ÖLÜMDƏn güCLÜ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə36/85
tarix30.12.2017
ölçüsü4,8 Kb.
#18451
növüQaydalar
1   ...   32   33   34   35   36   37   38   39   ...   85

özündən asılı olmayaraq, dodaqlarından bu sözlər qopdu.  –  Mənə elə gəlir  studiya üçün darıxıbsan!  
 
        Onun gözləri oynadı, otaqda var – gəl eləməyə başladı. 
 
       – Darıxmışam! Hər şey üçün darıxmışam! Mən çox bədbəxt idim, Cip! Sən, hətta təsəvvür də eləyə 
bilməzsən, mən necə bədbəxt idim. Hə, bədbəxtdim, bədbəxtdim! – Bu sözü hər dəfə təkrar elədikcə 
onun səsi şən olurdu. Dizləri üstə çökərək, uzun əllərini uzadıb onu qucaqladı. Ah, mənim Cipim! Mən 
indi tamam başqa adam olacağam! 
 
          Cip hələ də gülümsəyirdi. Bu saxta izharlara o, nəylə cavab verə bilərdi?  Əllərini 
boşaltmasından istifadə eləyərək, Cip ayağa qalxdı və dedi: 
 
        – Sən   evdə uşaq olduğunu bilirsənmi? 
 
        – Ah, uşaq? Az qala unutmuşdum. Gedək ona baxaq. 
 
        – Tək get, – Cip cavab verdi. 
 
          Bəlkə də, Forsen indi düşünürdü: «Buna görə o, mənimlə daha da incə rəftar eləyəcək». 
Gözlənilmədən Forsen döndü və otaqdan çıxdı. 
 
        Cip gözləri yarıyumulu halda dayanmışdı, yenidən studiya gözləri önündə canlanırdı, divan, qızın 
titrəyən əlləri. Royalın yanına qaçdı və qədim bir polyak rəqsi çalmağa başladı. 
 
        Bu axşam onlar evdə şam eləmədilər, sonra teatra gedib, «Qofmanın nağılları» tamaşasına 
baxdılar. Bu, onun deməyə hazırlaşdıqlarını bir qədər təxirə saldı. Onlar qaranlıq maşında evə 
qapyıdarkən Cip donunun əziləcəyini bəhanə gətirərək küncdə oturmuşdu. İki dəfə az qala 
qışqıracaqdı: «Mən Dafna Uinq deyiləm!» Hər dəfə də məğrurluğu bu sözləri boğurdu. Öz otağının 
qapısını onun üzünə bağlamaq üçün daha hansı səbəbi uydurub tapa bilərdi?  
 
        Evdə güzgüdə gördü ki, Forsen arxasında dayanıb, yataq otağına pişik kimi səssizcə gəlmişdi. 
Sifətinə qan vurdu və dedi: 
 
       – Yox, Qustav! Əgər sənə rəfiqə lazımdırsa, studiyaya get. 
 
        Forsen kənara sıçradı və çarpayının başlığına söykənərək, gözlərini ona zillədi. Cip isə sancaqları 
sakitcə saçından çıxardırdı. Onun əllərinin və başının, sanki, ağrıdan necə gərildiyini aydınca görürdü. 
Sonra Cipin heyrətinə rəğmən, Forsen çıxdı. Yenidən tutqun peşmanlıq hissi onu bürüyən azadlıq 
hissinə qarışdı. Bir xeyli  yuxuya getmədən uzandı, alovun dillərinin gah birdən alışmasına, gah da 
tavanda necə sönməsinə tamaşa edirdi. «Qofmanın nağılı» melodiyası   başından ani keçdi, saysız-
hesabsız fikirlər, oyanmış beynində bir-birinə qarışdı. Nəhayət, yuxuya getdi. Yuxuda gördü ki, 
göyərçinləri yemləyir və bu göyərçinlərdən biri də Dafna Uinqdir. Diksindi və gözlənilmədən oyandı. 
Buxarının işığında Forseni gördü, çarpayının ayaqları yanında büzüşərək oturmuşdu. Eyni ilə toylarının 
birinci gecəsində olduğu kimiydi, üzündə həmin ac ehtiras, həmin uzadılmış əlləri. Cipə ağzını açmağa 
imkan vermədən dedi:   
 
        – Ah, Cip! Sən başa düşmürsən! Bütün bunlar boş şeydir… mənə, yalnız sən lazımsan! Mən 
özümü idarə eləyə bilmirəm. Başa düş, axı sən bir gör neçə vaxtı mənimlə olmayıbsan! 
 


           Cip sərt səslə dedi: 
 
        – Mən uşaq istəmirdim. 
 
        – Hə. Amma indi sənin uşağın var və sən xoşbəxtsən! İnsafsız olma, mənim Cipim! Sənə şəfqətli 
olmaq daha çox yaraşır. Bu qız… bütün bunlar keçdi… Mən and içirəm! Mən söz verirəm… 
 
          Cip düşünürdü: «O,  nə cürət edib gəlib və burada belə ağlayıb sızlayır? Onda ləyaqət hissi 
yoxdur, bir damla da!» 
 
        – Sən necə söz verə bilərsən? Axı   qızı səni sevməyə məcbur eləyibsən. Mən onun sifətini 
gördüm. 
 
        – Sən… sən onu gördün? 
 
        – Hə. 
 
        – O…  sarsaq qızdır!  O, məni sənin bir çeçələ barmağından da az maraqlandırır. Əgər mən onu 
sevmirəmsə, bunun, ümumiyyətlə, nə mənası var? Sədaqət bədəndə yox, qəlbdə olur…  
 
        – Yox, mənası var! Xüsusilə də əgər bundan başqası əzab çəkirsə. 
 
        – Mənim Cipim, sən bundan əzab çəkirsən? 
 
          Onun səsində ümid var idi, amma Cip təəccüblənmiş halda cavab verdi: 
 
        – Mən? Yox, o. 
 
        – O? Axı bu həyatdır, təcrübədir. Bu, ona azacıq belə zərər vurmaz. 
 
        – Başqa cür də ola bilməz! Sənə  ləzzət verirsə,  heç kimə zərər verə bilməz!  
 
       Belə acı, kəskin cavabdan sonra Forsen susdu və uzun müddət dərindən köks ötürdü. «Bədən yox, 
qəlb sədaqəti hifz eləyir!» Nəhayət, Forsen ona daha çox sadiqdi, ya onu heç vaxt sevməyən Cip?  
Şöhrət  düşkünlüyündən, ya başqa… nədənsə ona ərə gedən Cipin belə danışmağa haqqı vardımı?  
 
        Birdən Forsen səsləndi: 
 
       – Cip! Bağışla! 
 
        Forsen onun üzərinə əyilmişdi. Cip onun necə kəsik-kəsik nəfəs aldığını, tövşüdüyünü aydın 
eşidirdi, onu bürüyən süstlüklə və ümidsizliklə yanaşı, qız özündə yenidən ona qarşı mərhəmət hiss 
edirdi. Bir fərqi vardımı? Yorğun səslə dedi: 
 
       – Yaxşı, bağışlayıram! 
 
 
 
                                        


 
XIV    FƏSİL 
 
  
 
        Dafna Uinqin Forsenin keçmişində qaldığına Cip inanmırdı.   Şübhələri ona deyirdi ki, Forsen nə 
eləməyə söz verirsə, fürsət düşən kimi, – sanki, bu fürsəti də kimsə diqqətlə onun üçün hazırlayırdı – 
onun vədi əməlindən tamam fərqlənir.  
 
       Cip evə qayıdandan sonra Rosek yenidən gəlməyə başladı. O, görünür, öz səhvini təkrarlamaqdan 
qorxurdu. Ancaq bu Cipi aldada bilməzdi. Rosekin özünü idarə eləyə bilmək qabiliyyəti Forsenin 
iradəsizliyi ilə tam ziddiyyət təşkil eləsə də,   polyakın  ondan əl çəkməyəcəyini başa düşürdü. Onu da 
başa düşürdü ki, Dafna Uinqi əri ilə görüşdürmək üçün hər vasitə ilə çalışacaq. Ancaq məğrurluğu ona 
qızı yada salmağa imkan vemirdi. Həm də qız haqqında danışmağın nə mənası vardı? Forsen də, Rosek 
də, hər ikisi qızın haqqında yalan danışacaqdılar. Rosek ona görə ki, ondakı hərəkətinin açıq-aşkar səhv 
olduğunu başa düşürdü. Forsen  isə əgər düz danışmaq  ona, yalnız əzab verə bilərdisə, danışardı. Düz 
danışmaq onun xarakterinə yad idi.  
 
        Gözləməyi və dözməyi qərara alan Cip gələcək, ümumiyyətlə, heç nə haqda düşünmədiyi anları 
yaşayırdı. Özünü bütünlüklə uşağına həsr eləmişdi. Uşağı müşahidə eləyib, onun istiliyini belə 
yaxından duyarkən,  nəhayət,  analarda olan barışdırıcı bir mərhələyə çatmışdı. Amma uşaq çox yatırdı, 
bundan əlavə Betti də uşağa olan hüquqlarından istifadə edirdi. Bu saatlar onun ən ağır saatları olurdu. 
Kitabı götürən Cip elə dərhal da fikirlərə qərq olurdu. Onları birlikdə gördüyü gecədən indiyə kimi 
bircə dəfə də olsun studiyanın kandarına ayaq qoymamışdı. Rozamunda bibi səmərəsiz halda onu 
cəmiyyətin həyatına cəlb eləmək istəyirdi, atası gəlsə də, çox oturmurdu. Forsenlə görüşmək istəmirdi. 
Belə özünə qapılmış halda, yaşayanda daha çox musiqi ilə məşğul olmağa başladı və bir dəfə səhər 
özünün uşaqlıqdakı musiqi əsərlərini vərəqləyərkən qəti qərara gəldi. Gündüz evdən çıxıb şaxtalı fevral 
küçəsiylə addımlamağa başladı.  
 
        Mosye Eduard Armo Merilbon-Roddakı evin birinci mərtəbəsində yaşayırdı. Şagirdini pəncərəsi 
baxımsız bağa açılan böyük otaqda qəbul elədi. Təbiətcə qapalı, ancaq  qeyri – adi həyat sevgisi olan 
bu adam qocalıqla heç cür barışmaq istəmirdi və qəlbindəki ən əziz yerdə qadınlara olan pərəstişini 
qoruyub saxlayırdı. Onda hər yeni şeyə qızğın bir həvəs vardı, hətta yeni musiqiyə də. 
 
        Cip yaxşı xatırladığı bu otağa girəndə, o sarı barmaqlarını sərt, çal saçları üstə qoyaraq oturmuşdu. 
Qaşqabaqlı halda Cipə baxırdı. 
 
       – Aha! – o dedi. – Mənim balaca dostum! O qayıtdı!  –  Buxarı  rəfinə yaxınlaşaraq, oradan hansısa 
şagirdinin gətirdiyi parm bənövşəsinin buketini çıxarıb, ona uzatdı. – Götürün, götürün! Siz çoxmu 
unudubsunuz? Hələ bir gedək! 
 
         Qoluna girərək, demək olar ki, onu royala kimi sürüyüb apardı. 
 
       – Kürkünüzü çıxardın, əyləşin. 
 
         Cip mantosunu çıxarana kimi o, sallanan qaşlarının altından dombalan gözləri ilə ona baxırdı. 
Qızın əynində qısa, tutqun göy rəngli tovuz lələkləri və qızılgüllə naxışlanmış kofta vardı, qız isti və 
yumşaq görünürdü. Bu koftanı geyəndə Forsen onu milçək quşu adlandırırdı. Mosye Arma ona diqqətlə 
baxırdı. Onun gözlərində gözəlliyi sevən, ancaq sevmək vaxtının keçdiyini başa düşən qocanın 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə