 
getməyə məcbur elədi. Aşağıda isə sakitcə gərdiş eləyir, çinilərin tozunu silir, kitab dolabını qaydaya 
salırdı.  Otağı yığışdıran xidmətçi qız kitabları yığmağa elə səy göstərmişdi ki, Dikkensin, 
Takkerayanın və digər müəlliflərin birinci cildlərini birlikdə yuxarı rəfə, ikinci cildləri isə aşağı rəfə 
yığmışdı. Cip həmişə düşünürdü: «Mənim nəyimə lazım ki, ev necə görünəcək? Bu mənim evim deyil. 
Heç vaxt də mənim olmayacaq!» 
 
        Səhər yeməyində  azacıq da olsa, tünd bulyon içdi, özünü kefsiz kimi göstərməkdə davam elədi. 
Sonra oturub məktub yazdı. Nə isə qərara gəlmək lazımdı! Ancaq başına heç nə gəlmirdi, bircə söz 
belə, hətta Forsenə necə müraciət eləyəcəyini belə bilmirdi. Xidmətçi qız Rozamunda bibigildən kağız 
və küçükləri gətirdi, küçüklər qızğınlıqla dalaşaraq, sahibələrinin diqqətini daha çox cəlb eləməyə 
çalışırdılar. Dizi üstə çökdü ki, onları ayırsın, küçüklərsə fədakarcasına onun üzünü yalayırdılar və bu 
nəvaziş onun ürəyini sıxan dəmir üzüyü yenidən boşaltdı. Qəlbini uşağına görə qorxunc bir qüssə 
bürüdü. 
 
        Axşam açıqca yazdı. «Biz qayıtdıq». 
 
        O, açıqcanı oyanandan sonra, saat on birdə alacaqdı. İnstiktlə dinclik dövrünü uzatmaq üçün   
bütün növbəti günü heç nə haqda düşünməyərək, bazarlıq eləməklə məşğul oldu. Axşam çayına 
qayıdarkən dərhal da uşağının yanına qalxdı. Forsen artıq evdəydi, skripkasıyla studiyaya getmişdi. 
 
         Cipə bütün özünü idarəeləmə bacarığını toplamaq lazım gəlirdi. Tezliklə qaranlıq, dar döngədən 
keçərək, həmin qız gələcəkdi, bəlkə də, bu anlarda onun barmaqları qapını döyəcləyir, o, qapını açır və 
mızıldanır: «Yox, o qayıdıb!» Ah, qız onda necə də kənara sıçrardı! Tələsik pıçıltı, başqa yerdə 
görüşməyi qərara alırlar! Dodaqları toxunur, qızın heyranlıq dolu baxışları… və artıq qız məyus halda 
örtülən qapıdan qaçaraq qaranlıqda uzaqlaşır. O isə cah-cəlallı divanda oturur və bığlarını gəmirərək, 
öz pişik gözləri ilə alova baxır. Sonra isə, bəlkə də, skripkasından bir vaxtlar onu ovsunlayan göz 
yaşları,  səslər şəlaləsi axacaq, küləklər əsəcəkdi! 
 
       – Betti, əzizim, xahiş edirəm, pəncərəni aç, çox istidir. 
 
         Musiqi… Yüksəlir, donur! Nəyə görə, məhz ələ salırmış kimi onun üçün qəbul olunan bir vaxtda 
titrəyir? Və Cip fikirləşdi: «Yəqin, gözləyir ki, mən yenidən ora gedib, onun üçün çalacağam. Ancaq 
mən getmərəm, heç vaxt!» 
 
           Yataq otağına getdi, əlüstü paltarlarını dəyişib aşağı düşdü. Onun diqqətini kitab dolabındakı 
çinidən olan balaca çoban qızın heykəli cəlb elədi. Cip onu üç il əvvəl, Londona ilk dəfə gələndə 
almışdı. Həyat o vaxt ona qabaqda özünün oynadığı başdan ayağa sonu görünməyən rəqs kimi gəlirdi. 
İndi çoban qız maraqsız olmuşdu, baxmayaraq, tamam başqa həyatın, – mənası və kölgəli tərəfi 
olmayan sönük, uğursuz  həyatın,  gözəl simvolu idi.  
 
        Çox gözləyəsi olmadı. Forsen tezliklə qonaq otağının balkon qapısını döydü. Nəyə görə 
qaranlıqdan pəncərəyə baxan adamların sifəti həmişə ac, axtaran görünür, sanki,  özlərində olmayanı, 
sizdə isə olanı soruşurlar.  Rəzəni çəkərək düşündü: «Mən ona nə deyəcəyəm?» Onun atəşli baxışları, 
səsi, əlləri, nəyi varsa hamısı  qıza gülməli görünürdü, xüsusilə də məyus görünüşü: 
 
       – Ehtiyatlı ol, mən hələ sağalmamışam. Qraf Rosekin yanında vaxtını yaxşımı keçirdin?  – Dedi və 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə